XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Şənbə, 09 Noyabr 2019

Əlahəzrət,

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Kamboca arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram. 

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 noyabr 2019-cu il.

Published in Məktublar

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ağcabədi rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli  890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.25.1-ci yarımbəndində göstərilmiş məbləğin 19 430 000 (on doqquz milyon dörd yüz otuz min) manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 8 noyabr 2019-cu il.

Published in Sərəncam

Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVII Baş Assambleyası noyabrın 8-də Seulda işini davam etdirib.

Baş Assambleya AZƏRTAC-ın sədrliyi və Koreya Respublikasının Yonhap agentliyinin təşkilatçılığı ilə keçirilir. İclasda 28 ölkədən 32 xəbər agentliyinin rəhbərləri və nümayəndələri iştirak edirlər.

Assambleyanın ikinci günündə “Jurnalistika üçün yeni çağırışlar: texnoloji yeniliklər və xəbərlərin etibarlılığı” mövzusunda konfransın 2-ci və 3-cü sessiyaları keçirilib. Sessiyalarda xəbər buraxılışı və yayımında tətbiq edilən texnoloji yeniliklər, həmçinin mediaya etimad və feyk məlumatlarla mübarizə məsələləri müzakirə olunub.

Avstraliyanın Associated Press agentliyinin baş redaktoru Antoni Gilles və Aralıq Dənizi Xəbər Agentlikləri Alyansının baş katibi Georgios Penintaksın moderatorluğu ilə keçən sessiyalarda Dennis Veitziq, Duan Atkins, Troy MakQraf təqdimatlarla çıxış ediblər. Çıxışlarda xəbər agentlikləri tərəfindən buraxılan fotoların internetdə müəlliflik hüququnun qorunması, izlənməsi, xəbərlərin statistikasının aparılması kimi proqram təminatları barədə məlumat verilib. Eyni zamanda, feyk xəbərlərin informasiya mühitinə təsiri, yalan məlumatlarla mübarizə yolları, mediaya etimadın vacibliyi barədə fikirlər bildirilib. 

Assambleya çərçivəsində OANA İcraiyyə Komitəsinin 45-ci iclası keçirilib. OANA-nın prezidenti Aslan Aslanovun sədrliyi ilə keçən iclasda Baş Assambleyada müzakirəyə çıxarılacaq məsələlərə baxılıb. Növbəti Baş Assambleyanın yeri və vaxtı, yeni üzvlərin qəbulu, təşkilatın Nizamnaməsinə dəyişikliklər, İcraiyyə Komitəsinin tərkibi ilə bağlı məsələlər müzakirə olunub.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) 2019-2022-ci illərdə sədrlik AZƏRTAC-dan Koreya Respublikasının Yonhap agentliyinə keçib.

Bu barədə qərar təşkilatın noyabrın 8-də Seulda başa çatan Baş Assambleyasında qəbul edilib.

Assambleyada Yonhap agentliyinin rəhbəri Ço Sanq Bo OANA-nın prezidenti vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, AZƏRTAC OANA-ya 2016-2019-cu illərdə rəhbərlik edib. Qurumun XVI Baş Assambleyası həmin ilin noyabrında Bakıda təşkil olunub.

XVII Baş Assambleyada İcraiyyə Komitəsinin yeni tərkibi təsdiq edilib. AZƏRTAC yekdilliklə OANA-nın vitse-prezidenti seçilib, Monqolustanın Montsame agentliyi İcraiyyə Komitəsinə, Pakistanın PPİ agentliyi isə Texniki Komitəyə üzv qəbul olunub. OANA-nın İcraiyyə Komitəsinə hazırda 13 agentlik daxildir. Yonhap prezidentdir, AZƏRTAC, Rusiyanın TASS, Çinin Sinxua və Türkiyənin Anadolu agentlikləri vitse-prezidentdir, Avstraliyanın AAP, Malayziyanın Bernama, Bəhreynin BNA, İranın İRNA, Yaponiyanın Kyodo, Vyetnamın VNA, Livanın NNA, Monqolustanın Montsame agentlikləri isə üzvdür.

Növbəti XVIII Baş Assambleyanın 2022-ci ildə İranda keçirilməsi ilə bağlı İRNA-nın təklifi qəbul olunub. Assambleyada Fələstin Dövlətinin AFA agentliyinə OANA-da müşahidəçi statusu verilib. Bundan əlavə, iştirakçılar təşkilatın Nizamnaməsinə təklif edilən dəyişiklikləri, OANA-nın atributlarını və Seul Bəyannaməsini təsdiqləyiblər.

OANA-nın baş katibi Vüqar Seyidov təşkilatın AZƏRTAC-ın sədrlik etdiyi 2016-2019-cu illəri əhatə edən fəaliyyəti barədə məlumat verib, maliyyə və texniki hesabatlarını diqqətə çatdırıb. Sədrlik dövründə AZƏRTAC təşkilatın veb-saytının təkmilləşdirilməsi, üzvlərin fəallığının artırılması istiqamətində bir sıra layihələr həyata keçirib. AZƏRTAC-ın təqdim etdiyi təkliflər paketi təşkilatın İcraiyyə Komitəsinin Livan, İran və Vyetnamda keçirilən iclaslarında geniş müzakirə olunub.

Vüqar Seyidov OANA-nın yeni seçilən baş katibi Donq Min Liyə uğurlar arzu edib.

Baş Assambleyada, həmçinin 2019-cu il üçün OANA Mükəmməllik Mükafatının qalibləri olan Vyetnamın VNA və Çinin Sinxua agentliklərinə diplomlar və pul mükafatları təqdim edilib.

Tədbirdə çıxış edən İranın İRNA agentliyinin baş direktoru Seyed Ziya Haşemi, Yaponiyanın Kyodo agentliyinin prezidenti Toru Mizutani, Çinin Sinxua agentliyinin vitse-prezidenti Siyanq Liu 2016-2019-cu illərdə OANA-ya uğurlu rəhbərliyə görə AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova təşəkkürlərini bildiriblər.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov OANA-nın yeni prezidenti, Yonhap agentliyinin rəhbəri Ço Sanq Boya uğurlar arzulayıb, təşkilatın növbəti dövrdə inkişafının dinamik olaraq davam edəcəyinə əminliyini bildirib.

Assambleya başa çatdıqdan sonra Yonhap-ın sədrliyi ilə OANA İcraiyyə Komitəsinin 46-cı iclası keçirilib. İclasda yeni katibliyin görəcəyi işlər, OANA-nın fəaliyyətinin inkişaf perspektivləri müzakirə olunub. Eyni zamanda, növbəti - 47-ci İcraiyyə Komitəsinin iclasının 2020-ci ilin yazında Montsame agentliyinin təşkilatçılığı ilə Monqolustanda keçirilməsi qərara alınıb.

Bununla da OANA-nın XVII Baş Assambleyası başa çatıb.

 

 

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Bakının Nərimanov rayonunun ərazisində yerləşən “Minera” MMC-də “Bayrağımız - fəxrimiz, şərəfimiz və qürur mənbəyimizdir” mövzusunda bayram tədbiri keçirilib. 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə keçirilən mərasimdə Cəmiyyətin direktoru Mətanət xanım çıxış edərək vurğuladı ki, üçrəngli bayrağımız 1918-ci ildə Azərbaycan səmasında 18 ay dalğalanıb. Azərbaycanın üçrəngli Bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixi iclasında qəbul olunub. 1920-ci ilin aprelində bolşevik işğalından sonra AXC bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkic bayrağı ilə əvəzlənib. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra digər atributlarımız kimi, dövlət bayrağımız da bərpa olunub.

ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisində XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsiplərini təşkil edən türkçülük, islamçılıq və müasirliyini ifadə edən Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırılıb.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunduqdan sonra Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzləri, o cümlədən dövlət bayrağını bərpa etdi. İlk olaraq, Türkiyə Cümhuriyyəti ölkəmizin müstəqilliyini tanıdı.

Mətanət xanım sözünə davam edərək vurğuladı ki, Prezident cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də sərəncam imzalamış, 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Dövlət Bayrağı Meydanının təməli qoyulmuşdur.

Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam imzalamışdır. Bu sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bəli, bayrağımız tariximizin şanlı səhifəsidir. Ona görə ki, milli həmrəyliyin yaradılması və qorunmasında, ölkəmizin beynəlxalq müstəvidə tanınmasında milli bayrağımız mühüm əhəmiyyət kəsb edir. Bayraq Meydanında qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onun ümumi görüntüsünə əlavə çalarlar qataraq, meydana xüsusi gözəllik, füsunkarlıq verir.

Tədbir iştirakçıları əminliklə bildirdilər ki, bayrağımız ölkə başçısının rəhbərliyi və məqsədyönlü fəaliyyəti nəticəsində tezliklə işğal altındakı torpaqlarımızda dalğalanacaqdır.

Qədir ASLAN,

“Respublika”.

Published in Digər xəbərlər

SOCAR AQŞ hesabatlılıq və şəffaflıq üzrə beynəlxalq standartları hazırlayan nüfuzlu Hesabatlılıq üzrə Qlobal Təşəbbüslər Cəmiyyətinə (GRI) üzv olmaqla bu sahədə Azərbaycan müəssisələri arasında ilkə imza atıb. GRI-ya qoşulmaqla müəssisə iqtisadi inkişafın mühüm amili kimi qiymətləndirilən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, mütərəqqi idarəetmə, nəzarət forma və metodlarının yaradılması, monitorinq sisteminin təkmilləşdirilməsi və statistika infrastrukturunun yaxşılaşdırılması sahələrində qabaqcıl standartları tətbiq edir.

SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev bildirib ki, müasir şəraitdə dünyada baş verən iqtisadi proseslər, qloballaşma və digər qlobal amillər hesabatlılığın və şəffaflığın təkmilləşdirilməsini zəruri edən bir sıra mühüm çağırışları labüd edir: “Öz fəaliyyətində hesabatlılığı və şəffaflığı ən önəmli prinsiplərdən hesab edən SOCAR AQŞ bu sahədə ən yüksək dünya standartlarını ardıcıl olaraq tətbiq edir. GRI standartlarına əsasən hazırladığımız hesabatlar bütün maraqlı tərəflərdə, o cümlədən sifarişçilərdə, beynəlxalq maliyyə institutlarında və təchizatçı şirkətlərdə müəssisənin fəaliyyətində tam şəffaf və etibarlılıq mühitinin yaradılmasına dair əminlik yaradır. GRI-ya üzvlük beynəlxalq miqyasda müəssisənin korporativ nüfuzunun möhkəmləndirilməsinə əsaslı dəstək olacaq!”.

Xatırladaq ki, 1997-ci ildə təsis edilmiş və baş qərargahı Amsterdamda yerləşən GRI Hesabatlılıq standartlarına görə dünyada ən çox istinad edilən qabaqcıl beynəlxalq təşkilatdır. GRI dövlət təsisatlarını, özəl sektor və vətəndaş cəmiyyətlərini beynəlxalq standartlara istinad edərək fəaliyyətlərində şəffaflıq və hesabatlılıq meyarlarının əsas götürülməsinə dəvət edir. Qeyd edək ki, istənilən təsisatın fəaliyyətində GRI standartlarının tətbiqi risklərin müəyyənləşdirməsi və idarə edilməsinə, maraqlı tərəflərlə konstruktiv əlaqələrin genişləndirilməsinə, rəqabətə davamlılığın, nüfuzun və etimadın artırılmasına əhəmiyyətli dərəcədə müsbət təsir edir.

Hazırda SOCAR AQŞ dayaz sulu “Günəşli” yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı və “Bulla”’ yatağında 6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır.

SOCAR AQŞ Banqladeş, Ukrayna və Türkiyədə fəaliyyət coğrafiyasını genişləndirməklə müvafiq müqavilələr üzrə nəzərdə tutulan layihələrin icrasını uğurla həyata keçirir. Müəssisə, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2015; ISO 14001:2015 və ISO 45001:2018 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır.

2017-ci ildə SOCAR AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılmışdır. SOCAR AQŞ 2018-ci ilin noyabr ayında BMT Qlobal Sazişinə qoşulub. Müəssisə 2019-cu ilin sentyabr ayında BMT-nin Qlobal Sazişi üzrə Lider şirkət elan olunub. Müəssisənin səhmdarları SOCAR, Nobel Oil Services və Abşeron Qazma MMC-dir.

 

Müşfiq MirzƏ,

“Respublika”.

Published in İqtisadiyyat
Şənbə, 09 Noyabr 2019 10:02

BİLDİRİŞ

“ASK Ayaqqabı Fabriki” MMC
Almaniya, Türkiyə, Rusiya və s. ölkələr üçün “Hava və avtomobil nəqliyyatı ilə idxal olunan malların gömrük rəsmiləşdirməsi xidməti”ni kotirovka sorğusu üsulu ilə satınalınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 412-46-26 (daxili 26) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 14.11.2019-cu il saat 12:00 tarixinədək qəbul olunur.


Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə “Fiziki şəxs Süleymanov Teymur İntizam oğlu” arasında kotirovka sorğusu prosedurunun nəticələrinə uyğun olaraq “Tərcümə xidmətlərinin göstərilməsi işləri”nin satınalınmasına dair 12 090,00 AZN məbləğində satınalma müqaviləsi imzalanmışdır.


“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ÇFES-də tikililər və ümumi ərazi üzrə təmir-bərpa işlərinin satınalınması ilə əlaqədar açıq tenderdə iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirilib.
Açıq tenderin nəticələri haqqında Tender Komissiyasının yekun protokoluna əsasən “Shelter Group” MMC qalib elan edilib və onunla 85 063,84 AZN məbləğində satınalma müqaviləsi bağlanıb.


Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2020 nömrəli hərbi hissəsi tərəfindən “İdman alətləri və avadanlıqları”nın satınalınmasına dair keçirilmiş kotirovka sorğusu proseduruna əsasən “Athletic Pover” MMC arasında 49 016,02 AZN məbləğində satınalma müqaviləsi imzalanmışdır.


Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində çoxmənzilli binaların tikintisi ilə əlaqədar 05 iyul 2019-cu il tarixində keçirilmiş açıq tenderin nəticələrinə əsasən Lot-1 üzrə “Diadem” MMC, Lot-2 üzrə “Merkuri-İnşaat” MMC ilə “Conco” MMC konsorsiumu, Lot-3 üzrə “AS Tikinti” MMC, Lot-4 üzrə “Merkuri-İnşaat” MMC, Lot-5 üzrə “Chinar İnshaat” MMC və Lot-6 üzrə “Qaz Oil Building” MMC qalib müəyyən edilmiş və müvafiq satınalma (podrat) müqavilələri bağlanmışdır.


Azərbaycan Memarlıq və İnşaat Universiteti “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinə uyğun olaraq kotirovka sorğusu ilə 1. “AzMİU-da istehsalatda istifadə olunmayan qeyri-maddi aktivlər”; 2. “Kommunal və kommunikasiya xidmətləri” işləri üzrə satınalınmasını həyata keçirir.
Satınalmada iştirak etmək istəyənlər 14 noyabr 2019-cu il tarixdə saat 17:00-dək Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tender komissiyasına müraciət edə bilərlər.
Təkliflər 15 noyabr 2019-cu il tarixdə saat 11:00-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin I saylı tədris binasının 309-cu otağında yerləşən Tender komissiyasında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri təkliflərin açılışında iştirak edə bilərlər.
Ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi, 11.
Əlaqə telefonu: 538-75-07
Əlaqələndirici şəxs: Ələkbərov Vasif.


“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti İnformasiya Texnologiyaları sahəsi üçün texniki dəstək xidmətlərinin satınalınması məqsədi ilə 15 oktyabr 2019-cu il tarixində “Respublika” qəzetində və www.tender.gov.az saytında Lot 1 - İnformasiya Texnologiyaları sahəsi üçün texniki dəstək xidmətlərinin satınalınması xidməti ilə bağlı açıq tenderin keçirilməsi üçün verdiyi elan üzrə tender təklifi və bank təminatınının təqdim olunma tarixlərini həmçinin təkliflərin açılma tarixini aşağıdakı tarixlərədək uzadır. Tender təklifi və bank təminatını 28 noyabr 2019-cu il saat 11:00 tarixinədək, tender üzrə təqdim olunmuş zərflərin portal vasitəsi ilə açılışı isə 29 noyabr 2019-cu il saat 11:00 tarixinədək uzadılmışdır.


Səhmdarların nəzərinə!
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclasının keçirilməsi 11 dekabr 2019-ci il saat 15:00-a təyin olunmuşdur.
Gündəlikdəki məsələ:
1. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsində (o cümlədən nizamnamə kapitalında) dəyişikliklər edilməsi.
2. Digər məsələlər.
Əlaqələndirici şəxs: Aynurə Quliyeva
Əlaqə telefonları: 012-425-59-47, 012-425-22-64.


Salyan Rayon İcra Hakimiyyəti
2019-cu ildə inzibati binada cari təmir işlərinin, bərk inventarların və şəhərin işıqlandırılması üçün elektrik
lampalarının satınalınması ilə əlaqədar kotirovka sorğusu müsabiqəsi elan edir.
Kotirovkada iştirak etmək üçün musabiqənin bitmə tarixi 18 noyabr 2019-cu il saat 10:00-a təyin edilmişdir.
Ünvan: Salyan şəhəri, T.Xəlilbəyli 126.
Əlaqə nömrəsi: 021-255-50-23.


“LUKOYL-Azərbaycan” QSC bildirir ki, “LUKOYL” yanacaqdoldurma məntəqələrində 21.11.2019-cu il tarixdən etibarən, 1 dəfəlik maqnit kartları ilə müştərilərə yanacaq satışı xidməti dayandırılacaqdır. Bunları nəzərə alaraq müştərilərdən əldə olan maqnit yanacaq kartlarını 31.12.2019-cu il tarixədək istifadə etmələri xahiş olunur.


“Bakı Metropoliteni” QSC tərəfindən 31.10.2019-cu il tarixində keçirilmiş “Cəfər Cabbarlı” stansiyasında yanğın siqnalizasiyasının quraşdırılması işlərinin “Açıq Tender” üsulu ilə satınalınmasına dair müsabiqədə “Fire Company” MMC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə 07.11.2019-cu il tarixdə ƏDV daxil 44718,46 (qırx dörd min yeddi yüz on səkkiz manat, 46 qəpik) manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.


“AZƏRALÜMİNİUM” MMC tərəfindən 25 sentyabr 2019-cu il tarixində “Respublika” qəzetində elanı verilmiş 1000 (bir min) cüt metallurq çəkməsinin satınalınması üçün keçirilən açıq tenderin ixtisas göstəricilərinə dair sənədlərin qəbul tarixi sabit qalmış, tender təklifi ilə bank təminatı sənədlərinin qəbul tarixi 13.11.2019-cu il saat 17:00 tarixinə dəyişdirilir. İddiaçıların təklifləri 14.11.2019-cu il saat 11:00 tarixində açılacaqdır.


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 24 oktyabr 2019-cu il tarixdə keçirilmiş “Sağlamlıq imkanları məhdud uşaqlar üçün (Bakı şəhəri üzrə 5 mərkəz, Salyan, Astara şəhər və rayonları üzrə) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” adlı təkrar müsabiqənin qalibləri “Könül Evi Aztəminatlı Ailələrə Yardım” İB, “Şəmsi Əsədullayev” Xeyriyyə İB, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İB, “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İB, “Sağlamlıq imkanları məhdud uşaqların (autizm) sosial və psixoloji reabilitasiyası-4 mərkəz (Bakı şəhəri və regionlar)” adlı təkrar müsabiqənin qalibləri “Birgə və Sağlam” İB, “Müstəqil Həyat Tərzi” Əlillərə Dəstək İB, “Autizm Assosiasiyası” İB, “Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial reabilitasiyası” adlı təkrar müsabiqənin qalibi “Könül Evi Aztəminatlı Ailələrə Yardım” İB, “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə sosial reabilitasiya xidmətlərinin göstərilməsini nəzərdə tutan layihələrin müstəqil monitorinqi və qiymətləndirilməsi” adlı təkrar müsabiqənin qalibi “Konstitusiya” Araşdırmalar Fondu olmuş, “Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzinin yaradılması (Ağcabədi, Şəki rayon və şəhərləri üzrə)” adlı təkrar müsabiqə baş tutmamış hesab edilmişdir.

Published in Reklam və elanlar
Şənbə, 09 Noyabr 2019 10:01

TENDER ELANLARI

“Bakı Taksi Xidməti” MMC-nin balansında olan “Londan Taksi TX4” markalı avtonəqliyyat vasitələrinə növbəti texniki xidmətin və təmir işlərinin göstərilməsi ilə əlaqədar akkumulyatorların satınalınmasına dair
AÇIQ TENDERƏ DƏVƏT EDIR
“Bakı Taksi Xidməti” MMC-nin balansında olan “London Taksi TX4” markalı avtonəqliyyat vasitələrinə növbəti texniki xidmətin və təmir işlərinin göstərilməsi ilə əlaqədar yaranan zərurəti nəzərə alaraq, akkumulyatorların satınalınması məqsədilə açıq tender elan edir. Bu sahə üzrə səriştəli və peşəkar şirkətləri və fərdi sahibkarları tender prosedurunda iştirak etməyə dəvət edir.
-Akkumulyatorların satınalınması
Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları, təyinat yerinə daşıma xərclərini nəzərə almalıdırlar.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək üçün müraciət edən şirkətlərə dair tələblər:
Satınalma müqaviləsini bağlama səlahiyyəti olmalı;
Maliyyə vəziyyəti qənaətbəxş olmalı;
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün qeyd edilmiş müvafiq sahədə peşəkar və təcrübəli olmalı;
Texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olmalı;
Vergilər və digər icbari analoji hökumət ödənişləri üzrə icra vaxtı keçmiş öhdəlikləri olmamalıdır.
İştirak haqqı:
Tenderdə iştirak etmək istəyənlər “Bakı Taksi Xidməti” MMC-nin aşağıdakı göstərilən bank hesabına müvafiq məbləğdə vəsaiti köçürməlidir. “Bakı Taksi Xidməti” MMC-nin aşağıda göstərilən hesablaşma hesabına köçürdükdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə tenderin əsas şərtlər toplusunu ala bilərlər.
Akkumulyatorların satınalınması - 250.00 (iki yüz əlli) manat
“Bakı Taksi Xidməti” MMC
ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Tarzən Hacı Məmmədov küçəsi 5.
H/h: AZ85AZPO91015461200420100043
VÖEN: 1502874221
“Azərpoçt” MMC PF1
Kod: 691011
VÖEN: 9900037711
Müxbir hesab: AZ76NABZ01350100000000094944
S.W.İ.F.T Bik: AZPOAZ22
Qeyd: İştirak haqqı heç bir halda geri qaytarılmır
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.
Tenderdə iştirak etmək istəyənlər 20 noyabr 2019-cu il saat 17:00-dək aşağıdakı sənədləri dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər (tender təklifi və təklifin təminatı 1 % bank zəmanəti istisna olmaqla). Göstərilən vaxtdan gec təqdim edilən sənədlər qəbul edilməyəcəkdir.
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1 (bir) % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçıların müvafiq mallar üzrə uyğunluq sertifikatları;
- Digər sənədlər.
İddiaçılar tender təklifini və bank təminatını 28 noyabr 2019-cu il saat 17:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər qəbul edilməyəcəkdir.
Yuxarıda göstərilən sənədlər düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə tenderdə iştirak etmək istəyən malgöndərən iddiaçı kimi qeydə alınacaqdır.
İştirakçıların təklifləri 29 noyabr 2019-cu il saat 15:00-da dövlət satınalmalarının vahid internet portalı vasitəsilə açılacaqdır. İştirakçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tenderlə əlaqədar daha ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Coşqun Qasımzadə, tel.: (+994 50) 274-27-27.


Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu aşağıdakı
AÇIQ TENDERI ELAN EDIR
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu üçün qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə xidmətlərin satın alınması ilə bağlı açıq tender.
Qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə əməliyyatların həcmi 60 mln. (altmış milyon) manat məbləğində nəzərdə tutulmuşdur.
Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədlərin skan surətlərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər:
a. Satınalmada iştirak etmək üçün ərizə;
b. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
c. Təklif;
d. Təklifin qiymətinin 1 faizi həcmində təminat (bank qarantiyası);
e. İddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, lisenziya, VÖEN) surətləri;
f. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;
g. İddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;
h. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış;
i. İddiaçının müvafiq sahə üzrə peşəkarlığını və təcrübəsini (investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə dair ixtisas şəhadətnamələri və s.), təşkilati strukturunu, daxili nəzarət və risklərin idarə olunması sistemlərini, eləcə də texniki imkanlarını əks etdirən məlumatlar;
j. İddiaçının son üç ildə apardığı əməliyyatlar barədə məlumat (göstərdiyi xidmətlər üzrə əməliyyatların məbləği, aktivlərin növü, müştərilər haqqında ümumiləşdirilmiş məlumat və s.)
k. İddiaçıya dair tələblər ilə bağlı aidiyyəti istiqamətləri əhatə edən məktub.
Satınalma müqaviləsi “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsini”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 34 nömrəli qərarına uyğun imzalanacaqdır. Ödəniş hər sifariş üzrə AZN-lə həyata keçiriləcəkdir. Satınalma müqaviləsi imzalandığı tarixdən başlayaraq 12 ( on iki) ay müddətində icra edilməli və xidmətlər Fonda təhvil verilməlidir.
Tenderdə iştirak haqqı 150 manat məbləğində müəyyən edilmişdir. İştirak haqqı heç bir halda geri qaytarılmır.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40
VÖEN: 1403502281
H/h: AZ57NABZ01360450000000005944
Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı
VÖEN: 9900071001
Kod: 501004
M/h: AZ74NABZ01451700000000001944
S.W.İ.F.T bik: NABZAZ2C
Açıq tender 08 noyabr 2019-cu il 12:00-da dövlət satınalmalarının vahid internet protalı vasitəsilə başlamışdır.Tender üzrə ilkin sənədlər 03 dekabr 2019-cu il 15:00-dək, təklif zərfləri və təklifin təminatı isə 11 dekabr 2019-cu il 18:00-dək qəbul ediləcəkdir. Tender üzrə prosedurlar 12 dekabr 2019-cu il tarixində saat 15:00-da təklif zərflərinin açılması ilə başlanılacaqdır. Tenderdə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaqdır.
Tender təklifi üzrə qiymət zərfi 60 bal və texniki zərf isə 40 bal ( xidmətlər üzrə şərtlər- 20, xidmətlərin keyfiyyəti-20) olaraq qiymətləndiriləcəkdir. Təklifin qüvvədə olma müddəti 31 yanvar 2020-ci il tarixinədək, tender təklifinin təminatının qüvvədə olma müddəti isə 20 mart 2020-ci il tarixinədək olmalıdır.
Açıq tender üzrə ən az 3 iddiaçı iştirak etməlidir. Məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün Fond tərəfindən tədbirlər görülür. Fond və ya onun adından iddiaçıya, həmçinin iddiaçı tərəfindən Fonda məlumatların ötürülməsi, eləcədə, tender təklifləri, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron imza və ya Asan imza sahibləri tərəfindən həyata keçirilir. Bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (https://etender.gov.az/las) tanış ola bilər və iddiaçılar bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə Fonda müraciət edərək ala bilərlər.
Fondun bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır.
Tenderin qalibinə tender təklifi aksept edildikdən sonra bildiriş göndərilir və dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada satınalma müqaviləsi bağlanılır.
Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: Satınalmalar Komissiyasının katibi Nuray Rəşidli, tel.: (+99412) 441-24-23 (daxili 203), Faks: (+99412) 598-11-77.


İveco markalı avtobuslara tələb olunan akkumulyatorların satınalınması ilə əlaqədar “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti
AÇIQ TENDERƏ DƏVƏT EDİR
Lot 1. İveco markalı avtobuslara tələb olunan akkumulyatorların satınalınması
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı:
Lot 1: 400 AZN
Bank rekvizitləri:
Hesab: AZ59AZRT38050019440004549002
VÖEN: 1701622931
Bank: AZƏR-TÜRK BANK ASC Mərkəz filialı
Kodu: 501361
VÖEN: 9900006111
M/H: AZ02NABZ01350100000000022944
S.W.İ.F.T AZRTAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 02.12.2019-cu il saat 11:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 10.12.2019-cu il saat 11:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 11.12.2019-cu il saat 11:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.
E-şərtlər toplusunu 08.11.2019-cu il saat 18:00 tarixindən sonra əldə edə bilərsiniz.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.


“AZERGOLD” QSC
AÇIQ TENDERƏ DƏVƏT EDİR
Tender 1 (bir) LOT üzrə keçirilir:
Məlumatların rəqəmsallaşdırılmasının düzgünlüyünün yoxlanılması və ölkəyə aid faydalı qazıntı yataqlarının perspektivliyinin təhlili üzrə məsləhət xidmətlərinin satın alınması
Tender iştirakçıları https://www.etender.gov.az dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzalar vasitəsilə daxil olmaqla tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İxtisas uyğunluğunun müəyyənləşdirilməsində analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensial meyarlara üstünlük veriləcəkdir.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı - 200
Benefisiar: “AZERGOLD” QSC
VÖEN: 1403467421
Hesab nömrəsi:
AZ85PAHA38020AZNHC0190068658
Bank: “PAŞA Bank” ASC VÖEN: 1700767721
Müxbir hesab:
AZ82NABZ01350100000000071944
SWİFT: PAHAAZ22 Kod: 505141
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak üçün müraciət ərizəsi;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 1 %-i həcmində tender təklifinin təminatı təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
5. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
7. Digər müvafiq sənədlər (Əsas Şərtlər Toplusunda müəyyən edilmiş müvafiq sənədlər).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 02 dekabr 2019-cu il saat 15:00-a qədər, tender təklifi və bank təminatını isə 10 dekabr 2019-cu il saat 15:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 11 dekabr 2019-cu il saat 15:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.


Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 2019-cu ilin 01 yanvar və 31 dekabr yekunlarına görə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) uyğun ilkin maliyyə hesabatlarının auditinin aparılması xidməti ilə bağlı açıq tender elanı
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı:
Lot 1: 250 AZN
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Hesab: AZ25CTRE00000000000002598301
VÖEN: 1401555071
Bank: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22
Büdcə təsnifatının kodu (D3) - 142319, Büdcə səviyyəsinin kodu (D4)- 3
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8. Podratçının müəyyən etdiyi digər sənədlər.
Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 05.12.2019-cu il saat 18:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 10.12.2019-cu il saat 18:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 11.12.2019-cu il saat 11:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.
E-şərtlər toplusunu 08.11.2019-cu il saat 22:28 tarixindən sonra əldə edə bilərsiniz.

Published in Reklam və elanlar
Şənbə, 09 Noyabr 2019 10:00

2019.11.09

Published in PDF_Archive