XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Cümə, 08 Noyabr 2019

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Neft Daşları”nın 70 illiyi münasibətilə rəsmi “İnstagram” səhifəsində paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Bu gün əfsanəvi “Neft Daşları”nın 70 illiyi qeyd olunur. 1949-cu ilin məhz bu günündə neftçilərimiz dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft hasil edərək, nəinki ölkəmizin, eləcə də bütün dünyanın neft salnaməsinə parlaq səhifələr yazmışlar. Bu əlamətdar hadisənin yubileyi münasibətilə bütün Azərbaycan neftçilərini təbrik edir, hər birinizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!”.

 

 

AZƏRTAC

Published in Siyasət

Hörmətli cənab Fernandes,

Argentina Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Argentina əlaqələrinin genişlənməsi, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi və inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Argentina xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 noyabr 2019-cu il.

Published in Məktublar

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.2.6-cı yarımbəndində göstərilmiş məbləğin 45,0 (qırx beş) milyon manatı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 noyabr 2019-cu il.

Published in Sərəncam
Cümə, 08 Noyabr 2019 10:38

İLK MİLLİ KONSTİTUSİYAMIZ

Azərbaycanda 1995-ci il noyabr ayının 12-də hüquqi dövlət quruculuğu sahəsində çox mühüm, əlahiddə addım atıldı. Həmin tarixdə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk Milli Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Bu Ali Qanun Azərbaycanın siyasi tarixində yeni bir era açmaqla dövlətimizin suverenliyinin, insan haqlarının və demokratik dəyərlərin əsas təminatçısına çevrildi.
Zəngin dövlətçilik ənənələrinə malik olan xalqımız ötən əsrin əvvəllərində - düz 101 il öncə bütün türk dünyasında və İslam Şərqində ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdır. AXC-nin cəmi 23 aylıq fəaliyyəti dövründə bir çox mütərəqqi qanun və digər hüquqi aktlar qəbul edilsə də, 1920-ci ildə Azərbaycanın bolşeviklər tərəfindən işğalı səbəbindən müstəqil dövlətin əsas qanunu olan Konstitusiyanı yazıb hazırlamağa vaxtı çatmadı. Sonrakı illərdə, yəni Azərbaycanda kommunistlərin üsuli-idarəsi dövründə ölkəmizdə bir neçə dəfə konstitusiya qəbul olunmuşdur. Aydındır ki, partiyanın “həssas rəhbərliyi” altında yazılan bu konstitusiyaların heç biri müstəqil və milli ola bilməzdi.
Nəhayət, 1991-ci ildə Azərbaycan xalqı bütün dünyaya müstəqilliyini elan etdi. Lakin təəssüflə qeyd etmək lazımdır ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın Əsas Qanununun hazırlanması ilə əlaqədar ciddi bir iş görülmədi. Nəticədə dörd il ərzində Azərbaycan faktiki olaraq 1978-ci ildə qəbul olunmuş Konstitusiyaya əsasən fəaliyyət göstərməli oldu.
Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra - 1993-cü ilin oktyabr ayında ulu öndər yeni Konstitusiyanın hazırlanması barədə Milli Məclis qarşısında məsələ qaldırmış və iki ilə yaxın müddət ərzində bu istiqamətdə böyük həcmli iş aparılmışdır. 1995-ci il may ayının 2-də Konstitusiya Komissiyasının üzvlüyünə yenidən baxılaraq onun tərkibinə hüquqşünaslar, iqtisadçılar və digər sahələrdən olan yüksəkixtisaslı mütəxəssislər daxil edilmişdir.
Yenidən təşkil olunmuş komissiyanın gərgin əməyi nəticəsində hazırlanmış layihə 1995-ci il oktyabr ayının 15-də mətbuatda dərc edilərək ictimaiyyət arasında, respublikanın bütün şəhər və rayonlarında geniş müzakirə olundu. Verilən təkliflər isə bir daha konstitusiya layihəsi hazırlayan komissiyaya göndərildi.
Bunlar yeni, müstəqil inkişaf yoluna qədəm qoyan xalqımızın tarixində mühüm əhəmiyyət kəsb edən sənədlər idi. Yeni Konstitusiyanın qəbul olunmasında əsas məqsəd Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, dünyəvi dövlət qurmaq, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün xalqlarla dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə fəaliyyət göstərmək idi.
Konstitusiyada insan hüquqları, azadlıqları, onların məsuliyyəti, xalq hakimiyyətinin və dövlətin cəmiyyət qarşısında yerinə yetirməli olduğu vəzifələr konkret və aydın şəkildə verilmişdir.
Hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, insan hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədi olaraq bəyan edilməsi kimi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən ideyaların Konstitusiyanın təməlində dayanması ölkəmizin bu ali sənədinin son dərəcə mütərəqqi olmasının vacib xüsusiyyətləridir. Əsas Qanun ənənəvi hüquqi dövlət məfkurəsini özündə ehtiva etməklə yanaşı, bu ideyaların inkişaf meyillərini də nəzərə alıb, onları özünəməxsus milli dəyərlər və təsdiq olunmuş müasir yanaşmalarla zənginləşdirib. Ümumilikdə isə Azərbaycan Konstitusiyasının hüquqi fəlsəfəsində bir ali məqsəd - insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı məramı dayanır. Bu mənada təsadüfi deyil ki, insan şəxsiyyətinin toxunulmazlığı, onun həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmini, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 12 fəsil, 158 maddədən ibarət olan Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Taleyüklü məsələ olan və səsvermə yolu ilə qəbul olunan Konstitusiyamızın əsas səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, Konstitusiya respublikamızda yaşayan və fəaliyyət göstərən heç bir millətə, xalqa, etnik qrupa, milli azlığa, ictimai və siyasi quruma üstünlük vermədən Azərbaycanda yaşayan bütün xalqların ümumi istək və arzularını, ümumi mənafelərini əks etdirən bir sənəddir. Bu Konstitusiya bəşər tarixinin onilliklərlə, yüzilliklərlə sınaqlardan keçmiş, beynəlxalq normaya çevrilmiş insan hüquqları, milli suverenlik və demokratiya prinsiplərinə əsaslanmışdır.
Konstitusiyanın insan hüquqları və vəzifələri ilə bağlı fəsilləri böyük demokratiya və dövlətçilik təcrübəsi olan inkişaf etmiş dövlətlərin müvafiq sənədlərindən nəinki geri qalmır, əksinə Ali Qanunumuzda həmin dövlətlərin insan və dövlətin münasibətlər sisteminin formalaşmasına aid olan qanunvericilik sənədləri Azərbaycan reallıqları və dünya ölkələrinin son təcrübələri bir qədər də yaradıcı şəkildə zənginləşdirilmişdir.
Müstəqil Azərbaycanın Milli Konstitusiyası həm vətəndaşların dövlət, həm də dövlətin vətəndaşları qarşısında daşıdığı məsuliyyət və vəzifələri əks etdirən yeni münəsibətlər sistemi yaradılmasını nəzərdə tutur.
Bundan başqa, bu ali sənəd ictimai süurda qanunçuluğa, qanunların hüquqi nüfuzuna, hüquqi mədəniyyətin yüksəldilməsinə də şərait və zəmin yaradır.
12 noyabr şərəfli bir bayram günü kimi tariximizə ölkəmizin ilk Milli Konstitusiya Günü kimi daxil olmuşdur. Konstitusiyanın qəbul olunması şəxsən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə baş tutmuşdur. Bu sahədə apardığı gərgin işlər haqqında Heydər Əliyev özü belə deyirdi: “Komissiyanın sədri kimi şəxsən mən bu böyük tarixi sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var ki, deyim çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altında imza atıram və bu layihəyə görə bu gün tam cavabdeh olduğumu bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd, siyasi-hüquqi sənəd hazırlamışıq”.
Həyat durmadan irəli gedir. Müstəqilliyini əldə etmiş respublikamızın da həyatında baş verən müsbət irəliləyişlər artıq bütün sahələrdə dinamik inkişafa çevrilmişdir. Dünya birliyinə qovuşmaq, beynəlxalq arenada gedən demokratikləşmə prinsiplərinə zamanın tələbləri baxımından yanaşmaqdan ötrü Əsas Qanunumuzda dəyişikliklər etmək zərurəti meydana çıxarkən Azərbayan Respublikası Prezidentinin 22 iyul 2002-ci il tarixli fərmanına əsasən 2002-ci il avqustun 24-də keçirilmiş ümumxalq səsverməsi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, insan hüquqlarının etibarlı qorunması sahəsində çox böyük tarixi hadisə oldu. Biz çox sevinirik ki, hər il təntənə ilə qeyd etdiyimiz Konstitusiyanın qəbulu Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət ideyalarına sadiqliyini bir daha təsdiqləməklə, onun beynəlxalq aləmdə daha yaxından tanınmasına, nüfuzunun artmasına geniş və real imkanlar açmışdır.
2009-cu ilin martın 18-də və 2016-cı ilin iyulun 26-da Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişiklərlə bağlı keçirilmiş referendumlar da xalqımızın suveren hüququnu və azad siyasi iradəsini ifadə etməsinə maksimum imkan yaratmaqla, demokratikləşmə prosesində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Bu referendumlara əsasən Ali qanunda qəbul olunmuş əlavə və dəyişikliklər dövlətimizin hüquqi əsaslarının möhkəmələnməsinə yönəldilmişdir.
Növbəti, 24-cü ildönümünü qeyd etdiyimiz Konstitusiyamızda bütün demokratik təsisatlar, o cümlədən hər bir Azərbaycan vətəndaşının seçmək və seçilmək hüququ da təsbit olunmuşdur. Respublikamızda demokratik Seçki Məcəlləsinin qəbul olunması da bu istiqamətdə atılmış mühüm işlərə parlaq misaldır. Konstitusiya qəbul olunduqdan ötən dövr ərzində ölkəmizdə demokratik əsaslarla keçirilmiş prezident, parlament və bələdiyyə seçkiləri ilə Azərbaycan xalqı hüquqi dövlət quruculuğu prinsiplərinə, demokratik prinsiplərə sadiqliyini dünya ictimiyyətinə nümayiş etdirmişdir.
Milli Konstitusiyanın verdiyi imkan və hüquqlardan əsl siyasətçi kimi son dərəcə məharətlə, uzaqgörənliklə istifadə edən, bununla da ulu öndər Heydər Əliyev məktəbinin layiqli davamçısı və siyasi varisi olduğunu artıq bütün dünyaya sübut edən müdrik Prezidentimiz İlham Əliyevin yeritdiyi daxili və xarici siyasəti xalqımız ürəkdən bəyənir və dəstəkləyir. Azərbaycanda bu gün əsl demokratik, hüquqi və sivil dövlət qurulur. Bu yol Heydər Əliyev yoludur, xalqımızı inkişaf etmiş dünyaya qovuşduran, xarici aləmdən təcrid olunmağa qoymayan yoldur! Bu yolda bütün uğurlar ölkənin hər bir vətəndaşının firavan yaşamasından, insan azadlığının və haqlarının təmin olunmasından başlanır. Təsadüfi deyil ki, ölkəmizdə geniş vüsət almış inkişaf və islahatlar məhkəmə-hüquq sistemindən də yan keçməmişdir. Belə ki, son illərdə ölkədə həyata keçirilən hüquqi, siyasi və iqtisadi islahatların bir-birini tamamlaması zərurətini önə çəkən Prezident İlham Əliyev ulu öndərin möhkəm təməl üzərində əsasını qoyduğu məhkəmə-hüquq islahatlarını yeni dövrün tələbləri səviyyəsində davam etdirir. Demokratik dəyərlərin cəmiyyət həyatında getdikcə daha möhkəm əsaslarla inkişaf etdiyi, həyata keçirilən inkişaf strategiyasının iqtisadiyyatda müsbət nəticələr verdiyi, siyasi sistemin, vətəndaş cəmiyyəti təsisatlarının möhkəmləndiyi, beynəlxalq təşkilatlarla əməkdaşlığın yeni müstəvidə davam etdirildiyi bir şəraitdə məhkəmələrin fəaliyyətindəki bəzi çatışmazlıqlarla, qanunazidd hallarla bağlı ictimai narazılıqların tamamilə aradan qaldırılması da Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca vəzifələrdəndir. Təbii ki, hər bir dövlətin müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillərin başlıcası qanunların aliliyinin təminatından, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi keyfiyyətindən, ədalət mühakiməsinin beynəlxalq tələblərə uyğunlaşdırılmasından asılıdır. İnkişaf etmiş demokratik ölkələrin təcrübəsi də göstərir ki, ictimai-siyasi həyatın bütün sahələri üzrə hüquqi bazanın möhkəm təməllər üzərində qurulması, ədalət prinsiplərinə ciddi şəkildə riayət olunması həmin dövlətdə sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik iqtisadi inkişafın başlıca təminatlarından biridir.
Məhkəmə sistemində ardıcıl və məqsədyönlü islahatların davam etdirilməsinin tərəfdarı olduğunu cənab İlham Əliyevin hələ 2006-cı il 19 yanvarda imzaladığı “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi” və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanunun tətbiq edilməsi barədə” fərman bir daha təsdiqləmişdir. Belə bir fərmanın imzalanması regionların sosial-iqtisadi inkişafı tədbirlərinin tərkib hissəsi kimi diqqəti çəkmiş və əhaliyə göstərilən hüquqi yardımın səviyyəsi yüksəldilmişdir.
Bundan əlavə, 1 yanvar 2011-ci il tarixindən qüvvəyə minmiş “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qəbul edilməsi insan hüquqlarının müdafiəsi istiqamətində yeni atılan addımlardan biri olmaqla, dövlət orqanları fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi və dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə yönəlmişdir.
İnzibati-İqtisadi məhkəmələrin 1 yanvar 2011-ci il tarixdən fəaliyyətə başlaması insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmlərinin formalaşdırılmasının yeni mərhələsidir. İnzibati-İqtisadi məhkəmələr inzibati orqanların hüquqi nəticə yaradan fəaliyyətinin qanunauyğunluğuna nəzarəti həyata keçirməklə yanaşı, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinin təminatçısı kimi çıxış edir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qəbul edilməsi ilə vətəndaşların hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanı genişlənmiş, məhkəməyə inam və qaldırılan iddiaların sayı artmışdır ki, bu da vətəndaşların pozulmuş hüquqlarının daha etibarlı müdafiəsinə xidmət etmişdir.
Azərbaycan müstəqillik yolları ilə inamla irəliləyir. Ən başlıcası isə Prezidentimiz İlham Əliyev xalqımızın müdrik oğlu Heydər Əliyevin dövlət idarəçilik irsini dünyada və Azərbaycanın həyatında baş verən dəyişiklikləri nəzərə alaraq yeni meyillərlə inkişaf etdirir, daha da zənginləşdirir. Konstitusiyamızın verdiyi hüquqlardan istifadə edərək milli maraqlara uyğun və mənafelərinin qorunmasına yönəldilmiş siyasəti həyata keçirir.

Vidadi CƏFƏROV,
Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi.

Published in Digər xəbərlər
Cümə, 08 Noyabr 2019 10:37

Bakı metrosu: müasirləşmə davam edir

Bakı şəhərində ilk metro qatarının hərəkətə başladığı vaxtdan 52 il ötür. Yarım əsrdən artıqdır paytaxtın sərnişin nəqliyyatı infrastrukturunda özünəməxsus yeri olan metropoliten ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə xüsusi diqqət və qayğıyla əhatə edilib. Müstəqillik illərində metro tikintisinin yenidən canlandırılması, metropolitenin perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə irimiqyaslı layihələrin icrasının davam etdirilməsi isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ölkə rəhbərinin həyata keçirdiyi struktur islahatları çərçivəsində 2014-cü il fevralın 27-də Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması mövcud potensialın modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi, strateji məqsədlərin gerçəkləşdirilməsi üçün əlverişli zəmin, metropolitenin inkişafında yeni bir mərhələnin başlanğıcıdır. Prezident İlham Əliyev metropolitenin fəaliyyətini daim diqqətdə saxlayır, aparılan yenidənqurma işlərinin gedişatı və nəticələri ilə yerində tanış olur, tövsiyə və tapşırıqlarını verir.


Vətəndaşların rahatlığını təmin edən ən yüksəksəviyyəli sərnişindaşıma xidmətinin yaradılması Prezident İlham Əliyevin qarşıya qoyduğu mühüm və təxirəsalınmaz vəzifələrdəndir. Bu baxımdan, Bakı metropolitenində də məqsədyönlü tədbirlər müəyyənləşdirilib icra edilir, tunelqazmada müasir qurğuların tətbiqi, stansiyaların inşasında yeni üsullardan istifadə genişləndirilir, idarəetmə infrastrukturu əsaslı şəkildə təkmilləşdirilir, havalandırma, elektrik təchizatı, lift və eskalator, yanğın təhlükəsizliyi sistemləri yenidən qurulur.
“Bənövşəyi” xəttin ilk iki - “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları metropolitenin yeni inkişaf konseptinin bütün mühüm elementlərini özündə ehtiva edir. Müasir texnologiyaların tətbiqinə görə ən yüksək dünya standartlarına cavab verəcək bu xətdə qatarlar radiodalğalarla (CBTC), bütün infrastruktur isə SCADA sistemi ilə idarə ediləcəkdir. Yeni idarəetmə sisteminin mövcud xətlərdə də tətbiqinə “Nərimanov” elektrik deposunda yenidənqurma tədbirlərinin icrası ilə başlanılıb. Belə ki, Fransanın “Thales” şirkəti ilə bağlanmış müqavilə əsasında, hazırda depo ərazisində ox sayğacı bazasında yeni sistemin qurulması işləri aparılır.
Metropolitenin dəmir-beton konstruksiyalar hazırlayan istehsal sahəsi İSO keyfiyyət standartlarının bütün tələblərinə tam cavab verən və müvafiq beynəlxalq lisenziyaları olan bir struktur vahididir. Burada dünyanın ən aparıcı texnologiyalarının tətbiqi ilə ölkəmizdə ilk dəfə dəmir-beton blokların istehsalına başlanılıb. Nəticədə, xaricdən ağac şpalların alınıb gətirilməsinə xərclənən vəsait daha uzunömürlü, ucuz, səmərəli və qulluğu asan yerli məmulatın hazırlanmasına yönəldilib. Tikinti sahəsində də müasir inşaat texnologiyalarının tətbiqinə imkan yaradan maşın və mexanizmlərdən istifadə edilir.
Son beş ildə yeni stansiyaların inşası ilə yanaşı, mövcud stansiyaların və yolların yenidən qurulması, istismar müddətini başa çatdırmış avadanlıqların daha müasirləri ilə dəyişdirilməsi, tunellərin mühafizəsinin təkmilləşdirilməsi də diqqət mərkəzində olub. Belə ki, ötən müddətdə “Gənclik”, “Nəriman Nərimanov”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar dostluğu”, “İnşaatçılar”, “20 Yanvar” stansiyalarında keçid və vestibüllər təmir edilib, “İnşaatçılar” və “20 Yanvar” stansiyalarında istismar müddəti başa çatmış eskalatorlar Almaniya istehsalı olan müasir analoqları ilə əvəzlənib. Sərnişin axınının gur olduğu “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı istifadəyə verilib, birinci çıxışında müasir tipli eskalatorlar quraşdırılıb, orijinal memarlığı qorunmaqla vestibül əsaslı təmir edilib. “Nizami” stansiyasında da mövcud memarlıq üslubu saxlanılmaqla orta zal və hər iki platforma, yol divarları yenidən qurulub. Stansiyanın yararsız vəziyyətə düşmüş konstruktiv və memarlıq elementləri tam bərpa edilərək, daha etibarlı mühafizə sistemləri və inşaat materialları ilə gücləndirilib.
Uzun müddət istismar edilən “Sahil” və “Xətai” stansiyalarının yenidən qurularaq sərnişinlərin ixtiyarına verilməsi də son illərin diqqətəlayiq nailiyyətlərindəndir. “Sahil”də 3 köhnə eskalatorun yerində 4 yenisi quraşdırılıb, bütün infrastruktur və interyer tamamilə yenilənib.
“Xətai” stansiyasında isə ilk mərhələdə plaftoma və bir yol xətti, həmçinin “Cəfər Cabbarlı-Xətai” mənzilinin birinci tuneli təmir edilsə də, istismar müddəti başa çatmış 3 eskalatorun Almaniya istehsalı olan 4 yeni eskalatorla əvəzlənməsi üçün bir giriş-çıxışı olan stansiyanı bağlamaq lazım gəlib. Bu mərhələdə stansiyanın əsas memarlıq və inşaat xüsusiyyətləri, orijinallığı qorunmaqla bütün infrastrukturu tamamilə yenilənib. Stansiya binasının günlüyü müasir və daha davamlı materiallardan istifadə olunmaqla yenidən qurulub. Vestibüldə və platformada Şah İsmayıl Xətainin həyat və yaradıcılığına həsr olunmuş bədii-memarlıq kompozisiyaları bərpa olunub. Hazırda üçüncü mərhələdə təmir işləri “Cəfər Cabbarlı-Xətai” mənzilinin ikinci tunelində və “Cəfər Cabbarlı” stansiyasında davam etdirilir.
İlk vaxtlarda “Nərimanov” elektrik deposunun platforması olan, son 30 ildə isə metropolitenin yeganə yerüstü stansiyası kimi fəaliyyət göstərən “Bakmil” əsaslı təmir və yenidənqurma işlərindən sonra yeni infrastrukturu ilə bu ilin martında istifadəyə verilib. Monolit dəmir-beton konstruksiyalardan inşa edilmiş platforma əvvəlkindən daha etibarlı, davamlı və uzunömürlüdür. Stansiyanın təmirdən sonra ən mühüm yeniliyi sərnişinləri birbaşa ikinci mərtəbədə - platforma səviyyəsində qəbul etməsidir ki, bunun sayəsində də birinci mərtəbə yalnız xidməti sahəyə çevrilib. Daha bir innovativ yenilik isə açıq hava şəraitində yerləşən stansiya yolunun üstündə çətir qurulması, beləliklə, platformanın və yol sahəsinin yağışdan qorunmasıdır. Stansiyada bütün kommunikasiya xətləri təzələnib, yanğın təhlükəsizliyi ilə bağlı ən son texnologiyalara uyğun yeniliklər tətbiq edilib. Gözləmə zalında yeni asma tavan, müasir işıqlandırma və informasiya-məlumat sistemləri, turniketlər quraşdırılıb.
Metropolitenin vaqon parkının yenilənməsi və mövcud vaqonların əsaslı təmirinin təşkili son 5 ilin ən böyük nailiyyətlərindəndir. 2015-ci ildən alınmasına başlanılmış ən müasir tipli vaqonların sayı indi 25-ə çatdırılıb. Bu il isə əvvəlki 3 ildə alınanların cəmindən də çox - 30 yeni və müasir standartların tələblərinə uyğun vaqon alınıb. Qarşıdakı 3 ildə daha 60 vaqonun alınması nəzərdə tutulur ki, bu da metropolitenin vaqon parkının əsaslı şəkildə yenilənməsinə imkan verəcəkdir.
Vaqonların təmiri isə metropolitenin ən müasir tələblər səviyyəsində qurulmuş sexində aparılır. Mərhələli olaraq 2014-cü ildən modernləşdirilən və dərinləşdirilən bu proses vaqonların ölkə xaricində təmirinə xərclənən vəsaitə qənaət edilməsi ilə yanaşı, həm də yeni tipli işçi potensialının formalaşmasını, keyfiyyət və səmərəliliyin yüksəldilməsini təmin edir.
Yeri gəlmişkən, metropoliten tunellərini və yolun vəziyyətini qiymətləndirən çoxfunksiyalı diaqnostika kompleksi özünün dünyadakı analoqları arasında unikallığı ilə seçilir. 2015-ci ildə yerli mütəxəssislərimizin təklifləri əsasında Rusiyanın “Tvema” şirkətinin iştirakı ilə quraşdırılan, teplovizor avadanlığı və müvafiq proqramla təchiz olunan kompleksə və onun iş təcrübəsinə postsovet məkanında böyük diqqət və maraq göstərilir.
Müasir texnologiyaların sürətli tətbiqi metropoliten kimi genişspektrli sahədə kadr hazırlığının da optimal həddə çatdırılmasını tələb edir. Səhmdar Cəmiyyətin beş il əvvəl yaradılmış və texnoloji inkişafın tələbləri əsasında yenidən qurularaq tamamilə fərqli formatda bu il istifadəyə verilən Təlim-Tədris Mərkəzi metropoliten üçün peşəkar kadrların, mütəxəssislərin hazırlanmasında mühüm rol oynayır. Burada əyani vəsait kimi 18 maket və 100-dən artıq işçi vasitə, əyani iş rejimini əks etdirən xüsusi stendlər, həmçinin audio-vizual resurslar tədris prosesinin effektivliyini artırır, yeni texnologiyaların mənimsənilməsinə, peşə keyfiyyətlərin artırılmasına və ən yüksək standartlar səviyyəsinə çatdırılmasına kömək edir.
Metropolitenin elektrik enerjisi ilə dayanıqlı təchizatı onun təhlükəsiz fəaliyyəti və sərnişinlərin rahatlığının təmin olunması baxımından ən vacib məsələdir. Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasında 2018-ci il iyulun 3-də baş vermiş qəza nəticəsində enerji sistemdə yaranmış vəziyyətlə əlaqədar keçirilən müşavirədə Prezident İlham Əliyevin verdiyi tapşırığa uyğun olaraq, qısa müddətdə metropolitenin elektrik enerjisi təchizatının ehtiyat mənbələri ilə təmin edilməsi layihəsi hazırlanıb. Bu layihə əsasında “Azərişıq” ASC-yə məxsus 10 elektrik yarımstansiyasında dizel-generator stansiyaları qurulub. Beləliklə, enerji problemi yarandığı təqdirdə metropolitenin fasiləsiz fəaliyyətini təmin edən etibarlı elektrik təchizatı sistemi yaradılıb.
İctimai nəqliyyatın ucuz və populyar növü kimi metronun hərəkət imkanları məhdud olan şəxslər üçün əlçatanlığına nail olmaq məqsədilə səhmdar cəmiyyətin gerçəkləşdirdiyi layihə cəmiyyətdə böyük rəğbətlə qarşılanıb. Əlil arabasından istifadə edən həmin şəxslər bu ilin mart ayından başlayaraq stansiyaya girişdən təyinat yerində çıxışa qədər metro işçiləri tərəfindən müşayiət olunurlar. Bunun üçün hərəkət imkanları məhdud şəxs xüsusi proqram təminatı vasitəsilə əvvəlcədən sifariş verməlidir. Belə şəxslərə xidmət üçün əlil arabası daşıyan 5 ədəd xüsusi avadanlıq alınıb gətirilib ki, onları də təlim keçmiş metro işçiləri idarə edirlər.
Ümumiyyətlə, sosial əhəmiyyətli layihələrin icrası “Bakı Metropoliteni” ASC-nin fəaliyyətində mühüm istiqamətlərdəndir. Bu layihələrdə milli-mədəni irsimizin və dünya mədəniyyətinin təbliği, əlamətdar günlər, tarixi hadisələr, adət-ənənələr, uşaq problemləri və digər aktual mövzularla bağlı maarifləndirmə tədbirləri yer alır. Bu baxımdan, “Nəriman Nərimanov” və “Gənclik” stansiyalarının yenidən qurulmuş keçidləri əsl sərgi-qalereyaya çevrilib. Metropolitendə bir-birindən fərqli sosial əhəmiyyətli layihələrin icrası davamlı xarakter daşımaqla cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin geniş ictimaiyyətə çatdırılmasında xüsusi rol oynayır.
İşçilərin sosial müdafiəsinin gücləndirilməsi, əmək şəraitinin və iş yerlərinin ən müasir tələblər səviyyəsinə çatdırılması metropolitendə həyata keçirilən yeniləşmə prosesinin uğurunu təmin edən mühüm amillərdir. Son beş ildə müasir texnologiyaların geniş tətbiqi, ehtiyat hissələrlə təchizatın tam yeni əsaslarla qurulması, ağır əl əməyini minimuma endirən avadanlıqlardan, iri və kiçikhəcmli vaqonaltı avadanlıqların avtomatik yuyulmasını təmin edən qurğulardan, yeni tipli qaldırıcı mexanizmlərdən istifadə edilməsi qatarların normadan artıq yürüşünü tam aradan qaldırmaqla əməyin səmərəli təşkilinə və məhsuldarlığın artmasına şərait yaradıb. Bundan başqa, depo ərazisində yeni park salınıb, köhnə hovuzun yerində nəfis tərtibatlı fəvvarə inşa edilib, milli-mənəvi dəyərlərə və müstəqil dövlətçilik ənənələrinə ehtiramın təcəssümü olaraq ulu öndər Heydər Əliyevin büstü qoyulub, ölkəmizin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə həlak olmuş metropolitençi şəhidlərin xatirəsini əbədiləşdirən abidə yenilənib. Tamamilə yenidən qurulmuş yeməkxanada müasir tələblərə cavab verən iaşə xidməti təşkil olunub. Ümumilikdə metropoliten işçilərinə xidmət etmək üçün açılmış 7 iaşə obyektinin nümunəvi fəaliyyəti təmin olunub. Bu obyektlərdə nağdsız və güzəştli ödəniş sistemi tətbiq edilir. Həm də iaşə xidmətinə görə ödənişin 49 faizini müəssisə və Metropoliten İşçilərinin Həmkarlar İttifaqı öz üzərinə götürüb. İşçilərin özlərinin payına düşən məbləğ isə əməkhaqqından tutulur. Korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində işçilərin övladları üçün müxtəlif kursların açılması, onlardan ali təhsil müəssisələrinə yüksək balla daxil olanlara xüsusi diqqətlə yanaşılması, ölkənin müxtəlif istirahət guşələrinə ailəvi turların, xarici ölkələrə qısamüddətli səfərlərin təşkili metropolitenin öz işçilərinə göstərdiyi qayğının bariz təzahürüdür. Son beş ildə sosial sahədə baş verən yeniliklərə metropolitenin Bilgəhdəki istirahət sahəsində aparılan yenidənqurma işləri, köhnə kottec tipli evlərin yerində 2-3 mərtəbəli binaların ucaldılması, sanatoriya və profilaktoriyanın müayinə-müalicə imkanlarının genişləndirilməsi, uşaq və böyüklər üçün əyləncə mərkəzlərinin, idman meydançalarının yaradılması, sanatoriya-profilaktoriyanın ən müasir tibbi avadanlıqlarla təchiz edilməsi, yeni tipli tibbi xidmətin təklif olunması da daxildir.
Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda keçirdiyi iqtisadi müşavirədə yenə də 20 ən islahatçı ölkə sırasında yer aldığımızı və bunun Davos Ümumdünya İqtisadi Forumunun yeni hesabatında konkret şəkildə öz ifadəsini tapdığını bildirib. 141 ölkə arasında keçirilən tədqiqatın nəticələri əsasında hazırlanmış hesabatda Azərbaycan nəqliyyat infrastrukturuna görə 31-ci, yol infrastrukturuna görə 27-ci yerdədir. Həmin göstəricilər ilə ölkəmiz MDB məkanında birinci yeri tutur. Azərbaycan beynəlxalq reytinqdəki bu sanballı mövqeyi möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü, düşünülmüş siyasəti, genişmiqyaslı islahatları sayəsində qazanıb. Paytaxtın ictimai nəqliyyatının mühüm həlqəsi olan metropolitenin 52 illik fəaliyyətinin səhmdar cəmiyyət statusunda 5 illik texnoloji yeniləşmə və vüsətli inkişaf dövrünün uğurları da məhz dövlət başçısının müəyyənləşdirdiyi islahatçılıq strategiyasının mühüm nailiyyətlərindəndir. Bu gün 8 noyabr peşə bayramını yüksək işgüzarlıq əhval-ruhiyyəsi ilə qeyd edən Bakı metropoliteninin çoxsaylı əməksevər kollektivi qarşısında duran məsul və şərəfli vəzifələri bundan sonra da layiqincə yerinə yetirmək üçün bütün qüvvəsini səfərbər edəcəkdir.

Hidayət MƏMMƏDOV,
“Bakı Metropoliteni” QSC-nin sədr müavini.

Published in Digər xəbərlər

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ABŞ-ın ölkəmizdəki səfirliyi və “Microsoft” şirkətinin təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik” mövzusunda seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, seminardan əvvəl nazir Ramin Quluzadə ilə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger arasında ikitərəfli görüş keçirilib. Görüşdə əqli mülkiyyət hüquqlarının qorunmasında kibertəhlükəsizliyin rolu müzakirə olunub. Əqli mülkiyyət sahəsində qanun pozuntularına qarşı mübarizə üsulları haqqında fikir mübadiləsi aparılıb.

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə qeyd edib ki, əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik məsələləri bir-biri ilə sıx bağlıdır. “Lisenziyalı proqram təminatlarından istifadə bilavasitə əqli mülkiyyət hüquqlarının qorunmasına, kiber risklərin azaldılmasına xidmət edir, informasiya sistemlərinin və fərdi məlumatların mühafizə səviyyəsini artırır”, - deyə nazir bildirib.

R.Quluzadə vurğulayıb ki, əqli mülkiyyət hüquqlarının qorunması ölkələrdə sahibkarlığın inkişaf etdirilməsinə və xarici sərmayələrin cəlb olunmasına əhəmiyyətli şəkildə təsir edir. “Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatının vacib istiqamətlərindən biri də əqli mülkiyyət hüquqlarının qorunmasıdır. Azərbaycan 2015-ci ilin Qlobal Rəqabətlilik Hesabatında “Əqli mülkiyyətin qorunması” alt-indeksi üzrə 92-ci yeri tutduğu halda, bu sahədə aparılan davamlı islahatlar nəticəsində 2019-cu ilin hesabatında 70,4 balla dünya ölkələri arasında 30-cu yerə yüksəlmişdir. Bu göstərici üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yeri tutur və bir çox Mərkəzi və Şərqi Avropa ölkələrini geridə qoyur”.

Nazir bildirib ki, islahatların davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, ölkəmizin beynəlxalq reytinqlərinin yaxşılaşdırılması, əqli mülkiyyət sahəsində qanun pozuntularına qarşı mübarizə üsullarının, eləcə də idarəetmə və təhlükəsizliyin təkmilləşdirilməsi məqsədilə dövlət qurumları üçün “Microsoft” şirkətinin lisenziyalı proqram təminatlarının alınması həyata keçirilib. “Bu məqsədlə 2018-ci ildə “Microsoft” şirkəti ilə 3 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən, 20 min ədəd “Windows” əməliyyat sistemi, 20 min ədəd “Microsoft Ofis” və 100 ədəd server lisenziyaları əldə edilib. Layihə üzrə “Microsoft” lisenziyalarının dövlət büdcəsindən maliyyələşən 63 dövlət qurumuna təhvil verilməsi planlaşdırılıb”.

43 dövlət qurumu, 9 təhsil ocağına lisenziyaların verildiyini deyən nazir bununla yanaşı, dövlət qurumları, təhsil ocaqları və tələbələr tərəfindən lisenziyaların daha asan və qısa müddətdə ala bilməsi üçün 3 portal yaradıldığı barədə məlumat verib. Dövlət qurumları, təhsil ocaqları və tələbələr aidiyyəti portallara öncədən ayrılmış şəxsi hesab vasitəsilə lisenziyalarını əldə edə bilirlər.

R.Quluzadə, həmçinin qeyd edib ki, “Microsoft” şirkəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “AzİnTelecom” MMC arasında mövcud tərəfdaşlıq münasibətlərinə əsasən, “AzCloud” bulud xidmətləri kommersiya fəaliyyəti ilə məşğul olan şirkətlər üçün “Microsoft” məhsullarının müəyyən lisenziyaları aylıq şərtlərlə icarəyə verilir.

Sonda nazir ölkəmizdə lisenziyalı proqram təminatından istifadənin genişləndirilməsi üzrə həyata keçirilən işlərin dövlət qurumları və şirkətlərin fəaliyyətinə öz müsbət təsirini göstərəcəyinə və Azərbaycanın beynəlxalq reytinqlərdə mövqelərinin daha da güclənəcəyinə əminliyini ifadə edib.

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger biznes və dövlət strukturlarında kibertəhlükəsizliyin təmin edilməsi üçün lisenziyalı proqram təminatlarından istifadənin vacibliyini vurğulayıb. “Lisenziyasız proqramlardan istifadə həm vaxt, həm də maliyyə itkiləri ilə nəticələnir. Dünyada belə proqramlardan istifadə edən şirkətlər ümumilikdə illik 359 milyard dollar itkiyə məruz qalır”, - deyə səfir məlumat verib. 

Daha sonra Əqli Mülkiyyət Agentliyinin idarə heyətinin sədri Kamran İmanov ölkəmizdə əqli mülkiyyət sahəsindəki problemlər və atılacaq addımlardan danışıb.

Kibertəhlükəsizlik və kommunikasiya ilə əlaqəli siyasətin icrası üzrə amerikalı mütəxəssis Mark Pfeifle kibertəhlükəsizliyin dövlət təhlükəsizliyi və maraqları ilə birbaşa bağlı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə lisenziyasız proqram təminatlarından istifadə dövlətlərin milli təhlükəsizliyinə təhdiddir.

Tədbir proqram təminatı və bulud texnologiyaları üzrə ixtisaslaşmış yerli və beynəlxalq şirkət nümayəndələrinin məruzələri ilə davam edib.

 

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Noyabrın 7-də Daxili İşlər Nazirliyində (DİN) müxtəlif illərdə dövlət ali təhsil müəssisələrini bitirmiş, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların respublikanın şəhər, rayon polis orqanlarında vakant zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında reallaşdığını xatırladıb və son illər bu praktikadan geniş istifadə olunduğunu deyib. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin parlaq gələcəyinin yüksək intellektə, geniş dünyagörüşünə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğulayıb.

Belə yüksək mənəvi və iş keyfiyyətlərinə malik gənclərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri, onların ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları üçün zəruri addımların atıldığını deyən general-polkovnik Vilayət Eyvazov hazırkı tədbirin də göstərilən sahədə həyata keçirilən məqsədyönlü siyasətin növbəti təzahürü olduğunu vurğulayıb.

Sonra Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov ərazi polis orqanlarında vakant olan zabit vəzifələrinin dövlət ali təhsil müəssisələrini bitirmiş, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşlarla komplektləşdirilməsinə dair Daxili İşlər nazirinin  müvafiq tapşırığına əsasən, görülmüş işlər barədə məruzə edib. O qeyd edib ki, sözügedən tapşırığın icrası ilə əlaqədar olaraq aidiyyəti əməkdaşların şəxsi işləri öyrənilib, dövlət ali təhsil məktəblərinə qəbul zamanı yüksək bal toplayaraq əyani təhsil almış, xidmətdə müsbət xarakterizə olunan 199 əməkdaşın bilik və fiziki hazırlıq səviyyəsi yoxlanılıb.

İmtahanların nəticəsinə görə daha üstün olan 36 nəfərin seçildiyi, həmin əməkdaşların istəkləri və iş yerləri nəzərə alınmaqla orta rəis heyəti vəzifələrinə təyin olunduqları diqqətə çatdırılıb.

Sonra nazirliyə dəvət edilmiş əməkdaşların zabit vəzifələrinə təyin olunmaları barədə Daxili İşlər nazirinin müvafiq əmri oxunub.

Tədbirə yekun vuran nazir V.Eyvazov gənc zabitləri təbrik edərək onlara tapşırıq və tövsiyələrini verib. Qeyd olunub ki, bu gün uğurla davam etdirilən cinayətkarlıqla qətiyyətli mübarizə, ölkəmizdə sabitliyin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi qorunması kursu daxili işlər orqanlarının da üzərinə böyük və məsul vəzifələr qoyur.

Daha sonra Daxili İşlər naziri müstəqilliyin ilk illərində baş vermiş gərgin ictimai-siyasi proseslər, ölkəmizdə yaranmış vətəndaş qarşıdurması, Ermənistanın təcavüzü, partiya mənsubiyyətinə, şəxsi sədaqətinə görə daxili işlər orqanlarına çoxsaylı təsadüfi, səriştəsiz şəxslərin qəbul edildiklərini, kriminogen durumun nəzarətdən çıxması, xalqın təkidi ilə ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq-mühafizə fəaliyyəti sahəsində də köklü hüquqi-demokratik islahatların həyata keçirildiyini xatırladıb.

Bildirilib ki, Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin qüdrətlənməsi, vətəndaşlarımızın rifah halının yaxşılaşması üzrə həyata keçirdiyi davamlı tədbirlər Daxili İşlər Nazirliyi sistemində də fəaliyyətin beynəlxalq standartlar səviyyəsində qurulmasında əhəmiyyətli rol oynayıb.

Nazir vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gərgin səyləri hesabına respublikamızda əmin-amanlığın yaradıldığını, cəmiyyət həyatının bütün sahələrində müşahidə edilən hərtərəfli inkişafın əsasında dövlət başçımızın qeyd etdiyi kimi, məhz sabitlik amilinin dayandığını, bu istiqamətdə əldə olunmuş uğurların hər zaman yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. 

Vilayət Eyvazov gənc zabitlərə çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını uca tutmalarını, daim bilik və təcrübələrini artırmalarını, öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib. O, əmin olduğunu bildirib ki, onlar bu yöndə səylərini əsirgəməyəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruldacaqlar.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Noyabrın 7-də Koreya Respublikasının Prezidenti Mun Ce-in Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVII Baş Assambleyasında iştirak edən agentliklərin rəhbərlərini qəbul edib.

OANA-nın XVII Baş Assambleyası Seulda işə başlayıb və iki gün davam edəcək. Assambleyada 32 xəbər agentliyinin rəhbərləri və nümayəndələri iştirak edirlər. Bu təşkilata 2016-cı ildən AZƏRTAC sədrlik edir.

OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Prezident Mun Ce-in xəbər agentliklərinin sülhün və sabitliyin təmin edilməsində böyük rol oynadığını qeyd edib. Feyk xəbərlərin sürətlə yayıldığı indiki dövrdə xəbər agentliklərinin əhəmiyyətini xüsusi vurğulayan Prezident etimadın media üçün vacib rol oynadığını diqqətə çatdırıb.

Sonra çıxış edən OANA-nın prezidenti Aslan Aslanov “Jurnalistika üçün yeni çağırışlar: Texnoloji yeniliklər və xəbərlərin etibarlılığı məsələsi” mövzusunda keçirilən konfrans və Baş Assambleya barədə məlumat verib. “Texnoloji yeniliklər agentliklər üçün həm çətinliklər yaradır, həm də yeni imkanlar açır. İKT sənayesində lider ölkələrdən olan Koreya Respublikasında bu müzakirələrin aparılması bizim üçün önəmlidir. Biz toplantılarda mediaya ictimai etimad məsələsi, həmçinin feyk xəbərlərin zərərləri və təhlükələri barədə fikir mübadiləsi aparırıq. Bu mənfi hallar jurnalistikanın əsas prinsiplərinə təhlükədir”, - deyə Aslan Aslanov qeyd edib.

Koreya Respublikasının Yonhap agentliyinin prezidenti Ço Sanq-bonun, Çinin Sinxua agentliyinin vitse-prezidenti Siyanq Liunun, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylovun, Vyetnamın VNA agentliyinin baş direktoru Loi Nquyen Dukun və digər agentliklərin rəhbərlərinin suallarını cavablandıran Prezident Mun Ce-in Koreya yarımadasında sülhün təmin olunması, iqtisadi inkişafın gücləndirilməsi istiqamətində görülən işlər barədə danışıb. “Qarşımızda keçilməli olan çox sayda sədlər var. Amma mən inanıram ki, sizin dəstəyinizlə sülh istiqamətində yeni tarixi addımlar atılacaq. Mən OANA-nın hər bir üzvünə uğurlar arzu edirəm və təşkilatın inkişafı və təkmilləşdirilməsinə verdiyi töhfələrə görə qurumun prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova təşəkkür edirəm”, - deyə Prezident Mun Ce-in bildirib.

 

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVII Baş Assambleyası noyabrın 7-də Koreya Respublikasının paytaxtı Seulda işə başlayıb.

AZƏRTAC-ın sədrliyi və Koreya Respublikasının Yonhap agentliyinin təşkilatçılığı ilə keçirilən Baş Assambleyada 28 ölkədən 32 xəbər agentliyi iştirak edir. 2004-cü ildən OANA-nın üzvü olan AZƏRTAC 2016-cı ildən bu təşkilatın sədridir. OANA 1961-ci ildə UNESKO-nun himayədarlığı ilə yaradılıb və dünyada ən böyük media qurumlarından biridir.

Baş Assambleya çərçivəsində üzv agentliklərin fotoşəkillərindən ibarət sərgi təşkil olunub. Fotolar “Xəbərlər”, “Mədəniyyət” və “Təbiət” kateqoriyalarını əhatə edir. Sərgidə AZƏRTAC-ın da fotoları təqdim edilib. Ümumilikdə, sərgidə 100-ə yaxın foto nümayiş olunur. Sərginin açılışında xəbər agentlikləri rəhbərləri ilə yanaşı, Koreya Respublikasının Mədəniyyət, İdman və Turizm naziri Park Yanq Vu da iştirak edib.

Açılış mərasimində çıxış edən Yonhap agentliyinin prezidenti Ço Sanq Bo bütün dünyada xəbər agentliklərinin yeni çağırışlarla üzləşdiyini və agentliklərin bu çağırışları yeni imkanlara çevirməli olduğunu deyib. O bildirib ki, indiki dövrdə hansı xəbəri deyil, xəbəri hansı formada yaymaq daha aktualdır. Ço Sanq Bo AZƏRTAC-ın OANA-da sədrliyi dövründə fəaliyyətini yüksək qiymətləndirərək, onun rəhbərliyinə təşəkkürlərini çatdırıb.

OANA-nın hər bir üzv agentlik üçün önəmli olduğunu vurğulayan təşkilatın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov sədrlik dövründə qurumun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Həyata keçirilən layihələr təşkilatın veb-saytı, sosial şəbəkələr və axtarış sistemlərində xəbərlərin yayılması və digər sahələri əhatə edib. Eyni zamanda, AZƏRTAC üzv agentliklərə təkliflər paketi təqdim edib ki, buraya OANA-nın Təlim Akademiyasının yaradılması, illik treninqlərin təşkili, çevik idarəetmə üsulunun tətbiqi və bir sıra digər istiqamətlər aiddir. “Yarım əsrdən çox tarixi olan OANA hər bir üzv agentlik üçün böyük dəyərdir. Çünki bu təşkilat bizim vasitəmizlə xalqlarımızı, ölkələrimizi bir-birinə yaxınlaşdırır, jurnalistika ənənələrini yaşadaraq sonrakı nəsillərə ötürür. Buna görə də təşkilatımızın daim təkmilləşdirilməsi bizim hər birimiz üçün önəm kəsb edir. Bu işdə hər bir agentliyin töhfəsi qiymətlidir”, - deyə Aslan Aslanov bildirib.

Koreya Respublikasının Mədəniyyət, İdman və Turizm naziri Park Yanq Vu feyk xəbərlərin bütün dünyada media üçün əsas çağırışa çevrildiyini deyərək, bu baxımdan etibarlı xəbər agentliklərinin rolunun dəfələrlə artdığını vurğulayıb. “Ümid edirəm ki, ən etibarlı xəbər agentliklərini birləşdirən OANA informasiyaya etimadın vacibliyini dərk edərək, yanlış məlumatların qarşısının alınmasında tutarlı mexanizmlər ortaya qoya biləcək”, - deyə nazir əlavə edib.

Baş Assambleya çərçivəsində “Jurnalistika üçün yeni çağırışlar: texnoloji yeniliklər və xəbərlərin etibarlılığı” mövzusunda konfrans keçirilir. Tədbir çərçivəsində OANA-nın baş katibi Vüqar Seyidovun moderatorluğu ilə “5G dövründə media mühiti və texnoloji üstünlüklər” mövzusunda 1-ci sessiya olub. Burada Koreyanın SK Telecom şirkətinin vitse-prezidenti Yonq Min Li və “Thomson Reuters” şirkətinin texnologiyalar departamentinin rəhbəri Maykl Yanq çıxış edərək mediada yeni texnologiyaların istifadəsindən, onların üstünlüklərindən, xəbərlərin yeni formalarda çatdırılmasından danışıblar.

Konfrans işini noyabrın 8-də davam etdirəcək.

Baş Assambleyada və konfransda Azərbaycandan “Trend” agentliyinin əməkdaşı da iştirak edir.

 

 

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Noyabrın 7-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Qarabağ xanı Mehdiqulu xanın bayrağı” kitabının təqdimatı keçirilib.

Azərbaycan və rus dillərində çap olunan kitabın müəllifi dosent Səbuhi Əhmədov, elmi redaktoru akademik Nailə Vəlixanlıdır.

AZƏRTAC xəbər verir ki, mərasimdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı yeni nəşrlə bağlı fikirlərini bildirib, onun əhəmiyyətini vurğulayıb.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycanın dövlətçilik tarixindən, dövlət rəmzlərindən bəhs edib. O, ümummilli lider Heydər Əliyevin müasir müstəqil dövlətimizin qurulmasında, inkişafında və dünyaya tanıdılmasında müstəsna xidmətlərini vurğulayıb, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. Alim tariximizin dərindən araşdırılmasının əhəmiyyətini diqqətə çatdırıb. 

Mədəniyyət naziri Əbülfəs Qarayev təqdimatı keçirilən kitabın tariximiz üçün dəyərli töhfə olduğunu deyib. Nazir tariximizlə bağlı məlumatların, Azərbaycan həqiqətlərinin dünya xalqlarına daha ətraflı çatdırılmasının vacibliyini bildirib.

Kitabın müəllifi dosent Səbuhi Əhmədov bildirib ki, nəşrdə muzeyin Silahlar və bayraqlar fondunda saxlanılan, Mehdiqulu xana Rusiya imperatoru I Aleksandr tərəfindən 1806-cı ildə təqdim olunmuş bayraq haqqında məlumat verilir. Mənbə və ədəbiyyat əsasında bayrağın təqdim edildiyi tarixi şərait, XX əsrdə Azərbaycana gətirilməsinin tarixçəsi və təsviri şərh edilir. Hakimiyyət rəmzi kimi hədiyyə edilmiş bu bayraq Rusiya imperatorlarının məhz Cavanşir sülaləsindən olan xanların əzəli Azərbaycan ərazisi Qarabağın hakimləri kimi tanımalarının əyani sübutudur.

 

 

 

AZƏRTAC

Published in Digər xəbərlər
1 -dən səhifə 3