26 sentyabr

Azərbaycanda olan hadisələr

1618 – Osmanlı-Səfəvi müharibəsi müvəqqəti də olsa, dayandırılıb və Sərab sülhü bağlanıb.

1961 – Azərbaycan müğənnisi Bülbül vəfat edib (d. 1897).

1992 – Vətəndaş Həmrəyliyi Partiyası təsis edilib.

2007 – Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı gömrük xidməti rəhbərləri Şurasının 6-cı iclası keçirilib.

2007 – Bakıda "Materialşünaslıq və informasiya elmləri yüksək texnologiyalarda" mövzusunda birinci beynəlxalq konfrans təşkil olunub.

2008 – Azərbaycan qadınlarının III qurultayı işə başlayıb.

2016 – Konstitusiyaya dəyişikliklər və əlavələr edilməsi üçün ümumxalq səsverməsi yolu ilə növbəti Referendum aktı qəbul edilib.

2018 – Qızılağac Milli Parkı yaradılıb.


Dünyada olan hadisələr

1364 – Osmanlı Ordusu ilə Serb İmperiyası, Macarıstan Krallığı, İkinci Bolqarıstan İmperiyası, Bosniya Banlik və Wallachian Knyazlığından ibarət ittifaq ordusu arasında Serbiyansdija Döyüşü baş verib. Döyüş Osmanlı Ordusunun qəti qələbəsi ilə başa çatıb.

1629 – Polşa-İsveç müharibələri silsiləsinə son qoyan Altmark Barışığı imzalanıb.

1687 – Venesiya ordusu tərəfindən Afinanın atəşə tutulması zamanı Parfenon məbədi dağıdılıb.

1777 – Brendivayn döyüşündən sonra ingilis general Kornuollisin ordusu ABŞ-ın paytaxtı Filadelfiyaya daxil olub.

1789 – Tomas Jefferson ABŞ tarixində ilk dövlət katibi təyin edilib.

1815 – Parisdə Avstriya, Prussiya və Rusiya İmperiyası Vyana Konqresinin qərarlarının toxunulmazlığını, eləcə də Avropada inqilabi və milli azadlıq hərəkatlarının yatırılmasını təmin etmək məqsədi ilə “Müqəddəs İttifaqın” yaradılması haqqında müqavilə imzalayıblar. Bir müddət sonra Fransa və demək olar ki, bütün digər Avropa Birliyi bu ittifaqa daxil olub. Yalnız Böyük Britaniya şahzadəsi, Osmanlı sultanı və Roma Papası müqaviləni imzalamaqdan imtina ediblər. Birliyin ideoloji ilhamvericisi Rusiya İmperatoru I Aleksandr idi.

1854 – Krım müharibəsi zamanı Sevastopolun müdafiəsi başlayıb.

1887 – Emil Berliner qrammofonu patentləşdirib.

1887 – Tomas Edison ilk fonoqrafı patentləşdirib.

1907 – Yeni Zelandiya və Nyufaundlend Britaniya İmperiyasının tərkibində müstəqil dövlətlərə çevrilib.

1932 – Türkiyədə Türk Dil Qurultayı toplanıb, ilk dəfə "Dil bayramı" qeyd edilib.

1939 – Fransada kommunist təşkilatları qadağan edilib, Fransa Kommunist Partiyasının liderləri həbs edilib.

1940 – Türkiyə-Rumıniya Ticarət Anlaşması imzalanıb.

1941 – İkinci Dünya Müharibəsində Kiyev döyüşü başa çatıb.

1947 – İngiltərədə fələstinlilərlə yəhudilərin öz gələcəkləri ilə bağlı özlərinin qərar verməli olduqları bəyan edilib, Fələstinin boşaldılması qərara alınıb.

1950 – İndoneziya BMT-yə qəbul edilib.

1960 – Moskva yaxınlığında Austrian Airlines şirkətinə aid olan Vickers Viscount təyyarəsinin qəzaya uğraması nəticəsində 31 nəfər həlak olub.

1960 – Kuba rəhbəri Fidel Kastro BMT sessiyaları tarixində ən uzun nitqi söyləyib. Kommunist liderin çıxışı 4 saat 29 dəqiqə davam edib.

1961 – Salaspilsdə (Latviya) elmi-tədqiqat atom reaktoru işə salınıb (indi bağlanıb).

1962 – Hərbi çevriliş nəticəsində Yəməndə monarxiya devrilib, Yəmən Ərəb Respublikası elan edilib.

1964 – Kıbrıslı Türklər və Rum Alayları Kipr Sülh Kolordu komandanlığı altına alınıb.

1968 – Pravda sosialist ölkələrinin "məhdud suverenliyi" ilə bağlı "Brejnev doktrinası"nı nəşr edib.

1969 – Lloyd Aereo Boliviano şirkətinə aid Douglas DC-6B təyyarəsinin Çoketan dağı ilə toqquşması nəticəsində Boliviyanın “Stronqest” futbol komandası da daxil olmaqla 74 nəfəri həlak olub.

1976 – Novosibirskdə (Rusiya) An-2 təyyarəsinin bina ilə toqquşması nəticəsində 5 nəfər həlak olub.

1977 – Ukraynadakı ilk atom elektrik stansiyası olan Çernobıl AES tərəfindən ilk cərəyan verilib.

1978 – Amerika Birləşmiş Ştatlarının prezidenti Cimmi Karter Türkiyəyə qarşı embarqonu qaldıran qanunu təsdiqləyib.

1983 – Polkovnik-leytenant Stanislav Evqrafoviç Petrov, raket hücumu xəbərdarlıq sistemində yaranmış nasazlıq səbəbindən ABŞ-dan səhv raket hücumu xəbəri verildikdə potensial nüvə müharibəsinin qarşısını alıb.

1984 – Honqkonq Çinin nəzarəti altına keçib.

1990 – Milli İstihbarat Təşkilatının (MİT) keçmiş müşavir müavini Hiram Abas İstanbulda İnqilabçı-Sol təşkilat tərəfindən öldürülüb.

1990 – SSRİ-də "Vicdan azadlığı haqqında" qanun qəbul olunub.

1991 – Finlandiya körfəzində An-24 təyyarəsinin qəzaya uğraması nəticəsində 10 nəfər həlak olub.

1992 – Azərbaycan, Ermənistan və Rusiya müdafiə nazirləri Soçidə "Silahlı qüvvələri geri çəkmək haqqında" protokol imzalayıb.

1992 – Laqos (Nigeriya) yaxınlığında C-130 təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 158 nəfər həlak olub.

1994 – Vanavara yaxınlığında (Rusiya, Krasnoyarsk vilayaləti) Yak-40 təyyarəsinin qəzaya uğraması nəticəsində 28 nəfər həlak olub.

1995 – Ukrayna Avropa Şurasına üzv qəbul edilib.

1996 – Kaqalnitskaya faciəsi. Rostov vilayətində (Rusiya) lokomotiv ilə məktəbli avtobusunun təqqoşması nəticəsində 22 nəfər həlak olub, 18 nəfər yaralanıb.

1997 – Garuda İndonesia aviaşirkətinə məxsus Airbus A300B4-220 təyyarəsinin Medan yaxınlığında (İndoneziya) qəzaya uğraması nəticəsində 234 nəfər həlak olub.

2000 – ABŞ hökumətinin 20 min saytı özündə birləşdirən yeni bir veb saytı istifadəyə verilib. Saytda 27 milyon veb səhifə var.

2003 – Vikipediyanın sələfi Nupedia işini dayandırıb.

2008 – Çingiz xanın ən böyük heykəli Monqolustanda açılıb.

2009 – Tibbi vertolyotun Cənubi Karolinada (ABŞ) qəzaya uğraması nəticəsində 3 ekipaj üzvü ölüb.

2016 – Kolumbiya hökuməti ilə üsyançılar arasında atəşkəs müqaviləsi imzalanıb. Kolumbiyada vətəndaş müharibəsi sona çatıb.

2019 – İstanbulda zəlzələ: İstanbul Silivri sahillərində saat 13:59-da 5.8 bal gücündə zəlzələ baş verib. 1 nəfər infarktdan ölüb, 43 nəfər yaralanıb. 473 binada ziyan meydana gəlib.


Bayramlar və xüsusi günlər

  • Avropa Dilləri Günü.
  • Beynəlxalq Nüvə Silahlarının Tamamilə Ləğv Edilməsi Üçün Mübarizə Günü.
  • Şimali Yəmən İnqilabı Günü.
  • Yeni Zelandiyada Milli Gün.
  • Ekvadorun Milli Bayraq Günü.

Doğumlar

931 – Muiz, Fatimilər Dövlətinin 4-cü xəlifəsi (19 mart 953 – 21 dekabr 975) və 14-cü İsmailiyyə imamı (ö. 975).

1141 – Nizami Gəncəvi, dahi Azərbaycan şairi, yazıçı, filosof, mütəfəkkir (ö. 1209).

1641 – Neemiya Qrü, ingilis botanik və həkim, bitki anatomiyasının banisi (ö. 1712).

1895 – Oskar Paul Dirlevanqer, alman SS zabiti, 36-cı SS "Dirlewanger" Qrenadyor Diviziyasının komandiri, müharibə cinayətkarı (ö. 1945).

1897 – VI Paul (Giovanni Battista Enrico Antonio Maria Montini, 262-ci Roma Papası (1963-1978) (ö. 1978).

1907 – Anthoni Blunt, ingilis tarixçisi və sənətşünası, Sovet kəşfiyyatının agenti (ö. 1983).

1935 – Viktor Çijikov, illüstrator, Olimpiya Ayısı obrazının müəllifi, Rusiyanın Xalq Rəssamı (ö. 2020).

1936 – Vinni Mandela, Cənubi Afrikalı siyasətçi, Nelson Mandelanın keçmiş həyat yoldaşı (ö. 2018).

1937 – Valentin Pavlov, SSRİ-nin 1991-ci ildə Baş naziri, QKÇP-nin üzvü (ö. 2003).

1945 – Rafiq Məmmədhəsənov, tibb elmləri doktoru (1990), Əməkdar elm xadimi (2000), Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru (1993), millət vəkili (2006 və 2010).

1946 – Fyodor Boqomolov, Sovet və Amerika riyaziyyatçısı.

1948 – Vladimir Remek, Çexoslovakiyanın ilk pilot-kosmonavtı.

1956 – Linda Hamilton, amerikalı aktrisa ("Terminator", "King Kong diridir" və s.).

1965 – Petro Poroshenko, ukraynalı iş adamı, siyasətçi və dövlət xadimi, Ukraynanın 5-ci prezidenti (2014-2019).

1981 – Serena Uillyams, amerikalı tennisçi, 4 qat Olimpiya çempionu, dəfələrlə Böyük Dəbilqə qalibi.

1988 – Servet Tazegül, Azərbaycan əsilli Türk taekvondoçusu, Olimpia çempionu (2012), Dünya çempionu (2011) və Avropa çempionu (2014).