XƏBƏR LENTİ

Çərşənbə axşamı, 04 May 2021 07:29

Azərbaycan Respublikasının Atçılıq Federasiyası ilin ilk konkur yarışını keçirdi

30 aprel - 1 may 2021-ci il tarixlərdə Novxanıda yerləşən “Sərhədçi Atçılıq Klubu”nun açıq manejində cari ilin ilk konkur yarışları keçirilib. “E”, “L” və “M**” kateqoriyaları üzrə təşkil olunan “Sərhədçi” kuboku turnirində Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları yarışıblar.

İlk yarış 30 aprel tarixində saat 12:00-da başlamışdır. “E” kateqoriyası üzrə 80 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla çıxışlar ediblər. 16 idmançının iştirak etdiyi mübarizədə “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin idmançısı Rəna Axundova “Tibet” ləqəbli atla 1-ci, “Sərhədçi Atçılıq klubu”nun idmançısı Gülay Fərzəliyeva “Cera 59” ləqəbli atla 2-ci, “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin idmançıları Emin Rzayev “Light Limerick” ləqəbli atla 3-cü, Mədinə Əliyeva “Ak’s Clinteus” ləqəbli atla 4-cü yerin sahibi olublar.

Günün 2-ci yarışı saat 14:00-da başlayıb. “L” kateqoriyası üzrə 120 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda 21 idmançı iştirak edib. Nəticədə “Buta Golden Atçılıq Klubu”nun idmançısı Elmar Abdullayev “Bulud” ləqəbli atla 1-ci, “Elit Atçılıq Klubu”nun idmançısı Məhəmməd İsgəndərov “Meq” ləqəbli atla 2-ci, “Elit Atçılıq Klubu”nun idmançısı Ramil İbrahimov “Cera 59” ləqəbli atla 3-cü, “Murad Atçılıq Klubu”nun idmançısı Kənan Novruzov “D’Amour” ləqəbli atla 4-cü yerdə qərarlaşıb.

Nəhayət, 1 may  tarixində saat 12:30-dan etibarən turnirin üçüncü və sonuncu yarışına start verilib. “M**” kateqoriyalı 125-130 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda 9 at iştirak edib. “Sərhədçi Atçılıq Klubu”nun idmançısı Seyid Musayev “Gilas” ləqəbli atla öz rəqiblərinə qalib gələrək 1-ci yerin və “Sərhədçi” kubokunun sahibi olub. “Gilan Atçılıq Klubu”nun idmançısı Rahib İsmayılov “Carthanio” ləqəbli atla 2-ci, “Elit Atçılıq Klubu”nun idmançısı Rəşad Səmədov isə “Zirvə” ləqəbli atla 3-cü, ikinci atı olan “Damla” ləqəbli atla 4-cü yerə sahib olublar.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi.

Read 37 times