XƏBƏR LENTİ

Şənbə, 09 Noyabr 2019 10:02

BİLDİRİŞ

“ASK Ayaqqabı Fabriki” MMC
Almaniya, Türkiyə, Rusiya və s. ölkələr üçün “Hava və avtomobil nəqliyyatı ilə idxal olunan malların gömrük rəsmiləşdirməsi xidməti”ni kotirovka sorğusu üsulu ilə satınalınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 412-46-26 (daxili 26) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 14.11.2019-cu il saat 12:00 tarixinədək qəbul olunur.


Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə “Fiziki şəxs Süleymanov Teymur İntizam oğlu” arasında kotirovka sorğusu prosedurunun nəticələrinə uyğun olaraq “Tərcümə xidmətlərinin göstərilməsi işləri”nin satınalınmasına dair 12 090,00 AZN məbləğində satınalma müqaviləsi imzalanmışdır.


“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ÇFES-də tikililər və ümumi ərazi üzrə təmir-bərpa işlərinin satınalınması ilə əlaqədar açıq tenderdə iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirilib.
Açıq tenderin nəticələri haqqında Tender Komissiyasının yekun protokoluna əsasən “Shelter Group” MMC qalib elan edilib və onunla 85 063,84 AZN məbləğində satınalma müqaviləsi bağlanıb.


Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2020 nömrəli hərbi hissəsi tərəfindən “İdman alətləri və avadanlıqları”nın satınalınmasına dair keçirilmiş kotirovka sorğusu proseduruna əsasən “Athletic Pover” MMC arasında 49 016,02 AZN məbləğində satınalma müqaviləsi imzalanmışdır.


Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində çoxmənzilli binaların tikintisi ilə əlaqədar 05 iyul 2019-cu il tarixində keçirilmiş açıq tenderin nəticələrinə əsasən Lot-1 üzrə “Diadem” MMC, Lot-2 üzrə “Merkuri-İnşaat” MMC ilə “Conco” MMC konsorsiumu, Lot-3 üzrə “AS Tikinti” MMC, Lot-4 üzrə “Merkuri-İnşaat” MMC, Lot-5 üzrə “Chinar İnshaat” MMC və Lot-6 üzrə “Qaz Oil Building” MMC qalib müəyyən edilmiş və müvafiq satınalma (podrat) müqavilələri bağlanmışdır.


Azərbaycan Memarlıq və İnşaat Universiteti “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinə uyğun olaraq kotirovka sorğusu ilə 1. “AzMİU-da istehsalatda istifadə olunmayan qeyri-maddi aktivlər”; 2. “Kommunal və kommunikasiya xidmətləri” işləri üzrə satınalınmasını həyata keçirir.
Satınalmada iştirak etmək istəyənlər 14 noyabr 2019-cu il tarixdə saat 17:00-dək Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tender komissiyasına müraciət edə bilərlər.
Təkliflər 15 noyabr 2019-cu il tarixdə saat 11:00-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin I saylı tədris binasının 309-cu otağında yerləşən Tender komissiyasında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri təkliflərin açılışında iştirak edə bilərlər.
Ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi, 11.
Əlaqə telefonu: 538-75-07
Əlaqələndirici şəxs: Ələkbərov Vasif.


“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti İnformasiya Texnologiyaları sahəsi üçün texniki dəstək xidmətlərinin satınalınması məqsədi ilə 15 oktyabr 2019-cu il tarixində “Respublika” qəzetində və www.tender.gov.az saytında Lot 1 - İnformasiya Texnologiyaları sahəsi üçün texniki dəstək xidmətlərinin satınalınması xidməti ilə bağlı açıq tenderin keçirilməsi üçün verdiyi elan üzrə tender təklifi və bank təminatınının təqdim olunma tarixlərini həmçinin təkliflərin açılma tarixini aşağıdakı tarixlərədək uzadır. Tender təklifi və bank təminatını 28 noyabr 2019-cu il saat 11:00 tarixinədək, tender üzrə təqdim olunmuş zərflərin portal vasitəsi ilə açılışı isə 29 noyabr 2019-cu il saat 11:00 tarixinədək uzadılmışdır.


Səhmdarların nəzərinə!
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclasının keçirilməsi 11 dekabr 2019-ci il saat 15:00-a təyin olunmuşdur.
Gündəlikdəki məsələ:
1. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsində (o cümlədən nizamnamə kapitalında) dəyişikliklər edilməsi.
2. Digər məsələlər.
Əlaqələndirici şəxs: Aynurə Quliyeva
Əlaqə telefonları: 012-425-59-47, 012-425-22-64.


Salyan Rayon İcra Hakimiyyəti
2019-cu ildə inzibati binada cari təmir işlərinin, bərk inventarların və şəhərin işıqlandırılması üçün elektrik
lampalarının satınalınması ilə əlaqədar kotirovka sorğusu müsabiqəsi elan edir.
Kotirovkada iştirak etmək üçün musabiqənin bitmə tarixi 18 noyabr 2019-cu il saat 10:00-a təyin edilmişdir.
Ünvan: Salyan şəhəri, T.Xəlilbəyli 126.
Əlaqə nömrəsi: 021-255-50-23.


“LUKOYL-Azərbaycan” QSC bildirir ki, “LUKOYL” yanacaqdoldurma məntəqələrində 21.11.2019-cu il tarixdən etibarən, 1 dəfəlik maqnit kartları ilə müştərilərə yanacaq satışı xidməti dayandırılacaqdır. Bunları nəzərə alaraq müştərilərdən əldə olan maqnit yanacaq kartlarını 31.12.2019-cu il tarixədək istifadə etmələri xahiş olunur.


“Bakı Metropoliteni” QSC tərəfindən 31.10.2019-cu il tarixində keçirilmiş “Cəfər Cabbarlı” stansiyasında yanğın siqnalizasiyasının quraşdırılması işlərinin “Açıq Tender” üsulu ilə satınalınmasına dair müsabiqədə “Fire Company” MMC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə 07.11.2019-cu il tarixdə ƏDV daxil 44718,46 (qırx dörd min yeddi yüz on səkkiz manat, 46 qəpik) manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.


“AZƏRALÜMİNİUM” MMC tərəfindən 25 sentyabr 2019-cu il tarixində “Respublika” qəzetində elanı verilmiş 1000 (bir min) cüt metallurq çəkməsinin satınalınması üçün keçirilən açıq tenderin ixtisas göstəricilərinə dair sənədlərin qəbul tarixi sabit qalmış, tender təklifi ilə bank təminatı sənədlərinin qəbul tarixi 13.11.2019-cu il saat 17:00 tarixinə dəyişdirilir. İddiaçıların təklifləri 14.11.2019-cu il saat 11:00 tarixində açılacaqdır.


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 24 oktyabr 2019-cu il tarixdə keçirilmiş “Sağlamlıq imkanları məhdud uşaqlar üçün (Bakı şəhəri üzrə 5 mərkəz, Salyan, Astara şəhər və rayonları üzrə) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” adlı təkrar müsabiqənin qalibləri “Könül Evi Aztəminatlı Ailələrə Yardım” İB, “Şəmsi Əsədullayev” Xeyriyyə İB, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İB, “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İB, “Sağlamlıq imkanları məhdud uşaqların (autizm) sosial və psixoloji reabilitasiyası-4 mərkəz (Bakı şəhəri və regionlar)” adlı təkrar müsabiqənin qalibləri “Birgə və Sağlam” İB, “Müstəqil Həyat Tərzi” Əlillərə Dəstək İB, “Autizm Assosiasiyası” İB, “Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial reabilitasiyası” adlı təkrar müsabiqənin qalibi “Könül Evi Aztəminatlı Ailələrə Yardım” İB, “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə sosial reabilitasiya xidmətlərinin göstərilməsini nəzərdə tutan layihələrin müstəqil monitorinqi və qiymətləndirilməsi” adlı təkrar müsabiqənin qalibi “Konstitusiya” Araşdırmalar Fondu olmuş, “Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzinin yaradılması (Ağcabədi, Şəki rayon və şəhərləri üzrə)” adlı təkrar müsabiqə baş tutmamış hesab edilmişdir.

Read 37 times