XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Bazar, 07 Mart 2021

Azərbaycan qadını hər zaman öz iradəsi, mərdliyi, saflığı ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında böyük rol oynamışdır. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada qadın əməyi hiss olunmasın. Çox mürəkkəb və şərəfli bir yol keçən Azərbaycan qadını dünya tarixinə öz nümayəndələrini bəxş etmişdir. Eramızdan əvvəlki minilliklərdə Azərbaycan dövlətinə rəhbərlik etmiş qadın hökmdarları, tariximizin sonrakı dövrlərində ayrı-ayrı sahələrdə tanınan görkəmli qadın şəxsiyyətləri xalqımızın başucalığıdır. 

 

 

Qadınlarımız son əsrdə daha böyük inkişaf yolu keçmiş və dövlətin qayğısını hər zaman hiss etmişdir. Ümummilli liderimiz Heydər Əliyev isə bu sahədə də xeyli fərqlənmiş, Azərbaycan qadınları, qadın təşkilatları ilə görüşləri, bu görüşlərdəki mənalı, dolğun çıxışları, səmimi söhbətləri ilə hər kəsə unudulmaz anlar yaşatmışdır. O, qadınlarımız haqqında həmişə yüksək fikirlər söyləmiş, hərtərəfli inkişafları, cəmiyyətdə fəal mövqe tutmaları üçün çalışmışdır. Azərbaycan dili və onun inkişaf etdirilməsində qadınların rolundan danışan ulu öndər demişdir: “Şair və sənətkarlarımıza ilham verən Azərbaycan qadınları ana dilimizi, adət-ənənələrimizi, xalq yaradıcılığının ən gözəl nümunələrini qoruyub saxlamaqla milli mədəniyyətimizin inkişafında misilsiz rol oynamışdır. Həqiqətən bütün Azərbaycan mədəniyyəti əslində həssas qadın qəlbini, qadın zəkasını və nadir qadın müdrikliyini əks etdirən güzgüdür”.

1921-ci il Azərbaycan tarixinə qadınların ilk qurultayı ili kimi daxil olmuşdur. Bu qurultayda Nəriman Nərimanov məruzə ilə çıxış etmişdi. Həmin qurultaydan keçən qısa bir müddətdə Azərbaycan qadınlarının maarifləndirilməsi, ictimai fəallığının artması sahəsində böyük işlər görüldü. 1921-ci ildə qızlar üçün təşkil olunmuş məktəbəqədər tərbiyə institutu bir il sonra Ali qadın pedaqoji institutuna çevrildi. Ceyran Bayramovanın təşəbbüsü ilə yaradılmış ilk qadın klubu bu dövrdə qadın hərəkatının inkişafında əsas rol oynadı.

1972-ci il iyunun 15-də Azərbaycan qadınlarının IV qurultayı baş tutdu. O vaxt artıq üç il idi ki, Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik edirdi. Qurultaya da Mərkəzi Komitənin təbriki göndərilmişdir.

1974-cü il may ayının 15-də “Azərbaycan qadını” (“Şərq qadını”) jurnalının 50 illiyi qeyd olunurdu. Bu münasibətlə keçirilən təntənəli yığıncaqda Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev çıxış etdi. O, Azərbaycan qadınlarının I qurultayını xatırlayaraq: “Azərbaycan qadınlarının qurultayları ideya-siyasi tərbiyəvi, diqqətəlayiq məktəb olmuşdur. Birinci qurultay 1921-ci ilin fevralında keçirilmişdir. Nəriman Nərimanov qurultayın rəyasət heyətinin sədri seçilmişdi. Nümayəndələr arasında 500 azərbaycanlı qadın var idi. Onların yalnız üç nəfəri təhsilli idi” - deyən Heydər Əliyev ötən dövrdə Azərbaycan qadınının böyük inkişaf yolu keçdiyini xüsusi vurğulayaraq, qadının ana kimi yüksək ad daşımasını, onun ailənin möhkəmləndirilməsindəki rolunu yüksək dəyərləndirdi: “Vətən məhəbbəti bizim qanımıza ana südü ilə hopur. İlk xeyir-duanı ananın dilindən eşidirik. Ana uşağını məktəbə yola salır, övladın ilk maaşı ananı sevindirir. Ana öz övladına namuslu və səmimi, doğma ölkənin həqiqi vətənpərvəri, beynəlmiləlçi, əməksevər olmağı öyrədir”.

1995-ci il martın 8-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Beynəlxalq Qadınlar Günü münasibətilə təntənəli mərasim keçirilirdi. Həmin mərasimdə Heydər Əliyev bənzərsiz çıxışı ilə hər kəsin qəlbində özünə böyük bir sevgi qazana bildi: “Mən uzun illərin fasiləsindən sonra burada qadınlar bayramında iştirak edirəm... İndi mən həyəcan içərisindəyəm. Çünki burada, bu kiçik salonda Azərbaycanın görkəmli xanımlarını görürəm. Mən onları görməkdən çox məmnunam. Biz uzun illər bir yerdə çalışmışıq, işləmişik, əlaqələrimiz və münasibətlərimiz olubdur. Mən indi burada, xalqımızın bu ağır, çətin dövründə qadınları yenə də bayram əhval-ruhiyyəsində görəndə çox sevinirəm: - deyən ulu öndər qadınların ünvanına xoş sözlər söyləmiş və təbrikini aşağıdakı sözlərlə bitirmişdir: “Bu gün mənim həyəcanlanmağımın səbəbi odur ki, xalqımız çətin, ağır vəziyyətdə, müharibə şəraitində yaşayır - bunların hamısını mən bilirəm, bu çətinliklərə görə qəlbən əzab-əziyyət çəkirəm, çünki bunların hamısına cavabdehəm. Ancaq eyni zamanda sizi şən, xoşbəxt görəndə, nikbin görəndə mən bir daha inanıram ki, xalqımız bu çətinliklərin hamısından çıxacaqdır. Bizim qələbəmizin dayağı qadınlardır, qadınlardır, qadınlardır!”

İncəsənət, sənət adamları ilə görüşlər, onların yubiley mərasimlərində iştirak etməsi bu böyük insanın fəaliyyət dairəsində özünə həmişəlik yer almışdı. Qadın sənətçilərlə görüşlərində Heydər Əliyev son dərəcə təbii, səmimi olurdu. Bütün bunlar qarşı tərəfin nümayəndələrini daha da ürəkləndirir və onların arasında maraqlı diskussiya yaranırdı.

1998-ci il aprelin 23-də Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 85 illiyi münasibətilə Respublika (indiki Heydər Əliyev) sarayında keçirilən təntənəli yubiley gecəsində çıxış edən Heydər Əliyev tarixdə özünə yer almış qadın şairlərimizi yada salıb Məhsəti Gəncəvi, Ağabəyimağa Ağabacı, Heyran xanım, aşıq Bəsti, Xurşidbanu Natəvanın öz əsərlərində Azərbaycan qadınının yüksək mənəvi-intellektual zirvələrə qalxdığını sübut etdiklərini və bütün dünyaya nümayiş etdiklərini onların milli iftixarımız olduqlarını söyləyərkən XX əsrdə bu ənənəni davam etdirən qadın şairlərimizin iki böyük nümayəndəsinin də adını böyük məhəbbətlə çəkmişdi: “Bunu XX əsrdə davam etdirən ən görkəmli qadın şairlərimiz Mirvarid Dilbazi və Nigar Rəfibəyli olmuşlar. “Bu gün biz böyük şairimiz Mirvarid Dilbazinin 85 illiyini qeyd edirik. Eyni zamanda, biz bu gün gözəl Azərbaycan qadını, anası - qeyrətli, namuslu, ismətli, fədakar Azərbaycan qadını Mirvarid Dilbazinin yubileyini qeyd edirik” - deyən ulu öndər təbrik nitqini daha kövrək, səmimi sözlərlə bitirmişdi: “Əziz Mirvarid xanım, mən sizi öpürəm, sağ olun!”

Heydər Əliyev bütün görüşlərində hisslərini heç zaman gizlətmir, bunu biz onun “Sevil” Azərbaycan qadınları Məclisinin şöbə sədrləri ilə görüşlərində, həyatın müxtəlif sahələrində tanınmış insanlara dövlət mükafatlarının təqdimolunma mərasimlərində, yubiley münasibətilə həmin insanlara ünvanlanmış təbriklərində də duyuruq.

1999-cu il aprel ayının 14-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında görkəmli alim, akademik Zərifə Əliyevaya həsr edilmiş, “Zərifə xanım Əliyeva” kitab-albomunun təqdimat mərasimində iştirak edən Heydər Əliyevin etdiyi çıxış qısa, lakin hər kəsdə kövrək bir hiss oyadan bir çıxış idi. “Gecənin proqramı xatirə anlayışına uyğundur. Ona görə də bu, qəmli-kədərli bir gecəyə çevrildi. Bəlkə də biz bu hissiyyatları yaşamağımızdan da məmnunuq. Eyni zamanda, hörmətli dostlarımız, qonaqlarımız bu hissiyyatlarımızı siz bizimlə bərabər yaşadınız. Bunlara görə, bugünkü gecədə iştirak etdiyinizə görə hamınıza təşəkkür edirəm”. O, sonra sözünə davam edərək demişdi: “O, insanları sevirdi, insanlar da onu sevirdilər. Ona görə də mən bu gecəni bir növ dostluq, birlik gecəsi adlandırıram. Bu, Zərifə xanımın xatirəsinə ən dəyərli bir abidədir. Bu gecədə nə qədər təsirləndinizsə, eyni zamanda, mən istəyirəm ki, buranı tərk edərkən şad əhval-ruhiyyədə dağılışasınız”.

Heydər Əliyev auditoriyanın ab-havasını tutmaqda heç zaman çətinlik çəkmirdi. Bu da ona çıxışını hansısa ruhda qurmağa kömək edirdi. O, bəzən sərt, bəzən mülayim olurdu, narahatlığını, narazılığını bildirməkdən çəkinmirdi. Yeri gələndə həmsöhbətinin qadınlığını nəzərə alıb iradlarını nisbətən yumşaltmağa çalışırdı. İstər ABŞ-ın dövlət katibi xanım Madelin Olbrayt olsun, istər BMT-nin qaçqınlar üzrə ali komissarı xanım Cadako Oqata olsun. Azərbaycanın milli maraqları necə tələb edirdisə, ulu öndər elə də hərəkət edirdi. O, Azərbaycan qadınlarına isə ən səmimi arzularını dönə-dönə təkrar etməkdən qürur hissi duyurdu: “Azərbaycanın bütün qadınlarına cansağlığı, bütün işlərində uğurlar arzulayıram. Sizə, Azərbaycanın bütün qadınlarına günü-gündən gözəl olmağı arzu edirəm...”

Zümrüd QURBANQIZI,

“Respublika”.

Published in Sosial həyat

Hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.

Azərbaycan qadınları milli varlığımızı özündə əks etdirən mədəni dəyərlərimizin əsrlərdən bəri bir bütöv halında qorunub saxlanılmasında misilsiz xidmətlər göstərmiş və həmişə cəmiyyətimizin etibarlı mənəvi dayağı olmuşlar. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, onlar milli dövlət quruculuğu işinin fəal iştirakçıları kimi ölkəmizin sosial-iqtisadi, mədəni və elmi potensialının artırılması üçün qüvvələrini əsirgəmədən tariximizdə dərin iz qoyan fədakar, mübariz və məğrur sələflərindən aldıqları tükənməz mənəvi güc sayəsində bütün sınaqları dəf etmiş, öhdələrinə düşən vəzifələri şərəflə yerinə yetirmişlər.

Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirərək, dualarla cəbhəyə göndərib qələbə xəbəri ilə yolunu gözlədikləri və yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirmişdir. Dövlətçiliyimizə ən böyük töhfə də, heç şübhəsiz, qırx dörd günlük müqəddəs Vətən müharibəsindəki qəhrəmanlığı və şücaəti əsla yaddaşlardan silinməyəcək bu gənc nəsildir. Gözünü açıb Azərbaycanı azad və müstəqil görmüş həmin rəşadətli nəsildir ki, ümidləri doğruldaraq ədalətin bərpa edilməsində, uzun həsrətdən sonra Qarabağın Ana Vətənə qovuşmasında və məğrur xalqımıza hüdudsuz Zəfər sevincinin yaşadılmasında müstəsna payı vardır.

Mən torpaqlarımızın müdafiəsi zamanı canından keçmiş igid oğullarımızın xatirəsini bir daha ehtiramla yad edir, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına ən xoş arzularımı çatdırıram.

İnanıram ki, qurub-yaratmaq əzmi və sosial-mədəni fəallığı ilə seçilən zəngin mənəviyyatlı Azərbaycan qadını cəmiyyətimizin həyatına bundan sonra da yüksək dəyərlər qazandıracaq, bizi qarşıda gözləyən nəhəng quruculuq dövründəki nailiyyətləri ilə müstəqillik salnaməmizə yeni parlaq səhifələr yazacaqdır.

Dərin hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 6 mart 2021-ci il.

Published in Məktublar

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslər təltif edilsinlər:

 

“Şöhrət” ordeni ilə

Bənənyarlı Səadət İzzət qızı

Cəfərova Novella Cəfər qızı

Qocamanlı Səltənət Məmməd qızı

 

3-cü dərəcəli “Əmək” ordeni ilə

Ağayeva Zenfira Hüseyn qızı

Məmmədova Firuzə Nurəddin qızı

Mirzəzadə Rəna Rza qızı

 

“Tərəqqi” medalı ilə

Hüseynova Gülnarə Alxas qızı

Qənbərova Gülbəniz Rəşid qızı

Quliyeva Ülkər Hüseyn qızı

Məmmədova Nəzakət Hüseynağa qızı

Nəsibova Nəcibə Məmməd qızı

Vəliyeva Fəridə Talıb qızı.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 6 mart 2021-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

“Əməkdar mədəniyyət işçisi”

Abdullayeva Sahibə Abbas qızı

Firudinbəyova Əfruz Şükür qızı

 

“Əməkdar jurnalist”

Məhərrəmli Zemfira İsmail qızı

Rəsulova Firuzə Həmdəm qızı.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 6 mart 2021-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi prosesini təkmilləşdirmək məqsədilə qərara alıram:
1. “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 6 mart 2021-ci il.

 

 

Azərbaycan Respublikası Prezidentinin

2021-ci il 6 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir

Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi
QAYDASI

1. Ümumi müddəalar
1.1.Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası (bundan sonra - Qayda) “Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 990 nömrəli Fərmanının 2.2-ci bəndinə uyğun olaraq hazırlanmışdır.
1.2.Bu Qayda dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların və bu kimi digər sənədlərin (bundan sonra - dövlət proqramı) tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi məsələlərini tənzimləyir.
1.3.Dövlət proqramı ölkənin sosial-iqtisadi inkişafı sahəsində dövlət siyasətinin prioritetlərinə və məqsədlərinə nail olunmasını təmin edən, vəzifələrinə, icra müddətlərinə, icraçılarına və resurslarına görə bir-biri ilə qarşılıqlı şəkildə uyğunlaşdırılmış tədbirlər kompleksindən ibarət və dövlət siyasətinin alətlərini özündə birləşdirən strateji planlaşdırma sənədidir.
1.4.Dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlətin adından yaradılan publik hüquqi şəxslərin (bundan sonra - dövlət orqanı (qurumu) birbaşa səlahiyyətlərinə aid edilən vəzifələr dövlət proqramında tədbir kimi müəyyənləşdirilə bilməz.
1.5.Bu Qayda dövlət investisiya proqramlarının, həmçinin dövlətin təhlükəsizliyi baxımından dövlət sirri hesab edilən proqramların tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi fəaliyyətinə şamil edilmir.
1.6.Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.6.1.monitorinq - dövlət proqramı üzrə məlumatların sistemli toplanması yolu ilə həmin dövlət proqramında qarşıya qoyulmuş məqsədlər üzrə görülmüş işlərin və əldə olunmuş nəticələrin müəyyən edilmiş müddətlərdə nəzərdən keçirilməsi;
1.6.2.qiymətləndirmə - dövlət proqramının icrasının və nəticələrinin sistemli və obyektiv ölçülməsi və dövlət proqramında qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi və məqsədlərə nail olunması səviyyəsinin, səmərəliliyinin, effektivliyinin, yekun nəticələrinin, uyğunluğunun və davamlılığının müəyyən edilməsi;
1.6.3.dövlət proqramının layihəsini hazırlayan orqan (qurum) - fəaliyyət istiqamətlərinə uyğun olaraq, bu Qaydanın tələbləri nəzərə alınmaqla, dövlət proqramının layihəsini hazırlayan dövlət orqanı (qurumu);
1.6.4.monitorinq və qiymətləndirmə orqanı (qurumu) - bu Qaydaya uyğun olaraq dövlət proqramlarının monitorinqini və qiymətləndirilməsini həyata keçirən orqan (qurum);
1.6.5.əlaqələndirici orqan (qurum) - dövlət proqramlarının icrasının əlaqələndirilməsini təmin etmək məqsədilə həmin proqramların təsdiq edildiyi hüquqi aktlarla müəyyən olunan dövlət orqanı (qurumu);
1.6.6.tədbir - dövlət proqramı çərçivəsində nəticələrə nail olmaq üçün maliyyə vəsaiti, texniki yardım və digər resurslar cəlb olunmaqla həyata keçirilən fəaliyyət;
1.6.7.resurslar - dövlət proqramı ilə müəyyən edilmiş tədbirlərin icrası məqsədilə istifadə edilən maliyyə, insan resursları və digər resurslar;
1.6.8.ilkin nəticələr - dövlət proqramı ilə müəyyən edilmiş tədbirlərin icrasının ilkin göstəriciləri;
1.6.9.aralıq nəticələr - dövlət proqramı ilə müəyyən edilmiş tədbirlərin ilkin nəticələrinin qısamüddətli və ortamüddətli dövrdə yarada biləcəyi və ya yaratdığı təsirlər;
1.6.10.yekun nəticələr - dövlət proqramı ilə müəyyən edilmiş tədbirlərin icrasının son göstəriciləri;
1.6.11.effektivlik - dövlət proqramının məqsəd və hədəflərinə hansı dərəcədə nail olunduğunu və ya olunacağını əks etdirən qiymətləndirmə meyarı;
1.6.12.səmərəlilik - dövlət proqramının icrası məqsədilə sərf edilən resursların nəzərdə tutulan nəticələrə çevrilmə dərəcəsini ölçən qiymətləndirmə meyarı;
1.6.13.uyğunluq - dövlət proqramının məqsədlərinin müəyyən edilmiş hədəf göstəricilər çərçivəsində ehtiyaclara və ya prioritetlərə cavabvermə dərəcəsinin qiymətləndirilməsi meyarı;
1.6.14.indikator - dövlət proqramı üzrə əldə edilmiş nəticələrin sadə və etibarlı üsulla ölçülməsinə imkan verən, dövlət proqramının tətbiqi nəticəsində yaranmış dəyişiklikləri əks etdirən, habelə icraçı orqanların (qurumların) fəaliyyətinin nəticələrini qiymətləndirməyə kömək edən kəmiyyət və ya keyfiyyət göstəriciləri;
1.6.15.maraqlı tərəflər - dövlət proqramının icrasında və ya onun qiymətləndirilməsində birbaşa, yaxud dolayısı ilə maraqlı olan dövlət orqanları (qurumları), fiziki və hüquqi şəxslər;
1.6.16.hədəf qrupu - dövlət proqramının nəticələrindən faydalanması nəzərdə tutulan dövlət orqanları (qurumları), fiziki və hüquqi şəxslər.
2. Dövlət proqramının tərtibi və təsdiqi
2.1.Dövlət proqramının tərtibi ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri və prioritetləri, bu Qaydanın tələbləri nəzərə alınmaqla, habelə aidiyyəti dövlət orqanlarının (qurumlarının) öz strateji planlarına uyğun olaraq texniki-iqtisadi cəhətdən əsaslandırılmış təklifləri əsasında müvafiq dövlət proqramının layihəsinin hazırlanması prosesini nəzərdə tutur.
2.2.Dövlət proqramının layihəsinin hazırlanması zamanı müvafiq sahələrdə həyata keçirilən ölkə əhəmiyyətli layihələrin məqsəd və vəzifələri, eləcə də proqramın tətbiqinin digər sahələrə olan təsiri nəzərə alınır.
2.3.Dövlət proqramının layihəsi hazırlanan zaman aidiyyəti dövlət orqanları (qurumları) ilə məsləhətləşmələr aparılmalı, habelə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət proqramının ictimai dinləmə və müzakirələrin aparılması təmin edilməlidir.
2.4.Dövlət proqramının strukturu aşağıdakı bölmələrdən ibarət olmalıdır:
2.4.1.qısa xülasə - dövlət proqramında qeyd edilmiş mühüm məsələlərin icmalının təsviri;
2.4.2.qlobal trendlər - dövlət proqramının aid olduğu sahə üzrə müşahidə edilən başlıca istiqamətlər, bu sahədə gözlənilən əsaslı dəyişikliklər və onların Azərbaycan Respublikasına potensial təsirlərinin təsviri;
2.4.3.mövcud vəziyyətin təhlili - dövlət proqramının əhatə edildiyi sahə üzrə ölkəmizdə mövcud vəziyyət və görülmüş işlərlə bağlı qısa məlumat, proqramın hazırlanmasını zəruri edən məsələlərin, bu istiqamətdə aparılmış təhlillərin və əldə edilmiş nəticələrin ümumiləşdirilmiş təsviri;
2.4.4.hədəf göstəricilər - dövlət proqramının əhatə etdiyi dövr üzrə nail olunması əsas kimi müəyyənləşdirilmiş göstəricilər;
2.4.5.məqsədlər - dövlət proqramı üzrə müəyyənləşdirilən hədəf göstəricilərə nail olunması üçün qarşıya qoyulmuş hədəflərin təsviri;
2.4.6.prioritet istiqamətlər - məqsədlərin reallaşdırılması üzrə həyata keçiriləcək konkret tədbirlərin, əldə ediləcək nəticələrin, tələb olunan resursların təsviri;
2.4.7.maliyyələşdirmə mexanizmləri - dövlət proqramı üzrə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün müəyyənləşdirilmiş vəsaitin həcminin və həmin vəsaitin təmin edilmə mənbələrinin təsviri;
2.4.8.tədbirlər planı - dövlət proqramı üzrə müəyyən olunan hər bir tədbir üzrə icraçıların (əsas və digər icraçıların) və icra müddətlərinin, habelə hər bir prioritet istiqamət üzrə gözlənilən nəticə və nəticə indikatorlarının qeyd olunduğu planın təsviri.
2.5.Bu Qaydanın 2.4.3-cü yarımbəndinə uyğun olaraq müvafiq sahə üzrə mövcud vəziyyətin təhlilində aşağıdakı metodlardan istifadə edilə bilər:
2.5.1.rəqabət üstünlüyü - müvafiq sahəyə rəqabət üstünlüyü verən xüsusiyyətlərin aşkar edilməsi istiqamətində təhlillər aparılması;
2.5.2.tələb bazarlarının təhlili - rəqabət üstünlüyü aşkar edilmiş sahə üzrə gələcəkdə satış bazarlarının formalaşdırılması istiqamətində əsas tələb bazarlarının müəyyən edilməsi üçün təhlillər aparılması;
2.5.3.diaqnostik təhlil - müvafiq sahədə dəyər zənciri üzrə problemlərin və onların mümkün həlli yollarının aşkarlanması istiqamətində təhlillər aparılması;
2.5.4.GZİT (Güclü və Zəif tərəflər, İmkanlar və Təhlükələr) təhlil - müvafiq sahənin güclü və zəif tərəflərinin aşkar edilməsi, imkanların və təhlükələrin müəyyənləşdirilməsi.
2.6.Dövlət proqramı hazırlanarkən müvafiq sahə üzrə mövcud vəziyyətin təhlilində, həmin proqramın predmeti nəzərə alınmaqla, bu Qaydanın 2.5-ci bəndi ilə müəyyən edilən metodlarla yanaşı, beynəlxalq təcrübədə tətbiq olunan digər metodlardan istifadə edilə bilər.
2.7.Dövlət proqramı hazırlanarkən müvafiq sahə üzrə mövcud vəziyyətin təhlili və beynəlxalq təcrübənin araşdırılması vasitəsilə həmin sahə üzrə problemlər müəyyən edildikdən sonra hədəf göstəricilər, həmin hədəf göstəricilərə çatmaq üçün qarşıya qoyulan məqsədlər müəyyənləşdirilir.
2.8.Dövlət proqramının hədəfləri müəyyən edilərkən ölkənin sosial-iqtisadi inkişafının proqnoz göstəriciləri, həmçinin həyata keçiriləcək tədbirlərin mümkünlüyü nəzərə alınmalıdır.
2.9.Bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq müəyyənləşdirilən məqsədlərə nail olmağa xidmət edən prioritet istiqamət aşağıdakı strukturda tərtib edilir:
2.9.1.əsaslandırma - müvafiq istiqaməti prioritetləşdirən əsas səbəblərin, mövcud problemlərin, habelə çatışmazlıqların təsviri;
2.9.2.görüləcək tədbirlər - dövlət proqramı ilə müəyyən edilmiş icra müddəti çərçivəsində prioritet istiqamət üzrə həyata keçirilməsi zəruri olan tədbirlərin adı və təsviri;
2.9.3.gözlənilən nəticə və nəticə indikatorları - prioritet istiqamət üzrə gələcəkdə səmərəliliyin ölçülməsi məqsədilə əvvəlcədən müəyyənləşdirilmiş nəticə indikatorları və prioritet istiqamət tədbirlərinin icrası nəticəsində həmin indikatorlar üzrə əldə olunması gözlənilən hədəf göstəricilər;
2.9.4.gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri - prioritet istiqamət üzrə müəyyənləşdirilmiş tədbirlərin icrası prosesində qarşıya çıxa biləcək əsas risk faktorları və onların təsirlərinin aradan qaldırılması məqsədilə həyata keçirilməli olan tədbirlərin təsviri;
2.9.5.tələb olunan vəsait (uyğun olduqda) - prioritet istiqamət üzrə nəzərdə tutulan tədbirlərin icrasına tələb edilən vəsaitin məbləği;
2.9.6.investisiya imkanları (uyğun olduqda) - prioritet istiqamət çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası prosesində özəl sektor üçün yaranan biznes imkanları.
2.10.Bu Qaydanın 2.9.3-cü yarımbəndinə uyğun olaraq nəticə indikatorları hazırlanan zaman “ilkin nəticələr”ə, “aralıq nəticələr”ə və “yekun nəticələr”ə münasibətdə hər bir göstəricinin xüsusiyyətinə uyğun olaraq, baza ili, baza ili üzrə göstərici və həmin göstərici barədə məlumatın əldə edilməsi mənbələri müəyyənləşdirilir.
2.11.Baza ili üzrə göstəricilər əsas götürülməklə, dövlət proqramının əhatə etdiyi dövr çərçivəsində “ilkin nəticələr”ə münasibətdə illik əsasda, “aralıq nəticələr”ə münasibətdə dövlət proqramının icra müddətinin yarı dövrünün sonunda (bu dövrdə prioritetin icra müddəti bitərsə - həmin dövrdə), “yekun nəticələr”ə münasibətdə isə dövlət proqramının yekunu üzrə hədəf göstəricilər müəyyən edilir.
2.12.Dövlət proqramının tədbirlər planı və müvafiq tədbirlərin əsas və digər icraçıları aidiyyəti dövlət orqanlarının (qurumların) fəaliyyət istiqamətlərinə uyğun olaraq müəyyənləşdirilir (1 nömrəli əlavə).
2.13.Bu Qaydaya uyğun olaraq dövlət proqramının tərtib edilməsi prosesinə beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, dövlət və özəl sektor nümayəndələri, müstəqil ekspertlər və digər maraqlı tərəflər cəlb oluna bilər.
2.14.Dövlət proqramının layihəsini hazırlayan dövlət orqanı (qurumu) dövlət proqramının layihəsini “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.12-ci bəndinin tələblərini nəzərə almaqla hazırlayır və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.
2.15.Dövlət proqramının layihəsinə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən baxılır və bu Qaydanın 2.14-cü bəndində göstərilən normativ hüquqi aktların tələblərinə riayət etməklə təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
2.16.Dövlət proqramı, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin hüquqi aktları ilə təsdiq edilir.
3. Dövlət proqramının icrası
3.1.Dövlət proqramının icrası qarşıya qoyulmuş məqsədlərə nail olunması, dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin həmin dövlət proqramında nəzərdə tutulan maliyyələşdirmə mənbələri hesabına icraçılar tərəfindən tam və vaxtında yerinə yetirilməsidir.
3.2.Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti əlaqələndirici orqan (qurum) həyata keçirir.
3.3.Dövlət proqramının icrasının səmərəli təşkili məqsədilə əlaqələndirici orqanın (qurumun) rəhbərliyi ilə həmin dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin əsas və digər icraçısı olan orqanların (qurumların) nümayəndələrindən ibarət işçi qrup yaradılır.
3.4.Bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq yaradılan işçi qrupun ildə ən azı bir dəfə iclası keçirilir və icra prosesində qarşıya çıxan əsas problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılır.
3.5.Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının təşkili məqsədilə prioritet istiqamətlər və (və ya) tədbirlər (bundan sonra - prioritet istiqamətlər) üzrə alt işçi qruplar yaradıla bilər.
3.6.Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti və nəticələri barədə aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən illik hesabatlar hazırlanır və təsdiqedici sənədlərlə birlikdə hər il yanvarın 20-dək əlaqələndirici orqana (quruma) təqdim edirlir.
3.7.Əlaqələndirici orqan (qurum) bu Qaydanın 3.6-cı bəndinə uyğun olaraq təqdim edilmiş məlumatları ümumiləşdirərək təhlil edir və hazırladığı hesabatı Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
4. Dövlət proqramının monitorinqi
və qiymətləndirilməsi
4.1.Dövlət proqramının monitorinqini və qiymətləndirilməsini həyata keçirəcək monitorinq və qiymətləndirmə orqanı (qurumu) dövlət proqramı təsdiq edilən zaman müəyyən edilir. Əlaqələndirici orqan (qurum) dövlət proqramları üzrə monitorinq və qiymətləndirmə orqanı (qurumu) kimi müəyyən edilə bilməz.
4.2.Dövlət proqramının monitorinqi və qiymətləndirilməsi prosesinə yerli və ya beynəlxalq ekspertlər cəlb oluna bilərlər.
4.3.Monitorinq və qiymətləndirmə orqanı (qurumu) dövlət proqramının monitorinqini və qiymətləndirilməsini apararkən əlaqələndirici orqanla (qurumla), habelə müvafiq prioritetlər üzrə əsas və digər icraçı orqanlarla (qurumlarla) əməkdaşlıq edə bilər.
4.4.Dövlət proqramının monitorinqinin nəticələri monitorinq və qiymətləndirmə orqanının (qurumunun) tərtib etdiyi illik hesabatda öz əksini tapır.
4.5.Dövlət proqramının monitorinqi bu Qaydanın 3.6-cı bəndinə uyğun olaraq əlaqələndirici orqanda (qurumda) toplanaraq monitorinq və qiymətləndirmə orqanına (qurumuna) təqdim edilən hesabatların və təsdiqedici sənədlərin əsasında tədbirlərin icra vəziyyətinin və nəticələrinin illik monitorinqi formasında aparılır.
4.6.Dövlət proqramları üzrə icra vəziyyətinin monitorinqi bu Qayda ilə müəyyən edilən metodologiyaya əsasən aparılır və monitorinqin nəticələrinə dair hesabat tərtib olunur (2 və 3 nömrəli əlavələr).
4.7.Dövlət proqramı üzrə nəticələrin monitorinqi dövlət proqramının nəticə indikatorları üzrə müəyyən edilmiş hədəf göstəricilərin və əldə edilmiş faktiki göstəricilərin müqayisəsi əsasında aparılır və dövlət proqramının nəticələrinin monitorinqi üzrə hesabat tərtib olunur (4 nömrəli əlavə).
4.8.Dövlət proqramının icra vəziyyətinin və nəticələrinin monitorinqi zamanı təqdim edilmiş hesabatların təhlili aparılır və məlumatlar müvafiq dövlət orqanlarının (qurumlarının) nümayəndələri ilə müzakirələr əsasında dəqiqləşdirilir. Bu zaman müvafiq dövlət orqanlarından (qurumlarından) tədbirlərin icra vəziyyəti barədə əlavə məlumatlar və təsdiqedici sənədlər istənilə bilər.
4.9.Dövlət proqramının icrasının bu Qaydaya uyğun monitorinqi həmin dövlət proqramının icrasına dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatına uyğun və səmərəli xərclənməsinin dövlət maliyyə nəzarəti qaydasında yoxlanılmasını, habelə qanunvericiliyin icrasına nəzarət və icra intizamının təmin edilməsi çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsini, icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının fəaliyyətinin, onların həyata keçirdikləri layihələrin səmərəliliyinin qiymətləndirilməsini istisna etmir.
4.10.Dövlət proqramının icra vəziyyətinin və nəticələrinin monitorinqi aparılarkən dövlət proqramının həyata keçirilməsi üzrə əsas icraçı olan dövlət orqanlarının (qurumlarının) hər birinin fəaliyyətinin qiymətləndirilməsi də aparılır və bu məqsədlə onların reytinqi hesablanır.
4.11.Dövlət proqramının qiymətləndirilməsi zamanı müvafiq sahə üzrə proqramda nəzərdə tutulan tədbirin həyata keçirilməsindən əvvəlki göstəricilərlə faktiki göstəricilər müqayisə edilir və səmərəlilik hesablanır.
4.12.Dövlət proqramının qiymətləndirilməsi dövlət proqramının icrası və onun yekunlaşması mərhələsində aşağıdakı ardıcıllıqla aparılır:
4.12.1.dövlət proqramının qiymətləndirilməsinə hazırlıq - monitorinq və qiymətləndirmə orqanı (qurumu) tərəfindən effektivliyin, uyğunluğun və səmərəliliyin müəyyən olunmasına imkan verən qiymətləndirmə suallarının əlaqələndirici orqanın (qurumun) rəyi nəzərə alınmaqla tərtib olunması;
4.12.2.dövlət proqramının qiymətləndirilməsi planı - bu Qayda ilə müəyyən edilən forma üzrə qiymətləndirmə planının hazırlanması (5 nömrəli əlavə);
4.12.3.dövlət proqramının qiymətləndirilməsi üzrə hesabat və tövsiyələrin hazırlanması - dövlət proqramının qiymətləndirilməsi üzrə qiymətləndirmə hesabatının və müvafiq tövsiyə sənədinin hazırlanması.
4.13.Dövlət proqramının qiymətləndirilməsi dövlət proqramının icra müddətinin yarısı bitdikdən və ya dövlət proqramının icrası yekunlaşdıqdan sonra aparılır. İcra müddəti 3 (üç) il və daha az olan dövlət proqramının qiymətləndirilməsi yalnız həmin proqram yekunlaşdıqdan sonra aparılır.
4.14.Dövlət proqramının icra vəziyyətinin və nəticələrinin monitorinqi üzrə hesabat ildə bir dəfə, qiymətləndirilməsi üzrə hesabat isə bu Qaydanın 4.13-cü bəndi ilə müəyyən olunmuş müddət bitdikdən sonra Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
4.15.Dövlət proqramının yekun qiymətləndirilməsi üzrə hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edildikdən sonra bir ay müddətində monitorinq və qiymətləndirmə orqanının (qurumunun), habelə əlaqələndirici orqanın (qurumun) rəsmi internet səhifəsində yerləşdirilərək ictimaiyyətə açıqlanır.

 

“Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na 1 nömrəli əlavə

Dövlət proqramının tədbirlər planı


“Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na 2 nömrəli əlavə

Dövlət proqramının icra vəziyyətinin monitorinqi üzrə metodologiya

1. Dövlət proqramında nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin monitorinqi məqsədilə məlumatların yığılmasında və emalında aşağıdakı metodlardan istifadə olunur:

1.1.əlaqələndirici orqanın (qurumun) təqdim etdiyi hesabatların və təsdiqedici sənədlərin təhlili;
1.2.tədbirin icra vəziyyətinin müəyyən olunması məqsədilə sənədlərin təhlili;
1.3.aidiyyəti dövlət orqanları (qurumları) ilə və mütəxəssislərlə müzakirələrin təşkili;
1.4.üçüncü tərəflərdən məlumatların əldə edilməsi;
1.5.yerində baxış tədbirlərinin təşkili.
2. Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinin monitorinqi aşağıdakı ardıcıllıqla həyata keçirilir:
2.1.məlumatların və təsdiqedici sənədlərin əldə edilməsi və təhlili
2.1.1.Monitorinq və qiymətləndirmə orqanı (qurumu) hər bir tədbir üzrə görülmüş işləri və təqdim olunmuş müvafiq təsdiqedici sənədləri nəzərdən keçirərək, tədbirlərin icra vəziyyətinin monitorinqi çərçivəsində aşağıdakı meyarlar üzrə əsaslandırmaqla, ilkin qiymətləndirmə aparır:
1.tədbir icra edilmişdir;
2.tədbir qismən icra edilmişdir;
3.tədbir icra edilməmişdir;
2.2.aidiyyəti dövlət orqanları (qurumları) ilə müzakirələrin təşkili
2.2.1.dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinin monitorinqi çərçivəsində ilkin qiymətləndirmə həyata keçirildikdən sonra monitorinq və qiymətləndirmə orqanı (qurumu) aidiyyəti orqanlarla (qurumlarla) birlikdə görülmüş işlərin və icra prosesində qarşıya çıxan problemlərin müzakirəsini keçirir. Bu zaman aidiyyəti orqan (qurum) tədbirlərin icra vəziyyəti ilə bağlı əlavə məlumat təqdim edə, həmçinin tədbirlərin icrası ilə əlaqədar qarşıya çıxan əsas problemlər və onların həlli yolları müzakirə oluna bilər;
2.3.mütəxəssislərlə müzakirələrin təşkili
2.3.1.aidiyyəti dövlət orqanları (qurumları) ilə müzakirələr tamamlandıqdan və təsdiqedici sənədlər əldə edildikdən sonra müvafiq sahə mütəxəssisləri ilə tədbirlərin icra vəziyyəti, o cümlədən aidiyyəti dövlət orqanlarının (qurumlarının) icra ilə əlaqədar qaldırdığı əsas problemlər, təklif etdikləri həll yolları və digər məsələlər yenidən müzakirə edilir. Monitorinq və qiymətləndirmə orqanı (qurumu) bu müzakirələrə beynəlxalq təşkilatları, vətəndaş cəmiyyəti təsisatlarını, qeyri-hökumət təşkilatlarını və digər maraqlı tərəfləri cəlb edə bilər;
2.4.icra vəziyyətinin monitorinqi çərçivəsində əldə olunan məlumatlar əsasında tədbirlərin qiymətləndirilməsi
2.4.1.bu metodologiyanın 2.1 - 2.3-cü bəndlərində qeyd olunan ardıcıllıqla məlumatların əldə edilməsi, yoxlanılması, müzakirələrin təşkili işləri yekunlaşdıqdan sonra tədbirlərin icra vəziyyətinin monitorinqi çərçivəsində ilkin qiymətləndirmədə müvafiq dəqiqləşdirmələr aparılır və hər bir tədbir, yekun qiymətləndirmə nəticələrinə uyğun olaraq, aşağıdakı qaydada müvafiq balla qiymətləndirilir:
1.icra edilmiş tədbir - 1 bal;
2.qismən icra edilmiş tədbir - 0,5 bal;
3.icra edilməmiş tədbir - 0 bal;
2.5.dövlət proqramı ilə müəyyən edilmiş prioritet istiqamətlərin və dövlət proqramının icra vəziyyətinin qiymətləndirilməsi
2.5.1.dövlət proqramı ilə müəyyən edilmiş prioritet istiqamətlər və ümumilikdə dövlət proqramının icra vəziyyətinin qiymətləndirilməsi aşağıdakı qaydada həyata keçirilir:
1.tədbirlərin icra vəziyyətinə əsasən prioritet istiqamətlər və dövlət proqramı üzrə “icra edilmişdir”, “qismən icra edilmişdir” və “icra edilməmişdir” kimi qiymətləndirilmiş tədbirlərin sayının ümumi tədbirlərin sayına nisbəti əsasında xüsusi çəki müəyyən edilir;
2.prioritet istiqamətlərin ümumi icra vəziyyəti aşağıdakı düsturla qiymətləndirilir:
(İE+Qİ+İB)/TS*100=İF
burada:
İE - icra edilmiş tədbirlər üzrə ümumi bal;
Qİ - qismən icra edilmiş tədbirlər üzrə ümumi bal;
İB - icra edilməmiş tədbirlər üzrə ümumi bal;
TS - prioritet istiqamət üzrə tədbirlərin sayı;
İF - prioritet istiqamət üzrə icra faizi.
Qeyd: Prioritet istiqamətdə nəzərdə tutulmuş bütün tədbirlər icra olunarsa, bütün tədbirlər üzrə ümumi balın tədbirlərin ümumi sayına nisbəti maksimum 1-ə bərabər olacaqdır;
3.prioritet istiqamətin ümumi icra vəziyyətinə uyğun olaraq əldə edilmiş nəticələr aşağıdakı qaydada qiymətləndirilir:
burada:
0 - 50 faiz aralığındakı göstərici - qırmızı (qeyri-məqbul);
51 - 80 aralığındakı göstərici - sarı (məqbul);
81 -100 faiz aralığındakı göstərici - yaşıl (qənaətbəxş);
4.dövlət proqramının icra vəziyyətinin ümumi qiymətləndirilməsi aşağıdakı düsturla aparılır:
PB/PS*100 = DPQ
burada:
PB - prioritet istiqamətlər üzrə ümumi bal;
PS - prioritet istiqamətlərin sayı;
DPQ - dövlət proqramının icra faizi;
5.dövlət proqramının icra vəziyyətinin ümumi qiymətləndirilməsinə dair əldə edilmiş nəticə aşağıdakı qaydada qiymətləndirilir:
burada:
0 - 50 faiz aralığındakı göstərici - qırmızı (qeyri-məqbul);
51 - 80 aralığındakı göstərici - sarı (məqbul);
81 - 100 faiz aralığındakı göstərici - yaşıl (qənaətbəxş);
6.dövlət proqramı üzrə hər bir əsas icraçı orqanın (qurumun) məsul olduğu tədbirlər üzrə qiymətləndirmədən istifadə olunmaqla, tədbirlərin icra vəziyyətindən asılı olaraq, əsas icraçı orqanların (qurumların) fəaliyyətinin nəticələri aşağıdakı qaydada qiymətləndirilir:
TB/TS*100= İQF
burada:
TB - orqanların (qurumların) əsas icraçı olduğu tədbirlər üzrə ümumi bal;
TS - orqanların (qurumların) əsas icraçı olduğu tədbirlərin ümumi sayı;
İQF - icraçı orqanların (qurumların) fəaliyyətinin nəticələri (faizlə);
7.dövlət proqramında müəyyən edilmiş tədbirlər üzrə əsas icraçı orqanların (qurumların) ümumi qiymətləndirilməsinə dair əldə edilmiş nəticələr aşağıdakı qaydada qiymətləndirilir:
burada:
0 - 50 faiz aralığındakı göstərici - qırmızı (qeyri-məqbul);
51 - 80 faiz aralığındakı göstərici - sarı (məqbul);
81 - 100 faiz aralığındakı göstərici - yaşıl (qənaətbəxş).

 

“Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na 3 nömrəli əlavə

Dövlət proqramının icra vəziyyətinin monitorinqi hesabatı

Dövlət proqramının adı:
İcra vəziyyətinə dair qısa məlumat:
Qısa xülasənin ümumi strukturu:
-dövlət proqramında nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin ümumi qiymətləndirilməsi;
-dövlət proqramının icrası ilə bağlı həyata keçirilən əsas işlər;
-dövlət proqramında nəzərdə tutulan tədbirlər üzrə aşağı icra göstəricisinə malik olan sahələr;
-dövlət proqramının həyata keçirilməsi prosesində qarşıya çıxan əsas problemlər*;
-problemlərin həlli ilə bağlı tövsiyələr.
Prioritet istiqamət 1:
-görülmüş işlərin qısa təsviri (görülmüş bütün tədbirlər əhatə edilməklə);
-prioritet istiqamət üzrə nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı görülmüş işlər;
-prioritet istiqamətlərdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi prosesində qarşıya çıxan əsas problemlər;
-problemlərin həlli ilə bağlı tövsiyələr.

Prioritet istiqamətlərdə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti


Risklərin nəzərdən keçirilməsi:
Risklərin monitorinqi həmin risklərin başvermə ehtimalının və ya təsir dairəsinin azaldılması məqsədini daşıyır.
Qeyd: Dövlət proqramının icra vəziyyətinin qiymətləndirilməsi üzrə monitorinq və qiymətləndirməni həyata keçirən orqana (quruma) dair ümumi göstəriş:
-“İcra edilmişdir” kimi qiymətləndirmə hesabat dövrü ərzində tədbirdə nəzərdə tutulan bütün işlərin artıq həyata keçirildiyini və tədbirin icrasının tamamlandığını bildirir;
-“Qismən icra edilmişdir” kimi qiymətləndirmə tədbirin icrası istiqamətində bir çox vacib addımlar atıldığını və həmin tədbirdə nəzərdə tutulmuş layihələrin hazırlandığını və ya qismən həyata keçirildiyini bildirir;
-“İcra edilməmişdir” kimi qiymətləndirmə tədbirin icrası istiqamətində hər hansı əməli addım atılmadığını bildirir.
* Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrası prosesində qarşıya çıxan ən mühüm bir və ya bir neçə problem qeyd edilir.


“Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na 4 nömrəli əlavə

Dövlət proqramının nəticələrinin monitorinqi hesabatı

Dövlət proqramının adı:
İcra vəziyyətinə dair qısa məlumat:
Qısa məlumat aşağıdakı qaydada iki əsas hissəni ehtiva edir:
Dövlət proqramının ümumi qiymətləndirilməsi:
-dövlət proqramında nəzərdə tutulan prioritet istiqamətlərin qiymətləndirilməsi;
-dövlət proqramında müəyyən edilmiş ilkin nəticə indikatorlarının (prioritet istiqamətlər üzrə müəyyən edilmiş əsas icra göstəricilərinin) təhlili;
-dövlət proqramının ölkənin sosial-iqtisadi inkişaf göstəricilərinə (üDM-ə, məşğulluğa və s.) təsiri;
-dövlət proqramında müəyyən edilmiş məqsədlərə nailolma səviyyəsi.
Qiymətləndirmənin nəticələrinin qısa rəqəmsal təsviri:
-planlaşdırılmış investisiya məbləği ilə sərf edilmiş məbləğin müqayisəli təhlili (faizlə);
-dövlət proqramında müəyyən edilmiş tədbirlərin icra göstəricisi (“icra edilmişdir”, “qismən icra edilmişdir”, “icra edilməmişdir” meyarları üzrə).
Prioritet istiqamət 1:
İcra vəziyyətinə dair qısa məlumat
Qısa məlumat son bir il ərzində prioritet istiqamətlərdə müəyyən edilmiş tədbirlər və əldə olunmuş nəticələr üzrə irəliləyişi əhatə edir.
Prioritet istiqamət üzrə müəyyən edilmiş tədbirlərin icrası nəticəsində əldə olunmuş nəticələrin aşağıdakı qaydada təhlili:
-əsas icra göstəricilərindən istifadə;
-əsas icra göstəricilərindən başqa, əlavə məlumatdan istifadə;
-təhlillərə müvafiq olaraq əldə edilmiş nəticənin qiymətləndirilməsi.
Prioritet istiqamətlərdə müəyyən edilmiş tədbirlərin icra vəziyyətinin təhlili
Prioritet istiqamətlərdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi prosesində qarşıya çıxan əsas problemlər*
Problemlərin həlli məqsədilə tövsiyələr**
Prioritet istiqamət üzrə müəyyən edilmiş tədbirlərin icrası məqsədilə sərf edilmiş vəsaitin məbləği (qrafiklə göstərilə bilər).
* Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı ən mühüm bir və ya bir neçə problem qeyd edilməlidir. Problemlər prioritetliyinə görə sıralanır.
** Problemin aradan qaldırılması üzrə tövsiyələr və/və yaxud müvafiq tədbirlər qeyd edilməlidir.


“Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na 5 nömrəli əlavə

Dövlət proqramının qiymətləndirilməsi planı

Published in Fərman

Ailə özünün soy-kökünə, keçmişinə, milli-mənəvi, əxlaqi dəyərlərə bağlılığı, etibarı, ehtiramı ilə mükəmməldir...
Cəmiyyət bütöv əqidəli, sağlam düşüncəli, bəsirətli, qurub-yaradan vətəndaşların birliyi ilə möhkəmdir...
Dövlət onu idarə edənlərin xalqa, vətənə, dövlətçiliyə sədaqətlə xidmət etməsi ilə qüdrətlidir...

 


Demək ki, cəmiyyətin, dövlətin milli xüsusiyyətlərə, iti zəkaya malik qurucularını yetişdirən də ailədir. Heç şübhəsiz, illərin sınağından çıxmış “Ailə kiçik dövlətdir” fikri də burdan qaynaqlanır. İki qanad timsalında böyük gücə, birliyə malik olan kişi ilə qadının ailədə yeri və rolu misilsiz əhəmiyyət kəsb edir. Dövlətin böyük bir idraka, dövlətçilik tarixində qazanılmış zəngin təcrübəyə əsaslanaraq idarə olunması da vətənin, xalqın ümdə qazancıdır... Məqamıdır deyək ki, Tanrının yaratdığı ali varlığın bir zərif qanadı olan xilqəti - qadını haqqındadır Sözümüz...
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətinə günəşli bir mart səhərində qədirdanlıq prizmasından işıq salmaq istəyimiz bir daha qəlbimizdə xoş duyğular oyadır. Hər şeydən əvvəl ona görə ki, bu şəfqətli, mərhəmətli, xeyirxah İnsanın həyatı başdan-başa və bütün məqamlarda xalqın taleyi ilə bağlı olub.
Ümumiyyətlə, Qadın təbiətən ülvi, müqəddəs bir bəşər övladı olduğundan Tanrı onun taxtını ucada qurub. Böyük Yaradan Qadını dünyaya işıq saçan bir varlıq timsalında yaradıb. Çünki qadın dünyaya gəlişindən, özünü dərk etdiyi vaxtdan ömrünü-gününü çiçəklərdən qətrə-qətrə şirə çəkən arı təki saf, təmiz, duyğularla yaşamış, ailəsinə, bütünlükdə cəmiyyətə fayda verməyə həsr edib. Gözəl keyfiyyətlərlə zənginləşən bu incə, həm də qüdrətli, ali varlıq daim özünün mənəvi xəzinəsini yaratmağa çalışıb. Elə sözün, fikrin ilkin mənasında da qadın bir çox xüsusiyyətləri - möhkəmliyi, iradəli, qətiyyətli olması, xeyirxahlığı, nəcibliyi ilə həqiqətən də ucada dayanır. Bu mənada Tanrı Qadını şəfqəti, mərhəməti ilə, qəlbi daim ülvi hisslərlə dopdolu nəcib bir bəşər övladı kimi xəlq edib. Azərbaycan qadını bu alicənablığı Tanrının lütfü kimi qəbul edərək, həyatını ailəsinin xoşbəxtliyi naminə hər cür fədakarlığa həsr edib. Alicənablıq isə bitib-tükənməyən bir xəzinədir. Ömür-həyat davam etdikcə bu ali keyfiyyət ürəklərdə, gözdə-könüldə zəngin bir xəzinə kimi yaşayır. Qadın bu xəzinənin bitib-tükənməyən varidatı ilə mənəvi-əxlaqi davranışa yeni dəyərlər qazandırır, övlad böyüdür, tərbiyə edir, onu həyatın istisinə, soyuğuna alışdırır. Qadın yaşam boyu həyat yollarında böyük mənalar, dəyərlər aramaqla bəşəriyyəti sülhə, əmin-amanlığa, apaydın sabahlara səsləyir. Bu ülviyyətə onun ictimai fəaliyyətini - vətənin çiçəklənməsi, xalqın sağlamlığı, firəvanlığı, dövlətçiliyimizin möhkəmlənməsi yolunda çalışması, qadının şəffaf, parlaq adının, varlığının cəmiyyət həyatını şəfəqlərə boyadığını dərindən dərk etmiş olarıq. Belə bir qüdrətə malik olduğundandır ki, qadın cəmiyyətin tərbiyəçisi adının halal haqqını qazanıb. Odur ki, Azərbaycan qadınları tarixən özünün nəcibliyi, şərəfi, mərdliyi və məğrurluğu ilə hər zaman ucada dayanıblar...
Elə yazımızın qəhrəmanı olaraq Mehriban xanım Əliyevanın torpaqlarımızın faşist yağı tapdağından təmizlənməsi yolunda igid oğullarımıza, yaralılarımıza, ümumən döyüşçülərimizə, şəhid ana və bacılarımıza Birinci vitse-prezident, xalqın mənəvi anası oaraq qayğı, zəhmətini dövlət xadiminin çəkdiyi ağır, həm də şərəfli missiyanı fədakarlıqla daşıdığını əlavə etsək, Onun köksündə necə böyük bir məhəbbətin çağladığını açıq-aydın görərik.
Və bu məqamda bir qədər geriyə boylandıqda Mehriban xanımın indiyədək neçə böyük layihələrə imza atdığını bir daha xatırlamış olarıq. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Unutmayaq ki, bütün bunlar əfsanəvi bir qəhrəman tərəfindən deyil, zərif, incə təbiətli, həm də güclü, aydın təfəkkürə, təxəyyülə malik olan qadının - ölkənin birinci xanımı Mehriban Əliyevanın bilavasitə çalışmaları sayəsində həyata keçirilir...
Onun dünyaya gəlişi, uşaqlığı, məktəb çağları, gəncliyi, ali təhsil aldığı illər ilk baxışda həyatın qanunauyğunluğu kimi görünsə də, sonradan müstəqil addımlarını atdığı vaxtlardan özünü göstərə bilməsi, daha dəqiq ifadə etmiş olsaq, özünəməxsusluğu, fərdiliyi ilə seçilməsi heç şübhəsiz, Mehriban xanımın taleyinə Tanrının bəxş etdiyi fürsəti kimi qiymətləndirilməlidir. Həyat onu göstərdi ki, Mehriban Əliyeva bu fürsətdən və qismətdən özünün ağlı, müdrikliyi, əməksevərliyi, ən ümdəsi də vətənə və xalqa sədaqətlə xidmət göstərməsi naminə faydalandı. Burda Onun tərcümeyi-halına geniş şəkildə nəzər yetirmədən (birinci xanımın keçdiyi həyat yolu önun fəaliyyətinin aynasında olduqca aydın görünür), yalnız yaddaşa işıq salmaq məqsədilə bəzi incə nüansları xatırlatmaqla bu gün olduqca aydın və parlaq fəaliyyətinə diqqəti cəlb etmək yazımızın məqsədindən doğur. Həmçinin, əvvəlki illərdə Mehriban xanım Əliyevanın həyat və fəaliyyətinin fonunda obrazını yaratmağa çalışdığımız, müəyyən ömrün müəyyən məqamlarından bəhs etdiyimiz yazılardan düşüncəmizə aydınlıq gətirmək baxımından xatırlamaları da zəruri hesab edirik.
Onun ictimai fəaliyyətə qoşulduğu zaman Azərbaycanda xalqın milli oyanış dövrünün ilkin çağlarına təsadüf edir. Ulu öndərin təşəbbüsü ilə yaradılan və müəllifi olduğu Yeni Azərbaycan Partiyasının təşəkkül tapdığı 1992-ci ildən onun üzvü olaraq vətənin çiçəklənməsi, xalqın milli təfəkkürünün yenilənməsi, insanların yeni güc, qüvvə ilə təkmilləşməsi, müasir cəmiyyət qurulması prosesinin fəal iştirakçısına çevrildi.
Mehriban Əliyeva 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunun Prezidenti, 2002-ci ildə isə Azərbaycan Gimnastika Federasiyasının Prezidenti kimi çətin vəzifələrin məsuliyyətini öhdəsinə alaraq bütün işlərin ibtidasından başlayıb yorulmadan, səylə çalışdı. Unudulmuş, yaddan çıxmış sahələri köhnəlikdən, passivlikdən çıxararaq onlara yeni ictimai məzmun verən qlobal işlər gördü. İctimai həyata atıldığı ilk illərdən Mehriban xanımın Azərbaycan xalqına, onun mədəniyyətinə xidmət etmək istəyi daxilində dumduru axan bulaq təki çağlayırdı. Düşünmək, çalışmaq, yeni yollar axtarmaq gərəkdi. O, işlərin və vəzifələrin həcmindən qorxmadan, çəkinmədən, usanmadan fəaliyyət göstərirdi. Sonra bu fəaliyyət istiqamətləri həyatımızın böyük sahələrinə vüsətli şəkildə sirayət etdi. Xalqın mənafeyi yolunda yeni işlər görüldü, böyük təcrübə qazanıldı, uğurlar, irəliləyişlər, təkanlar, dəstəklər yarandı.
Və daha geniş, möhtəşəm fəaliyyətə, ideyaların inkişafına hesablanmış məqsədyönlü layihələri həyata keçirmək üçün dövlət ona Heydər Əliyev Fondunun Prezidenti kimi daha yüksək və məsuliyyətli bir vəzifəni tapşırdı. 2004-cü il mayın 10-da - ulu öndərin doğum günündə təsis olunmuş Heydər Əliyev Fondunun Prezidenti kimi fəaliyyətə başlayanda həyatımızın bütün sahələrində - təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial yönümdə irimiqyaslı layihələrlə işlər görməyi nəzərdə tutmuşdur. Bu, xalqın gələcəyini möhkəm özüllər üstə qurmağa, onu inkişaf etdirməyə aparan ən işıqlı yol idi. Bu, ulu öndərin apardığı yaradıcılıq və quruculuq işlərinin davamı olaraq vətən və xalq naminə fəaliyyət göstərməyin yolu idi. Bu vəzifələrin hər biri ayrılıqda müxtəlf sahələrdə fərdi təşəbbüskarlıq, yeni layihələr, proqramlar ilə icra olunurdusa, indi cəm halda daha geniş aspektdə vahid bir ideyanın inkişafına istiqamət aldı.
2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında ölkə başçısı Sərəncamla Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin etdi. Heç şübhəsiz, bu təyinat Azərbaycançılıq məfkurəsinə bütün ictimai şüuru ilə bağlı olan, vətən və xalq naminə işləməkdən zövq alan və bunu həyatının amalı hesab edən, taleyini ölkənin və xalqın taleyində yaşayan Mehriban Arif qızı Əliyevaya bəslənilən böyük etimadın, inamın bariz nümunəsi idi.
Bu qədər məsuliyyətlivə irimiqyaslı işləri əhatə edən ictimai-siyasi fəaliyyət ona bir qadın, ana kimi bağlandığı ailəsi qədər doğmalaşdı, şəxsi taleyinə çevrildi. Doğulduğu, gözəl tərbiyə aldığı ailədən əxz etdiyi azərbaycançılıq ideylarını sonradan şəxsi həyatına başladığı ailədə daha geniş anlamda dərk etdi, təkmilləşdirdi. Heydər Əliyev məktəbi Onun kökdən gələn azərbaycançılıq məfkurəsinin formalaşmasına, alicənab, mərdanə, humanist bir azərbaycanlı xarakterinin dolğunlaşmasına öz təsirini göstərdi. Belə nəcib və mübariz keyfiyyətlərə malik olduğundan yaranmış imkanlarını dövlətçiliyin möhkəmlənməsinə, vətənçilik əxlaqının yeni dəyərlərlə inkişafına səfərbər etdi. Heydər Əliyevin dövlətçilik konsepsiyasını, bununla paralel apardığı vətənçilik əxlaqını həm də daimi müşahidələrdən, ictimai fikirlərdən öyrənmiş, yaxşı mənimsəmiş fiziki və mənəvi varisi Prezident İlham Əliyevlə birgə ulu öndərin yaratdığı yeni azərbaycançılıq ideyalarının davam və inkişaf etdirilməsinə başladılar.
Bu bir həqiqətdir ki, müstəqilliyimizi arzudan reallığa çevirdiyimiz ilk vaxtlardan Vətənin əsl vətəndaşı olaraq, ölkənin inkişafı prosesində Mehriban xanım Əliyevanın xeyirxahlığı, mərhəməti, şəfqəti ilə var olması, xalqın taleyinə günəş təki saçması, geniş miqyaslı layihələri ilə bütün sahələrdə yeniliklərin yaranmasına, həyatımızın sürəkli inkişafına səbəb oldu. Əslində O, özünün işıqlı əməlləri, maarifçilik fəaliyyəti, xeyirxahlığı ilə tarixdə izi qalan bəsirətli qadınlarımızın ideyalarını bu gün daha geniş anlamda davam etdırən nəcib bir xanım, dövlət adamıdır. Təbii ki, belə bir bütövlüyə, qüdrətə malik olmaq adi bir məqamdan, qəlbdə baş qaldıran ötəri, ani fikirdən, hansısa bir hadisədən yarana bilməzdi. Çünki bir təkzibolunmaz həqiqət var ki, insan dünyaya özünün fərdiliyi, ən başlıcası rişədən, qandan əxz etdiyi bir çox xüsusiyyətlərlə gəlir. Böyüdükcə ailə, onu əhatə edən mühit xarakterinin formalaşmasına özünün təsirini göstərir. Tanrının bəxş etdiyi ağlı, kamalı sonradan böyük zəhmətlər bahasına cilalamaqla xalqına xidmət etməyi ali məqsəd olaraq şərəfli bir vəzifə kimi daşıyır. Mehriban xanım Əliyevanın da həyat amalı belə bir idrakın - fəhmin, şüurun yetkinliyindən, kamilliyindən yaranmışdı. Cəsarəti, təfəkkürünün işığı, istedadı ilə bütün həyatını xalqın, ölkənin inkişafına həsr edən bu böyük şəxsiyyətin, vətən sevdalısının işıqlı əməllərindən necə duyğulanmamaq olar!
Mehriban xanımın dövlətçiliyin möhkəmlənməsi, əbədi olması istiqamətində göstərdiyi fəaliyyət heç şübhəsiz, Heydər Əliyev Fondunun Prezidenti kimi fəaliyyətə başladığı vaxtdan böyük bir vüsətlə və yeni inkişafa qədəm qoydu. Bu da təbiidir. Çünki məhz Heydər Əliyevin ideyalarının davam etdirilməsi və inkişafı, gənc nəslin vəətənpərvərlik, yurdsevərlik ruhunda tərbiyə olunması, yetişməsi, Azərbaycançılıq məfkurəsinin yeni dəyərlərlə zənginləşdirilməsi Fondun fəaliyyətinin başlıca istiqaməti idi. 2004-cü ildə Heydər Əliyev Fondunun təsis olunması da məhz bu məqsəddən rişələnmişdi. Cəmiyyət bunu həyatımızın bütün sahələrində və məqamlarında görür və hiss edir. Məqsəd isə böyükdür, davamlıdır, əbədiyaşardır. Bütün bunları ehtiva edən isə, qeyd etdiyimiz kimi, ölkənin gələcəyi olan gənclərimizin vətənçilik əxlaqında tərbiyə olunmasıdır.
Mübaliğəsiz demək lazımdır ki, Fondun məqsəd və məramında qeyd olunmuş vəzifələr birbaşa Mehriban xanım Əliyevanın öz idrakı işığında hazırladığı proqram çərçivəsində həyata keçirilməyə başlamış və illərdir ki, böyük və möhtəşəm uğurlarla davam etdirilir. Bunları aydın şəkildə göz önündə canlandırmaqdan ötrü Fondun qarşıya qoyduğu məqsədləri ictimaiyyətə təqdim olunduğu qaydada, olduğu kimi xatırlatmağı da vacib sanırıq. Beləliklə: görkəmli siyasi xadim Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası; xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək verməyi; Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək; elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək; respublikanın və xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlığı genişləndirmək, onlarla birgə layihələr həyata keçirmək; yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək; insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasını, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək; Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək; uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək; Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərmək; Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq; respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq etmək; elmi tədqiqatların aparılmasına yardım göstərmək; xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etmək; uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirmək; səhiyyə və tibbi təsisatları inkişaf etdirmək; ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləmək, sağlam həyat tərzini təbliğ etmək; Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək; uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etmək; dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək vermək, gördüyümüz, bildiyimiz kimi, fəaliyyətlərinin başlıca amili olmuşdur.
Mehriban Əliyevanın bütün çıxışları, müsahibələri özünün zənginliyi, dərin məzmunu, yenilikçi düşüncəsi ilə böyük maraq doğurur. Bu, fitri istedad sahibinin milli-bəşəri dəyərlərə sadiqliyi, dünya cəmiyyətinə nikbin baxışlarının məntiqi ifadəsidir. Ağlına, zəkasına görə Onu başqa dövlətlərdə də tanıyır və hörmət edirlər. Onun genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə tükənmir, O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir.
Təbii ki, bunları həyata keçirmək, xalqın xidmətində olmaq heç də asan başa gəlməmişdir. Bunlara yeni axtarışlar, gecə-gündüz çalışmaq, qarşıya çxan çətinlikləri dəf etmək, cəfalara qatlaşmaq sayəsində nail olunmuşdur. Bütün sahələri əhatə edən layihələrə diqqət edəndə, tərəfdaşların siyahısına göz yetirəndə xoş hisslər qəlbimizi çulğayır. Bütün bunları bir-bir sadalamaq qeyri-mümkün olduğu üçün bu möhtəşəmliyi bir cümlə ilə ifadə edirik: Belə bir iş prinsipi müstəqil Azərbaycan dövlətininin gələcəyinin parlaq olduğunu, xalqın bir yumruq kimi birləşərək eyni məqsədə xidmət etdiyini göstərir. Bunlar həyatımızın panoramında aydın əks olunur.
Mehriban xanımın qurub-yaratmaq və yaşatmaq eşqi tükənməyən bir işıq selidir, bu hərarəti, şəfqəti duymaq, ondan faydalanmaq da gözəlik, həm də xoşbəxtlikdir. Xalqın sosial-mədəni həyatının inkişafında onun xidmətləri misilsizdir. Gələcəyin sahibi olan balalarımızı yetişdirmək, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq, gəncliyə yol açmaq, onları vətənpərvər ruhda tərbiyə etmək - budur Mehriban xanımın istəyi. Onun nurlu çöhrəsindən sezilən mehribanlığı, alicənablığı, həssaslığı, nəcibliyi, yəqin ki, onunla ünsiyyətdə olan, rəhbərliyi altında çalışan insanların böyük xoşbəxtliyidir. Vaxtilə ailə həyatı quranda ilk baxışdan bu incəlikləri görən, duyan həyat yoldaşı İlham Əliyevin də qəlbində həzin, ülvi duyğular yaradan da yəqin ki, bu kefiyyətlər olmuşdur. Qadına zinət verən bu xüsusiyyətlər ailədə birliyin, bağlılığın və mədəniyyətin başlıca meyarıdır. Ailə dəyərlərindən söz düşəndə Mehriban xanım müsahibələrində çox vacib olan elementlərə diqqət yönəldir: “Əgər ailədə hər kəs özünün vacibliyini və əvəzedilməzliyini duyursa, özünün müdafiə olunduğunu və sevildiyini hiss edirsə - bu yalnız gələcək ailə səadətinin əsası deyil, həm də hər bir məqsədə çatmaq üçün möhkəm bir stimuldur... Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir...”
Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanım ora nəzər yetirməsin, qayğısını göstərməsin. Xalqın sosial-mədəni həyatının inkişafında onun xidmətləri misilsizdir. Gələcəyin sahibi olan balalarımızı yetişdirmək, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq, gəncliyə yol açmaq, onları vətənpərvər ruhda tərbiyə etmək - budur Mehriban xanımın istəyi. Onun nurlu çöhrəsindən sezilən mehribanlığı, alicənablığı, həssaslığı, nəcibliyi, yəqin ki, onunla ünsiyyətdə olan, rəhbərliyi altında çalışan insanların böyük xoşbəxtliyidir. Vaxtilə ailə həyatı quranda ilk baxışdan bu incəlikləri görən, duyan həyat yoldaşı İlham Əliyevin də qəlbində həzin, ülvi duyğular yaradan da yəqin ki, bu kefiyyətlər olmuşdur. Qadına zinət verən bu xüsusiyyətlər ailədə birliyin, bağlılığın və mədəniyyətin başlıca meyarıdır. Ailə dəyərlərindən söz düşəndə Mehriban xanım müsahibələrində çox vacib olan elementlərə diqqət yönəldir: “Əgər ailədə hər kəs özünün vacibliyini və əvəzedilməzliyini duyursa, özünün müdafiə olunduğunu və sevildiyini hiss edirsə - bu yalnız gələcək ailə səadətinin əsası deyil, həm də hər bir məqsədə çatmaq üçün möhkəm bir stimuldur... Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir...”
Onun genişhəcmli ictimai fəaliyyəti bütün aydınlığı ilə göstərdi ki, O, təkcə öz ailəsinə deyil, həm də xalqına məxsusdur. Həyatının bir məqamında taleyini xalqın həyatı ilə birləşdirib, onun yeniləşməsi, inkişafı yolunda çalışmağa yönəltdi. Tanrının ona bəxş etdiyi belə bir missiyanı ləyaqətlə yerinə yetirməsi xalqına böyük sevgisinin ifadəsi idi.
Azərbaycan qadınının cəmiyyətdəki rolunu, ictimai-siyasi fəaliyyətini, milli şüurunda, mənəviyyatında təzahür etmiş bir sıra keyfiyyətləri - diplomatik xüsusiyyətləri, ədəbi yaradıcılığı, xeyriyyəçilik əməllərini səciyyələndirən hadisələr zaman-zaman özünün inkişaf yollarında böyük mənəvi-əxlaqi dəyərlərlə müşayiət olunmuşdur. Bu mənada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da genişəhatəli fəaliyyəti tarixdə yaşamış nəcib, fədakar qadınlarımızın ibrətamiz həyatının, missiyasının yeni formada davamıdır, desək yanılmarıq. Dövlətçiliyimizin möhkəmlənməsində, gəncliyin yetişib-formalaşmasında, milli-mənəvi irsimizə, mədəniyyətimizə, təhsilin, səhiyyənin inkişafına qayğı göstərməsi birinci xanımın şəxsində maarifpərvər, vətənpərvər imicinin formalaşmasına səbəb olmuşdur.
Mehriban Əliyeva mədəniyyətimizə xidmətində ulu öndər Heydər Əliyevdən gələn bir ənənəni də böyük sayqı ilə davam etdirir. Sözün bu məqamında mədəniyyətimizin tarixində əlamətdar olan bir hadisəni də xatırlatmağı vacib sanıram. 2019-cu il mart ayının 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə bu panoram özünü bütün aydınlığı və şəffaflığı ilə göstərdi. Sənətkarlarımız adıçəkilən sahələrin uğurlarından, onlara göstərilən qayğıdan, ən başlıcası da qarşılaşdıqları problemlərdən söz açdılar. Bu görüşdə hər kəs öz təklif və təşəbbüsləri ilə çıxış etdi. Ədalət naminə qeyd edək ki, ədəbiyyatımızın, mədəniyyətimizin və incəsənətimizin inkişafı, günü-gündən çiçəklənməsi üçün bundan sonra nələr etməyi, nə kimi tədbirlər görməyi, bir sözlə, sahənin bütün problemlərini eşitmək və dövlət başçısı olaraq, hansı istiqamətlərdə köməklik göstərməyi cənab Prezident sənətkarların öz dilindən eşitməyə imkan yaratdı. Hər kəsi səbrlə, diqqətlə dinlədi və deyilənlərə münasibətini bildirdi, yerindəcə əlaqədar qurumlara öz göstərişini verdi... Burada diqqəti çəkən məqamlardan biri də o oldu ki, mədəniyyətimizin inkişafında qarşıya çıxan problemlərin həllini tapmasında, digər tərəfdən, köməyə, dəstəyə ehtiyacı olanlara qayğı göstərilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xidmətləri dilə gətirildi, bütün çıxışlarda birinci xanıma səmimi təşəkkürlər səsləndi. Mehriban xanımın gördüyü işlər, həyata keçirdiyi layihələr, bir çox sənətkara qayğısı öz bəhrəsini verdiyindən, görüş iştirakçılarında xoş ovqat yaratdığı aydın görünürdü. Təbii ki, bunlar bir tərəfdən Mehriban xanımın humanizmindən irəli gəlirsə, digər tərəfdən, azərbaycanlı olaraq mədəniyyətimizin təəssübünü çəkmək hissindən doğur...
Burada onu da xatırlatmaq yerinə düşər ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident təyin olunduqdan sonra ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda ağır şəraitdə yaşayan 4 min məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmsına həsr edib. Belə ki, 2017-ci il martın 9-da Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalrında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirə zatən Onun Heydər Əliyev Fondunun Prezidenti olaraq, həyata keçirdiyi proqram və layihələrin davamı kimi anlaşılandır.
Hər dəfə Mehriban xanım haqqında yazdığım məqalə üzərində işləyərkən onun fəaliyyəti boyu gördüyü işləri müşayiət edən fotolardan qarşıma çıxan bir çoxunu diqqətlə nəzərdən keçirəm. Onlara təkrar-təkrar baxıram. Bu fotolar məni düşüncələrə qərq edir. İrimiqyaslı layihələrin həyata keçirilməsi zamanında Onun xarakterində çox vacib detallar görümlü şəkildə yaddaşıma həkk olunr. Bu ömür mənim üçün çox dərin bir məna kəsb etdiyindən sanki bir epopeyanı vərəqləyir, oxuyur, bitib-tükənməyən çalışmaların icrasında əldə olunan yüksək nəticələrin xalqın həyatına gətirdiyi yenilikləri, faydaları görən, duyan şahidlərdən biri olmağımdan çox məmnun oluram...
Mehriban xanım Əliyevanın dövlətçilik ənənələrindən irəli gələn fədakar xidmətləri, milli-mənəvi dəyərlər sırasında xalqa xidmətləri, ictimai-sosial, mədəni sahələrdə gördüyü işlərin əhatəsi o qədər zəngindir ki, onları saymaq, dilə gətirmək belə, sadəcə genişmiqyaslı olduğundan bir portret yazının həcminə sığan deyil. Lakin bu məqamda mütləqdir deyək ki, Birinci vitse-prezident, xalqın mənəvi anası, dövlət xadimi olaraq İkinci Qarabağ müharibəsində cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə qoşa qanad timsalında yenilməz Ordumuzun döyüşçülərinə hər cür qayğını, yanğını ürəklə çəkdilər. Yaralılarımıza, əlini, ayağını itirmiş igidlərimizə təkcə dövlət adamı kimi deyil, bir Ali İnsan olaraq şəfqətlə, xeyirxahlıqla, məhrəmanə yardım göstərdilər. Şəhid ailələrinə bütün məqamlarda yardım göstərdilər. Biz bu qoşa qanadları işğaldan azad edilmiş, dağıdılmış ərazilərimizdə də gördük, onların yaşadığı ağrıları da duyduq. Mehriban xanım Heydər Əliyev Fondunun Prezidenti olaraq, düşmənin dağıtdığı dini-mədəni abidələri yenidən qurub bərpa etməyi də öz öhdəsinə aldı. Burda istər-istəməz düşünürsən: qədim ənənələrimizdən irəli gələn nəciblik, xeyirxahlıq Mehriban xanımın adından başlamış bütün əməllərində özünü olduqca şəffafflıqla əks etdirir...
İllər boyunca apardığım müşahidələr Onun haqqında hər zaman düşüncələrimə, qənaətlərimə geniş yol açır. İndiki məqamda sözümə yekun olaraq, həmin fikirlərdən birini təkrarən səslndirməyə ehtiyac duydum: Mehriban Əliyeva bütün hallarda - çətin və mürəkkəb situasiyalarda, xoş, fərəhli anlarında belə dəyişməzdir: dəyanətli, güclü, qətiyyətli və bütövdür. Hər yerdə, hər zaman özüdür. Ən ümdəsi də olduğu kimi görünən bir inci, nur timsalında fövqəlbəşər İnsandır...
Azərbaycan qadınına məxsus olan ən ali, mənəvi keyfiyyətlərin ümdə daşıyıcısı olan Mehriban xanım Əliyevaya cansağlığı, Azərbaycançılıq naminə əzmlə çalışmağı, vətəninin Böyük Vətəndaşı olaraq, xalqın mənəvi anası olaraq xoşbəxtlik, ailə səadəti arzulayırıq. Bayramınız mübarək, əziz və sevimli Birinci xanım...

Şəfəq NASİR,
“Respublika”.

Published in Sosial həyat

Azərbaycan Ordusunun xanım əməkdaşları Vətən müharibəsində həm ön, həm də arxa cəbhədə xüsusi fədakarlıq nümunələri göstərərək Qələbənin qazanılmasına öz töhfələrini veriblər

Published in Digər xəbərlər

Dövlət başçısı deyib ki, dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətləri ilə qadınlar yeniləşən ölkəmizin ahəngdar yüksəlişinin təmin edilməsində əhəmiyyətli rol oynayırlar

Published in Digər xəbərlər

İşğaldan azad olunmuş Qubadlı rayonuna səfər edən Azərbaycandakı diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlər burada erməni vandallarının törətdiyi ekoloji terrorun izləri ilə tanış olublar.

Diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, ADA Universitetinin rektoru Hafiz Paşayev və digər rəsmi şəxslər müşayiət ediblər.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Möhübbət Qurbanov erməni vandallarının Qubadlıda törətdikləri vəhşiliklər barədə məlumat verib. Bildirib ki, Həkəri çayı boyunca böyük tut bağları ekoloji terrora məruz qalıb. Bütün ağaclar kəsilib, yandırılıb. Şərq çinarı, yunan qozu kimi nadir ağac növləri məhv edilib. 107 hektar ərazini əhatə edən Bəsitçay dövlət qoruğu ekoloji terrora məruz qalıb. Burada dəfələrlə yanğınlar törədilib. Kəndlərimiz dağıdılıb, yaşıllıqlarımız məhv edilib.

Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlərin işğaldan azad olunmuş rayonlara səfəri Prezident İlham Əliyevin tapşırığına əsasən reallaşıb.

 

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Diplomatik korpus nümayəndələri Füzuliyə səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının tikintisinin gedişi ilə tanış olublar.

AZƏRTAC-ın məlumatına görə, diplomatlara Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yenicə əsası qoyulmuş hava limanında görüləcək işlər barədə məlumat verib. Bildirilib ki, tikinti işlərinə Azərbaycanın xarici tərəfdaşları da fəal surətdə cəlb olunub.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər
1 -dən səhifə 3