XƏBƏR LENTİ

Şənbə, 09 Noyabr 2019 10:01

TENDER ELANLARI

“Bakı Taksi Xidməti” MMC-nin balansında olan “Londan Taksi TX4” markalı avtonəqliyyat vasitələrinə növbəti texniki xidmətin və təmir işlərinin göstərilməsi ilə əlaqədar akkumulyatorların satınalınmasına dair
AÇIQ TENDERƏ DƏVƏT EDIR
“Bakı Taksi Xidməti” MMC-nin balansında olan “London Taksi TX4” markalı avtonəqliyyat vasitələrinə növbəti texniki xidmətin və təmir işlərinin göstərilməsi ilə əlaqədar yaranan zərurəti nəzərə alaraq, akkumulyatorların satınalınması məqsədilə açıq tender elan edir. Bu sahə üzrə səriştəli və peşəkar şirkətləri və fərdi sahibkarları tender prosedurunda iştirak etməyə dəvət edir.
-Akkumulyatorların satınalınması
Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları, təyinat yerinə daşıma xərclərini nəzərə almalıdırlar.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək üçün müraciət edən şirkətlərə dair tələblər:
Satınalma müqaviləsini bağlama səlahiyyəti olmalı;
Maliyyə vəziyyəti qənaətbəxş olmalı;
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün qeyd edilmiş müvafiq sahədə peşəkar və təcrübəli olmalı;
Texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olmalı;
Vergilər və digər icbari analoji hökumət ödənişləri üzrə icra vaxtı keçmiş öhdəlikləri olmamalıdır.
İştirak haqqı:
Tenderdə iştirak etmək istəyənlər “Bakı Taksi Xidməti” MMC-nin aşağıdakı göstərilən bank hesabına müvafiq məbləğdə vəsaiti köçürməlidir. “Bakı Taksi Xidməti” MMC-nin aşağıda göstərilən hesablaşma hesabına köçürdükdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə tenderin əsas şərtlər toplusunu ala bilərlər.
Akkumulyatorların satınalınması - 250.00 (iki yüz əlli) manat
“Bakı Taksi Xidməti” MMC
ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Tarzən Hacı Məmmədov küçəsi 5.
H/h: AZ85AZPO91015461200420100043
VÖEN: 1502874221
“Azərpoçt” MMC PF1
Kod: 691011
VÖEN: 9900037711
Müxbir hesab: AZ76NABZ01350100000000094944
S.W.İ.F.T Bik: AZPOAZ22
Qeyd: İştirak haqqı heç bir halda geri qaytarılmır
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.
Tenderdə iştirak etmək istəyənlər 20 noyabr 2019-cu il saat 17:00-dək aşağıdakı sənədləri dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər (tender təklifi və təklifin təminatı 1 % bank zəmanəti istisna olmaqla). Göstərilən vaxtdan gec təqdim edilən sənədlər qəbul edilməyəcəkdir.
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1 (bir) % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçıların müvafiq mallar üzrə uyğunluq sertifikatları;
- Digər sənədlər.
İddiaçılar tender təklifini və bank təminatını 28 noyabr 2019-cu il saat 17:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər qəbul edilməyəcəkdir.
Yuxarıda göstərilən sənədlər düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə tenderdə iştirak etmək istəyən malgöndərən iddiaçı kimi qeydə alınacaqdır.
İştirakçıların təklifləri 29 noyabr 2019-cu il saat 15:00-da dövlət satınalmalarının vahid internet portalı vasitəsilə açılacaqdır. İştirakçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tenderlə əlaqədar daha ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Coşqun Qasımzadə, tel.: (+994 50) 274-27-27.


Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu aşağıdakı
AÇIQ TENDERI ELAN EDIR
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu üçün qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə xidmətlərin satın alınması ilə bağlı açıq tender.
Qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə əməliyyatların həcmi 60 mln. (altmış milyon) manat məbləğində nəzərdə tutulmuşdur.
Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədlərin skan surətlərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər:
a. Satınalmada iştirak etmək üçün ərizə;
b. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
c. Təklif;
d. Təklifin qiymətinin 1 faizi həcmində təminat (bank qarantiyası);
e. İddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, lisenziya, VÖEN) surətləri;
f. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;
g. İddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;
h. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış;
i. İddiaçının müvafiq sahə üzrə peşəkarlığını və təcrübəsini (investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə dair ixtisas şəhadətnamələri və s.), təşkilati strukturunu, daxili nəzarət və risklərin idarə olunması sistemlərini, eləcə də texniki imkanlarını əks etdirən məlumatlar;
j. İddiaçının son üç ildə apardığı əməliyyatlar barədə məlumat (göstərdiyi xidmətlər üzrə əməliyyatların məbləği, aktivlərin növü, müştərilər haqqında ümumiləşdirilmiş məlumat və s.)
k. İddiaçıya dair tələblər ilə bağlı aidiyyəti istiqamətləri əhatə edən məktub.
Satınalma müqaviləsi “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsini”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 34 nömrəli qərarına uyğun imzalanacaqdır. Ödəniş hər sifariş üzrə AZN-lə həyata keçiriləcəkdir. Satınalma müqaviləsi imzalandığı tarixdən başlayaraq 12 ( on iki) ay müddətində icra edilməli və xidmətlər Fonda təhvil verilməlidir.
Tenderdə iştirak haqqı 150 manat məbləğində müəyyən edilmişdir. İştirak haqqı heç bir halda geri qaytarılmır.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40
VÖEN: 1403502281
H/h: AZ57NABZ01360450000000005944
Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı
VÖEN: 9900071001
Kod: 501004
M/h: AZ74NABZ01451700000000001944
S.W.İ.F.T bik: NABZAZ2C
Açıq tender 08 noyabr 2019-cu il 12:00-da dövlət satınalmalarının vahid internet protalı vasitəsilə başlamışdır.Tender üzrə ilkin sənədlər 03 dekabr 2019-cu il 15:00-dək, təklif zərfləri və təklifin təminatı isə 11 dekabr 2019-cu il 18:00-dək qəbul ediləcəkdir. Tender üzrə prosedurlar 12 dekabr 2019-cu il tarixində saat 15:00-da təklif zərflərinin açılması ilə başlanılacaqdır. Tenderdə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaqdır.
Tender təklifi üzrə qiymət zərfi 60 bal və texniki zərf isə 40 bal ( xidmətlər üzrə şərtlər- 20, xidmətlərin keyfiyyəti-20) olaraq qiymətləndiriləcəkdir. Təklifin qüvvədə olma müddəti 31 yanvar 2020-ci il tarixinədək, tender təklifinin təminatının qüvvədə olma müddəti isə 20 mart 2020-ci il tarixinədək olmalıdır.
Açıq tender üzrə ən az 3 iddiaçı iştirak etməlidir. Məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün Fond tərəfindən tədbirlər görülür. Fond və ya onun adından iddiaçıya, həmçinin iddiaçı tərəfindən Fonda məlumatların ötürülməsi, eləcədə, tender təklifləri, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron imza və ya Asan imza sahibləri tərəfindən həyata keçirilir. Bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (https://etender.gov.az/las) tanış ola bilər və iddiaçılar bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə Fonda müraciət edərək ala bilərlər.
Fondun bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır.
Tenderin qalibinə tender təklifi aksept edildikdən sonra bildiriş göndərilir və dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada satınalma müqaviləsi bağlanılır.
Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: Satınalmalar Komissiyasının katibi Nuray Rəşidli, tel.: (+99412) 441-24-23 (daxili 203), Faks: (+99412) 598-11-77.


İveco markalı avtobuslara tələb olunan akkumulyatorların satınalınması ilə əlaqədar “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti
AÇIQ TENDERƏ DƏVƏT EDİR
Lot 1. İveco markalı avtobuslara tələb olunan akkumulyatorların satınalınması
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı:
Lot 1: 400 AZN
Bank rekvizitləri:
Hesab: AZ59AZRT38050019440004549002
VÖEN: 1701622931
Bank: AZƏR-TÜRK BANK ASC Mərkəz filialı
Kodu: 501361
VÖEN: 9900006111
M/H: AZ02NABZ01350100000000022944
S.W.İ.F.T AZRTAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 02.12.2019-cu il saat 11:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 10.12.2019-cu il saat 11:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 11.12.2019-cu il saat 11:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.
E-şərtlər toplusunu 08.11.2019-cu il saat 18:00 tarixindən sonra əldə edə bilərsiniz.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.


“AZERGOLD” QSC
AÇIQ TENDERƏ DƏVƏT EDİR
Tender 1 (bir) LOT üzrə keçirilir:
Məlumatların rəqəmsallaşdırılmasının düzgünlüyünün yoxlanılması və ölkəyə aid faydalı qazıntı yataqlarının perspektivliyinin təhlili üzrə məsləhət xidmətlərinin satın alınması
Tender iştirakçıları https://www.etender.gov.az dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzalar vasitəsilə daxil olmaqla tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İxtisas uyğunluğunun müəyyənləşdirilməsində analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensial meyarlara üstünlük veriləcəkdir.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı - 200
Benefisiar: “AZERGOLD” QSC
VÖEN: 1403467421
Hesab nömrəsi:
AZ85PAHA38020AZNHC0190068658
Bank: “PAŞA Bank” ASC VÖEN: 1700767721
Müxbir hesab:
AZ82NABZ01350100000000071944
SWİFT: PAHAAZ22 Kod: 505141
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak üçün müraciət ərizəsi;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 1 %-i həcmində tender təklifinin təminatı təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
5. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
7. Digər müvafiq sənədlər (Əsas Şərtlər Toplusunda müəyyən edilmiş müvafiq sənədlər).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 02 dekabr 2019-cu il saat 15:00-a qədər, tender təklifi və bank təminatını isə 10 dekabr 2019-cu il saat 15:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 11 dekabr 2019-cu il saat 15:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.


Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 2019-cu ilin 01 yanvar və 31 dekabr yekunlarına görə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) uyğun ilkin maliyyə hesabatlarının auditinin aparılması xidməti ilə bağlı açıq tender elanı
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı:
Lot 1: 250 AZN
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Hesab: AZ25CTRE00000000000002598301
VÖEN: 1401555071
Bank: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22
Büdcə təsnifatının kodu (D3) - 142319, Büdcə səviyyəsinin kodu (D4)- 3
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8. Podratçının müəyyən etdiyi digər sənədlər.
Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 05.12.2019-cu il saat 18:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 10.12.2019-cu il saat 18:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 11.12.2019-cu il saat 11:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.
E-şərtlər toplusunu 08.11.2019-cu il saat 22:28 tarixindən sonra əldə edə bilərsiniz.

Read 48 times