XƏBƏR LENTİ

Çərşənbə, 05 May 2021 06:58

Əlilliyi olan şəxslərin əl işlərindən ibarət növbəti satış-sərgi

Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzinin yetirmələrinin əl işlərindən ibarət növbəti satış-sərgi 1 saylı Bakı “ASAN xidmət” mərkəzində təşkil olunub.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə,tədbirdə Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və Prezident yanında Vətəndaşlara Xidmət  və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov iştirak ediblər. Satış-sərgidə 10-dək sənət növü (xalçaçılıq, toxuculuq, rəssamlıq, oyma və s.) üzrə 1000-ə yaxın əl işi nümayiş olunub.

Sosial Xidmətlər Agentliyi, “ASAN xidmət” və Bakı Gənclər Mərkəzinin birgə  təşkilatçılığı ilə aprel ayında 1 saylı DOST Mərkəzində start verilən bu satış-sərgilər ay ərzində  mayın 7-sində  Bakı Gənclər Mərkəzində, mayın 17-sində 5 saylı “ASAN xidmət” mərkəzində,  mayın 21-ində 4 saylı “ASAN xidmət” mərkəzində,  26-27 mayda 3 saylı DOST Mərkəzində davam edəcək:

Qeyd olunan satış-sərgilərin təşkilində məqsəd əlilliyi olan şəxslərin istedad və bacarıqlarının cəmiyyətə tanıdılması, onların yaradıcılıq imkanlarına, fəaliyyətlərinin stimullaşdırılmasına,  cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir.

 

Mustafa KAMAL

“Respublika”.

Read 65 times