Azərbaycanın müdafiə sənayesi naziri ulu öndər Heydər Əliyevin Belqraddakı abidəsini ziyarət edib

Azərbaycanın müdafiə sənayesi naziri ulu öndər Heydər Əliyevin Belqraddakı abidəsini ziyarət edib

Serbiya Respublikasında keçirilən "Partner-2021" Silah və Hərbi Texnika Sərgisində iştirak etmək üçün bu ölkədə səfərdə olan Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev oktyabrın 12-də Belqraddakı Taşmaydan parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Mədət Quliyev ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad edib.

Xatırladaq ki, "Partner-2021" Silah və Hərbi Texnika Sərgisi oktyabrın 11-də açılıb. Sərgiyə oktyabrın 14-də yekun vurulacaq.

AZƏRTAC