22 oktyabr

Azərbaycanda olan hadisələr

1996 – Azərbaycan Respublikası Cibuti ilə diplomatik əlaqələr qurub.

2020 – Xudayar Yusifzadə Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub.

2002 – Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Merkuri-2" bərəsinin Bakıdan 130 kilometrlik məsafədə qəzaya uğrayaraq batması nəticəsində 41 nəfər həlak olub. Bu hadisə Azərbaycanın gəmi nəqliyyatı tarixindəki ən böyük qəzadır.

2020 – Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri, Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri işğaldan azad edilib.


Dünyada olan hadisələr

E.ə. 202 – Hannibalın rəhbərlik etdiyi Karfagen ordusu Zama döyüşündə Roma legionlarına məğlub olub.

362 – Dafne şəhərində yerləşən Apollon məbədi səbəbi bilinməyən yanğında məhv olub.

1600 – Osmanlı ordusu, Macarıstanın Kanije qalasını fəth edib.

1618 – İngiltərə Kral Məhkəməsi hərbi lider, filosof, alim Ulter Relini azad düşüncələrinə görə ölümə məhkum edib.

1702 – I Pyotrun başçılıq etdiyi rus qoşunları hücumla Noteburq qalasını ələ keçirib.

1730 – Ladoqa Kanalı açılıb.

1746 – "The College of New Jersey" (indiki adı ilə Prinston Universiteti) qurulub.

1797 – Fransız aeronavt Andre Jak Qarneren, tarixdə ilk dəfə bir balondan paraşütlə tullanıb.

1822 – Rusiyada ilk dəfə Topoqraflar Məktəbi açılıb.

1904 – Baltik dənizindən Uzaq Şərqə gedən bir rus eskadrası Şimal dənizində iki ingilis balıqçı gəmisini batırıb.

1909 – İlk dəfə bir qadın – fransız Eliza Deroş təyyarədə solo uçuş edib.

1919 – Petroqrad yaxınlığındakı bolşevik birləşmələri say üstünlüyündən istifadə edərək general Yudeniçin ağqvardiyaçı Şimal-Qərb ordusunu məğlub edib.

1931 – Amerikalı mafiya lideri Al Kapon (Al Capone) vergi ödəmədiyinə görə 11 il həbs cəzası alıb.

1935 – SSRİ-də marşal rütbəsi təsis edilib.

1936 – Kanada Nasist Almaniyası ilə ticarət müqaviləsi imzalayıb.

1938 – Amerikalı ixtiraçı Çester Karlson kağız sənədlərin surətlərini çıxarmaq üçün aparatını nümayiş etdirib.

1941 – SSRİ Dövlət Müdafiə Komitəsi Sevastopolda, Stalinqradda, Tulada, Rostovda, Kurskda (ümumilikdı 46 şəhərdə) şəhər müdafiə komitələrinin yaradılması haqqında qərar qəbul edib.

1942 – Sovet qoşunları Suxo adasını ələ keçirməyə və Leninqradın təchizatının getdiyi Ladoqa əlaqəsini kəsməyə çalışan Alman-Fin desantını məhv edib.

1943 – Kremençuq şəhərinin cənubunda və cənub-şərqində Sovet qoşunları Dnepropetrovsk vilayətinin rayon mərkəzini, Verxnedneprovsk şəhərini ələ keçirib və 50-dən çox digər yaşayış məntəqəsini tutub.

1944 – Kareliya Cəbhəsinin qoşunları SSRİ-nin Norveçlə dövlət sərhədinə çatıb.

1952 – Yəhudi Tövratı ilk dəfə ingilis dilində nəşr olunub.

1953 – Laos Fransadan müstəqilliyini elan edib.

1955 – F-105 “Thunderchif” qırıcı-bombardmançı təyyarəsinin ilk uçuşu olub.

1957 – Ordu tərəfindən nəzarət edilən Haiti şəhərində prezident və parlament seçkiləri keçirilib. Fransua Düvalye ölkənin prezidenti seçilib.

1960 – Boksçu Məhəmməd Əli professional rinqdə ilk qələbəsini qazanıb.

1962 – ABŞ Prezidenti Jon Kennedy, Sovet raketlərinin yerləşdirildiyi Kubanın havadan və dənizdən mühasirəyə alındığını elan edən bəyanat verib.

1964 – Fransız filosofu və yazıçısı Jan-Pol Sartr Nobel mükafatından imtina edib.

1966 – SSRİ "Luna-12" peykini buraxıb.

1968 – Amerika Apollon-7 kosmik gəmisinin uçuşu tamamlanıb. Bu, Apollon seriyalı gəmilərin ilk insanlı uçuşu idi.

1975 – Türkiyənin Vyanadakı səfiri Hüseyn Daniş Tunalıgil, xidmət etdiyi Vyanada, Erməni Soyqırımı Ədalət Komandolarının üç silahlısı tərəfindən öldürülüb.

1975 – Sovet kosmik stansiyası Venera-9 Veneranın səthinə enib.

1977 – Nüvə enerjisi ilə işləyən buz gəmisi "Sibir" ilk səfərinə çıxıb.

1980 – Roma papası Qaliley haqqında 1633-cü ildə çıxarılmış hökmü ləğv edib.

1982 – Amerikada ilk “Rembo” filmi ekranlara çıxıb.

1983 – Qərbi Almaniya və Fransada 1 milyon 500 min nəfər nüvə silahı əleyhinə etiraz nümayişi keçirib.

1988 – Barış Mançonun “7-dən 77-yə” televiziya proqramı TRT-də başlayıb.

1990 – Qırğızıstanın müstəqilliyi haqqında konstitusiya aktı qəbul olunub.

1991 – Dnestryanı yenilənmiş Müstəqil Dövlətlər Birliyinə üzvlüyünü elan edib.

2000 – Taliban hərəkatı Əfqanıstanda axşamlar idmanla məşğul olmağı qadağan edib.

2005 – Laqosda Boeing 737 təyyarəsinin qəzaya uğraması nəticəsində 117 nəfər həlak olub.

2006 – Alman avtombil pilotu Mixael Şumaxer karyerasına son qoyub.

2009 – Windows 7-nin rəsmi buraxılışı olub.


Bayramlar və xüsusi günlər

  • Beynəlxalq Kəkələyənlər Günü.

Doğumlar

1688 – Nadir şah Əfşar, Azərbaycan, Türküstan, İran və Hindistanın şahı (1736-1747) və türk-soylu Əfşarlar sülaləsinin banisi. Tarixdə həmçinin Nadirqulu bəy və Təhmasibqulu xan adları ilə də tanınır. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər ona Şərqin Napoleonu, ikinci Makedoniyalı İsgəndər kimi ləqəblər veriblər. Napoleon Bonapartin özü isə Nadir şaha heyran qalıb, Fətəli Şah Qacara yazdiği məktubda Nadiri tərifləyib və özünü ikinci Nadir adlandırıb (ö. 1747).

1811 – Franz Liszt, macar bəstəkarı, pianoçu, dirijor (ö. 1886).

1844 – Sara Bernar, dünya şöhrətli fransız teatr aktrisası. Xüsusilə, 1870-ci illərdə Avropada məşhurlaşıb və ardından qısa müddətdə ABŞ-da tanınmış bir şəxsə çevrilib (ö. 1923).

1881 – Klinton Cosef Davisson, amerikalı fizik, Nobel mükafatı laureatı (1937) (ö. 1958).

1887 – Con Rid, amerikalı jurnalist, ABŞ Kommunist Partiyasının təşkilatçılarından biri (ö. 1920).

1903 – George Wells Beadle, amerikalı genetik, Nobel mükafatı laureatı (1958) (ö. 1989).

1905 – Karl Jansky, amerikalı fizik və mühəndis, radioastronomiyanın öncüllərindən biri (ö. 1950).

1910 – Həzi Aslanov, hərbi xadim, tank qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı qəhrəmanı (ö. 1945).

1913 – Bao Dai, Vyetnamın son imperatoru (1925-1945) (ö. 1997).

1919 – Ərtoğrul (Ərtoğrol) Cavid Rasizadə, görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin və Mişkinaz Cavidin oğlu, Turan Cavidin isə qardaşı (ö. 1943).

1929 – Lev Yaşin, sovet futbolunun qapıçısı, Olimpiya çempionu (1956), Avropa çempionu (1960) (ö. 1990).

1940 – Mailə Muradxanlı, tərcüməçi, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1965), Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı (1967), Azərbaycanın Əməkdar jurnalisti (1989) (ö. 2010).

1985 – Hadisə (Hadisə Açıqgöz), Belçikada doğulmuş, həm Belçika, həm Türkiyə vətəndaşı olan müğənni və televiziya aparıcısı. Belçikada təşkil olunan "Pop İdol" yarışması ilə tanınıb. 2009 Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni təmsil edib.