XƏBƏR LENTİ

Çərşənbə, 05 May 2021 07:11

YEVLAX: ŞƏHİDLƏRİMİZ UNUDULMUR

Qarabağ zəfərinə aparan döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Ağayev İldırım Qafqaz oğlunun ad günü məzarı önündə qeyd edildi. Məzarı önünə tər çiçəklər qoyuldu, dualar oxundu.

İldırım Ağayev 2020-ci il noyabrın 7-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq və rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmişdir. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Onunla bağlı xoş xatirələr yada salındı.

Sonra tədbir iştirakçıları şəhidin yaşadığı evə gələrək onun valideynləri ilə söhbət edib şəhidlərimizin əbədi, sonsuz ehtirama layiq olduqlarını bildiriblər. Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm və əhatəli tədbirlər gördüyünü qeyd ediblər.

Şəhidin ailə üzvləri ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək, ölkə Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

 

Zabit XƏLİLOV,

“Respublika”.

Read 41 times