XƏBƏR LENTİ

Bazar, 18 Aprel 2021 10:17

Azərbaycanın parlament nümayəndə heyəti Sankt-Peterburqda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasına səfəri çərçivəsində aprelin 16-da Sankt-Peterburqda Qoroxovaya küçəsi 6 ünvanında yerləşən binanın qarşısına gəliblər.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvləri burada Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin 1949-1950-ci illərdə təhsil aldığı SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin Ali Məktəbinin binası qarşısında Ümummilli Liderin binanın üzərinə vurulmuş barelyefini ziyarət ediblər.

Parlament nümayəndə heyətinin üzvləri dahi rəhbərin xatirəsini yad edərək, barelyefin önünə qızıl güllər düzüblər.

 

 

AZƏRTAC

Read 64 times