XƏBƏR LENTİ

Bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək AVRO-2020-nin Kubok turu çərçivəsində Avropa çempionatının kuboku Bakıya gətirilib.

AZƏRTAC xəbər verir ki, mayın 7-dən 9-dək Bakıda nümayiş olunacaq Avropa çempionatının kuboku Prezident İlham Əliyevə təqdim edilib.

UEFA-nın ilk baş katibi olmuş, Avropa çempionatının keçirilməsi təklifini irəli sürmüş şəxsin şərəfinə “Anri Delone kuboku” da adlandırılan bu kubok turnirin final oyununda qalib gələn komandaya təqdim olunacaq. Kubok Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagenə aparılacaq.

Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunacaq. A qrupunun 3 oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

AZƏRTAC

Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirmişdir.

Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir.

Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə qərara alıram:

1. Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 may 2021-ci il.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Mahmudov Abduləhəd Əlisa oğlu

Mirzəhəsənov Hüseyn-Səfa Qvaməddin oğlu

Nurzadə Əli Qayıb oğlu

Seyidov Uran Seyid Musa oğlu

Şarovskaya Natalya Yuryevna.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 may 2021-ci il.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 1, maddə 8, N 8, maddə 686; 2006, N 1, maddə 4; 2007, N 4, maddə 321; 2010, N 7, maddə 596; 2011, N 2, maddə 71, N 6, maddə 484; 2012, N 12, maddə 1228; 2013, N 12, maddə 1467; 2014, N 7, maddə 783; 2015, N 2, maddə 99, N 4, maddə 347, N 11, maddə 1287; 2016, N 12, maddə 2032; 2017, N 6,  maddə 1044,  N 12 (I kitab), maddə 2188; 2018, N 7 (I kitab), maddə 1443; 2019, N 12, maddə 1902; 2020, N 7, maddə 845) 8.2-ci maddəsinin birinci cümləsində “əmək haqqının” sözləri  “vəzifə maaşının” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 2 aprel 2021-ci il.

Şənbə, 08 May 2021 07:08

Əziz Şuşa, sən azadsan!..

Şuşanın Dövlət Barağı Günü ərəfəsində azad olunması diqqət çəkən məqamlardandır. Müqəddəs bayrağımız öz tarixinin yəqin ki, ən şərəfli gününü yaşayır, indi o Şuşada qürurla dalğalanır və əbədi dalğalanacaq! Çünki Şuşanın azad olunması ilə, şəhidlərimizin intiqamı alındı.

“Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”. Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi: Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.

Ulu öndərimizin dediyi kimi, doğrudan da—Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur. Bunu 30 ilə yaxın çəkən ayrılıq da göstərdi. Yuxularımızda gördük, Şuşa həsrəti ilə bu dünyadan köçənlərin yasını tutduq. Nə yaxşı ki, tarixi ədalət deyilən bir şey varmış. İllərlə mədəniyyətindən, mənəviyyatından, gözəlliyindən uzaq düşdüyümüz Şuşamız qayıtdı bizə, Qarabağımıza qovuşduq.

Dövlət başçısı Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətinə əməl edərək, “Qarabağ Azərbaycandır” şüarı altında səni geri qaytardı, gözəl Şuşa. Və bir gün sənə xitabən çox böyük fəxrlə: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” - bəyan etdi. Bu gün gözəl Şuşamızda Azərbaycan Ordusunun addım səsləri eşidilir. Bir müddət sonra Şuşaya dönüş başlayacaq. Bütün bunları düşündükcə iftixar və qürur duyuram: “Qoynuna qayıdırıq, Şuşa! Gəlirik səni qoxlamağa, xarıbülbül. Dönürük gözəlliyinə tamaşa etməyə, Topxana! Qayıdırıq suyundan içməyə, İsa bulağı! Gəlirik üzərində at çapmağa, yarışlar, xarıbülbül festivalları keçirməyə, Cıdır düzü”.

Qeyd edək ki, Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlanılmış və 1756-1757-ci illərdə tikilib başa çatdırılmışdır. Qarabağ xanı Pənahəli xan Şuşanı paytaxt elan edib oranı möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılmışdır. Tarixi mənbələrdə Şuşanın hətta XIII əsrdə də Azərbaycanın məşhur şəhərlərindən biri olması haqqında faktlar vardır. Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması barədə fikir söyləməyə əsas verir.

Şuşanın dağları başı dumanlı,

Qırmızı qoftalı yaşıl tumanlı,

Dərdindən ölməyə çoxdu gümanım.

Ecazkar səsi ilə Xan Şuşinskinin ifasında nə qədər dinləmişik bu mahnını. Bəlkə də bu mahnını o zamanlar dinləyərkən heç ağlımızdan keçməzdi ki, bir vaxt həqiqətən də Şuşa dağlarının başını duman alacaq. Çox təəssüf ki, bu oldu. Ölkəmizin mədəniyyət beşiyi olan Şuşa yağı düşmənin tapdağı altında qaldı.

1992-ci il mayın 8-də Ermənistan silahlı ordusunun hücumları nəticəsində Azərbaycanın dilbər guşəsi, Qarabağın gözəllik simvolu, 24900 əhalisi olan Şuşa işğal olundu. Yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil oldu. İşğal nəticəsində Şuşadakı bir sıra mədəniyyət abidələri düşmən tərəfindən talan, tarixi abidələr məhv edildi.

Alınmaz qala olan Şuşanın işğalı ilə bağlı müxtəlif fikirlər səslənsə də bir məsələ aydındır ki, bu qədim şəhər xəyanətin qurbanı oldu. Şuşa işğal altına düşəndə bizim əsas problemimiz həm də güclü ordumuzun olmaması idi, rəhbərlik öz vəzifə borcunu yerinə yetirə bilmirdi. Beynəlxalq müstəvidə Azərbaycan demək olar ki, bütün ölkələrlə münasibətləri gərginləşdirmişdi. Ölkə sözün əsl mənasında təcrid edilmiş vəziyyətdə idi.

Bu gün isə Azərbaycan dövləti ən etibarlı əllərdədir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş hərtərəfli inkişaf strategiyası dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə yeni səviyyəyə çıxarılmışdır. Ordu quruculuğu isə həmin strateji kursun önəmli hissəsini təşkil edir. Təsadüfi deyil ki, Şuşanın alınması əməliyyatı müasir dünya hərb sənətinin dərsliklərinə salınması və öyrənilməsi vacib olan əməliyyat idi...

Dəniz səviyyəsindən 1400-1800 metr yüksəklikdə olan, alınmaz qala sayılan Şuşaya xüsusi təyinatlılarımız gecə saatlarında, Daşaltı kəndi və Qəribəli kəndi tərəfindəki meşəlikdən daxil olublar. Düşmənin 4 postunu məhv edəndən sonra Köhnə Qalanı və “Türmə”ni ələ keçirən əsgərlərimiz düşmənin hücumlarını dəf edərək şəhərdəki mövqelərini genişləndirməyə başlayıblar. Şəhərin yanındakı xüsusi təyinatlı qruplar isə Xankəndi- Şuşa yolunu nəzarətə götürmüşdülər. Noyabrın 3-dən 4-nə keçən gecə şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olan xüsusi təyinatlılarımız zirehli texnikasız, topsuz, aviasiyasız 2 gün döyüşdülər. Noyabrın 6-da axşam saatlarında ordumuzun motoatıcı hissələri ölüm yağışı altında əlbəyaxa gedən döyüşlərə özlərini çatdırdılar. Çünki orada nə səngər, nə istehkam, nə top, nə tank, nə də minaatan var idi. Olanları avtomat, tapança, əlqumbaraları, pulemyot və bıçaqlar idi. Ən böyük silahları isə Vətən təşnəsi, Yurd sevgisi və bir də kamuflyaj formanın sol döş cibində olan Azərbaycan bayrağı idi. Nəhayət, gərgin gedən döyüşlərdən bir neçə gün sonra Ermənistan məğlubiyyətini qəbul etdi və Azərbaycan müharibədə qələbə qazandı.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev noyabrın 8-də Azərbaycan xalqına müraciətində Şuşa şəhərinin erməni işğalından azad edildiyini bəyan edərək dedi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ Bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”.

Azərbaycan xalqı bəlkə də son bir əsrdə bu qədər sevinc, qürur yaşamamışdı, bayrağa bu qədər sevgi bəsləməmişdi. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üçrəngli bayrağımızı dalğalandıraraq bir daha Bayrağımıza, qələbəmizə olan sevgilərini böyük coşqu ilə nümayiş etdirdilər. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu.

Bəli, 8 may 1992-ci tarixində Ermənistan ordusu tərəfindən işğal olunan Şuşamız. 8 noyabr 2020-ci il tarixində Azərbaycanın müzəffər, şanlı ordusunun vətən uğrunda apardığı müharibədə zəfər çalaraq qələbəsi nəticəsində işğaldan azad edildi. İnanırıq ki, 8 may tarixində qətlə yetirilən şuşalıların və bu torpağın azad olunması uğrunda canından keçən şəhidlərimizin ruhu sevinir indi. Ruhunuz daima şad olsun! Qisasınız alındı! Qarabağ Azərbaycandır!

Artıq işğaldan azad olunmuş bütün ərazilərdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində də qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb.

Bəli, yenə qonaqlı-qaralı Cıdır düzü igidlərin məskəninə çevriləcək, doğmalarının nəfəsinə həsrət qalan xarıbülbül əsrarəngiz gözəlliyi ilə hamını valeh edəcək.

Bütün bunlar üçün torpaqlarımızın azad olunması uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyir, Ali Baş Komandanımıza sonsuz təşəkkürlərimizi bildiririk.

 

Nurəngiz ADİLQIZI,

“Respublika”.

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, N 2, maddə 271) 1.2-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.3 - 1.7-ci bəndlər əlavə edilsin:

“1.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

1.4. şəhid ailəsinin üzvləri;

1.5. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

1.6. məcburi köçkün statusu olan şəxslər;

1.7. I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 may 2021-ci il.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 may tarixli 707 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilsin:

Abbasov Tariyel Abbasqulu oğlu

Abbasova-Budaqova Afaq Nurəhməd qızı

Abdullayev Kyazım Ənvər oğlu

Abdullayev Mətləb Fətəli oğlu

Abdullayeva Xurşud Lütfəli qızı

Abdurahmanov Yusif Fikrət oğlu

Adıgözəlov Yalçın Vasif oğlu

Ağaverdiyeva Məsməxanım Aslan qızı

Axundov Bəxtiyar Ağayar oğlu

Axundov Əbülfəz Dadaş oğlu

Aqalliyay Pellumb Mustafa oğlu

Alışova Şölə Qasım qızı

Allahverdiyev Vasif Kərim oğlu

Allahverdiyeva Naibə Siyavuş qızı

Babayeva İnarə Əhməd qızı

Babayeva Sevinc Məmmədəli qızı

Bağırov İzaməddin Zeynal oğlu

Baliyeva Natalya Gennadyevna

Barateliya Naala Raulyevna

Bayramov Salman Bayram oğlu

Bəxtiyarov Rəşad Bəhram oğlu

Butenko İqor Leonidoviç

Cəfərov Mircavad Mirqədər oğlu

Cəfərov Samir Qədir oğlu

Dadaşov Əmrah Balaxan oğlu

Dubovitskaya Mariya Aleksandrovna

Eyvazov Yasəf Alxas oğlu

Eyyubov Musa Eyyub oğlu

Əbdülsəmədova Zemfira Feyzulla qızı

Əflaki Ədilə Osman qızı

Əhmədov Cavid Təvəkkül oğlu

Əhmədov Çingiz Əli Əşrəf oğlu

Ələkbərzadə Mehriban Zaur qızı

Əliyev Sərvər Bəhlul oğlu

Əliyeva Hüsniyyə Səfər qızı

Əliyeva Münəvvər Sabir qızı

Əliyeva Nərgiz Arzu qızı

Əliyeva Şəfəq Rəsul qızı

Əlizadə Əkbər Müzəffər oğlu

Əlizadə Şəhla Seidşah qızı

Əmirbəyova Rita Cəmil qızı

Əsgərov Əli Rəhim oğlu

Əsgərov Əsgər Əkbər oğlu

Əskərov Qoçaq Məhərrəm oğlu

Əzimov Aydın Kazım oğlu

Hacıyev Əli Əliyusif oğlu

Hacıyev İlqar Xəlil oğlu

Hacıyeva Naylor Fidan Hacıağa qızı

Hacıyeva Sevil İnşalla qızı

Hacıyeva Səbinə Sabir qızı

Heybətov Anar Mithət oğlu

Həsənov Kərim Abbas oğlu

Həsənov Vidadi İsmail oğlu

Həsənova İradə Aslan qızı

Həsənova Natavan Mikayıl qızı

Həşimov Orxan İlqar oğlu

Həşimzadə Xanlar Allahverdi oğlu

Həziyev Natiq Fərzalı oğlu

Hümbətova Ülviyyə Cavanşir qızı

Hüseynli Anar Vaqif oğlu

Hüseynov Fizuli İsmət oğlu

Hüseynov Şövqi Ərəstun oğlu

Hüseynova Kamilla Fikrət qızı

Hüseynova Kəmalə Müzəffər qızı

Xanlarova Mehriban Aslan qızı

Xasiyev Nadir Şənbə oğlu

Xəlilzadə Rüfət Eldar oğlu

İbrahimov Fuad Natiq oğlu

İbrahimova Nigar Rəfael qızı

İbrahimova Səbinə Vaqif qızı

İbrahimova Şəhla İbrahim qızı

İmanov Vaxtanq Yaşar oğlu

İmanova Gülbacı Əliəkbər qızı

İskəndərova Sənubər Sabir qızı

İsmayılov Qurban İbrahim oğlu

İsmayılov Samir Süleyman oğlu

İsrafilov Fərhad Ramazan oğlu

Kazımov Nicat Mirəziz oğlu

Kərimduxt Rövşən Ramazan oğlu

Kərimov Loğman Seyfulla oğlu

Kərimova Cəmilə Rüstəm qızı

Kərimova Qərinə Rəhim qızı

Kərimova Nərgiz Faiq qızı

Qarayev Elnar Cəfər oğlu

Qasımov Məmmədsəfa Məmmədəli oğlu

Qasımov Yusif Əli oğlu

Qəhrəmanov Abbas Əhməd oğlu

Qəmbərli Ayaz Vahab oğlu

Qəmbərov Salman Hüseyn oğlu

Qəribova Nargilə Dursun qızı

Qocayev Rəhim Xəlil oğlu

Quliyev Cəmil Elşad oğlu

Quliyev Əyyub Ramiz oğlu

Quliyev Hafiz Məhərrəm oğlu

Quliyev Nihat Heydər oğlu

Quliyev Rövşən Vaqif oğlu

Quliyeva İntizar Təhməzqulu qızı

Quliyeva Qızılgül Polad qızı

Quliyeva Şəlalə Şahvələt qızı

Qurbanov Cahangir Qafar oğlu

Qurbanova Pərvanə Yaqub qızı

Mahmudov Rövşən Oqtay oğlu

Mehmandarov Mustafa Adil oğlu

Məhərrəmov Firudin Əliməmməd oğlu

Məmmədov Anar Ramiz oğlu

Məmmədov Ayşad Kamal oğlu

Məmmədov Maqsud Fazil oğlu

Məmmədov Murad Məmməd oğlu

Məmmədov Nüsrət Cəfər oğlu

Məmmədov Sabir Duman oğlu

Məmmədov Sabir Novruz oğlu

Məsimov Qurban Abdulla oğlu

Mikayılov Anar Şamil oğlu

Mir-Qasım Ayan Oqtay qızı

Mirzəyev Gülağası Ağa Hüseynoviç

Mirzəyev Rafiq İsmayıl oğlu

Mirzəyev Sücəddin Qiyas oğlu

Musayeva Şükufə İmran qızı

Mustafayev Arzu Əhməd oğlu

Mustafayeva Laləzar Bəşir qızı

Nağıyev Qasım Gəncalı oğlu

Nəsirova Hicran Fətəli qızı

Nəsrullayev Həsrət Nüsrət oğlu

Novruzova Nübar Qulu qızı

Orucova Naidə Mülük qızı

Orucova Sevda Nəbi qızı

Osmanov Bəhram Məcid oğlu

Osmanov Fuad Tacəddin oğlu

Ömərov Gümrah Rza oğlu

Poladov Əkrəm Nicat oğlu

Ramazanova Nigar Azər qızı

Rəhmanov Rəhman Tofiq oğlu

Rüstəmov Nurlan İbrahim oğlu

Salamova Gülcahan Əhməd qızı

Səlimli Mirbala Seyidəsgər oğlu

Səlimov Ruslan Xanbala oğlu

Səmədov Samir Səməd oğlu

Səmədov Şükür Hacıbala oğlu

Sultanov Neymət İslam oğlu

Şərifəliyeva Səidə Vahid qızı

Şıxəliyev Ramin Tofiq oğlu

Şirinov Aslan Adil oğlu

Şirməmmədov Na

mis Xanmirzə oğlu

Vahabzadə Səbinə Qulam qızı

Vəliyev Nofəl Abdulməcid oğlu

Vəliyeva Nigar Natiq qızı

Yaqubova Ella İsmayıl qızı

Zeynalov Azər Zeynalabdin oğlu

Zeynalov Elnur Əli oğlu

Zəki Mehriban Mürvət qızı.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 may tarixli 2022 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, N 5, maddə 583) 1-ci hissəsi ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 may 2021-ci il.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il fevralın 2-də  imzalanmış “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə Sərəncamdan irəli gələrək “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın mayın 7-də Baş nazir Əli Əsədovun sədrliyi ilə alt işçi qrupları rəhbərlərinin iştirakı ilə videoformatda iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda “2021-2025-ci illərdə Sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı verilmiş müvafiq tapşırıqların icra vəziyyəti, alt işçi qrupları tərəfindən görülən işlər, təqdim edilən alt-məqsəd və hədəflər, qarşıda duran vəzifələr və digər məsələlər müzakirə olunub.

 

 

AZƏRTAC

Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib.

Şuradan AZƏRTAC-a bildiriblər ki, çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş tərəqqi yolunun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirildiyini, dövlətimizin iqtisadi, siyasi, hərbi cəhətdən möhkəmləndiyini və əldə olunmuş nailiyyətlərə görə dünyada ən islahatçı ölkələrdən biri kimi xarakterizə olunduğunu vurğulayıb.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə işğaldan azad olunmuş doğma torpaqlarımızın yenidən dirçəlməsi üzrə həyata keçirilən tədbirlər böyük fəxarət hissi ilə qeyd olunub. Bildirilib ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli Fərmanı ədalət mühakiməsinin təkmilləşdirilməsi işinin müasir çağırışlara uyğun yeni mərhələdə təşkilini, o cümlədən kadr islahatlarının aparılmasını, hüquqların məhkəmə müdafiəsinin güclənməsini şərtləndirib.

Fərmana uyğun olaraq mühüm qanunlar qəbul edilib, o cümlədən cəza siyasəti humanistləşdirilib, “Elektron Məhkəmə” informasiya sisteminin bütün ölkəni əhatə etməsi üçün tədbirlər görülüb, karantin şəraitində İKT-lər tətbiq olunmaqla, məhkəmə proseslərində videoformatdan geniş istifadə olunub. Yeni regional inzibati və kommersiya məhkəmələri təsis edilib, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün işlək mexanizmlər yaradılıb, məhkəmələrin və hakimlərin təminatı güclənib. Məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər görülüb, yeni bina və komplekslər inşa olunaraq yüksək texnoloji - “hi-tech” məhkəmələr yaradılıb. Həmçinin hakimlərin iş yükünün azaldılması, işlərə daha keyfiyyətlə və çevik baxılması məqsədilə əlavə ayrılmış 200 yeni hakim ştatının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə, müsabiqələr xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla davamlı xarakter alıb, namizədlərin distant təlimi və məhkəmələrdə təcrübələri təşkil olunub.

Müsabiqə prosesini artıq uğurla başa vurmuş 44 nəfər namizəd dövlətimizin başçısının Sərəncamı ilə cari ilin əvvəlində müxtəlif birinci instansiya məhkəmələrinə təyin ediliblər. Hakimlərin seçimi prosesi davam olunaraq 221 nəfər hakimliyə namizəd isə hazırda müsabiqənin müxtəlif mərhələsindədirlər.

İclasda, həmçinin bildirilib ki, Fərmanın icrası çərçivəsində hakimlərin fəaliyyətinin hərtərəfli və prinsipial qiymətləndirilməsi məqsədilə yeni Qaydalar təsdiq edilib, onun elektron proqram təminatı hazırlanıb. Həmin Qaydalara uyğun olaraq 120-dək hakimin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə ali, apellyasiya və digər müvafiq məhkəmələrin rəyləri, Ədliyyə Nazirliyinin məlumatları, sair aidiyyəti materiallar toplanılıb, zəruri təhlillər aparılıb və yekun rəylər hazırlanaraq Şuranın müzakirəsinə çıxarılıb.

İclasda həmin hakimlər barədə qiymətləndirmə materialları hərtərəfli müzakirə olunaraq, onlardan 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunub və işdə dönüş yaratmaları üçün 6 ay vaxt verilib, 3 nəfərin isə səlahiyyətlərinə xitam verilməsi qərara alınıb.

Bildirilib ki, Fərmanının icrası üzrə görülən tədbirlər çərçivəsində hakim kadrlarından səmərəli istifadə edilməsi ilə bağlı məsələlər daim diqqət mərkəzində saxlanılır. Ötən il dövlət başçısının sərəncamları ilə 30-dan çox rəhbər hakim vəzifələrinə təyinatların aparılması, bir sıra hakimlərin intizam qaydasında aşağı işə keçirilməsi, yüksək hazırlığa və zəruri mənəvi keyfiyyətlərə malik 20-dək yeni nəsil gənc hakimin ali və apellyasiya məhkəmələrinə irəli çəkilməsi diqqətə çatdırılıb.

Bu tədbirlərin davamı olaraq Şuranın iclasında ali və apellyasiya məhkəmələrinə zəruri hazırlığa və mənəvi keyfiyyətlərə malik 24 hakimin təyin olunması, apellyasiya məhkəmələrinin rəhbərliyində dəyişikliklərın aparılması, həmçinin fəaliyyətində çatışmazlıqlara yol verən hakimlərin həmin məhkəmələrdən kənarlaşdırılmasına dair təkliflər verilib.

Dövlətimizin başçısının məhkəmə fəaliyyətində şəffaflığın təmin olunması, korrupsiya və digər neqativ hallara qarşı mübarizənin gücləndirilməsi ilə bağlı qəti tapşırıq və tövsiyələri diqqətə çatdırılaraq, prinsipial kadr dəyişikliklərinin ədalət mühakiməsinin səmərəliliyinə töhfə verəcəyinə əminlik vurğulanıb.

İclasda yeni məhkəmələrin yaradılması və hərbi məhkəmələrin ərazi yurisdiksiyasının təkmilləşdirilməsi ilə bağlı məhkəmələrin ərazi yurisdiksiyasına dəyişikliklərin edilməsi barədə qərarlar qəbul edilib.

Həmçinin Şurada hakimlər barədə intizam icraatı üzrə işlərə baxılaraq, korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə Şirvan Apellyasiya Məhkəməsinin hakimləri Nüsrət Mirzəyev və Tofiq Heydərova töhmət verilib, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevaya irad tutulub.

 

AZƏRTAC

Dünyada elə bir xalq tapmaq olmaz ki, milli tarixinin ən mürəkkəb mərhələsində onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələri formalaşdırmış milli lideri olmasın. Çünki liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən, addımlarının təhlillərini apararkən onların mənsub olduğu xalqların da dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranır. Bu dahi şəxsiyyətlər yüksək mənəvi aləmləri, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə ürəkdən bağlılıqları ilə milyonların qəlbində özləri üçün möhtəşəm abidə ucaldırlar. Bu mənada xoşbəxt xalqıq ki, bizim də əbədiyyət abidəmiz var - ULU ÖNDƏR HEYDƏR ƏLİYEV!
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin “Heydər Əliyev liderliyinin qalibiyyət və zəfər rəmzi” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Uca Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar. XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan ümummilli lider Heydər Əliyevin siyasi portreti də Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Məhz Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində müstəqil Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, “dövlət-vətəndaş” birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilib.

 

Heydər Əliyev həmin ilin iyulunda Bakıya gəlir və onu qarşılayanlardan biri kimi ulu öndərimizlə ilk tanışlığımız olur
Dünya siyasət arenasında unudulmaz şəxsiyyətlərdən olan Heydər Əliyevin rəhbərliyi ilə uzun müddət işləməyim, eləcə də onunla şəxsi tanışlığım isə həyatımın böyük şərəfidir. Məhz bu mənada daim xatirələrimdə yaşayan ən mühüm məqamları da qeyd etmək istərdim. Daha dəqiq desəm, ən böyük xoşbəxtliyim və ömrüm boyu unutmayacağım hadisə dahi şəxsiyyət Heydər Əliyevlə yaxından tanış olmaq imkanının mənə nəsib olmasıdır. Ulu Öndərlə ilk görüşüm isə məhz tarixi məqamlara söykənir. Belə ki, sovet rəhbərliyinin 1990-cı ilin yanvarında xalqımıza qarşı qanlı faciə törətdiyi ən ağır vaxtda Heydər Əliyev həyatını təhlükə altına ataraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib, 20 Yanvar faciəsinə siyasi qiymət verərək, mərkəzin və respublika rəhbərliyinin hüquqazidd əməllərini ifşa etmişdi. Tarixin məsuliyyətli və çətin, lakin şərəfli dövründə xalqı ilə olmağı, ona kömək etməyi vacib bilən Heydər Əliyev həmin ilin iyulunda Bakıya gəlir və Onu qarşılayanlardan biri kimi ulu öndərimizlə ilk tanışlığımız olur. Lakin həmin çətin vaxtlarda qardaşı Cəlal Əliyevin evində qalan Heydər Əliyevə qarşı təhdidlər səngimir, xəyanətkar qüvvələr isə onu Bakını tərk etmədiyi təqdirdə istənilən hadisənin baş verə biləcəyi ilə hədələyir, təhdid edirdilər. Nəticədə Heydər Əliyev Naxçıvana getmək məcburiyyətində qalır. Yaxşı xatirimdədir, Cəlal Əliyevlə görüşümüzün ertəsi günü Heydər Əliyevi Naxçıvana yola salmaq üçün aeroporta getdik və onu təyyarənin salonunadək ötürdük. Həmin anda mən əmin idim ki, bu gediş deyil, tarixi dönüşün başlanğıcı idi və bu an - bilavasitə Heydər Əliyev dühasının qətiyyətli varlığı artıq müstəqil Azərbaycanın tarix salnaməsinə qızıl hərflərlə həkk olunmağa başlamışdı.
Sonralar da Naxçıvanda olarkən Ulu Öndərlə görüşlərimiz oldu. Yaşının çox və səhhətində müəyyən problemlərin olmasına baxmayaraq, hər zaman qamətli duruşu, daxili gücə və inama sahib olması, simasında ifadə olunan möhkəm iradə və qətiyyət, səsindəki amiranəlik Ümummilli Liderin bundan sonra da xalqına xidmət etmək iqtidarında olduğunu kifayət qədər əks etdirirdi. Bu gerçəkliklərdən həm də belə bir nəticə hasil olunurdu: Təbiətən çox təmkinli olsa da, baş verən haqsızlıqlara qarşı hər zaman barışmaz mövqedə idi. O, güclü siyasi fəhmə, taleyüklü məsələləri həll etmək bacarığına, dəmir iradəyə və zəngin idarəçilik təcrübəsinə malik şəxsiyyət idi.

 

Uğurların təməlində Heydər Əliyev məktəbinin, uzaqgörənliyinin əsasları dayanmaqdadır
Artıq biz kifayət qədər əminliklə, inamla vurğulaya bilərik ki, tükənməz azərbaycançılıq məfkurəsinin parlaq mücəssəməsi olan Heydər Əliyev faktoru öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasına, dünyaya örnək olaraq təqdim olunmasına nail olub. Hadisələrə şahidlik edən tariximiz də bunu mərhələlərlə sübut edir.
Tarixi mərhələləri vərəqləyərkən biz qeyd edilən amilləri bir daha nəzərdən keçirməli oluruq: 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edən xalqımız çox çətin sınaqlardan keçmiş, qanı bahasına qazandığı müstəqilliyi yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Həmin dövrdə Azərbaycanda müstəqil dövlətçilik maraqları ilə üst-üstə düşməyən, bir çox hallarda isə onlara zidd olan qeyri-ardıcıl, səriştəsiz siyasətin aparılması, silahlı birləşmələrin özbaşınalığı, xaos və vətəndaş qarşıdurması, erməni təcavüzü bu təhlükəni daha da dərinləşdirirdi. Məhz belə bir ağır dövrdə - 1993-cü ildə xalqımızın təkidi və iradəsi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdaraq müstəqilliyimizi məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli missiyanı öz üzərinə götürdü. Hətta o dövrdə təsəvvür etmək çətin idi ki, ömrünün müdrik çağında olan və çoxsaylı təhdidlərə məruz qalan Heydər Əliyev yenidən hakimiyyətə qayıtsın. Lakin buna rəğmən, bu güclü şəxsiyyətin heç nədən çəkinmədən, öz həyatını belə təhlükəyə ataraq meydana atılması xalqı və dövləti qarşısında misilsiz fədakarlığı idi.
Şübhəsiz ki, Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində müstəqilliyimiz qorunub, atəşkəsə nail olunub, dövlətlə xalqın birliyi təmin edilib. Əgər bu gün Azərbaycan qalib ölkə olaraq dünyadakı nüfuzunu daha da artırıbsa, 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarını düşmən tapdağından azad edibsə, bütün uğurların təməlində Heydər Əliyev məktəbinin, uzaqgörənliyinin əsasları dayanmaqdadır. Bu əsaslar Azərbaycanı ötən onilliklərdə güclənməsinə, iqtisadi, diplomatik, hərbi sahədə irəliləməsinə şərait yaratdı və əlbəttə ki, Ulu Öndərin siyasət mücəssəməsi məhz bu günlər yaşadığımız Zəfər tariximizə hesablanmış uzun, çətin bir yolun keçidi idi...

 

Onun hər zaman xalqının yanında olduğuna, onu böyük bir izdihamın müşayiət etdiyinə, hər bir vətəndaşa qayğı ilə yanaşdığına şahid olmuşam
Məhz həyatımın on ilə yaxın dövründə Heydər Əliyev kimi dünya şöhrətli dahi şəxsiyyətlə birgə çalışmağım, onun rəhbərliyi ilə keçirilən tədbirlərdə iştirak etməyim mənə həmin hissləri yaşatmaqdadır. Ümummilli Liderimizin müvafiq qərarı ilə 1993-cü ildən uzun müddət Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərmişəm. Müstəqilliyini itirmək təhlükəsindən yenicə xilas olmuş ölkəmizdə həqiqətən də gərginlik müşahidə olunurdu. 1993-1998-ci illərdə paytaxt Bakı kimi böyük bir şəhərin təhlükəsizliyi, sözsüz ki, təmin olunmalı idi. Xaricdən təlimatlandırılmış qaragüruhçu qüvvələr demək olar ki, günaşırı mitinqlər, aksiyalar, küçə yürüşləri keçirir, müxtəlif sifariş və təxribat xarakterli addımlar atılırdı. Bütün bunların öhdəsindən gəlmək isə asan iş deyildi. Ancaq dahi rəhbərin qarşımızda qoyduğu tapşırıqları yerinə yetirmək ən ümdə vəzifəmiz idi. Biz dövlətçiliyimizin qorunması, müdafiəsi, vətəndaşlarımızın mühafizəsi, təhlükəsizliklərinin qorunması, ən nəhayəti isə, ölkəmizin inkişafı naminə dönməz mövqe sərgiləməyi məhz Ulu Öndərimizin qətiyyətindən öyrənmişdik, bəhrələnmişdik. Ümumiyyətlə, Heydər Əliyevin böyüklüyü, dövlətçilik səriştəsi həm də onda idi ki, o, hüquqi dövlət quruculuğu işində humanizm prinsiplərindən yerində və düzgün istifadə etməyi uzaqgörənliklə, müdrikliklə bacarırdı. Onun hər zaman xalqının yanında olduğuna, onu böyük bir izdihamın müşayiət etdiyinə, hər bir vətəndaşa qayğı ilə yanaşdığına şahid olmuşam. Heydər Əliyev Azərbaycanı Vətən, dövlət olaraq çox sevirdi, azərbaycanlı olması ilə fəxr edirdi. Azərbaycan kəlməsini söyləyərkən gözləri yaşarması onun Vətənə olan sevgisinin əyani təzahürü idi. Xalqın əbədi sevgisini qazanan ulu öndər Heydər Əliyev daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına dövlət müstəqilliyimizi yenidən bərqərar etdi. Azərbaycan dağılmaqda olan ölkədən inkişaf edən ölkəyə, vətəndaş müharibəsi astanasında olan ölkədən vətəndaş həmrəyliyi olan ölkəyə çevrildi.
Burada bir məqamı xüsusilə diqqətə çatdırmaq istərdim. Məhz ulu öndər Heydər Əliyevin atəşkəsə nail olandan sonra bütün gücünü, diqqətini ordu quruculuğuna yönəltməsi artıq bizlərə o anlamı verirdi ki, işğal altında qalan torpaqlarımız gec-tez düşməndən azad olunacaq və bu amil onun ən ümdə vəzifəsi idi. Heydər Əliyev gecə və gündüz Qarabağın azad olunması üçün fəaliyyət göstərir, iqtisadiyyatı gücləndirir, bu sahənin sayəsində ordu quruculuğunun formalaşdırılması istiqamətində mühüm qərarlarını verirdi. O bilirdi ki, Qarabağın azadlığı güclü ordudan, bacarıqlı əsgər və zabit heyətindən keçir. Bu baxımdan da hər an, hər dəqiqə belə məqamları dərindən təhlil edir, nəticələrə gəlir və qərarlarını verirdi. Bu, onun uzaqgörən siyasətinin tərkib hissəsi idi. Məhz belə bir məqamlarda Heydər Əliyev şəxsiyyətinin rəhbərliyi altında çalışmaq mənə, mənimlə çalışan əməkdaşlara davamlı stimul verirdi. Bütün bunlar unudulmayacaq qürur, yaddan çıxmayacaq fərəh və şərəf gerçəkliyidir!

 

Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev məktəbinin, irsinin müdavimi olan Ali Baş Komandanımız İlham Əliyevin “Qarabağ Azərbaycandır!” kəlamı və “Dəmir yumruğ”u hesabına yağı düşmənin başı əzildi
Bu gün Azərbaycan xalqı 200 illik tarixini ulu öndər Heydər Əliyevin siyasi və layiqli varisi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Heydər oğlu Əliyevin qətiyyəti, dönməz iradəsi, liderliyi və sərkərdəliyi sayəsində bərqərar edib. Bəli, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev məktəbinin, irsinin müdavimi olan Ali Baş Komandanımız İlham Əliyevin “Qarabağ Azərbaycandır!” kəlamı və onun “Dəmir yumruğ”u hesabına yağı düşmənin başı əzildi. Azərbaycan Ordusu bütün dünyaya nümayiş etdirdiyi Qarabağ Zəfəri ilə yeni hərb tarixini də yazmış oldu. Yeni hərb tarixinin yazılması isə çox çətin, hətta deyərdim ağır işlərin, zəhmətlərin sayəsində əldə edilib. Cəmi 44 gün ərzində qazanılan qalibiyyət yürüşü enişli-yoxuşlu yolların aşılmasından sonra baş tutdu. Mənfur düşmən üzərində 2016-cı ildə qazanılmış Aprel zəfəri, eləcə də 2018-ci ildəki Günnüt qalibiyyəti məhz 2020-ci ilin 10 noyabr qalibiyyətinə doğru aparan şərəf yolu olaraq tariximizə yazılıb. Bu, eyni zamanda, Xalq-Dövlət-Ali Baş Komandan gerçəkliyinin məntiqi nəticəsi idi. Bu vəhdət, bu birlik dünyanın bütün ölkələrindən heyrətlə izlənildi, Azərbaycan dövlətinin nə qədər dərin əsaslara, təməllərə söykənməsi faktının şahidi oldu.
Qırx dörd günlük haqq savaşı adlarını tariximizə əbədi həkk etdirən qəhrəman şəhid və qaziləri tanıtdı. Azərbaycanımızın məğrur, vətənpərvər, cəsur oğullarını nəsillərimiz tanıdı və daim gələcək irsimizə tanıdacaq. Vətən uğrunda qanını canını fəda edən şəhidlərimiz, sağlamlığını qurban verən qazilərimizin vətən borcu ödəndi. Hər qarış torpaqlarımızın azad olunmasına görə onlara borcluyuq və heç zaman unutmamalıyıq.
Təbii ki, artıq Azərbaycan dünyanın ən güclü orduları sırasında yer alır və bunu beşinci nəsil müharibə uğurları ilə isbatlayıb. Ən müasir hərbi texnologiyalardan tutmuş zirehli texnikalara, PUA-lara, tank və helikopterlərə, qırıcı təyyarələrə və s. sahib olan Silahlı Qüvvələrimiz bundan sonrakı müddətdə də gücləndirilməkdə davam etdiriləcək. Prezident çıxışlarında bu məqamlara da toxunub və bəyan edib ki, Azərbaycan Ordusu davamlı şəkildə gücləndiriləcək.

 

Ali Baş Komandanımız “Dəmir yumruğ”unu iki cəbhədə - Qarabağda və mediada göstərdi, hər iki cəbhədə də qətiyyətli qələbə qazandı
Yeri gəlmişkən, daha bir mühüm məqama da toxunmaqla qeyd etmək istərdim ki, 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev, eyni zamanda, Ali Baş Komandan kimi demək olar ki, dünyanın 30-dan çox aparıcı və nüfuzlu media qurumlarına geniş müsahibələr verdi. Böyük maraqla izlənən bu müsahibələrin hər biri, həmçinin düşmənlə aparılan informasiya müharibəsində qalibiyyət simvoluna çevrildi. Təsəvvür edin, müharibə aparan bir ölkənin dövlət başçısı ağır iş rejiminə və sıx qrafikə baxmayaraq, mediaya xüsusi diqqət göstərdi. Belə ki, düşmənə cəbhədə verilən layiqli cavablar media məkanında da verilirdi. Deyərdim ki, Ali Baş Komandanımız “Dəmir yumruğ”unu iki cəbhədə - Qarabağda və mediada göstərdi, hər iki cəbhədə də qətiyyətli qələbə qazandı. Söz yox ki, dövlətimizin başçısı buna qədərki dövrdə, daha dəqiq desək, 10 noyabr Bəyanatından sonrakı atəşkəs müddətində də azad olunmuş ərazilərimizə etdiyi çoxsaylı səfərləri zamanı düşmənə xatırlatdı ki, əgər hər hansı bir təxribata, pozuntulara yol verilərsə, cavab əvvəlkindən də ağır olacaq.
Artıq Ermənistanın qarşısında
yenilməz, müasir, çevik və qüdrətli Azərbaycan Ordusu dayanıb
Bu baxımdan Ali Baş Komandan İlham Əliyev qarşıda dayanan məsələlər barədə verilən sualları da cavablandırarkən vurğuladı ki, Ermənistan tərəfi yeni reallıqlarla barışmalı, bizimlə hesablaşmalı, sülh və əmin-amanlığı bərpa etməklə regionun inkişafından bəhrələnməlidir. Bu gün Ermənistanın yalnız iqtisadi, sosial deyil, həm də hərbi-siyasi böhran içində olması, ölkə daxilində hərc-mərcliklərin davam etməsi, eləcə də keçmiş hakimiyyətdən olan revanşistlərin yenidən iqtidara can atmaları 10 noyabr Bəyanatının pozulmasına yönəlmiş addımlardır. Ermənistan Bəyanatın müddəalarını icra etməzsə, onlar üçün əvvəlkindən də böyük problemlərin yaranmayacağına kimsə zəmanət verə bilməz. Artıq Ermənistanın qarşısında yenilməz, müasir, çevik və qüdrətli Azərbaycan Ordusu dayanıb.

 

Müzəffər Ali Baş Komandanın tarixi hesabatı...
Qarabağımızın azad olunmasının ən həssas məqamı isə qədim tarixi mədəniyyət irsimiz Şuşanın düşmən tapdağından xilas edilməsi oldu. Ali Baş Komandan İlham Əliyevin Şuşamızın azad olunması ilə bağlı dediyi fikirləri isə hər bir azərbaycanlının qəlbini riqqətə gətirdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.
Bəli, bu, həm də bir tarixi və mənəvi hesabat idi - Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımızın ulu öndəri, əbədiyyət simvolu Heydər Əliyevə verilən qürur, şərəf hesabatı.
“YAŞAT” Fondu - Azərbaycan dövləti hər zaman öz əsgərinin yanındadır
Artıq o da məlumdur ki, ötən il dekabrın 8-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondunun yaradılması ilə bağlı Fərman imzalandı. Belə ki, 44 günlük haqq savaşı adlarını tariximizə əbədi həkk etdirən qəhrəman şəhid və qaziləri tanıtdı. Azərbaycanımızın məğrur, vətənpərvər, cəsur oğullarını nəsillərimiz tanıdı və daim gələcək irsimizə tanıdacaq. Vətən uğrunda qanını canını fəda edən şəhidlərimiz, sağlamlığını qurban verən qazilərimizin Vətən borcu ödəndi. Bizlər hər qarış torpaqlarımızın azad olunmasına görə onlara borcluyuq və heç zaman unutmamalıyıq. Məhz “YAŞAT” Fondunun yaradılması və bu qurumun üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməsi də belə qənaətə gəlməyə zəmin yaradır ki, Azərbaycan dövləti hər zaman öz əsgərinin yanındadır! Şəhid ailələrinə və onların övladlarının təhsillərinə, sosial-məişət həyatlarına göstərilən diqqət və qayğı ilə yanaşı, qazilərimizə, müharibə zamanı ağır yaralanan, əlil qalan hərbçilərimizə tətbiq edilən bütün imkanlar dövlət və ordu birliyinin nə qədər möhkəm dayaqlara söykəndiyini əks etdirməkdədir. Hazırkı dövrə qədər müalicələri yalnız xarici ölkələrdə mümkün olan onlarla hərbçilərimiz sonradan Azərbaycana ən sağlam şəkildə geri qayıtdılar. Həmçinin onların mülki həyatda işlə təminatları məsələsi də daim dövlətin diqqəti mərkəzindədir.
Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı ilə həyata keçirilən sosial dəstək və dayaq məqsədli yardım aksiyaları, şəhid və qazi ailələrinə xüsusi həssaslıq və qayğı ilə yanaşma xalqımız tərəfindən daim rəğbət və sevgi ilə qarşılanır. Bizlər isə inanırıq və əminik ki, xilaskarlıq missiyası xalqımızın həmrəylik və milli birlik ruhunda hər zaman uğurla davam edəcək və ölkəmiz daim qüdrətlənəcək. Çünki bu missiyanın təməl prinsipi qələbə və zəfər gerçəkliyidir.
Azad olunmuş torpaqlarımızda düşmən izlərini gördükcə, digər əminliyimiz də artır - bu torpaqlarımız bilavasitə Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən dirçəldiləcək, abadlaşdırılacaq, dünyanın ən gözəl cənnət guşələrinə çevriləcək.
Məqaləmin sonunda 2021-ci il mayın 3-4-də “Qubadlı” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə etdiyim səfərlə bağlı təəssüratlarımı bölüşmək istərdim. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyətinin yoxlanılması, son müddətdə bu ərazilərdə aparılan işlərlə tanış olmaq üçün reallaşdırılan səfərdə yağı düşmənin necə bir mənfur xislətə sahib olmasının bir daha şahidi oldum. Demək olar ki, heç bir salamat bina, ev, tikili və sosial infrastrukturun qalmadığı bu ərazilərin 30 ilə yaxın müddətdə talan edilməsi, dağıdılması da sübut edir ki, düşmənlərimiz heç bir insani dəyərlərə, şərəf və ləyaqətə sahib olmayanlar sırasında yer alırlar. Əlbəttə ki, onlar bu vandalizm aktlarına görə də mütləq cavab verməli olacaqlar. Erməni işğalçılarının “Ohanyan müdafiə xətti” deyilən bufer zonalarından həm də belə nəticəyə gəlmək olar ki, onlar işğalçılıq niyyətlərini uzun illərə bağlayırdılar. Ancaq onların bu istəkləri nəticəsiz qaldı və bu gün azad olunmuş torpaqlarımızda düşmən izlərini gördükcə, digər əminliyimiz də artır - bu torpaqlarımız bilavasitə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən dirçəldiləcək, abadlaşdırılacaq, dünyanın ən gözəl cənnət guşələrinə çevriləcək.
Səfərimizdən öncə məhz bu ərazilərimizdə Azərbaycan zabitinin, əsgərinin qürurunun, qartal baxışlarının erməni zabitini necə məyus etməsi görüntülərini izləmişdim. Təkcə bu görüntü də sübut edir ki, Azərbaycan Ordusu bundan sonra heç vaxt və əsla düşmənin ayaq açıb-yeriməsinə izn verməyəcək. Bu dədə-baba torpaqlarımız əmin əllərdə, etibarlı nəzərlərdə qorunur, mühafizə olunur.
Eyni zamanda, həmin əraziləri müşahidə edərkən daha bir düşüncəyə daldım ki, zamanında ulu öndər Heydər Əliyev bu ərazilərdə mühüm iqtisadi, sosial zonalar yaradaraq həm də təsərrüfatın inkişafı üçün nəhəng işlər həyata keçirmişdi. İndi isə onlardan əsər-əlamət qalmayıb. Əminəm ki, sonrakı proseslərdə bu ərazilərimiz daha da abad vəziyyətə gətirilməklə yanaşı, dünyanın diqqətini də özünə cəlb edəcək. Bizim xalqa, ölkəmizə və dövlətimizə yalnız qələbə, Zəfər yaraşır və bu Zəfəri bizlərə yaşadan ulu öndər Heydər Əliyevin layiqli siyasi varisi qətiyyətli sərkərdə, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. Bu siyasət yaşadıqca, davam etdirildikcə Azərbaycanı qarşıda daha böyük zəfərlər, qələbələr gözləyir.

 

 

 

 

 

 

 

AZƏRTAC

1 -dən səhifə 1783