XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Cümə axşamı, 22 Aprel 2021

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Hacıqabul şəhərində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2021-ci il dvlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində gstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində gstərilən məktəb binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində dvlət əsaslı vəsait qoyuluşu xərclərinin blgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 21 aprel 2021-ci il

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət bdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2022-ci il dövlət bdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgsndə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 21 aprel 2021-ci il

Published in Sərəncam

Hacıqabul 1990-cı ildə müstəqil rayon statusu aldıqdan sonra əsasən kənd təsərrüfatı rayonu kimi fəaliyyətə başlayıb. Kürqırağı kəndlərin münbit torpaqları istisna olmaqla rayonun başqa yerlərində əkin-biçin zamanı məhsuldarlıq təsərrüfat işçilərini qane etməyib. Bu səbəbdən də rayonun iqtisadi inkişafında müəyyən irəliləyişlər nəzərə çarpmayıb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları hər yerdə olduğu kimi, bu bölgənin həyatına da təsirsiz ötüşməyib.

2003-cü ildən başlayaraq rayonun görkəmi dəyişib, geniş abadlıq-quruculuq işlərinə start verilib. Rayonda aparılan infrastruktur layihələri dövlət başçımız cənab İlham Əliyevin şəxsi nəzarəti və göstərişləri əsasında icra edilməyə başlayıb. Ölkə rəhbərinin Hacıqabula hər səfəri rayonda əsl bayram hadisəsinə çevrilib. Rayon mərkəzində fəaliyyətə başlayan Rayonlararası Uşaq Diaqnostika Mərkəzinin, Birləşmiş Su Təchizatı sahəsinin, Hacıqabul-Bəhrəmtəpə magistral yolunun açılış lentləri dövlət başçımız tərəfindən kəsilib. İqtisadi inkişaf ara verməyib. Bir neçə il idi ki, rayon sakinləri Hacıqabulda yeni sənaye məhəlləsinin yaradılması barədə xəbər eşitmişdilər. Məhəllənin infrastrukturu, əhalinin məşğulluğunda oynayacağı rol, göstərəcəyi köməklik çoxuna məlum deyildi.

Aprel ayının 20-də Prezident İlham Əliyevin Hacıqabula növbəti səfəri əhali arasında böyük coşqu, xoş ovqat yaratdı. Dövlət başçımız ilk öncə ümummilli lider Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonda görülən işlər barədə dövlət başçımıza məlumat verdi.

Hacıqabul Sənaye

Məhəlləsinin açılışı oldu

Hər şeydən əvvəl qeyd edək ki, Sənaye məhəllələri iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafının və şaxələndirilməsini nəzərdə tutur. Son illərdə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində ölkəmizdə müxtəlif təyinatlı sənaye müəssisələri tikilib istifadəyə verilmişdir. Ölkədə sənaye məhəllələrinin yaradılması Azərbaycan Respublikası Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli Fərmanı ilə müəyyən edilmişdir. Sənaye məhəlləsinin yaradılması sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunu artırmaq məqsədi daşıyır. Məhəllədə fəaliyyət zamanı həm də kadr potensialı yetişir. Respublikanın Neftçala, Masallı, Sabirabad, Naxçıvan MR-in Şərur rayonunda sənaye məhəllələri fəaliyyətə başlamışdır. Hacıqabul Sənaye Məhəlləsində yerləşən “Azərmaş” zavodu 1500 ədəd yük və xüsusi təyinatlı avtomobil istehsal etmək imkanına malikdir. Məhəllənin digər müəssisəsi-”Elberg” tikinti materialları üçün avadanlıqların istehsalı zavodudur. Azərbaycanda ilk təcrübə hesab olunan zavod -gips, əhəng, alçipan, kərpic, digər tikinti materialları , “Ulusay Ambalaj”müəssisəsi-su qabları, “Plasstesh” zavodu yüngül tara, “AzAgromila”-gübrə istehsal edəcəkdir.

Hacıqabul Rayon Memarlıq və Tikinti Şöbəsinin böyük mütəxəssisi Salman Zamanov deyir:

–Bu günlərdə rayon sakinləri dövlət başçımıza öz minnətdarlıq duyğularını ifadə edirlər. Rayonda geniş iş yerləri açılıb. Hələlik sənaye məhəlləsinin zavodlarında 100 nəfər işçi çalışır, müəssisələr tam gücü ilə istifadəyə verildikdən sonra işçilərin sayı 900 nəfərdən artıq olacaq. Əmək haqqı yüksəkdir. Ən başlıcası zavodlara  işə götürülən fəhlələr ölkə xaricində müxtəlif kurslara göndərilib mütəxəssis kimi ixtisas qazanacaqlar.

Dövlət başçımız səfəri zamanı Hacıqabul rayonunun Meyniman kəndində fermer Elşən Xəlilovun 10 hektarlıq pambıq sahəsi ilə tanış olub. Meyniman kənd icra nümayəndəsi Cavid Vəliyev Prezidentin görüşündən aldığı xoş təəssüratı bölüşür:

–Kəndimizdə əsl bayram əhval-ruhiyyəsi var idi. Elşən və onun iş yoldaşları həm qürur, həm də məsuliyyət hissi keçirirdilər. Bu da səbəbsiz deyildi. Son illərdə dövlət başçımızın qayğı və diqqəti sayəsində “ağ qızıl” istehsalı xeyli artırılıb. Pambıq sahəsinin arata qoyulduğu vaxtdan bitkinin əkilməsi, becərilməsi, dərman preparatlarla təmin olunması, hazır məhsulun yığımına kimi bütün xərclər avans olaraq nağd pul hesabına ödənilir. Elşən öz işini bilən fermerdir. Keçən mövsümdə hektardan 33,6 sentner məhsul götürüb. Yüksək məhsuldarlıq əldə etdiyinə görə öhdəsinə təzə texnikalar verilib.

Bu il Hacıqabulda 300 hektarda pambıq becəriləcək. Artıq 34 fermerlə müqavilə bağlanıb. Dövlət başçımızın xeyir-duası ilə Elşən Xəlilovun pambıq tarlasında çiyid səpininə start verildi.

Kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması-müasir texnika və texnologiyalarının tətbiqindən asılıdır. “Agro Dairy” MMC aqroparkının təqdimatında bir daha aydın oldu ki, aqrar sahənin inkişafı üçün yeni, mütərəqqi layihələrdən istifadə edilir.110/35/10/ kilovoltluq  “Qarasu” yarımstansiyasının istismara verilməsi Hacıqabul rayonunun iqtisadiyyatı üçün əsl töhfədir. Bölgələrdə yaradılan sənaye müəssisələrinin keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təminatı regionların inkişafında mühüm əhəmiyyət kəsb edir. Hacıqabul Suvarma Sistemləri İdarəsinin rəisi İbrəhim İbrəhimov söhbətində bildirir ki, elektrik enerjisinin ötürülməsi zamanı yaranan fasilələr suvarma suyunun ötürülməsinə maneçilik törədirdi. “Qarasu” yarımstansiyası bu çətinliyi aradan qaldıracaq. Yarımstansiya hesabına 250 min hektar əkin sahəsinin suvarma sistemlərinin enerji təchizatı həyata keçiriləcək.

2 hissədən-əkin sahələri və heyvandarlıq kompleksindən ibarət “Azərsun Şamaxı Aqroparkı” tezliklə ölkədə ərzaq bolluğunun yaradılmasına öz töhfəsini verəcəkdir. Təkcə belə bir fakt kifayət edir ki, 2 min baş südçülük istiqaməti olmaqla kompleksdə 5 min baş iribuynuzlu heyvan saxlanılır. Gündəlik süd istehsalı isə 50 tondur. Aqroparka məxsus 4 min hektar əkin sahəsində buğda, arpa, qarğıdalı, yonca, şəkər çuğunduru, başqa tərəvəzlər əkilir.

Azərbaycan Respublikasının Prezidenti Hacıqabul-Muğan avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsində iştirak etdi. Uzunluğu 11,5 kilometr olan bu yol 32 min nəfərin yaşadığı 2 yaşayış məntəqəsi arasında əlaqəni gücləndirəcək. Muğan qəsəbəsinin sakini, Hacıqabul Rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov deyir:

–Dövlət başçımız cənab İlham Əliyev ölkədə yol infrastrukturunun genişlənib möhkəmlənməsinə xüsusi diqqət yetirir. Adam bu gün ölkənin müxtəlif istiqamətlərinə səfər edəndə yolların rahatlığından sözün əsl mənasında məmnun qalır. Mən, Muğan qəsəbəsində yaşayır, Hacıqabul şəhərinə işə gedib-gəlirəm. Yol yaxın vaxtlara kimi narahatlıq yaradırdı. Dövlət başçımıza qəsəbə sakinləri adından dərin təşəkkürümü bildirirəm. Yolun açılışında şəxsən iştirak edib öz xeyir-duası ilə bizi qəlbən sevindirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hacıqabul rayonuna səfəri bölgənin  inkişafında, tərəqqisində yeni, mühüm addım olacaqdır. Hacıqabullular bu inamdadırlar. 

Tofiq HÜSEYN,

“Respublika”.

Published in Digər xəbərlər

Məlum olduğu kimi, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko aprelin 13-də ölkəmizə işgüzar səfərə gəlmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin gün Belarusun dövlət başçısı ilə qeyri-rəsmi, aprelin 14-də isə təkbətək görüşləri olmuşdur. İki ölkə arasında münasibətlər uzun illər əvvəl qurulub və qarşılıqlı dostluq, əməkdaşlıq prinsiplərinə əsaslanır. Siyasi icmalçılar və ekspertlər müzakirə olunan məsələlərin və imzalanan sənədlərin həcmi baxımından budəfəki görüşü Azərbaycan-Belarus münasibətlərində əməkdaşlığın yeni zirvəsi kimi dəyərləndirirlər.

 

Qeyd edək ki, hər iki ölkə vaxtilə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. Sovetlər Birliyinin süqutundan sonra postsovet məkanında müstəqil dövlətlər kimi bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Belarus Respublikası ilə Azərbaycan arasında diplomatik əməkdaşlığın əsası 1993-cü il iyunun 11-də qoyulub. Ötən müddət ərzində ikitərəfli münasibətlərin möhkəm ənənələri - səmimilik, etibarlılıq, dostluq və qarşılıqlı mənfəət formalaşıb. Belarus Respublikası Baş nazirinin 2001-ci ilin avqustunda Azərbaycana səfəri zamanı rəsmi Minsk və Bakı arasında dialoq qurulması istiqamətində əməli addımlar atılıb. 2004-cü ildə hökumət nümayəndələrinin qarşılıqlı görüşü reallaşıb, 2006-cı ildə isə Minsk və Bakıda diplomatik missiyalar fəaliyyətə başlayıb. Bununla da iki ölkənin iqtisadi siyasi, humanitar sahələrdə qarşılıqlı əlaqələri genişlənib. Hazırda Azərbaycana Belarusdan ixrac edilən malları sırasında maşınqayırma, şinlər, ağac emalı, qida məhsulları, məişət texnikası, qab-qacaq və s. əsas yer tutur. Belarus isə Azərbaycandan neft-kimya, maşınqayırma və kənd təsərrüfatı məhsulları idxal edir.

Bu gün Azərbaycanda Belarus traktorları, yük maşınları, kommunal və kənd təsərrüfatı texnikası, optik cihazlar, liftlər yığılır.

2007-ci ildən etibarən Gəncə Avtomobil Zavodunda “Belarus” traktoru və onun bazasında xüsusi texnika, eyni zamanda “MAZ” avtomobili yığılır. İki ölkənin qardaşlaşmış şəhərləri (Sumqayıt, Şəki, Mingəçevir-Mogilyov, Slutsk, Poltsk) mədəni əlaqələrin inkişafında əsas yer tuturlar.

İki ölkənin rəhbərliyi—Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında sıx münasibətlər əlaqələrin bütün istiqamətlərində öz əksini tapıb. Belarus Prezidentinin 2016-cı ilin noyabrında ölkəmizə rəsmi səfəri zamanı dövlətimizin başçısı İlham Əliyevlə müzakirə olunan bir sıra məsələlər sırasında əmtəə dövriyyəsinin artırılması, Belarusda Azərbaycan ticarət evinin yaradılması da yer almışdır. Bundan sonra 2017-ci ilin mayında Minskdə sahəsi 529 kvadratmetr olan Azərbaycan Ticarət Evi yaradılmışdır. Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Belarus bazarına çıxarılmasında və tanıdılmasında, bizim yerli məhsullarımızın ixracının təşviqində mühüm rol oynayır.

Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il noyabrın 18-də Belarus Respublikasına rəsmi səfərindən sonra ticari-iqtisadi və investisiya sahəsində əlaqələr daha da genişlənmişdir.

Onu da nəzərə çatdıraq ki, Belarus Respublikası Müstəqil Dövlətlər Birliyi (MDB) tərkibində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, həm də ATƏT-in Minsk qrupu (1992-ci ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmış qurumdur) üzvlərindən biridir. Məsələn, Belarus Respublikası Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatında Ermənistanın müttəfiqi sayılsa da, ərazi bütövlüyü məsələsində həmişə Azərbaycanın mövqeyini dəstəkləmişdir. Bunu Prezident Aleksandr Lukaşenko bütün görüşlərdə daim bəyan etmişdir.

“Ölkələrimiz arasında münasibətlərin inkişafına görə çox şadam. Sizinlə biz əlaqələrimizə elə dinamizm gətirmişik ki, bütün istiqamətlər üzrə inkişaf olduğunu, razılaşdırdığımız məsələlərin praktiki həllini görürük. Qarşılıqlı səfərlərimiz müntəzəm xarakter daşıyır”. Bunu aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşündə deyib. Dövlətimizin başçısı çıxışında Qarabağın bərpası ilə bağlı müzakirə apardığını nəzərə çatdırıb və işğaldan azad edilmiş ərazilərin bərpası baxımından bu mövzunun xüsusi yer tutduğunu vurğulayıb.

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın işğalına son qoyulandan sonra azad edilmiş torpaqlarda görüləcək işlərdə də Azərbaycanın yanında olduqlarını deyib: “Həqiqətən Azərbaycan öz milli arzusuna çatmaq yolunda böyük addım atıb. Lakin bu, yalnız ilk addımdır. Dünən biz bu barədə xeyli danışdıq. Mən çox şadam. Siz Belarus xalqının həqiqi dostu kimi bilirsiniz ki, qarşıda hələ çox işlər var, işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası üçün çox ağır işlər, dinc işlər görülməlidir. Bilməlisiniz ki, Belarusda Sizin etibarlı dostlarınız var”.

Dövlət başçılarının görüşündəki çıxışlarından belə qənaətə gəlmək olur ki, hətta pandemiya dövründə iki ölkə arasında əməkdaşlıq imkanları genişlənir. Çünki hər iki dövlət başçısı müstəqil siyasət yürüdür. Bunun nəticəsidir ki, həm Belarusun, həm də Azərbaycanın müstəqil siyasəti iki lider arasında əməkdaşlıq münasibətlərinin daha yüksək səviyyəyə qalxmasına imkan verir. Ən çətin anlarda Azərbaycan Belarusun, Belarus da Azərbaycanın yanında olub. Əvvəldə qeyd etdiyimiz kimi, Belarusun ölkəmizdə həyata keçirdiyi iri layihələrdən biri kimi Gəncə Avtomobil Zavodunu göstərmək olar. Eyni zamanda Azərbaycan nefti Bakı-Supsa boru kəməri vasitəsilə Belarusa nəql olunur.

Həmçinin aprelin 14-də  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi keçirilmişdir. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında baytarlıq sahəsində anlaşma və əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının Milli Turizm Agentliyi”, Dövlət qurumu arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Belarus Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq məsələlərinə dair Anlaşma Memorandumu” imzalanmışdır.

Sonra Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatla çıxış etmişlər. Prezident İlham Əliyevin bəyanatında deyilir: “Mən Aleksandr Qriqoryeviçə məlumat verdim ki, Qarabağ “yaşıl enerji” zonası elan edilib və birinci “ağıllı kənd” layihəsi praktiki olaraq həyata keçirilməyə hazırdır. Əlbəttə, bu sahədə Belarusun təcrübəsi nəzərə alınmaqla bu istiqamətdə işləmək çox maraqlı olardı. Mən daha sonra dedim ki, biz ərazilərin bərpası işlərinə yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Belarus da Azərbaycan üçün belə ölkədir”.

Belarus Prezidenti Aleksandr Lukaşenko bəyanatında Qələbə münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdığını və Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların tamamilə dayandırılması barədə razılaşmaları səmimi qəlbdən alqışladığını, bərpa işlərində Azərbaycanla birgə, çiyin-çiyinə və məsuliyyətlə fəaliyyət göstərməyə hazır olduğunu bildirmişdir. Bütün bunlar onu göstərir ki, Azərbaycan-Belarus münasibətləri dostluq əlaqələrindən başqa, həm də strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkəmizin rəhbəri birmənalı şəkildə bəyan etmişdir ki, müstəqil siyasət yürüdən iki ölkənin münasibətləri hər hansı problemlərdən tamamilə uzaqdır.

Ramiz YUSİFLİ,

“Respublika”.

Published in Digər xəbərlər

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Əli Əhmədov aprelin 21-də Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (İCAPP) Daimi Komitəsinin 35-ci iclasında iştirak edib.

AZƏRTAC xəbər verir ki, videokonfrans formatında keçirilən iclasda açılış nitqi ilə çıxış edən Koreya Respublikasının xarici işlər naziri, İCAPP Daimi Komitəsinin həmsədri Çunq Eui-yonq İCAPP-ın fəaliyyətinə göstərdiyi fəal dəstəyə görə Yeni Azərbaycan Partiyasına xüsusi təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini Əli Əhmədov ötən il 44 günlük müharibə nəticəsində Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyini, bölgədə sülh və əməkdaşlıq üçün yeni imkanların yarandığını vurğulayıb. O, həmçinin bu ilin sonlarında Təhlükəsizlik və Əməkdaşlıq Naminə Xüsusi Konfransın keçirilməsi barədə YAP-ın təşəbbüsünün dəstəklənməsinə və İCAPP-ın iş planına salınmasına görə quruma təşəkkürünü bildirib.

Pandemiya şəraitində qurumun fəaliyyətini yüksək qiymətləndirən YAP təmsilçisi sonda İCAPP üzvlərini Bakıda keçiriləcək tədbirdə fəal iştiraka dəvət edib.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Azərbaycan Respublikasının Prezidenti hər zaman olduğu kimi, fikirlərini kifayət qədər aydın və konkret şəkildə ifadə edib. Əgər Ermənistan XİN-i eşitdiklərini istədiyi şəkildə yozaraq təqdim etmək istəyirsə, bu artıq onların mənfur niyyətinin göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Azərbaycan Respublikasının Prezidentinin Ermənistana qarşı güc tətbiq etmək təhdidi ilə çıxış etdiyini iddia edən şərh ilə bağlı KİV-in sualına cavabında bildirib.

Leyla Abdullayeva deyib: “Dövlətimizin başçısının fikirlərini təfsir etmək istəyənlərin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan Prezidenti 20 aprel tarixli müsahibəsində Azərbaycana qarşı Ermənistanda baş qaldıra biləcək revanşizmdən və ərazi bütövlüyümüzə ola biləcək təhdidlərdən bəhs edib və “əgər mümkün təhdidi təsbit etsək, onu məhv edəcəyik... çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir”, - deyə vurğulayıb. Bu isə Ermənistan XİN-in iddia etdiyi kimi, Ermənistanın ərazi bütövlüyünə təhdid deyil, əksinə, Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə ola biləcək hər hansı təhdidi cavablandırmaq qətiyyətimizin göstəricisidir.

Xatırlatmaq istərdim ki, dövlət başçısı müsahibəsində, eyni zamanda, Azərbaycanın əməkdaşlığa hazır olduğunu söyləyib, Ermənistanın azərbaycanlılara qarşı dövlət səviyyəsində törətdiyi soyqırımı və tarixi, mədəni, dini abidələrimizin dağıdılmasına rəğmən bizim gələcəyə baxmalı olduğumuzu vurğulayıb.

Dəfələrlə və ən yüksək səviyyədə bəyan edildiyi kimi, Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır. 2020-ci il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatların icrası da elə məhz buna xidmət edir. Ermənistan isə təəssüf ki, üçtərəfli bəyanatın icrası əvəzinə, yalan və iftira dolu fikirləri ilə həm öz əhalisini zəhərləyir, həm də beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır”.

 

AZƏRTAC

Published in Digər xəbərlər

Azərbaycan Respublikasının Prezidenti hər zaman olduğu kimi, fikirlərini kifayət qədər aydın və konkret şəkildə ifadə edib. Əgər Ermənistan XİN-i eşitdiklərini istədiyi şəkildə yozaraq təqdim etmək istəyirsə, bu artıq onların mənfur niyyətinin göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Azərbaycan Respublikasının Prezidentinin Ermənistana qarşı güc tətbiq etmək təhdidi ilə çıxış etdiyini iddia edən şərh ilə bağlı KİV-in sualına cavabında bildirib.

Leyla Abdullayeva deyib: “Dövlətimizin başçısının fikirlərini təfsir etmək istəyənlərin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan Prezidenti 20 aprel tarixli müsahibəsində Azərbaycana qarşı Ermənistanda baş qaldıra biləcək revanşizmdən və ərazi bütövlüyümüzə ola biləcək təhdidlərdən bəhs edib və “əgər mümkün təhdidi təsbit etsək, onu məhv edəcəyik... çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir”, - deyə vurğulayıb. Bu isə Ermənistan XİN-in iddia etdiyi kimi, Ermənistanın ərazi bütövlüyünə təhdid deyil, əksinə, Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə ola biləcək hər hansı təhdidi cavablandırmaq qətiyyətimizin göstəricisidir.

Xatırlatmaq istərdim ki, dövlət başçısı müsahibəsində, eyni zamanda, Azərbaycanın əməkdaşlığa hazır olduğunu söyləyib, Ermənistanın azərbaycanlılara qarşı dövlət səviyyəsində törətdiyi soyqırımı və tarixi, mədəni, dini abidələrimizin dağıdılmasına rəğmən bizim gələcəyə baxmalı olduğumuzu vurğulayıb.

Dəfələrlə və ən yüksək səviyyədə bəyan edildiyi kimi, Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır. 2020-ci il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatların icrası da elə məhz buna xidmət edir. Ermənistan isə təəssüf ki, üçtərəfli bəyanatın icrası əvəzinə, yalan və iftira dolu fikirləri ilə həm öz əhalisini zəhərləyir, həm də beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır”.

 

AZƏRTAC

Published in Digər xəbərlər

Ağır yaralanan daha 12 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, həmin qazilərimiz  Ələkbərov İlkin Elçin oğlu, Atakişiyev Yusif Fariz oğlu, Kazımov Kənan Çinar oğlu,  Eyvazov Səbuhi Rahim oğlu, Seyfullayev Havil Səyədullah oğlu, Osmanov Zamir Şakir oğlu, Quliyev Şahmar Anar oğlu, Abdullayev Pərvin Dövlət oğlu, Əliyev Arzu Könül oğlu, Məmmədkərimov Nicat Əfsun oğlu, Musayev Bəhman Natiq oğlu, Hüseynov Ülvi Məsum oğludur.

“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bundan öncə 51 qazimiz müalicə üçün Türkiyəyə göndərilmişdi. Onlardan 7-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

 

 

AZƏRTAC

Published in Sosial həyat

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifovun verdiyi məlumata görə, “Azmelsutəsərrüfat” ASC-nin sədri Zaur Mikayılovun rəhbərliyi və struktur vahidlərinin iştirakı ilə   videokonfrans  keçirilib. Keçirilən iclasda cənab Prezident tərəfindən meliorasiya və su təsərrüfatı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin və tapşırıqların icrası, vegetasiya suvarma mövsümünə başlanılması ilə əlaqədar konkret tapşırıqlar verilmiş və fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.  

N.CAVADOV,

“Respublika”.

Published in Digər xəbərlər

Dünyanın hərb tarixinə yeni səhifə yazan Azərbaycan Ordusu döyüş bacarığı, hazırlığı, mübarizliyi ilə 30 ilin işğalına son qoydu, ədaləti bərpa etdi. Ölkəyə rəhbərlik etdiyi 17 ildən artıq bir dövr ərzində hər bir vədini konkret əməli işi ilə təsdiqləyən ölkə Prezidentinin təkmil islahatlara, yeniliyə, müasirliyə əsaslanan siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə ilklərə imza atıb.

 

Müzəffər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməklə 44 günlük müharibə dövründə qələbəmizi təmin edərək Ermənistana və ona havadarlıq edənlərə sübut etdi ki, “Qarabağ Azərbaycandır!”.

 

Ötən il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması, Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlardan, artilleriya qurğularından, minaatanlardan intensiv atəşə tutması nəticəsində başlanan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, xalq-iqtidar birliyinin məntiqi nəticəsini Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində Zəfər tarixini yazaraq bir daha təsdiqlədi.

Müzəffər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməklə 44 günlük müharibə dövründə qələbəmizi təmin edərək Ermənistana və ona havadarlıq edənlərə sübut etdi ki, “Qarabağ Azərbaycandır!”.

Qeyd edək ki, xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayan Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə Dənizkənarı Milli Parkda 5 hektar ərazidə Hərbi Qənimətlər Parkının salınmasına bu ilin yanvar ayında başlanılıb və çox qısa zamanda açıq səma altında həmin park salınıb.

Parkda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi və ermənilər tərəfindən qurulmuş müdafiə sədləri nümayiş etdirilir.

Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana qələbə qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Parkın giriş hissəsində xronoloji ardıcıllıqla Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmənin insanlıq əleyhinə yönəlmiş cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələrinin endirilməsi, dinc sakinlərin qətlə yetirilməsi kimi faktları özündə əks etdirən lövhə yerləşdirilib. Nümayiş etdirilən qənimətlər sırasında 150-dək ağır texnika, 125 artilleriya topu, 366 tank, 7 “S-300” zenit-raket kompleksi, 50-dən çox zenit-raket kompleksləri, 522 hərbi yük nəqliyyatları, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, istehkamlar, hərbi kazarmalar, KUB zenit-raket kompleksi, “T-72” tankları, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa” zenit-raket kompleksi və digər eksponatlar var. Şuşaya atılmış “İsgəndər-M” raketinin qalıqları da burada eksponatlar sırasındadır.

Vətən müharibəsində döyüş həm də informasiya cəbhəsində davam edirdi. Dünya ictimaiyyəti və beynəlxalq kütləvi informasiya vasitələri münaqişə bölgəsi haqqında son məlumatları ən etibarlı, ən nüfuzlu mənbədən - Azərbaycan Prezidentindən alırdı. Qələbə tvitləri, aparıcı media qurumlarına müsahibələr, xalqa müraciətlərdən ibarət hissələr də parkın ərazisindəki videozalda nümayiş etdirilir.

Hərbi Qənimətlər Parkının ən maraqlı hissələrindən biri 30 il ərzində düşmən tərəfindən möhkəmləndirilmiş müdafiə mövqeyi əks olunan, özündə 10 elementdən ibarət mühəndis-maneələr sistemini ehtiva edən ərazidir. Bu maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin dəf etməli olduğu mühəndis sistemlərdir. Otuz il ərzində möhkəmləndirilən mövqelərin daxilində isə yaxşı təchiz edilmiş döyüş postu, əsgər kazarması, kazarmanın yanında şəxsi heyətin artilleriya və hava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqlar, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərləri, uzunmüddətli atəş nöqtələri yerləşir.

Burada sərgilənən qənimətlər müxtəlif istiqamətlidir. Maraqlı kompozisiyalardan biri isə ordumuzun işğaldan azad olunan torpaqlarda düşməndən qənimət kimi götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” yazılan lövhədir. Bu lövhə Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi, erməni fərariliyinin təzahürüdür.

Sərgidəki eksponatlar arasında müharibədə həlak olan minlərlə erməni əsgərinin boş qalmış dəbilqələrindən ibarət kompozisiya da nümayiş etdirilir.

Parkda sərgilənən texnikanın heç də hamısı yararsız vəziyyətdə deyil. Düşmənin KUB zenit-raket kompleksi, hərəsindən bir nümunə olmaqla tırtıllı, eləcə də bir neçə ağır texnika - T-72 tankları, piyadaların döyüş maşınları, 2 S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “OSA” zenit-raket kompleksi, 57 zirehli texnikanın 18-i, 30 artilleriya qurğusundan 11-i, 49 avtomobil texnikasından 11-i işlək vəziyyətdədir. Silah-sursat eksponatlar sərgisi iki hissəyə bölünür ki, birinci hissədə 15, ikincidə isə 27 yararlı müxtəlif iriçaplı silahlar var. Eksponatlar qarşısında quraşdırılmış lövhələr zirehli texnika, silah-sursatla bağlı ətraflı məlumat almaq imkanı verir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edərkən çıxışında bildirib ki, biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq.

Parkda düşmənin hərbi texnikaları, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, məğlubiyyətə uğradılan düşmən ordusunun hərbçiləri, Müzəffər Azərbaycan Ordusunun qalib əsgər və zabitlərinin mulyajları, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Hərbi Qənimətlər Parkı ərazisində döyüşlər zamanı azad edilən düşmən postlarında və ələ keçirilən hərbi texnikalarda zəncirlənmiş vəziyyətdə olan erməni hərbçilərinin maketlərini də görmək olar. Savaş vaxtı erməni zabitləri əsgərlərin səngərləri tərk edib qaçmaması üçün bu rəzilliyə əl atırdılar. Parkda Ermənistan silahlı qüvvələrinin bunkerinin prototipi də yaradılıb. Bunkerin içərisindəki əşyalar da vaxtilə düşmənə məxsus olan ləvazimatlardır - plakatlar, şəkillər, hətta yerə döşənən üzlük daşları, yataq və komanda otaqlarında erməni hərbçilərinin müqəvva-maketləri də hazırlanıb.

Yeri gəlmişkən onu da qeyd edək ki, nümayiş olunan erməni əsgər və zabitlərin maketlərinin hazırlanmasında üç heykəltəraş - Kamran Əsədov, Müşfiq Heydərov və Rəşid Məhərrəmov iştirak edib. Onlar birlikdə 26 heykəl ərsəyə gətiriblər.

Yeraltı yol və səngərlərdə olan avtomobil təkərləri, beton qalıqları da döyüş bölgəsindən gətirilib və bütün elementlər orijinaldır. Azərbaycanlı memarlar tərəfindən burada erməni əsgərlərin yataqxanası, yemək otağı, silah anbarı döyüş meydanında olduğu kimi maketləşdirilib.

Parkın ərazisində hərbi çadır altında qurulan “Kinozal” otağında videotəqdimat bölməsindəki monitorlarda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qələbə tvitləri, Vətən müharibəsi ilə əlaqədar çıxışları, Vətən müharibəsinə aid videoçarxları və qısametrajlı filmləri izləmək mümkündür.

Burada quraşdırılan oturacaqlar hazırlanarkən erməni hərbçilərin silah-sursatlarını saxladıqları taxta yeşiklərdən, kiçik işıq dirəkləri hazırlanarkən isə erməni tanklarının mərmilərinin barıt atıcısının futlyarından istifadə olunub. İnformasiya mərkəzi və Azərbaycanın milli brendlərindən, o cümlədən qələbəmizə həsr olunan müxtəlif məhsullardan ibarət suvenir satışı məntəqəsi də fəaliyyət göstərir. Ziyarətçilər informasiya mərkəzində parkdakı bütün eksponat, kompozisiyalar haqqında məlumatlandırılır.

Ölkəmizdə səfərdə olan qonaqlar, müxtəlif tədbirlərin iştirakçıları Hərbi Qənimətlər Parkını ziyarət edib müharibədə əldə olunmuş hərbi sursatları görməklə düşmən üzərində üstünlüyümüzün əyani şahidi olurlar.

Bu günlərdə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın iştirakçıları da Hərbi Qənimətlər Parkını ziyarət edib, Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən əldə olunmuş hərbi qənimətlərlə tanış olublar.

Bu gün dünyanın dörd bir yanında müharibə cinayətlərini, işğalçı orduların məğlubiyyətlərini əks etdirən onlarla muzey və qənimətlər parkı mövcuddur ki, Bakıda salınan Hərbi Qənimətlər Parkı bunların ən uğurlu və maraqlı nümunəsi hesab olunur.

Ümumiyyətlə, dünyada müharibələrin nəticələrini əks etdirən muzeylərdə müharibə qənimətləri, düşmən əsgərinin istifadə etdiyi silah-sursatlar və digər eksponatlar nümayiş etdirilir. Məsələn, Rusiyada, Belarusda belə muzeylər fəaliyyət göstərir. Xüsusən İkinci Dünya müharibəsi zamanı faşistlərin SSRİ-yə hücumundan sonra ələ keçirilmiş qənimətlər və alman əsgərlərinə aid hərbi avadanlıqlar, şəxsi əşyalar muzeylərin əsas eksponatları sırasında yer alır.

Bu muzeylərdən biri də Brestdə yerləşir. Muzeyin ikinci zalında Brestin müdafiəsini əks etdirən fərqli eksponatlar toplanıb. Sovet əsgərlərini xatırladan köhnə silahlar, Hitler ordusunun çayı keçərkən istifadə etdiyi alman qayıqları və bu kimi digər müharibə nümunələri ziyarətçilərə göstərilir.

Belarus Böyük Vətən Müharibəsi Tarixi Muzeyində də Minsk şəhəri ətrafında gedən döyüşləri xatırladan xeyli eksponat saxlanılır. Muzey Böyük Vətən müharibəsində qələbə uğrunda canlarından keçmiş insanların xatirəsinə yaradılıb. Burada alman tankları, döyüşlərdən sonra meydanda qalan silahlar, nasistlərin Belarus ərazisində yaratdıqları ölüm düşərgələri və onlarla hərbi nümunələri görmək olar. Muzey 1944-cü il oktyabrın 22-dən Minskdəki Azadlıq meydanındakı Həmkarlar Evində fəaliyyət göstərir.

Avropa və Afrikada olduğu kimi, Asiyada da müharibənin izləri muzeylər vasitəsilə qorunub saxlanılır. Bu mənada Vyetnamın Hoşimin şəhərində müharibədən sonra yaradılmış böyük hərbi muzey də fəaliyyətdədir. Burada ABŞ ordusunun törətdiyi hərbi cinayətləri əks etdirən xeyli sayda eksponat var. Muzey 1975-ci ilin sentyabrında açılıb ki, sonradan 1993-cü ildə adı dəyişdirilərək “Amerika Hərbi Cinayətlər Muzeyi” olub. Burada hərbi qənimət kimi helikopter, qırıcı, tank, buldozer, hərbi qayıq və bombalar, açıq səmada nümayiş etdirilən hərbi texnikalar və ABŞ əsgərlərinin maketləri də eksponatlar sırasındadır.

Vyetnama qoşun yeritmiş ABŞ da hərbi muzeylər mövzusunda özünəməxsus təcrübəyə malikdir. Təkcə bir faktı deyək ki, Luiziana ştatının Yeni Orlean şəhərində ABŞ-ın 2-ci Dünya müharibəsinə həsr edilmiş ən böyük müharibə muzeyi yerləşir. Maraqlısı budur ki, amerikalılar müharibəyə aid 250 min eksponat sərgilənən bu nəhəng hərbi muzeyi 2006-cı ildə inşa ediblər.

Polşada İkinci Dünya müharibəsi Muzeyi, 1 sentyabr 2008-ci il tarixində Mədəniyyət və Milli İrs nazirinin əmri ilə Qdanskdakı Westerplatte Muzeyi adı altında 1700 m2 sahəni əhatə edən tarixi şəhər mərkəzinə yaxın yerdə Motlawa çayı üzərində, Gdanskda, Wadyslaw Bartoszewski meydanında qurulmuşdur.

Muzey, eyni zamanda xatirə sahəsi olan simvolik bir memarlıq məkanında - 1939-cu ilin sentyabrında hücuma məruz qalan Polşa Poçt Ofisinin Qdanskdakı tarixi binasından 200 metr məsafədə yerləşir.

 

Bəybala BƏYBALAYEV,

“Respublika”.

Published in Digər xəbərlər
1 -dən səhifə 3