XƏBƏR LENTİ

Çərşənbə, 05 May 2021 06:59

AĞDAŞDA NÖVBƏTİ BARAMA MÖVSÜMÜ

Azərbaycanda ipəkçiliyin tarixi qədimdir. İstər mütəxəssis, istərsə də infrastruktur baxımından bu sahənin inkişafı üçün respublikamızda münbit şərait var.

Bu baxımdan son illərdə əldə olunmuş tərəqqi belə düşünməyə əsas verir ki, baramaçılıq təsərrüfatı ötən illərdəki şöhrətini yenidən qazanmağa çox yaxındır və dövlətin xüsusi qayğısı və diqqəti sayəsində mühüm əhəmiyyətli təsərrüfat sektoruna çevrilmək şansı yüksəkdir. Dövlət başçısı cənab İlham Əliyevin baramaçılığın uzun fasilədən sonra bərpa olunması istiqamətində həyata keçirdiyi kompleks tədbirlər, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifah hallarının yüksəldilməsinə xidmət edir.

Dövlət başçısının ölkədə baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin Ağdaş rayonunda hər il olduğu kimi, bu il də müvəffəqiyyətlə icra ediləcəyi planlaşdırılır. Bu məqsədlə rayonda barama istehsalının artırılması üçün müəyyən tədbirlər görülüb. Barama mövsümünün başlanılması ilə əlaqədar kümçülərə barama qurdlarının paylanılmasına başlanılıb. Bu ilin məhsulu üçün 350 qutu tut ipəkqurdu kümçülər tərəfindən götürülüb və bəslənilir. Onu da xüsusilə qeyd etmək lazımdır ki, baramaçılığın inkişafına göstərilən dövlət dəstəyi ağdaşlıların bu sahəyə marağını xeyli artırıb. Belə ki, əvvəlki illə müqayisədə kümdarların sayı və barama tədarükü bir neçə dəfə artıb.

Z.XƏLİLOV,

“Respublika”.

Read 39 times