XƏBƏR LENTİ

Bazar, 20 Oktyabr 2019 09:05

Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılan gənclərlə Neftçalada görüş

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Neftçala rayon şöbəsinin təşkilatçılığı ilə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini yad ediblər. Mərasimdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev ordu sıralarından ehtiyata buraxılan gəncləri Vətən qarşısında müqəddəs vəzifələrini uğurla başa çatdırmaları münasibətilə təbrik edib.

SHXÇDX-nin Neftçala rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən mayor Tofiq Mehdiyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə, o cümlədən hərbi sahədə islahatların müvəffəqiyyətlə həyata keçirildiyini bildirib. Həmçinin hərbi vəzifəlilərə ehtiyatda xidmət haqqında məlumat verib.

Gənclər adından çıxış edən Nicat Əsədov Azərbaycan Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçdikləri ilə fəxr etdiklərini, daim ölkəmizin müstəqilliyi uğrunda mübarizəyə hazır olacaqlarını diqqətə çatdırıb.

Sonda ehtiyata buraxılmış hərbi vəzifəlilərə müxtəlif qiymətli hədiyyələr təqdim olunub.

M.MİRZƏ,

“Respublika”.

Read 63 times