XƏBƏR LENTİ

Cümə axşamı, 29 Aprel 2021 08:41

“TWMS Journal of Pure and Applied Mathematics” jurnalının xüsusi buraxılışı Lütfi Zadəyə həsr olunub

Prezident İlham Əliyevin görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında 2021-ci il 25 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələr uğurla icra edilməkdədir.

AZƏRTAC xəbər verir ki, Lütfi Zadənin 100 illiyi ilə əlaqədar “TWMS Journal of Pure and Applied Mathematics” jurnalının “Fuzzy Sets in Dealing with Imprecision and Uncertainty: Past and Future Dedicated towthe memory of Lotfi A.Zadeh” mövzusunda xüsusi buraxılışı dərc olunub.

“Web of Sience SCIE” bazasında yer alan “TWMS Journal of Pure and Applied Mathematics” Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda nəşr edilir. Jurnalın baş redaktoru akademik Fikrət Əliyevdir.

Xüsusi buraxılışda dərc olunan məqalələr Lütfi Zadə nəzəriyyəsi ilə bağlıdır. Jurnalda Fransa, Kanada, Polşa, ABŞ, Çex Respublikası, İngiltərə, Almaniya, İtaliya, İspaniya, Latviya, Belçika, Azərbaycan kimi ölkələrdən riyaziyyat üzrə tanınmış alimlərin yeni elmi nəticələri yer alıb.

Buraxılışın əsas dəvətli redaktoru qeyri-səlis məntiq üzrə tanınmış alim İrina Perfiliyeva (Ostrava Universiteti, Çex Respublikası), digər dəvətli redaktorlar isə Didier Dubois (Paul Sabatier Universiteti, Toulouse, Franca), Etienne E.Kerre (Ghent Universiteti, Belçika), Uitold Perdiç (Faculty of Engineering - Electrical & Computer Engineering Dept, Kanada), Əli Abbasovdur (AMEA İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan).

Qeyd edək ki, jurnalın xüsusi buraxılışları beynəlxalq səviyyədə Azərbaycan elminin dünya elminə inteqrasiyası və böyük uğurudur.

AZƏRTAC

Read 197 times