DÜNYANIN QLOBAL GÜCLƏRİNDƏN OLAN ÇİN AZƏRBAYCANLA STRATEJİ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRİR
SİYASƏT

DÜNYANIN QLOBAL GÜCLƏRİNDƏN OLAN ÇİN AZƏRBAYCANLA STRATEJİ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRİR

İki ölkənin liderləri arasında olan telefon söhbətində beynəlxalq səviyyəli mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikası Çin Xalq Respublikası arasında diplomatik münasibətlər qurulandan sonra hər iki ölkə qarşılıqlı əməkdaşlığın uğurla davam etdirilməsinə, beynəlxalq regional səviyyədə koordinasiyalı fəaliyyətin daha da gücləndirilməsinə böyük önəm verir.

Təsadüfi deyil ki, Azərbaycan-Çin münasibətləri diplomatik əlaqələrin qurulmasından ötən 30 ilə yaxın vaxt ərzində, xüsusilə son 10 ildə yüksək səviyyədə inkişaf edib. Dövlətlərimiz arasında münasibətlər qarşılıqlı etimada əsaslanır, suverenlik, ərazi bütövlüyü məsələlərində bir-birini dəstəkləyir, regional beynəlxalq müstəvidə mövqelərimiz üst-üstə düşür.

Ölkələrimiz, demək olar ki, bütün sahələrdə olduqca yaxın əlaqələrə malikdir ki, bu da siyasi, iqtisadi, ticarət, hərbi-texniki əməkdaşlığı əhatə edir.

Bu əlaqələrin əsası ümummilli lider Heydər Əliyevin 1994- ildə Çin Xalq Respublikasına səfəri ilə qoyulub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çinə  2015 2019-cu illərdə səfərləri dövlətlərimiz arasında mövcud dostluq münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsinə şərait yaradıb. Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində son illər ərzində yalnız müsbət dinamika müşahidə olunub. Dövlət başçımızın  qeyd etdiyi kimi, bizim ticarət dövriyyəmiz 1,3 milyard dollar təşkil edir. Çindən idxal 40 faiz artıb. Bu gün Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük tərəfdaşıdır. Ölkəmiz Çin vətəndaşları üçün sadələşdirilmiş viza prosedurunu tətbiq edib, bu ölkənin şirkətləri Azərbaycanda  geniş fəaliyyət göstərir. Bütün bunlar Azərbaycan-Çin əməkdaşlığının əyani göstəricisidir. Beynəlxalq təşkilatlarda Azərbaycanın Çin Xalq Respublikası ilə həmrəy fəaliyyətini əlavə etsək, dövlətlərimiz arasında strateji əməkdaşlığın möhkəm təməl üzərində qurulduğunu görmüş olarıq. Bu dostluq əməkdaşlıq münasibətlərinə toxunan ölkə başçısı cənab İlham Əliyev demişdir: “Bu gün Azərbaycan-Çin əlaqələrinin siyasi, iqtisadi, humanitar digər sahələrdə inkişafı məmnunluq doğurur. Eyni zamanda, biz beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirik”.

Bu günlərdə - iyunun 2- Azərbaycan Prezidenti cənab İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon söhbəti olub. Söhbət zamanı Azərbaycan Çin arasında siyasi, iqtisadi nəqliyyat-logistika sahələrində uğurlu əməkdaşlığın olması vurğulanıb. Qeyd olunub ki, hər iki ölkəBir kəmər, bir yollayihəsinin inkişafı çərçivəsində öz fəaliyyətlərini birgə əlaqələndirir mövcud imkanlardan faydalanmağın əhəmiyyətini yüksək qiymətləndirirlər. Həqiqətən,   Azərbaycan ÇininBir kəmər, bir yoltəşəbbüsünü ilk gündən dəstəkləyib. Asiya Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti  Çin Xalq Respublikasından Avropaya əks istiqamətdə yük daşımaları üçün ən qısa nəqliyyat marşrutudur Avrasiyaya inteqrasiya prosesində son dərəcə əhəmiyyətli rola malikdir. Bundan əlavə, iki ölkənin tarixi İpək Yolu üzərində yerləşməsi Azərbaycana Şərq-Qərb Şimal-Cənub nəqliyyat dəhlizlərini uğurla reallaşdıran mərkəz ölkə olmaq imkanı açmışdır.

Azərbaycan  Prezidenti dəfələrlə bu layihələrin geosiyasi əhəmiyyətinə xüsusi diqqət çəkərəkBir kəmər, bir yoltəşəbbüsünün əhatə etdiyi bütün ölkələr regionlar arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə, sabitlik təhlükəsizliyin bərqərar olunmasına mühüm töhfə verə biləcəyini vurğulayıb. Eyni zamanda, bu layihə mədəniyyətlərarası sivilizasiyalararası münasibətlərin, iqtisadi inkişafın gücləndirilməsi, ölkələrin çiçəkləndirilməsi xalqlararası təmasların təşviqi kimi nəcib ideyalara xidmət edir. Cənab İlham Əliyev 2019-cu ilin aprel ayında Çinin paytaxtı Pekin şəhərində  keçirilmiş  “Bir kəmər, bir yolüzrə ikinci Beynəlxalq Əməkdaşlıq Forumunun əlaqələrin inkişafı istiqamətində növbəti addım olduğunu qeyd etmiş   məhsuldar şəkildə aparılmış  müzakirələrin qarşıdakı dövrdə  nəzərdə tutulan məqsədlərə öz müsbət təsirini göstərəcəyini bildirmişdir. Məhz 2019-cu il aprelin 24-27- keçirilmiş bu tədbir zamanı Si Cinpin Azərbaycanın dövlət başçısı ilə söhbətində xüsusilə vurğulamışdır: “Cənab Prezident, Siz Çin xalqının çoxdankı dostusunuz, Çin-Azərbaycan münasibətlərinin bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram”. Si Cinpinin bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyətinə, qlobal siyasətdə yerinə roluna verilən önəmli qiymət, dövlət başçımıza olan inam etimadın göstəricisidir. Hamı yaxşı bilir ki, çinlilər əsl səmimi dostluğun qədrini yaxşı bilir, buna böyük dəyər verirlər. Müdrik Konfutsi demişdir ki, biz, hamını istəməliyik yalnız insanpərvər olanlarla yaxından dostluq etməliyik. Təxminən 5 min il tarixə malik olan Çin sivilizasiyası bu gün öz müdriklərinin cızdığı prinsiplərdən kənara çıxmır. Çinlilər özləri bunu tez-tez təkrar edirlər. Çünki məhz düşünməyi, maddi mənəvi sərvət toplamağı, eləcə yaratmağı yaxşı bacaran xalq əsl dosluğun olduğunu bilir. Bu, daim öz üzərində çalışan, zəngin mədəniyyətinə tarixinə söykənən bununla fəxr edən bir xalqın yaşam fəlsəfəsidir.

Telefon söhbəti zamanı Çin Xalq Respublikasının Sədri həmçinin vurğulamışdır ki, Çin-Azərbaycan münasibətləri yeni tarixi mərhələnin astanasındadır hər iki ölkə ənənəvi dostluğu inkişaf etdirir. Si Cinpin AzərbaycanınBir kəmər, bir yoltəşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğunu Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyini bildirib.

Son illərdə Azərbaycanın hərtərəfli inkişafı istiqamətində əldə etdiyi nailiyyətləri dost ölkə Çin həmişə təqdir edib. Çinli mütəxəssislər güclü iqtisadiyyatın üç əsas istiqamətini qeyd edirlər: investisiyalar, ixrac istehlak. Azərbaycan milli iqtisadiyyatının inkişafı modelinin əsas təməl prinsipləri məhz bundan ibarət olmuşdur. Həqiqətən , hər üç istiqamət - daxili xarici investisiyaların yatırılması, ixracyönümlü istehsal sahələrinin daha da inkişaf etdirilməsi, habelə əhalinin istehlak qabiliyyətinin yüksəldilməsi - ölkə iqtisadiyyatının sürətli inkişafını dayanıqlığını şərtləndirən əsas amillərdəndir. Bu məsələyə telefon söhbəti zamanı toxunan ÇXR Sədri Çin şirkətlərinin Azərbaycana investisiya qoyuluşunu təşviq etməyə, infrastruktur layihələri çərçivəsində əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduqlarını bildirmişdir. Bu da güclü iqtisadiyyata, davamlı inkişaf tendensiyasına, əlverişli investisiya mühitinə malik Azərbaycana dünyanın önəmli qlobal güclərindən biri olan Çinin ən yüksək səviyyədə marağının təzahürüdür. Odur ki, erməni işğalından azad edilmiş ərazilərimizdə dost ölkə olan ÇininHuaweyşirkətinin mühüm layihələrin icrasında aparıcı rolu  Azərbaycan tərəfinin ÇXR- strateji dostluq əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu göstərir.

Sirr deyil ki, AzərbaycanBir kəmər, bir yoltəşəbbüsünü konkret əməllərlə dəstəkləyib. Belə ki, ölkəmiz Bakı-Tbilisi-Qars Bakı Dəniz Ticarət Limanı kimi qlobal əhəmiyyətli layihələri reallaşdırmaqla, hazırda isə yeni yaradılacaq Zəngəzur dəhlizinin Avrasiya Trans-Xəzər Şərq-Qərb Nəqliyyat Dəhlizini formalaşdırmaqla Çindən Qərbə daşınacaq yüklər üçün qısa əlverişli alternativ marşrut təqdim etmişdir. Bu da bütün region dövlətlərinin maraqlarına, onların iqtisadi əlaqələrinin inkişafına xidmət edəcək. Əgər kapitulyasiya aktına imza atmış Ermənistan ağıllı siyasətə üstünlük verərək öz öhdəsinə düşənləri vaxtında qeyd-şərtsiz yerinə yetirsə, o zaman hətta bu ölkə yeni yaradılacaq imkanlardan faydalana bilər. Çünki Prezident İlham Əliyevin sülhsevər, humanist siyasəti bütün ölkələr üçün, hətta Ermənistan üçün bir şansdır.

İyunun 2- olan telefon söhbəti zamanı həmçinin COVİD-19 pandemiyası ilə mübarizə ətrafında da fikir mübadiləsi aparılmış cənab İlham Əliyev ÇXR-in Sədri Si Cinpinə Azərbaycana verdiyi dəstəyə görə təşəkkürünü bildirmişdir. Belə ki, dünyada vaksinlərin çatışmadığı bir şəraitdə Çin Azərbaycana vaksinlər ixrac etmiş, bu da ölkəmizdə vaksinasiya prosesinin uğurla başlanılmasına davam etməsinə imkan yaratmışdır. Həmçinin çinli mütəxəssislər Azərbaycana gələrək bu ümumbəşəri bəla ilə mübarizədə topladıqları dəyərli təcrübəni azərbaycanlı həmkarları ilə bölüşüblər.

Göründüyü kimi, bütün sahələrdə uğurlu inkişafa nail olmuş, öz doğma torpaqlarını 44 günlük müharibədə işğaldan azad etmiş Azərbaycan qlobal güclərin diqqət mərkəzindədir. Əksər ölkələr qüdrətli, güclü qalib Azərbaycanla strateji əməkdaşlığı genişləndirməyə, inkişaf etdirməyə çalışır.

Tam əminliklə söyləyə bilərik ki, Çin Azərbaycan xalqları arasında daQədim İpək Yolutarixi qədər qədim dostluq münasibətləri təsadüfi deyil bu gün, hər iki dövlət başçılarının səyləri nəticəsində bu dostluq daha da inkişaf edir, yeni çalarlarla zənginləşir.

Emin QASIMOV,

Respublika”.