XƏBƏR LENTİ

Çərşənbə, 05 May 2021 07:00

Azərbaycan ilə Gürcüstan arasında birgə gömrük nəzarət-buraxılış məntəqəsinin yaradılması layihəsi həyata keçirilir

Azərbaycan ilə Gürcüstan arasında birgə gömrük nəzarət-buraxılış məntəqəsinin yaradılması layihəsi həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, layihə Asiya İnkişaf Bankının dəstəyi ilə reallaşdırılır.

Gürcüstanın maliyyə naziri Laşa Xutişvili bildirib ki, bu layihə həm çox önəmli, həm də innovativ ideyadır: “Layihədə yalnız infrastrukturun inşası nəzərdə tutulmur. Layihə çərçivəsində iki ölkənin informasiya sistemlərini birləşdirən rəqəmsal platforma yaradılacaq. Biz əminik ki, bu, sərhəddən keçid prosesini əhəmiyyətli dərəcədə asanlaşdıracaq, həmçinin CAREC dəhlizi üçün yaxşı model olacaq”, - deyə Laşa Xutişvili vurğulayıb.

 

AZƏRTAC

Read 38 times