XƏBƏR LENTİ

Çərşənbə, 05 May 2021 06:57

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı vakant vəzifələrə müsabiqə elan edir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı vakant vəzifələrə müsabiqə elan edir.

Bu barədə AZƏRTAC-a Moskva Dövlət Universitetinin Bakı filialından məlumat verilib. MDU-nun Bakı filialında aşağıda qeyd olunan vəzifələr vakantdır:

I. Administrativ vəzifələr:

- Tədris işləri üzrə prorektor

- Elmi işlər üzrə prorektor

- Tərbiyə işləri üzrə prorektor

- Kimya fakültəsinin dekanı

- Psixologiya fakültəsinin dekanı

- Riyaziyyat fakültəsinin dekanı

- Filologiya fakültəsinin dekanı

- Fizika fakültəsinin dekanı

Vakant vəzifələri tutmaq istəyənlər üçün tələblər:

- Müasir standartlara uyğun tədris prosesini idarəetmə bacarığı;

- Elmi dərəcə və elmi ad;

- 5 ildən az olmayaraq ali məktəb sistemində iş təcrübəsi;

- Rus dili bilgisi (sərbəst), digər xarici dil bilməsinə üstünlük verilir;

- “Microsoft Office” kompüter proqramlarında peşəkar işləmə bacarığı;

II. Digər vəzifələr:

- Xarici dil və xarici ölkələrin ədəbiyyatı kafedrasının müdiri

- Azərbaycan dili müəllimi

- İngilis dili müəllimi

- İngilis dili üzrə mütəxəssis

Vakant vəzifələri tutmaq istəyənlər üçün tələblər:

- Tədris prosesində müasir tədris metodlarından, informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığı;

- Müvafiq ixtisas üzrə ali təhsil və ali məktəb sistemində iş təcrübəsi;

- İngilis dilində akademik yazı bacarığı.

Əməkhaqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Xarici ölkələrdə təhsil alanlara üstünlük verilir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər müraciət etdiyi vakansiyanın adını yazmaqla CV-lərini (CV-lər Azərbaycan və ya rus dillərində olmalı, şəxsi və professional məlumatı əks etdirməlidir) 31 may 2021-ci il tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email ünvanına göndərə bilərlər.

Əlavə məlumat üçün əlaqə telefonu: 012-598-93-28 (həftənin I - V günləri saat 10.00-dan 14.00-dək).

 

 

AZƏRTAC

Read 28 times