XƏBƏR LENTİ

Cümə axşamı, 24 Oktyabr 2019 08:43

Akademik Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib

Oktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında AMEA-nın prezidenti vəzifəsinə seçki keçirilib.

AZƏRTAC xəbər verir ki, səsvermədə AMEA-nın 55 həqiqi üzvü iştirak edib. Ümumi yığıncaqda hesablayıcı komissiya yaradılıb, komissiyanın sədri akademik Urxan Ələkbərov təyin olunub.

Gizli səsvermə yolu ilə keçirilən seçkidə akademik Ramiz Mehdiyev yekdilliklə AMEA-nın prezidenti seçilib.

AMEA-nın yeni prezidenti akademik Ramiz Mehdiyev çıxış edərək “Heydər Əliyev” ordeni ilə təltif olunduğuna görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Akademiyanın son illər mühüm nəticələr əldə etdiyini vurğulayan akademik AMEA alimlərini öz fəaliyyətlərində daha işgüzar və məsuliyyətlə çalışmağa, öhdələrinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çağırıb.

Akademik Ramiz Mehdiyev seçkidə iştirak edən AMEA-nın həqiqi üzvlərinə minnətdarlıq edib.

 

 

 

AZƏRTAC

Read 121 times