XƏBƏR LENTİ

Çərşənbə, 05 May 2021 06:55

Cəlilabad: Rayon Ağsaqqallar Şurasının konfransı

Cəlilabad Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsinə ehtiramlarını bildirdilər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının, həmçinin vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Konfransı icra hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Mansur Məmmədov açaraq ölkənin, eləcə də rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolu və nüfuzundan danışdı. Konfransda Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərovun hesabat-məruzəsi dinlənildi. Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışdı. Şuranın sədr müavini ağsaqqallara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etdi.

Ədalət Əsgərov yenidən Rayon Şurasının sədri seçildi. Həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi təsdiq olundu.

Ərəstun ABDULOV,

“Respublika”.

Read 39 times