XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Bazar, 17 Noyabr 2019

Əlahəzrət,

Oman Sultanlığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Oman xalqına daim sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 15 noyabr 2019-cu il.

Published in Məktublar

Hörmətli cənab Prezident,

Latviya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Latviyanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xoş ənənələrə malik əlaqələrimizin genişləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə inkişaf etdirilməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim sülh və firavanlıq arzulayıram. 

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 15 noyabr 2019-cu il.

Published in Məktublar

“Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”,  “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci, 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, N 17, maddə 234; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 11, maddə 687; 2004, N 7, maddə 505; 2006, N 3, maddə 223; 2010, N 11, maddə 936; 2013, N 5, maddə 464; 2014, N 11, maddə 1334; 2015, N 10, maddə 1083; 2018, N 6, maddə 1189; 2019, N 3, maddə 386, N 5, maddə 794; Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1616-VQD nömrəli Qanunu) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 44-cü maddənin üçüncü hissəsinin birinci cümləsində “dövlət notariat haqqında” sözləri “Notariat haqqında” Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilsin;

1.2. 46-cı maddədə “dövlət notariatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə” sözləri “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 1, maddə 10, N 6, maddə 414; 2001, N 5, maddə 293, N 11, maddə 687, N 12, maddə 740; 2002, N 5, maddə 241, N 6, maddə 328, N 12, maddə 706; 2004, N 5, maddə 318; 2005, N 4, maddə 281, N 8, maddə 699, N 10, maddə 903, N 11, maddə 993; 2007, N 1, maddə 4, N 2, maddə 69, N 8, maddə 745, N 11, maddələr 1053, 1075; 2008, N 6, maddə 462, N 7, maddə 602; 2009, N 1, maddə 5, N 7, maddə 517, N 11, maddə 878; 2010, N 7, maddə 597, N 11, maddə 938; 2011, N 4, maddə 258, N 12, maddə 1098; 2012, N 10, maddə 946; 2013, N 11, maddə 1271; 2014, N 11, maddə 1353; 2015, N 5, maddə 487; 2016, N 1, maddə 11, N 7, maddə 1243, N 12, maddə 2025; 2017, N 2, maddə 148, N 12 (I kitab), maddə 2236; 2018, N 7 (I kitab), maddə 1388, N 8, maddə 1673, N 11, maddə 2230; 2019, N 1, maddə 22, N 6, maddələr 993, 997) 79-cu maddəsinə birinci və ikinci hallarda “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “Elektron notariat” sözləri, üçüncü halda “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “Elektron icra” sözləri əlavə edilsin.

Maddə 3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 12, maddə 740; 2002, N 12, maddə 706; 2003, N 1, maddə 23, N 8, maddə 428, N 12 (I kitab), maddələr 676, 698; 2005, N 1, maddə 1, N 6, maddə 462, N 8, maddə 684, N 10, maddələr 873, 905, N 12, maddə 1083; 2006, N 3, maddələr 223, 225, N 6, maddə 481, N 12, maddələr 1015, 1029; 2007, N 2, maddə 80, N 12, maddə 1203; 2008, N 3, maddə 158, N 6, maddə 462, N 7, maddə 602, N 12, maddə 1047; 2009, N 1, maddə 5, N 2, maddə 56, N 3, maddə 160, N 7, maddə 519, N 12, maddə 947; 2010, N 4, maddə 276, N 6, maddə 485, N 10, maddə 840, N 11, maddə 939; 2011, N 1, maddə 12, N 4, maddələr 245, 264, N 11, maddə 985, N 12, maddə 1100; 2012, N 1, maddə 4, N 6, maddələr 508, 518, N 7, maddə 646, N 10, maddə 947, N 12, maddələr 1216, 1227, 1229; 2013, N 3, maddə 213, N 5, maddə 474, N 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, N 12, maddələr 1485, 1504; 2014, N 1, maddə 6, N 5, maddə 468, N 6, maddələr 603, 605, N 7, maddələr 774, 780, N 11, maddələr 1345, 1370; 2015, N 12, maddə 1432; 2016, N 1, maddələr 15, 36, N 4, maddə 630, N 5, maddə 849, N 6, maddə 1014, N 10, maddə 1605, N 11, maddələr 1753, 1776, 1780, 1790, N 12, maddələr 2006, 2051; 2017, N 3, maddələr 337, 341, N 5, maddə 742, N 6, maddə 1028, N 7, maddə 1308, N 8, maddə 1506, N 12 (I kitab), maddə 2265; 2018, N 3, maddə 405, N 4, maddələr 639, 647, N 6, maddələr 1186, 1194, N 7 (I kitab), maddələr 1415, 1444, N 8, maddə 1675, N 12 (I kitab), maddə 2489; 2019, N 1, maddə 45, N 4, maddələr 571, 596, N 5, maddə 797, N 7, maddə 1176; Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1643-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.0.2-ci maddədə “notariat kontorları” sözləri “notariuslar” sözü ilə əvəz edilsin;

3.2. 10-cu maddənin adında “Notariat kontorları” sözləri “Notariuslar” sözü ilə əvəz edilsin;

3.3. 10.20-ci maddə aşağıdakı redaksiyada verilsin:

“10.20. Ərizələrin və ya digər sənədlərin başqasına verilməsi, habelə kağız və ya elektron daşıyıcıda olan ərizə və ya digər sənədlərin hazırlanmış elektron və kağız nüsxələri ilə eyniləşdirilməsi haqqında şəhadətnamələrin verilməsi (hazırlanmış hər səhifəyə görə) və bu Qanunun 10.1-10.19-cu maddələrində göstərilənlərdən başqa digər notariat hərəkətləri üçün - 5 manat”.

Maddə 4. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 4 (I kitab), maddə 250, N 5, maddə 323; 2002, N 12, maddə 709; 2003, N 8, maddə 420; 2004, N 3, maddə 123, N 5, maddə 318, N 6, maddə 415, N 10, maddə 761, N 11, maddə 901; 2005, N 2, maddə 61, N 6, maddə 466, N 8, maddələr 684, 692, 693, N 11, maddə 996, N 12, maddə 1085; 2006, N 2, maddə 68, N 3, maddə 225, N 5, maddə 387, N 6, maddə 478, N 8, maddə 657, N 12, maddə 1005; 2007, N 2, maddə 80, N 6, maddə 560, N 8, maddə 745, N 10, maddə 937, N 11, maddə 1053, N 12, maddələr 1215, 1219; 2008, N 3, maddə 145, N 6, maddə 456, N 7, maddə 602, N 12, maddə 1049; 2009, N 2, maddə 47, N 5, maddə 295, N 6, maddə 404, N 7, maddə 517; 2010, N 2, maddə 75, N 3, maddə 171, N 4, maddələr 265, 266, 276; 2011, N 2, maddə 71, N 7, maddə 586, N 8, maddə 750, N 12, maddələr 1073, 1102; 2012, N 1, maddə 5, N 5, maddə 403, N 6, maddə 498; 2013, N 1, maddə 15, N 6, maddə 620, N 11, maddə 1280, N 12, maddələr 1469, 1478; 2014, N 2, maddə 96, N 7, maddə 768; 2015, N 3, maddə 254, N 5, maddə 512, N 7, maddə 814, N 10, maddə 1093; 2016, N 1, maddə 26, N 2 (I kitab), maddələr 186, 204, N 3, maddə 401, N 4, maddələr 640, 646, N 6, maddə 1005, N 7, maddə 1248, N 12, maddələr 1998, 2018; 2017, N 2, maddələr 151, 153, N 5, maddələr 703, 735, N 6, maddə 1035, N 11, maddə 1953, N 12 (I kitab), maddələr 2210, 2234, 2239; 2018, N 2, maddə 142, N 4, maddə 650, N 5, maddələr 845, 851, N 11, maddə 2212, N 12 (I kitab), maddələr 2467, 2518, 2526, 2533; 2019, N 1, maddələr 23, 50, N 5, maddələr 806, 812, 814, N 6, maddələr 994, 996, N 7, maddə 1202; Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1637-VQD Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 334.2-ci maddədə “notariat haqqında qanunla” sözləri “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilsin;

4.2. 362.3.2-ci maddədə “kontorlarının” sözü “ofislərinin” sözü ilə əvəz edilsin;

4.3. 1243.2-ci maddədə “kontoruna” sözü “ofisinə” sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 8 oktyabr 2019-cu il.

Published in Qanun

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında 2019-cu il oktyabrın 14-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Respublikası Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 14 noyabr 2019-cu il.

Published in Fərman

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” 2019-cu il mayın 31-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 22 oktyabr 2019-cu il.

Published in Qanun

“Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 8 oktyabr tarixli 1672-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 8 oktyabr tarixli 1672-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 15 noyabr 2019-cu il.

Published in Sərəncam

Dövlət başçısı deyib: “Multikulturalizm Azərbaycanda həm həyat tərzidir, həm də dövlət siyasətidir”.

Published in Digər xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri, doktor Əbuzər İbrahimi Türkmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyətinə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə və İran Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi daxildirlər.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev qonaqları salamlayaraq, Azərbaycanla İran arasındakı tarixi dostluq münasibətlərindən söz açıb, bu əlaqələrin son dövrlərdə daha geniş vüsət aldığını qeyd edib. Bildirib ki, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasətin nəticəsidir.

Akademik Ramiz Mehdiyev İran İslam Respublikasından olan nümayəndə heyətinin Bakıda keçirilən Dünya Dini Liderlərinin II Sammitində iştirakını və ölkə rəhbəri ilə görüşünü yüksək qiymətləndirərək, bu səfərin iki dost ölkə arasında elm və mədəniyyət sahəsində çoxtərəfli əlaqələrin təşkilinə təkan verəcəyini söyləyib. 

Azərbaycan tarixinin hələ də dünya elmi ictimaiyyətində kifayət qədər tanınmadığını vurğulayan akademik bu gün ölkə alimlərinin tariximizi olduğu kimi təqdim etmək üçün yeni mənbələrin axtarışında olduqlarını deyib: “Düşünürəm ki, İranın arxiv sənədlərində də Azərbaycan tarixi ilə bağlı qiymətli materiallar vardır. İran və Azərbaycan alimləri birgə fəaliyyət göstərməli, tarixi həqiqətlərin ortaya çıxarılması, İran-Azərbaycan tarixinin daha dərindən öyrənilməsi üçün səylərini əlaqələndirməlidirlər”.

Ölkə başçısı İlham Əliyevin İran dövləti ilə dostluq və əməkdaşlıq münasibətlərinə xüsusi önəm verdiyini deyən AMEA-nın rəhbəri bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün elm adamlarının bütün səylərini sərf edəcəklərini bildirib.

Sonra İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri, doktor Əbuzər İbrahimi Türkman çıxış edərək cəmiyyətin inkişafında elmin müstəsna rolundan danışıb.

Əbuzər İbrahimi Türkmanın sözlərinə görə, tarixən formalaşmış dostluq və əməkdaşlıq münasibətləri, ortaq adət-ənənələr, dini dəyərlər Azərbaycan və İran xalqlarının daha da yaxınlaşmasına zəmin yaradıb. İki ölkə arasında elm və mədəniyyət sahəsində mövcud olan əlaqələrin bundan sonra da davam etdirilməsi hər iki ölkənin inkişafına müsbət təsir göstərəcək.

Daha sonra Əbuzər İbrahimi Türkman İran Mədəniyyət Mərkəzi tərəfindən nəşr olunmuş kitabları akademik Ramiz Mehdiyevə təqdim edib.

AMEA tərəfindən qonağa “Azərbaycan muğamı miniatürlərdə” və İmadəddin Nəsiminin “Qəzəllər” kitabları hədiyyə olunub.

 

 

 

 

AZƏRTAC

Published in Elm və təhsil

Azərbaycanın məhkəmə-hüquq sistemində müasir texnologiyaların tətbiqi üzrə əldə etdiyi uğurlar beynəlxalq ictimaiyyətin də böyük marağına səbəb olub. Dünyada süni intellektin və robot texnikasının geniş tətbiqi beynəlxalq və milli hüququn qarşısında ciddi məsələlər qoyur. Ölkəmizin nailiyyətlərini dünya ölkələri ilə paylaşmaq, həmçinin məhkəmə-hüquq sahəsində süni intellektin və informasiya texnologiyalarının tətbiq olunmasına dair beynəlxalq təcrübəni öyrənmək məqsədilə, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) və Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun 15 noyabr tarixində Bakıda təşkil etdiyi “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans məhz sözügedən məsələlərə həsr olunub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimovun konfransdakı çıxışı ətrafında süni intellektin məhkəmə və özəl icra sistemlərində tətbiqinə dair Avropada mövcud olan təcrübələr, rəqəmsallaşma sahəsindəki son yeniliklər, eləcə də Azərbaycanın milli qanunvericiliyi və bu sahədəki perspektivlər, qarşıda duran vəzifələr, rəqəmsal ədliyyəyə keçid kimi mühüm maraqlı müzakirələr aparılıb.

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə çıxış edərək süni intellekt və robotlardan istifadənin hüquq elmində tamamilə yeni bir istiqamət formalaşdırdığını, hüquq və insan haqları kontekstində süni intellektin cəmiyyətdə yeni çağırışlar edən mühüm məsələ olduğunu qeyd edərək dövrün tələbləri ilə ayaqlaşan Azərbaycan elmində, eyni zamanda insan hüquqları sahəsində sözügedən mövzuya dair dünya təcrübəsinin öyrənilməsi və tətbiqi məqsədilə belə bir konfransın keçirildiyini qeyd etmişdir.

Daha sonra Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti, hüquq üzrə elmlər doktoru Ramin Qurbanov çıxışında bildirmişdir ki, Avropa Komissiyası Avropada məhkəmə sisteminin, ədliyyə və prokurorluq orqanları, vəkillik institutunun fəaliyyətinin səmərəliliyi və keyfiyyətinin artırılmasının təşviqi və dəstəklənməsi ilə fəal məşğul olur. CEPEJ tərəfindən üzv dövlətlərdə ədliyyə mühakiməsinin səmərəliliyi və keyfiyyətinin artırılması məqsədilə çoxsayda rəhbər qaydalar və digər sənədlər hazırlanır, habelə müxtəlif aktual mövzulara dair elmi-tədqiqatlar aparılır.

Ramin Qurbanov süni intellektin tətbiqinin insan hüquqlarına birbaşa təsir göstərə biləcəyini, bu sahəni tənzimləyən ilk Avropa Etik Xartiyasını məhz rəhbərlik etdiyi qurum tərəfindən hazırlanaraq təsdiq olunduğunu, həmin Avropa standartlarına bütün üzv dövlətlərin riayət edəcəklərinin zəruriliyini, habelə Avropa Şurasının üzv dövlətlərində olduğu kimi, Azərbaycanda da süni intellektin hüquq sistemində tətbiq edilməsi vacibliyini və ölkə başçısının məhkəmə-hüquq sisteminə göstərdiyi diqqətin nəticəsi olaraq bu gün Azərbaycanın məhkəmə sisteminin rəqəmsallaşdırılması istiqamətində irihəcmli işlərin görülməsini bildirmişdir.

Müzakirələrdə rəsmi şəxslər, məhkəmə sədrləri, hakimlər, vəkillər, tanınmış yerli və xarici ekspertlər, diplomatik korpusun nümayəndələri,  ekspertlər iştirak etmişlər.

Konfransın sonunda Avropa Şurasının xüsusi nəşri olan - CEPEJ-in “Süni intellektin məhkəmə sistemləri və bu sistemlərlə bağlı münasibətlərdə istifadəyə dair Avropa Etik Xartiyası”nın Azərbaycan dilində buraxılışının təqdimatı olub.

 

Kamil İSMAYILOV,

“Respublika”.

Published in Digər xəbərlər

Noyabrın 16-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də videobağlantı vasitəsilə cəlb olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən əməliyyat təliminin nəticələrini təhlil edən Müdafiə naziri qarşıya qoyulan tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyini bildirib, komandir heyətinin qoşunları idarə etmək bacarığını, ümumilikdə hərbi qulluqçuların peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib.

Nazir təlimin əhəmiyyətini qeyd edərək, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb, döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə müxtəlif səviyyələrdə təlim və məşqlərin sayının və səmərəliliyinin artırılmasını əmr edib.

General-polkovnik Z.Həsənov ön xətdə yerləşən bölmələrin döyüş hazırlığı, müdafiə sisteminin hərtərəfli təminatı, döyüş növbətçiliyinin və qoşunların döyüş qabiliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar müvafiq göstəriş verib.

Müşavirədə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi işinin real faktlardan istifadə edərək qəhrəmanlıq nümunələrinə əsaslanmaqla həyata keçirilməsinin, hərbi qulluqçuların Vətənə, dövlətə və Ali Baş Komandana misilsiz sədaqət ruhunda tərbiyə olunmasının vacibliyi qeyd olunub.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər
1 -dən səhifə 3