XƏBƏR LENTİ

Çərşənbə, 05 May 2021 06:49

BİLDİRİŞ

Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən “Yolların əsaslı təmiri işlərinin satınalınması” ilə əlaqədar elan olunan elektron tender proseduru üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 aprel 2021-ci il tarixli Qərarı nəzərə alınaraq zərflərin son təqdimetmə tarixi 16 may 2021-ci il saat 15:00-a qədər, təklif zərflərinin açılış tarixi isə 17 may 2021-ci il saat 15:00-a qədər uzadılmışdır.


Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən “Mənzil fondunun təmiri ilə əlaqədar mal-materialın satınalınması” ilə əlaqədar elan olunan elektron tender proseduru üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 aprel 2021-ci il tarixli Qərarı nəzərə alınaraq zərflərin son təqdimetmə tarixi 16 may 2021-ci il saat 15:00-a qədər, təklif zərflərinin açılış tarixi isə 17 may 2021-ci il saat 15:00-a qədər uzadılmışdır.


Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən “Abadlıq işlərinin satınalınması” ilə əlaqədar elan olunan elektron tender proseduru üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 aprel 2021-ci il tarixli Qərarı nəzərə alınaraq zərflərin son təqdimetmə tarixi 16 may 2021-ci il saat 15:00-a qədər, təklif zərflərinin açılış tarixi isə 17 may 2021-ci il saat 15:00-a qədər uzadılmışdır.


Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən “Abadlıq işləri ilə əlaqədar yumşaq inventar və xüsusi geyimlərin satınalınması” ilə əlaqədar elan olunan elektron tender proseduru “Dövlət satınalmaları haqqında” Qanunun 50-4.2-ci maddəsinə əsasən ləğv edilmişdir.


Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən “Abadlıq işlərinin görülməsi ilə əlaqədar mal-materialın satınalınması” ilə əlaqədar elan olunan elektron tender proseduru “Dövlət satınalmaları haqqında” Qanunun 50-4.2-ci maddəsinə əsasən ləğv edilmişdir.


“Bakı Metropoliteni” QSC  18 may  2021-ci il saat 11:00-də keçirilməsi nəzərdə tutulmuş   Müxtəlif növ  akkumulyatorların  satın alınması üzrə Açıq Tenderin vaxtı 10 iyun  2021-ci il tarixə saat 11:00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 09 iyun 2021-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatını isə 01 iyun 2021-ci il saat 11:00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.


“ASK Ayaqqabı Fabriki” MMC-nin 15 mart 2021-ci il tarixində elan olunmuş ayaqqabıların qoyma içliyinin satınalması üçün keçirilən təkliflər  sorğusunun qalibi “ALGÜL POLİÜRETAN İÇ TABAN” A.Ş  olmuş və 62 000 USD / 132 750 AZN (62 min dollar / bir yüz otuz iki min yeddi yüz əlli manat) (gömrük rüsumu, digər gömrük xərcləri və ƏDV daxil) məbləğdə müqavilə bağlanmışdır.


“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Çovdar Filiz Emalı Sahəsində inşa olunacaq mərkəzi anbar binası üçün stellajların alınması və quraşdırılmasının satın alınması ilə əlaqədar açıq tenderdə iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirilib. Açıq tender prosedurunun nəticələri haqqında Tender Komissiyasının yekun protokoluna əsasən “ALR İnvest” QSC qalib elan edilib və onunla 254 655.74 AZN məbləğində satınalma müqaviləsi bağlanıb.


“ASK Şüşə” MMC Sənaye və mühərrik yağlarınin elektron açıq tender üsulu ilə satin alınması 17.03.2021-ci il tarixində elan olunmuşdur. “Dövlət satınalmalar haqqında” Qanunun 11.1.-ci maddəsinə uyğun olaraq tender təklifi vermiş iddiaçıların sayı 3 dən az olması səbəbindən tender proseduru baş tutmamışdır.


AMEA Memarlıq və İncəsənət İnstitutu mətbəə xərclərinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar bu telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər: (+99412) 510-68-56. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 07.05.2021-ci il saat 10:00-dək qəbul olunur.


“Bakı Metropoliteni” QSC  20 may  2021-ci il saat 11:00-da keçirilməsi nəzərdə tutulmuş   “Bakı Metropoliteni” QSC üçün  İdxal-ixrac  əməliyyatlarında  gömrük  sənədlərinin    rəsmiləşdirilməsi  üzrə broker xidmətlərinin satınalınması üzrə Açıq Tenderin vaxtı 07 iyun  2021-ci il tarixə saat 11:00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 26 may 2021-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatını isə 04 iyun 2021-ci il saat 11:00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.


“AzerGold” QSC tərəfindən “Müxtəlif növ mal-materialların satınalınması” üçün 02 aprel 2021-ci il tarixində elan edilmiş açıq tender üzrə malgöndərənlərin sorğusu əsasında “Dövlət satınalmaları haqqında” Qanunun 30.2-ci maddəsinə əsasən ilkin sənədlərin qəbulu tarixi 05 may 2021-ci il saat 15:00-dək, tenderə kommersiya təklifinin və təkliflərin təminatı sənədlərinin qəbulu isə 18 may 2021-ci il saat 15:00-dək uzadılır. Tender üzrə təklif zərflərinin açılışı 19 may 2021-ci il tarixində saat 15:00-da keçiriləcəkdir.


“Respublika” qəzetinin 4 may 2021-ci il tarixli sayında “Beynəlxalq Münasibətlərin  Təhlili Mərkəzi” Publik Hüquqi Şəxsin dərc olunmuş (Lot 011-Müxtəlif promo materiallarının hazırlanmasının (tərtibat, dizayn) və ofis ləvazimatlarının satınalınması) tender elanı etibarsız sayılır.


Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi tərəfindən dəftərxana və ofis ləvazimatlarının satınalınması məqsədilə  26 fevral 2021-ci il tarixində keçirilmiş kotirovka sorğusunda “Antaris” QSC qalib gəlmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Read 32 times