XƏBƏR LENTİ

Çərşənbə axşamı, 23 Fevral 2021 09:39

BİLDİRİŞ

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 11 fevral 2021-ci il və 12 fevral 2021-ci il tarixlərində keçirilmiş elektron açıq tenderlərin nəticələrinə əsasən

1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin tələbatına uyğun dəftərxana və təsərrüfat ləvazimatlarının satınalınması üzrə “Antaris” QSC;

2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə məxsus nəqliyyat vasitələrinin cari təmir işlərinin satınalınması üzrə Fiziki şəxs Elçin Akif oğlu İsmayılov;

3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin tələbatına uyğun katriclərin alınması, dolumu və təmiri işlərinin satınalınması üzrə “UĞUR-MR” MMC; 

4. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin tələbatına uyğun təsərrüfat mal və materiallarının satınalınması üzrə “GUR” MMC;

5. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti əməkdaşlarının xüsusi geyim dəstlərinin satınalınması üzrə “TEKSTİL TƏMİNAT MH” MMC;

6. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə aid inzibati binalarında kommunal xidmətlərin satınalınması üzrə “VERTİCAL GROUP” MMC qalib müəyyən edilmiş və müvafiq satınalma müqavilələri bağlanılmışdır.


“Azərpambıq ASK” MMC tərəfindən Traktorların yüksək təzyiq yanacaq nasoslarının təmiri keçirilməsi elan edilən açıq tender metodu ilə keçirililən satınalma prosedurunun son sənəd qəbulu müddəti 22 fevral 2021-ci il saat 11:18 tarixindən, 26 fevral 2021-ci il saat 11:18-dək uzadılır. Tender təkliflərinin və təkliflərin təminatının təqdim olunması tarixi 03 fevral 2021-ci il saat 11:18-dan, 09 mart 2021-ci il saat 11:18-dək uzadılır. Zərf açılışı isə 10 mart 2021-ci il saat 11:18-da baş tutacaqdır.


Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi bildirir ki, 01.02.2021-ci il tarixində “Soyutma və isitmə sistemlərinə xidmət işləri”nin satınalınması üçün elan olunmuş elektron satınalma proseduru üzrə müsabiqənin davamından “Dövlət satınalmaları haqqında” Qanunun 11.1 maddəsinə əsasən imtina edilir.

Read 34 times

Təqvim

« March 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        

ZIYARƏTÇİLƏR

Ziyarətçilər892352

Currently are 122 guests and no members online