XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Çərşənbə axşamı, 02 Mart 2021

Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan”  gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması mərasimində iştirak etdilər.

Məlumat verildi ki, “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunub.

Prezident İlham Əliyev “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınmasını bildirən düyməni basdı.

Birinci xanım Mehriban Əliyeva gəminin suya salınmasını bildirən rəmzi lenti kəsdi.

Qeyd edək ki, yeni gəmilərin tikintisi və donanmaların yenilənməsi Prezident İlham Əliyevin xüsusi nəzarətindədir və bu istiqamətdə atılan addımlar Gəmiçiliyin Strateji İnkişaf Planına uyğun həyata keçirilir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradılan vaxtdan bu günədək keçən 7 il ərzində 18 yeni gəmi istismara verilib. Son bir ilin pandemiya şəraitində keçdiyini nəzərə alsaq, dövlətimizin başçısının davamlı inkişafa yönələn iqtisadi strategiyasının miqyası daha aydın nəzərə çarpar.

***

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak etdilər.

Dövlətimizin başçısına və birinci xanıma “Azərbaycan” gəmi-bərəsi barədə məlumat verildi. Bildirildi ki, nadirliyi ilə seçilən bu layihə çərçivəsində ilk dəfə Xəzərdə yeni “Ro-Pax” tipli gəmi-bərələr istismara veriləcək.

Prezident İlham Əliyev gəmi-bərənin istismara verilməsini bildirən düyməni basdı.

Diqqətə çatdırıldı ki, istismara verilən gəmi-bərə sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyacaq. Bildirildi ki, 2013-cü ildən bəri donanmanın yenilənməsi istiqamətində aparılan işlər nəticəsində 18 yeni gəmi alınaraq istismara verilib.

Xatırladaq ki, bu gəmilərin hazırlanması əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyətindən əldə etdiyi mənfəət hesabına maliyyələşir. Bununla da yerli bazara sərmayə yatırılmaqla, səhmdarı dövlət olan müəssisə kimi Azərbaycanda yerli gəmi tikintisi sənayesinin inkişafına və yeni iş yerlərinin yaranmasına töhfə verilir.

“Ro-Pax” tipli gəmilərin uzunluğu təxminən 155 metr, eni 18 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TİR daşımaq imkanına malikdir. Hazırda Azərbaycan ərazisindən tranzit keçən avtotexnika və vaqonların Xəzər dənizində daşınmasını ümumilikdə 13 bərə və 6 Ro-Ro tipli gəmilər həyata keçirir. Onların hamısı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin donanmasına məxsusdur və QSC bu gün Xəzərdə yeganə bərə operatorudur. Beləliklə, “Ro-Pax” tipli gəmi-bərələrin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olmaqla, Xəzərin şərq və qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirəcəyi, Azərbaycanın coğrafi mövqeyindən və tranzit potensialından daha səmərəli istifadəyə xidmət edəcəyi proqnozlaşdırılır.

 

 

 

 

 

 

 

AZƏRTAC

Published in Siyasət
Çərşənbə axşamı, 02 Mart 2021 06:27

Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

Martın 1-də Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub.

AZƏRTAC xəbər verir ki, dünyada ilk dəfə yaradılan bu muzeyin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Ölkəmizdə gəmiçiliyin inkişafı ilə yanaşı, dənizçilik ənənələrinin qorunması, tarixinin araşdırılıb öyrənilməsi və yaşadılması istiqamətində də bir sıra layihələr həyata keçirilib. Azərbaycanda qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən “Suraxanı” tanker-muzeyinin yaradılması dövlətimizin başçısının dəstəyi ilə bu sahədə atılan növbəti mühüm addımdır. Muzey qismində “Suraxanı” tankerinin seçilməsi də təsadüfi deyil. Bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub. Onun muzeyə çevrilməsi üçün Böyük Britaniya, Niderland, Türkiyə kimi qədim gəmiçilik ənənələri olan ölkələrin təcrübəsindən istifadə olunub. Beləliklə, 2000-dən artıq yerli gəmi təmirçisinin əməyi nəticəsində nadir layihə ərsəyə gəlib. Muzeyə gələn ziyarətçiləri kapitan və baş köməkçi qarşılayaraq, onları heyət üzvləri və vəzifələri barədə məlumatlandırırlar. Muzeyin zallarında ən müasir texnoloji həllər tətbiq olunub. Məsələn, oyun manipulyatorları vasitəsilə yanalma əməliyyatını müstəqil şəkildə yerinə yetirmək mümkündür. Həmçinin ziyarətçilər 360 dərəcəli ekranla nümayiş olunan videoda baş verənlərin birbaşa “iştirakçısı”na çevrilirlər.

Muzeydə dünyaca üç məşhur dəniz mayakının modelləri ilə tanış olmaq imkanı da var. Naviqasiya masasında ziyarətçilər Xəzərdə üzən gəmilərin marşrutu, xarici kommunikasiya və naviqasiyaları ilə tanışlıq fürsəti əldə edəcəklər. Burada keçmişə səyahət də mümkündür. Ötən əsrin ortalarına səyahət edən ziyarətçilər gəminin maşın şöbəsində çalışan heyətin gündəlik iş həyatı ilə yaxından tanış olacaqlar. Tanker-muzeyin maraqlı ekspozisiyalarından biri də okean və dənizlərdən yığılan flora və fauna nümunələrinin sərgiləndiyi guşədir.

Tanker-muzeydə, həmçinin Böyük Vətən müharibəsi illərində, eləcə də 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan dənizçilərinin qəhrəmanlıq salnaməsi yer alıb. Muzeydə ümummilli lider Heydər Əliyevin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin inkişafına göstərdiyi misilsiz xidmətləri haqqında interaktiv kitab, Prezident İlham Əliyevin dənizçilik sahəsində həyata keçirdiyi irimiqyaslı layihələri əks etdirən infomonitor var.

Maraqlı eksponatlarla zəngin tanker-muzey postpandemiya dövründə turistlərin ən çox üz tutacağı məkanlardan olacaqdır.

Dövlətimizin başçısına və birinci xanıma fədakar Azərbaycan dənizçilərinin xatirəsinə ucaldılan heykəltəraşlıq kompozisiyası barədə də məlumat verildi.

Bildirildi ki, əsərin müəllifləri Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayev, memarı isə Əməkdar memar Elxan Əsədovdur. Heykəltəraşlıq kompozisiyası dinamik fiqurlu dalğanı yaran gəmi pəri ilə təqdim edilib. Bu pər Xəzərdə gəmiçiliyin inkişafını simvolizə etməklə bərabər, həm də dənizçilərin enerji mənbəyi və həyatlarının ayrılmaz atributu kimi yaradılıb.

 

 

 

 

 

AZƏRTAC

Published in Siyasət

Martın 1-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün inşa olunan yeni inzibati binanın açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Yeni inzibati bina ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, müasir texnoloji sistemlərlə təchiz olunmuş binada beynəlxalq tələblərə cavab verən lokal informasiya texnologiyaları infrastrukturu, videokonfrans və rabitə sistemləri yaradılıb.

Burada ölkəmizdə dənizçilik peşəsinin qədimliyini əyani vasitələr, interaktiv təqdimatlarla ziyarətçilərə çatdıran “Üç əsrin şahidi” adlı muzey də yerləşir. Bu muzeyin yaradılmasında əsas məqsəd Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin üç əsrə şahidlik edən şanlı tarixini bir araya gətirərək nümayiş etdirmək, tarixi eksponat və sənədləri konservasiya etmək və rəqəmsal formata çevirərək gələcək nəsillərə ötürülməsini təmin etməkdən ibarətdir. Binanın inşası zamanı həm eksteryerdə, həm də interyerdə dənizçilik rəmzlərindən geniş istifadə olunub. Binanın bütün otaqlarında səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb.

 

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı xarici ölkələrin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, xarici KİV-lər dörd saatdan çox davam etmiş mətbuat konfransında Prezident İlham Əliyevin jurnalistlərin suallarını ətraflı şəkildə cavablandırdığını, vacib məsələlərə toxunduğunu, bir sıra önəmli mesajlar verdiyini qeyd ediblər.

Türkiyənin “Anadolu”, İHA, “Sputnik Türkiye” xəbər agentliklərində, “Haberler” portalında, “TRT Haber”, “Haber Türk”, “CNN”, “Haber Global”, “A Haber”, “NTV” telekanallarında, “Yeni şafak”, “Hurriyet”, “Posta”, “Milliyet”, “Sabah” qəzetlərində yayılmış məlumatlar “Azərbaycan Prezidenti Əliyev: Azərbaycanda türk Ordusunun kiçik modelini quracağıq”, “Əliyevdən Ordumuza böyük qiymət: Azərbaycanda türk ordusunun kiçik modelini quracağıq”, “Azərbaycan Prezidenti Əliyevdən Ermənistandakı hərbi çevriliş cəhdi haqqında açıqlama”, “Azərbaycan Prezidenti İlham Əliyev: Türk Ordusu bizim üçün ən məqbul modeldir”, “Ərdoğan və Əliyevdən Ermənistana mesaj”, “Azərbaycan Prezidenti Əliyevdən mühüm açıqlamalar” və s. sərlövhələrlə təqdim edilib.

Rusiyanın “TASS”, “Ria Novosti”, “İnterfaks”, “Vestnik Kavkaza”, “Regnum” agentlikləri, “RBK”, “RT”, “Vesti”, “360” telekanalları, “Arqumentı i faktı”, “Nezavisimaya qazeta”, “Kommersant”, “İzvestiya”, “Rossiyskaya qazeta”, “Vzqlyad” qəzetləri, “Life”, “Lenta” saytları Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işləri, Azərbaycanda vaksinasiya prosesi, üçtərəfli Bəyanatın icrası barədə fikirlərini geniş şərh ediblər.

Rumıniyanın “Ultima Ora” (Son saat) qəzeti və “News24hours” xəbər portalı, Yunanıstanın “Real Group Media” şirkəti, Ukraynanın “Obozrevatel”, “Podrobnosti”, “Stopcor”, “Baqnet”, “Tsn”, “Dialog”, “Korrespondent”, “Polemika” xəbər portalları Azərbaycan Prezidentinin mətbuat konfransının dünya ictimaiyyətinə önəmli mesajların çatdırılması baxımından mühüm rol oynadığını qeyd ediblər. Materiallarda bildirilir ki, Prezident İlham Əliyev mətbuat konfransında müxtəlif regional məsələlərlə bağlı jurnalistlərin suallarını 4 dildə dəqiq, səlis və məntiqli cavablandırıb. Azərbaycan Prezidentinin güclü və xarizmatik dövlət başçısı və qətiyyətli lider olduğu vurğulanıb.   

Çinin milli xəbər agentliyi Sinxua, Çin Mərkəzi Televiziyası və digər media orqanları Prezident İlham Əliyevin mətbuat konfransında vaksin mövzusundakı fikirlərinə geniş yer veriblər. Çin KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransında çinli tərəfdaşların vaksin təchizatına dair öhdəliklərini yerinə yetirməsi barədə xoş sözlərini də təqdim ediblər.

Livanın “Al-Masdar News” xəbər saytının, İranın “Mehr” xəbər agentliyinin və “İran Daily” qəzetinin yaydığı informasiyalarda Prezident İlham Əliyevin mətbuat konfransında bölgədəki mövcud vəziyyət, region ölkələrinin əməkdaşlığı ilə bağlı fikirləri əks olunub.  

Qırğızıstanın “Goldenbridgenews” və “Turkeltoday” portalları isə Prezident İlham Əliyevin mətbuat konfransının mətnini tam şəkildə yayıblar.

Gürcüstanın “1tv” kanalı, “Pia”, “Kvira” “İmedi News”, “For”, “Report”, “Aktual”, “İnterpress”, “Gaxa”, “Marneulifm” saytları dövlətimizin başçısının mətbuat konfransında səsləndirdiyi fikirləri geniş oxucu auditoriyasına çatdırıblar. 

AZƏRTAC

Published in Diaspora

İspandilli mətbuat - İspaniyanın “EFE” agentliyi, “El diario” qəzeti, Dominikan Respublikasının “Diario Libre” qəzeti, eləcə də Türkiyənin Anadolu, Çinin Sunxua agentliklərinin ispan dilində olan versiyaları Prezident İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı ilə bağlı informasiyalar dərc ediblər.   

AZƏRTAC xəbər verir ki, informasiyalarda xüsusilə dövlətimizin başçısının İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyət, hazırda Ermənistanda gedən proseslərlə bağlı fikirlərinə yer verilib: “Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür. Mən onların daxili vəziyyəti ilə bağlı hər hansı bir şərh vermək istəməzdim. Prinsip etibarilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq, xüsusilə indiki həssas məqamda. Ancaq müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir... Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanat icra ediləcəkdir. Əks-təqdirdə, Ermənistan daha da ağır duruma düşəcək. Yəni, Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq”. 

KİV-lər dövlətimizin başçısının döyüş əməliyyatları başa çatandan dərhal sonra pozucu təxribat-partizan fəaliyyəti cəhdlərinin olması, bu məsələnin, eləcə də dinc vətəndaşların qayıtması məsələsinin necə həll edilməsi ilə bağlı suala cavabından fikirləri də təqdim edib: “Biz əks-terror əməliyyatı apardıq, nəticədə bir neçə terrorçu tamamilə zərərsizləşdirildi, 60-dan çox terrorçu tutuldu. Bu gün onları hərbi əsirlər adlandırmağa çalışırlar. Düşünürəm ki, məsələnin mahiyyətini qəsdən təhrif edirlər. Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz. Bizdə olan hərbi əsirlərin hamısını qaytarmışıq. Özü də biz onları bizim əsirlərin qaytarılmasından əvvəl qaytarmışıq. Bu adamlar həmin kateqoriyaya uyğun gəlmir. Bunlar terrorçu və təxribatçılardır”.

İnformasiyalarda, həmçinin Prezident İlham Əliyevin “Əgər hər şey bizim fikirləşdiyimiz kimi gedərsə, hansısa mərhələdə sülh sazişinin də imzalanmasını istisna etmirik. Çünki 10 noyabr tarixli Bəyanat mahiyyətcə elə de-fakto sülh sazişidir” sözləri yer alıb.

Bundan başqa, informasiyalarda 44 günlük Vətən müharibəsindən də bəhs edilib. Azərbaycan Prezidentinə istinadla Dağlıq Qarabağa status verilməsinin heç bir müzakirə obyekti ola bilməyəcəyi qeyd edilib və bu kimi söhbətlərin sülhün bərqərar olmasına əngəl törədə biləcəyi fikri diqqətə çatdırılıb.

Çinin Sunxua agentliyinin ispandilli versiyası Prezident İlham Əliyevin vaksin mövzusundakı fikirlərinə geniş yer verib. Agentlik Azərbaycan Prezidentinin mətbuat konfransında çinli tərəfdaşların vaksin təchizatına dair öhdəliklərini yerinə yetirməsi barədə xoş sözlərini də təqdim edib.

AZƏRTAC

Published in Diaspora

Ukraynanın nüfuzlu “Ukrayna 24” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı və işğaldan azad olunan Ağdam və Füzuli rayonlarından xüsusi reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda dövlətimizin başçısının Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə uğurlu hərbi əməliyyatları, Ermənistanın diversiya qrupunun törətdiyi cinayətləri, ərazilərin minalardan təmizlənməsi, məcburi köçkünlərin qaytarılması qrafiki, işğaldan azad olunan ərazilərimizin bərpası və yenidən qurulması barədə sitatları yer alıb.

Ukraynalı jurnalist tamaşaçılara Ağdam şəhərindən görüntülərini təqdim edərək tarixi, dini abidələrin, yaşayış binalarının ermənilər tərəfindən necə məhv edildiyini göstərir. Həmin ərazilərdə minalanmış sahələrdən başqa heç nəyin qalmadığını qeyd edir. Reportajda Ağdamdan olan məcburi köçkünlərin ermənilərin törətdiyi vəhşiliklər barədə fikirləri də yer alıb.

Reportajda, həmçinin ərazilərin minalardan necə təmizlənməsi barədə görüntülər də yer alıb. Bundan başqa Füzuli rayonunda beynəlxalq hava limanının inşası barədə məlumat verən ukraynalı jurnalist Azərbaycanın işğaldan azad olunan ərazilərində 3 aeroportun inşa ediləcəyini vurğulayır. Şuşa və Laçına yeni magistral yolun çəkilişləri barədə məlumat verib.

 

 

AZƏRTAC

Published in Diaspora

Martın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Andrey Ravkov ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən müdafiə naziri Azərbaycan ilə Belarus arasında əməkdaşlığın genişləndirilməsi sahəsində ona uğurlar arzulayıb. General-polkovnik Z.Həsənov Belarusun sabiq müdafiə nazirinin Azərbaycanda səfir təyin edilməsinin ölkələrimiz arasında qarşılıqlı faydalı hərbi və hərbi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Müdafiə naziri Azərbaycanın Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edərək hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.

Öz növbəsində, səfir ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnunluğunu bildirib və Azərbaycan-Belarus münasibətlərinin, xüsusilə hərbi sahədə əlaqələrin inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd edib.

Müxtəlif sahələrdə münasibətlərin genişləndiyini vurğulayan səfir bildirib ki, Belarus da Azərbaycan ilə hərbi sahədə ikitərəfli əlaqələrin inkişafında maraqlıdır və bunun üçün lazımi potensial mövcuddur.

Müzakirələr zamanı ikitərəfli hərbi əməkdaşlığın və hər iki ölkənin Müdafiə nazirlikləri arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyi  qeyd edilib.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) yaranmasının 101-ci ildönümü ilə əlaqədar xüsusi məqalə yayıb.

AZƏRTAC-ın bu ölkə üzrə xüsusi müxbiri xəbər verir ki, “Azərbaycanın ilk informasiya agentliyi AZƏRTAC 101 yaşını qeyd edir” adlı məqalədə martın 1-nin AZƏRTAC-ın yarandığı gün kimi qeyd edildiyi əksini tapıb. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan agentlik tezliklə yeni inşa edilmiş, müasir binaya köçməyə hazırlaşır.

Qeyd edilir ki, ötən 101 il ərzində AZƏRTAC çətin, lakin şərəfli yol keçib. Agentlik ötən dövrdə bir çox uğurlara imza atıb. 

Xatırladılır ki, AZƏRTAC 1920-ci il martın 1-də Azərbaycanın ilk xəbər agentliyi olaraq fəaliyyətə başlayıb. Onun ilk xəbərləri martın 2-də “Azərbaycan” qəzetində dərc olunub.

Vurğulanır ki, 24 saat fasiləsiz olaraq çalışan AZƏRTAC 8 dildə - Azərbaycan, ingilis, fransız, rus, alman, ispan, ərəb və Çin dillərində xəbərlər hazırlayır. Agentlik tərəfindən hər gün video və foto materiallar da daxil olmaqla 500-dən çox informasiya yayımlanır.

Qeyd edilir ki, beynəlxalq informasiya məkanının nüfuzlu fiqurlarından birinə çevrilən agentlik OANA, EANA, Dünya Xəbər Agentlikləri Konqresi, ANİA, BSANNA, TKA və İİNA kimi beynəlxalq və regional informasiya təşkilatlarının üzvüdür.

Məqalədə bildirilir ki, 2016-cı ildən 2019-cu ilədək AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya sədrlik edib. Bundan əlavə, məqalədə agentliyin 2011-2013-cü illərdə Qara dəniz Milli Xəbər Agentlikləri Birliyinə rəhbərlik etdiyi də əksini tapıb. AZƏRTAC-ın hazırda Türkdilli Xəbər Agentlikləri Birliyinə sədrlik etdiyi qeyd olunub.

Yazıda AZƏRTAC-ın dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən nüfuzlu xəbər agentlikləri ilə sıx əlaqələr qurduğu, 50-dək agentliklə ikitərəfli əməkdaşlıq barədə müqaviləyə malik olduğu da bildirilir. Hazırda agentliyin xüsusi müxbirlərinin 22 ölkədə fəaliyyət göstərdiyi, ölkənin daxilində isə bütün bölgələrdə müxbir məntəqəsinə malik olduğu qeyd edilir.

Ötən ilin payızında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın bir dövrdə işğal altında saxlanan torpaqların azad edilməsi barədə ilk xəbərlərin də bütün dünyaya məhz AZƏRTAC tərəfindən çatdırıldığı xüsusi vurğulanır.

Bildirilir ki, agentliyin kollektivi müasir dövrün çağırışlarına operativ reaksiya vermək və qabaqcıl texnologiyalara yiyələnmək üçün əzmlə çalışır. Vurğulanır ki, sosial media bumunun yaşandığı bir dövrdə ənənəvi medianın qabaqcıl mövqeyinin saxlaması üçün AZƏRTAC kifayət qədər güclü yaradıcı və texniki potensiala malikdir. 

AZƏRTAC

Published in Dünya bu gün

Dünyanın aparıcı kütləvi informasiya vasitələri Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məqalələr yayıblar.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın “The London Post” saytında dərc olunmuş məqalədə Xocalı soyqırımının tarixi və təfərrüatları barədə geniş məlumat verilib. Məqalədə, həmçinin 44 günlük Vətən müharibəsinin nəticələrindən bəhs olunur. Vurğulanır ki, son 30 il ərzində Ermənistan tərəfindən Azərbaycan ərazisində törədilmiş bütün cinayətlər, o cümlədən Xocalı soyqırımı ən xırda detallarına qədər öyrənilməli və Ermənistan beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməlidir.

Litvanın “Alkas” xəbər portalının yaydığı materialda Ermənistanın ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasəti, onun ağır nəticələri barədə söhbət açılıb, Xocalı soyqırımının insanlığa sığmayan cinayət olduğu vurğulanıb.

Fransanın “Agoravox” portalında dərc olunmuş məqalədə bildirilir ki, Azərbaycanın Xocalı şəhəri 1992-ci ildə müharibə cinayətlərinin törədildiyi şəhərdir. Hər il olduğu kimi, bu il də fevralın 26-da Xocalı qurbanlarının xatirəsi bütün Azərbaycan xalqı tərəfindən ehtiramla anılıb. Bu qırğının günahkarlarının cəzasız qalmaması tələb edilib. Xocalı hadisələri ilə bağlı gerçəkliklərlə maraqlanan tarixçilər o vaxt orada olmuş Qərb jurnalistlərinin və fotoqraflarının, eləcə də sağ qalanların ifadələri ilə tanış ola bilərlər.

Moldovanın “Tribuna.md”, “Ava.md”, “Publika.md”, “Noi.md”, “Deschide.md”, “Yam.md” xəbər portalları da Xocalı soyqırımı ilə bağlı məqalələrə geniş yer verib. Məqalələrdə Xocalıda törədilmiş kütləvi qırğının əsas təqsirkarları, o cümlədən Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan, Robert Koçaryan, erməni terroru ideoloqlarından biri Zori Balayan və digərlərinin soyqırımı haqqında etirafları da yer alıb. Vurğulanıb ki, artıq bir çox dövlətlər Xocalı soyqırımını tanıyıb, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünya ictimaiyyəti soyqırımı haqqında daha müfəssəl məlumatlar əldə edib. Eyni zamanda, məqalələrdə 44 günlük Vətən müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi böyük Qələbədən, müharibənin dayandırılması ilə bağlı imzalanmış üçtərəfli Bəyanat çərçivəsində aparılan danışıqlardan, eləcə də işğaldan azad edilmiş torpaqlarımızda görülən bərpa işlərindən bəhs edilib.

“France 24” televiziya kanalında Xocalı soyqırımı ilə bağlı yayımlanan verilişdə bildirilib ki, Ermənistan İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra problemlərlə üzləşdiyi və çalxalandığı bir vaxtda Azərbaycan 1990-cı illərin əvvəlində Birinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş qətliamın 29-cu ildönümünü qeyd edir. Verilişdə “France 24”ün jurnalistinin qətliamın acılarını yaşamış Xocalı sakini Mehriban Əliyevanın evində olduğu və onun ermənilər tərəfindən mülki insanlara qarşı törədilmiş qəddarıq barədə danışdığı diqqətə çatdırılıb.

Avstriya Mətbuat Agentliyinin (APA) saytında da Xocalı soyqırımına həsr olunmuş məqalə yerləşdirilib. Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərində soyqırımı aktı həyata keçirdiyi qeyd edilib, bu vəhşilik nəticəsində qətlə yetirilən, yaralanan, əsir götürülən və itkin düşən insanlar barədə məlumat verilib. Bildirilib ki, Xocalının dinc sakinləri məhz azərbaycanlı olduqlarına görə kütləvi şəkildə qətlə yetiriliblər. Etnik təmizləməyə nümunə olan bu amansızlıq və qətliam soyqırımı kimi dəyərləndirilib.

Bundan başqa, Türkiyənin Anadolu agentliyi, Malayziyanın BERNAMA agentliyi, Almaniyanın “Nex24.news” xəbər portalı, “Tagesspiegel” kanalı, İtaliyanın “Electo Magazine” jurnalı, “Politicamente Corretto” saytı, “Affaritaliani” qəzeti, Çexiyanın “Parlamentni Listy” qəzeti, Pakistanın “Pakistan İslamabad Post” qəzeti, “Dispatch News Desk” agentliyi, Rusiyanın “Vestnik Kavkaza” xəbər saytı, Finlandiyanın “Suomenkuvalehti” qəzeti, Bolqarıstanın “Cross” və “Fokus”, Gürcüstanın “report.ge”, “aktual.ge”, “24 news.ge”, “marneulifm.ge”, “adjara ps.ge”, “interpress.ge”, “gaxa.ge”, “dalğatv.ge” portalları, Macarıstanın “Madyar nemzet” nəşri, Türkmənistanın “infoabad.com” saytı, Misirin “Asiaelyoum” agentliyi, Rumıniyanın “Amosnews” agentliyi və “News24hours” portalı, İndoneziyanın “Republika” qəzeti, “Tribune News”, “Rakyat Merdeka”, “Liputan”, “İndonesia globe”, “İntisari online”, “Harianaceh İndonesia”, “Mi News” və “Warta Pena News” saytları, İsrailin “İsrael Hayom” qəzeti, “Times of İsrael” saytı, Əlcəzairin “Əl İxbariya” qəzeti və “Cəzairinfo” portalı, İranin “Mehr” agentliyi, Birləşmiş Ərəb Əmirliklərinin “Dubai Global News”, Tacikistanın “faraj.tj” portalları, Şərqi Avropada fəaliyyət göstərən “Nova Zora” portalı, İraqın “alrased.news” saytı və digər xarici KİV-lər də Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məqalələr yayıblar.

Məqalələrdə Xocalı soyqırımının dəhşətlərindən bəhs olunur, onun Azərbaycan tarixinə ən faciəli səhifələrdən biri kimi daxil olduğu vurğulanır. Həmçinin məqalələrdə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsindən də bəhs olunur.

AZƏRTAC

Published in Diaspora
Çərşənbə axşamı, 02 Mart 2021 06:12

OD ÇƏRŞƏNBƏSİ

Od çərşənbə xalq arasında “Atəşçərşənbə”, “Üsküçərşənbə”, “Üskü gecəsi”, “Xız çərşənbə // Xızır çərşənbə” adları ilə də tanınır. Deyirlər, bu mübarək Od çərşənbəsi axşamı göyün IX qatından yerə nazil olmuş müqəddəs Xızır yer üzündəki cəmi od-alova qovuşaraq ətraf mühiti əməlli-başlı qızdırmağa başlayır. Babalarımız bu dəfə onun adını XIZIR-XIZIR // XIZIRHAXIZIR deyə, qoşalaşdırmaqla II doğru üskü ODÇƏRŞƏNBƏnin məhz onun himayəsi altında keçirildiyinə inanırdı. Həmçinin inanırdı ki, bu gecə Səma odunun yerdəki “vəkili” od-alov özü təzələnməklə yanaşı, qış günləri yer üzündə yığılıb qalmış bütün murdarlıqları təmizləyib, insanları “çillə”dən xilas edib, azar-bezardan qoruyaraq sağlamlıq, yüngüllük və gümrahlıq bəxş etməliydi. Bu çərşənbədə insanlar OD varlığı tək təzələnmək, paklanmaq istəyir və XI XIZIR-XIZIRın simasında mümkün vasitələrlə bu varlığı cuşə gətirərək onun güc-qüvvətini ikiqat gücləndirib, “Xızır Atəşin”də isinir, onun sehrli təbiətilə aşılanmağa çalışırdılar.

El-oba adətinə görə, bu mübarək Çərşənbə axşamı hamı ev-eşiyinin hər dörd bucağında şam-çıraq yandırmaqla hər tərəfi çıraqban edirdi. Xalq içində “od-çıraq yandıran xeyir aparar, onun çırağı heç vaxt sönməz”, - deyirdilər. Şam çırağı adət üzrə evin, ailənin sonbeşiyi yandırmalıydı. Bununla da nəslin, soyun artmasının bir əlaməti tək çırağın sönməzliyinə ümid bəsləyirdilər. Beləliklə, lap ertədən “taxçaya qoydum çırağı, rövşən eyləsin bucağı, işıqlandırsın otağı” sözlərilə başlanan “Çərşənbə oxuması”nın müşayiətilə bir otaq belə qalmadan, evin bütün çıl-çırağını alışdırır, otaqların taxçalarında yerləşdirilmiş güzgülər isə oradakı şam-çırağın işığını 2-3 qat gücləndirərək bayram büsatına xüsusi bir rövnəq verirdi ki, ona “üskübəzəmə” deyirdilər.

Əski el adətinə görə, bu mübarək Axşamda ocağı boş qoymazlar, orada hökmən qazan qaynamalıydı. Ev sahibi hələ gün doğmayıb, xoruzbanı eşitmədən, bir kəslə danışmayaraq evdən çıxar, bağçadakı heyva və ya fındıq ağacından (heyva-havva behişt meyvəsi sayılır) bir çubuq kəsib arxaya çevrilmədən evinə qayıdırdı. Sonra o, həmin çubuğu xırda-xırda doğrayıb, ailə və mal-qaranı bədnəzər, əcinnə-şəyatindən qorumaqdan ötrü onlardan gözmuncuğu hazırlar, uşaqların, mal-qaranın boynuna, qız-gəlinin üstünə sancardı. Muncuğun birini isə ev sahibi özü gəzdirir, yerdə qalanları isə evin bir yerindən asardı.

Əslində çərşənbə tonqalları hökmən meşəətrafı çöllükdən gətirilmiş quru odun, kol-kos və ya çırpıdan ibarət olmalı, təmiz ağac (zoğal, əncir və tut ağaclarını yandırmaq olmaz) və qaratikandan çatılmalıydı. İnanırdılar ki, od-ocağı daim söndürməyə can atan şər qüvvələr tikanların batmasından qorxub tonqala, ocağa yaxın düşmürlər. Hər ev, hər ailə, hər soy-nəsil öz evləri qarşısında, darvaza önündə, həyət-bacada, yaxud evin damında kiçik ailə tonqalları qalamağa çalışır, uzaq səfərdə olan ailə üzvləri üçün də ayrıca tonqal çatır və tonqalların içinə ilk əvvəl XIZIR-XIZIRın, sonra isə hər ailə üzvünün, hətta hələ doğulmayıb ana bətnində olan körpənin adına bir odun, yaxud bir çöp atmalıydılar.

Deyilənə görə bu axşam alovlanan müqəddəs Çərşənbə tonqallarının bütün gecə, Günəş üfüqdə görünənə kimi yanması böyük əhəmiyyət kəsb edir. Belə ki, ötən çağların düşünüşündə OD ÇƏRŞƏNBƏ axşamı tonqallar evlərin damlarında yandırılarsa, onların uzun müddət yanıb sönməməsi xoş niyyət, pak bir arzunun nəticəsi tək yozulmalıydı. Tonqalların səmanın ənginliklərinə can atan alov dilimləri guya göyün 9 qatından keçərək ərşi-əlaya çatıb insanların arzu-niyyətini Ulu Tanrıya çatdırırdılar. Bu səbəbdən ocaq-tonqal ətrafında hər ailə üzvünün adına şam-çıraq yandırıb, qablarda qənd-noğul, kökə və s. yeməklər düzürdülər. Nəhayət, hamı, hər ailə üzvü XIZIR-XIZIRın adına bir şam sancılmış Üskü Xonçası və şirniyyat, ləziz yeməklərlə dolu pak “Çərşənbə süfrəsi” (o Çərşənbə Şam süfrəsi adı da daşıyır) başına əyləşərək paxlaplov yeyirdi. Yeyib-içdikdən sonra Çərşənbə süfrəsini bir qayda kimi ocaq-manqal üstünə silkələyib, onu necə deyərlər, od-alovla saflaşdırardılar. “Üskü Xonçası”nın şam-çırağını, tonqallar tək yarımçıq söndürmək olmaz. İnanırmışlar ki, kimin şamı tez yanıb qurtarsa, onun ömrü gödək, kiminki axıra qalsa uzun olacaq.

OD ÇƏRŞƏNBƏ Axşamı əksər qız-gəlin, adət üzrə saçlarına, əllərinə xına qoyub vəsmə yaxır, kiçik qızlar isə “daşxınası” vururdular. Bundan ötrü onlar rəngi yaşıla çalan daşların üstünə su damızdırıb onu bu daşla sürtür və əmələ gəlmiş sarımtıl-narıncı mayeni dırnaqlarına, ovuclarına çəkirdilər. Xalq əqidəsincə, bu Çərşənbə axşamı bütün arzu-diləklər hökmən həyata keçməlidir. Odur ki, fürsətdən istifadə edən ərgən qızlar bu gecə ürəklərində niyyət tutub saçlarını açıb tökür, bir şamı başı üstə, o birini ayağı altında yandırıb, bir güzgünü başı üstünə, o birisini ayağı altına söykəyib yatır və gecəyarısı yerlərindən qalxaraq güzgüyə baxırdılar. Bu vaxt sən demə, güzgüdə onların gələcək nişanlıları görünməliydi.

Deyirlər ki, ötənlərdə bu mübarək Çərşənbə axşamı cavanlardan biri Çıraqqaladan bir məşəl alışdırıb at üstə, arxasınca bir neçə atlı, çapa-çapa səhərə yaxın özünü Bakıdakı Qızqalaya yetirib onun başındakı tonqalı alışdırarmışlar. Bu da sözsüz ki, çox əski bir adət-ənənənin qalığı, izidir... Çərşənbələrlə bağlı gözəl adətlərimizin əksəri bu gün də xalq arasında yaşamaqdadır.

Elçin Muxtar Elxan,

“Yeddi çərşənbə, yeddi bayram”

kitabından.

Published in Digər xəbərlər
1 -dən səhifə 2