XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Çərşənbə axşamı, 09 Fevral 2021

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Baş Prokurorluğunun paytaxtın Binəqədi rayonu ərazisində yeni inzibati bina kompleksinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevə raport verdi.

Qeyd edək ki, prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə dövlətimizin başçısının 2020-ci il 10 iyun tarixli Sərəncamına əsasən Baş Prokurorluğun yeni strukturu təsdiq edilib, yeni idarə və şöbələr, o cümlədən islahatların tərkib hissəsi kimi, kriminalistika və informatika idarəsi yaradılıb.

Yeni inzibati bina ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verən Baş prokuror Kamran Əliyev bildirdi ki, dörd korpusdan ibarət kompleksdə Baş Prokurorluğun altı idarəsi və Elm-Tədris Mərkəzi fəaliyyət göstərəcək. Kompleksdəki bütün otaqlar müasir informasiya-kommunikasiya qurğuları ilə təchiz olunub. Yeni inzibati binada yaradılmış müasir şərait prokurorluq orqanları əməkdaşlarının daha səmərəli və məhsuldar fəaliyyətini təmin edəcək. Eyni zamanda, vətəndaş məmnunluğunun təmin olunması işi də yeni kompleksdə müvafiq standartlara və müasir formaya uyğunlaşdırılıb.

Diqqətə çatdırıldı ki, cinayət prosesi iştirakçılarının dindirilməsi üçün müasir tələblərə cavab verən 13 dindirmə otağında zəruri texniki vasitələr qoyulub. Eyni zamanda, cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq, tanıyan şəxsin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tanınmanı vizual müşahidəni istisna edən şəraitdə aparmağa imkan verən istintaq otağı yaradılıb. Kriminalistika otağı da ən müasir cihaz və avadanlıqla təmin olunub. İnzibati binada üç iclas zalı və 320 nəfərlik konfrans zalı müxtəlif beynəlxalq tədbirlərin, treninq, seminar, mətbuat konfransları və təqdimatların keçirilməsinə imkan verəcək.

Prezident İlham Əliyev kompleksin inzibati binasında yaradılan və 44 günlük Vətən müharibəsinə həsr edilmiş tarixi-memorial qalereya ilə tanış oldu. Qalereyada Vətən müharibəsi dövründə Ermənistan ordusunun Gəncə, Tərtər, Bərdə şəhərlərində mülki əhaliyə və obyektlərə qarşı törətdiyi terror aktları ilə bağlı prokurorluq tərəfindən istintaq olunan cinayət işləri üzrə əldə edilmiş maddi sübutlar toplanıb.

Dövlətimizin başçısına səyyar kriminalistik laboratoriyaların quraşdırıldığı avtomobillər barədə də məlumat verildi. Bildirildi ki, avtomobillərdə quraşdırılmış batareyaların köməyi ilə mühərriklər işə salınmadan 1,5-2 saat ərzində avtonom rejimdə hadisə yerini, eləcə də istintaq hərəkəti aparılan ərazini işıqlandırmaq mümkündür. Müasir texnika və avadanlıqla təchiz edilən bu cür avtomobillər MDB məkanında yalnız Azərbaycandadır.

Kompleksin ərazisində abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin fəal hüquq siyasətinin əsas məqsədi qanunun aliliyinin təmin olunmasıdır. Prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, infrastrukturunun yaxşılaşdırılması bu istiqamətdə həyata keçirilən islahatların ardıcıllığını nümayiş etdirir.

 

 

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda musiqi sənətinin inkişafında xidmətlərinə görə Yusif Yevgenyeviç Axund-zadə “Şöhrət” ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 8 fevral 2021-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”ndə, 2017-ci il 21 fevral tarixli 1254 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”ndə, 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”ndə və 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, N 8, maddə 1368; 2017, N 7, maddə 1372; 2020, N 2, maddə 107, N 7, maddə 868) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, təhsil haqqında dövlət sənədlərini və təhsilə dair digər sənədləri vermək;”;

1.2. 8.15-ci bənd üzrə:

1.2.1.8.15.1-ci yarımbəndə “proqramlarının” sözündən sonra “(kurikulumların)” sözü və “etmək” sözündən sonra”, keyfiyyətli təhsil vermək” sözləri əlavə edilsin;

1.2.2.8.15.2-ci yarımbənddə “ruhunda tərbiyə etmək” sözləri “və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata” sözləri ilə əvəz edilsin;

1.2.3.8.15.4-cü yarımbənddən “şəxsi nümunəsi ilə” sözləri çıxarılsın;

1.2.4.8.15.8-ci yarımbəndə “çəkindirmək” sözündən sonra “, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək” sözləri əlavə edilsin;

1.2.5.8.15.9-cu yarımbəndə “aparmaq,” sözündən sonra “qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək,” sözləri əlavə edilsin;

1.2.6.8.15.11-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“8.15.11. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;”;

1.2.7. aşağıdakı məzmunda 8.15.11-1-ci və 8.15.11-2-ci yarımbəndlər əlavə edilsin:

“8.15.11-1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

8.15.11-2. Akademiyanın rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;”;

1.3. 8.16-cı bənd üzrə:

1.3.1.8.16.2-ci yarımbəndə “etmək” sözündən sonra “, təkliflər irəli sürmək” sözləri əlavə edilsin;

1.3.2.8.16.3-cü yarımbəndə “seçmək” sözündən sonra “, tədris-metodik vəsaitlərlə təmin olunmaq” sözləri əlavə edilsin;

1.3.3.8.16.5-ci yarımbəndə “vəzifə tutmaq” sözlərindən sonra “, seçkili vəzifələrə seçmək və seçilmək” sözləri əlavə edilsin;

1.3.4.aşağıdakı məzmunda 8.16.7-1-ci yarımbənd əlavə edilsin:

“8.16.7-1. qanunlara və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq mükafatlandırılmaq və təltif olunmaq;”;

1.4. 9.10-cu bənd üzrə:

1.4.1.9.10.2-ci yarımbənddə “ixtisas üzrə nəzəri” sözləri “dövlət təhsil standartlarına uyğun” sözləri ilə əvəz edilsin;

1.4.2.9.10.4-cü yarımbənddən “tədris tapşırıqlarını müəyyən edilmiş müddətlərdə yerinə yetirmək,” sözləri çıxarılsın;

1.4.3.9.10.11-ci yarımbənddə “və cəmiyyət” sözləri “, cəmiyyət, ailə və özü” sözləri ilə əvəz edilsin;

1.4.4.aşağıdakı məzmunda 9.10.13-1-ci və 9.10.13-2-ci yarımbəndlər əlavə edilsin:

“9.10.13-1. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

9.10.13-2. sağlam həyat tərzi keçirmək;”;

1.5. 9.11-ci bənd üzrə:

1.5.1.9.11.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl “mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə” sözləri əlavə edilsin;

1.5.2.9.11.2-ci yarımbəndə “kitabxanalardan” sözündən əvvəl “laboratoriyalardan,” sözü əlavə edilsin;

1.5.3.9.11.4-cü yarımbənddə “sağlamlıq” sözü “həyat və sağlamlığı” sözləri ilə əvəz edilsin;

1.5.4.9.11.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“9.11.7. Akademiyanın elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq;”;

1.5.5. aşağıdakı məzmunda 9.11.8-1 - 9.11.8-4-cü yarımbəndlər əlavə edilsin:

“9.11.8-1. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;

9.11.8-2. şərəf və ləyaqəti aşağılayan fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

9.11.8-3. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;

9.11.8-4. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;”;

1.6. 9.19-cu bənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri ilə əvəz edilsin;

1.7. 9.20-ci və 9.22-ci bəndlərə “təhsil haqqında” sözlərindən əvvəl “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin;

1.8. 9.24-cü bənddə “dövlət sənədi” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sənəd” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli 1254 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, N 2, maddə 198; 2019, N 3, maddə 404, N 7, maddə 1230; 2020, N 2, maddə 107, N 5, maddə 698) ilə təsdiq edilmiş “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.7-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

2.1. birinci cümlədə “Universiteti bitirməsi barədə” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi -” sözləri ilə əvəz edilsin;

2.2. dördüncü cümlədə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, N 10, maddə 1795; 2019, N 3, maddə 404) ilə təsdiq edilmiş “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, təhsil haqqında dövlət sənədlərini və təhsilə dair digər sənədləri vermək;”;

3.2. 9.19-cu bənddə “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada və formada” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri ilə əvəz edilsin;

3.3. 9.20-ci bəndə “təhsil haqqında” sözlərindən əvvəl “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin;

3.4. 9.21-ci bənddə “dövlət sənədi” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sənəd” sözləri ilə əvəz edilsin;

3.5. 10.1-ci bənd üzrə:

3.5.1.10.1.1-ci yarımbəndə “proqramlarının” sözündən sonra “(kurikulumların)” sözü və “etmək” sözündən sonra “, keyfiyyətli təhsil vermək” sözləri əlavə edilsin;

3.5.2.10.1.2-ci yarımbəndə “aparmaq” sözündən sonra “, qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçirmək” sözləri əlavə edilsin;

3.5.3.10.1.5-ci yarımbənddən “, Məktəbin daxili qaydalarına əməl etməklə başqalarına şəxsi nümunə olmaq” sözləri çıxarılsın;

3.5.4.10.1.6-cı yarımbəndə “vətənpərvərlik” sözündən sonra “və azərbaycançılıq” sözləri və “tərbiyə etmək” sözlərindən sonra “, müstəqil həyata” sözləri əlavə edilsin;

3.5.5.10.1.8-ci yarımbənddən “şəxsi nümunəsi ilə” sözləri çıxarılsın və həmin yarımbəndə “cəmiyyətə” sözündən sonra “, ətraf mühitə” sözləri əlavə edilsin;

3.5.6.10.1.9-cu yarımbəndə “pedaqoji” sözündən əvvəl “etik davranış qaydalarına,” sözləri əlavə edilsin;

3.5.7.10.1.12-ci yarımbəndə “çəkindirmək” sözündən sonra “, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək” sözləri əlavə edilsin;

3.5.8.aşağıdakı məzmunda 10.1.14-1 - 10.1.14-3-cü yarımbəndlər əlavə edilsin:

“10.1.14-1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

10.1.14-2. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;

10.1.14-3. Məktəbin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, dəyişən heyətin təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;”;

3.6. 10.2-ci bənd üzrə:

3.6.1.10.2.2-ci yarımbəndə “etmək” sözündən sonra “, təkliflər irəli sürmək” sözləri əlavə edilsin;

3.6.2.10.2.4-cü yarımbənddən “uyğun olduqda Elmi Şuraya və digər” sözləri çıxarılsın;

3.6.3.10.2.5-ci yarımbənddə “əlavə təhsil almaq” sözlərindən sonra “və elmi dərəcəsini yüksəltmək” sözləri əlavə edilsin;

3.6.4.aşağıdakı məzmunda 10.2.8-1-ci yarımbənd əlavə edilsin:

“10.2.8-1. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq;

3.7. 10.4-cü bənd üzrə:

3.7.1.10.4.2-ci yarımbənddən “tədris tapşırıqlarını vaxtında yerinə yetirmək,” sözləri çıxarılsın;

3.7.2.10.4.4-cü yarımbəndə “əməl etmək” sözlərindən əvvəl “, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara” sözləri əlavə edilsin;

3.7.3.10.4.5-ci yarımbənddə “və cəmiyyət” sözləri “, cəmiyyət, ailə və özü” sözləri ilə əvəz edilsin;

3.7.4.aşağıdakı məzmunda 10.4.7-1-ci və 10.4.7-2-ci yarımbəndlər əlavə edilsin:

“10.4.7-1. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

10.4.7-2. sağlam həyat tərzi keçirmək;”;

3.8. 10.5-ci bənd üzrə:

3.8.1.10.5.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl “mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə” sözləri əlavə edilsin;

3.8.2.10.5.2-ci yarımbəndə “kitabxanalardan” sözündən əvvəl “laboratoriyalardan,” sözü əlavə edilsin;

3.8.3.10.5.3-cü və 10.5.5-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“10.5.3. şərəf və ləyaqəti aşağılayan fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;”;

“10.5.5. Məktəbin elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq;”;

3.8.4. aşağıdakı məzmunda 10.5.6-1 - 10.5.6-5-ci yarımbəndlər əlavə edilsin:

“10.5.6-1. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;

10.5.6-2. həyat və sağlamlığı üçün təhlükəsiz, zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

10.5.6-3. biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

10.5.6-4. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;

10.5.6-5. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;”.

4. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, N 12, maddə 1950; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1207 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin 1.1-ci bəndində “dövlət təhsil” sözləri “təhsil haqqında dövlət” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 5 fevral 2021-ci il.

Published in Fərman
Çərşənbə axşamı, 09 Fevral 2021 09:37

Dünya şöhrətli fotoqraf Reza Deqati AZƏRTAC-da olub

Görüşdə Vətən müharibəsinə həsr olunmuş birgə layihələrin reallaşdırılması və sərgilərin təşkili ilə bağlı məsələlər müzakirə edilib

Fevralın 8-də dünya şöhrətli fotoqraf Reza Deqati AZƏRTAC-da olub.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşdə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, informasiya sahəsində görülən işlər və gələcəkdə reallaşdırıla biləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı bildirilib ki, müharibə günlərində Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətlər geniş auditoriyaya əsasən fotolar vasitəsilə çatdırılıb. “Bu fotofaktlar Azərbaycanın haqlı mövqedə olduğunu göstərməklə yanaşı, düşmənin silahsız insanlara qarşı vuruşduğunu sübut etdi. Eyni zamanda, sizin mətbuatda çıxışlarınız və obyektiv baxışlarınız reallıqları tanıtmaq baxımından böyük töhfədir”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.

Müharibə başlayan gündən Azərbaycanda olduğunu qeyd edən Reza Deqati deyib: “Mən bütün layihələrimi kənara qoyaraq Azərbaycana gəldim. Çünki belə bir dövrdə mütləq burada olmalı idim. Azad olunmuş bir çox ərazilərə səfər etmişəm. İstəyim odur ki, hər bir şəhəri və kəndi qarış-qarış gəzərək oradakı dağıntıları sənədləşdirim, sərgilər, albomlar və filmlər vasitəsilə dünyaya çatdırım. Bu həm də gələcək nəsillər üçün bir salnamə olacaq”, - deyə fotoqraf bildirib.

Reza Deqati Azərbaycan əsgərlərinin şücaətinə, mərdliyinə və qorxmazlığına heyran olduğunu vurğulayıb. O, Kəlbəcərə səfəri zamanı şahidi olduğu maraqlı bir epizodu danışıb: “Kəlbəcərdə olarkən bir əsgərin sözləri məni çox kövrəltdi. Bilirsiniz ki, orada erməni mövqeləri daha yaxındır. Əsgərlər məni müşayiət edirdilər. İstəyirdim ki, onlar irəlidə getsin və mən də şəkillər çəkim. Amma nə qədər xahiş etdimsə, onlardan biri mənim arxada gəlməyimə razı olmadı. Dedi ki, düşməndən hər şey gözləmək olar, sizin kim olduğunuzu bilib atəş açarlar, qoy güllə sizə yox, mənə dəysin. Çox müharibələrdə olmuşam, amma belə mərd əsgərlər görməmişəm”.

Vətən müharibəsinin bir çox özəllikləri ilə tarixdə xüsusi yeri tutacağını deyən fotoqraf vurğulayıb ki, Prezident İlham Əliyev həm hərbi, həm diplomatik, həm də informasiya istiqamətində yüksək səviyyədə idarəçilik nümayiş etdirərək Azərbaycana Zəfər qazandırdı. “Gördüyüm münaqişələrdə adətən bu sahələrə ayrı-ayrı şəxslər rəhbərlik edirdilər. Amma burada Prezident İlham Əliyev bu üç sahəni elə uğurla idarə etdi ki, torpaqlar cəmi 44 gün ərzində azad olundu”, - deyə Reza Deqati bildirib.

Görüşdə Vətən müharibəsinə həsr olunmuş birgə layihələrin reallaşdırılması, sərgilərin təşkili, həmçinin agentliyin fotomüxbirləri üçün ustad dərslərinin keçirilməsi məsələləri müzakirə edilib.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Heydər Əliyev Fondunun “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində ölkə üzrə şəkərli diabet xəstəliyi olan 18 yaşadək şəxslər növbəti dəfə insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihə çərçivəsində  müvafiq dərman preparatları Azərbaycan Diabet Cəmiyyəti vasitəsilə şəkərli diabet xəstələrinə verilir.

Əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edən Heydər Əliyev Fondu 2004-cü ilin dekabrından etibarən “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsini həyata keçirir.

Layihə üzrə şəkərli diabetdən əziyyət çəkən şəxslərə dövlət tərəfindən göstərilən qayğıya dəstək məqsədilə uşaq və yeniyetmələr müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Diabet Cəmiyyətinin sədri Mömünət Ömərova bu il dünyada diabet cəmiyyətlərinin insulinin kəşf olunmasının 100 illiyini qeyd edəcəyini bildirib: “İnsulinin 1 əsrdir mövcud olmasına baxmayaraq, dünyada insulinlə təminatın lazımi səviyyədə olduğunu demək mümkün deyil. Bu nöqteyi-nəzərdən ölkəmizdə uşaqların ən keyfiyyətli “Tresiba” insulini ilə təmin olunması çox böyük əhəmiyyət kəsb edir. Beynəlxalq Diabet Federasiyasının devizi “Diabetli insanların həyat keyfiyyətinin” yaxşılaşdırılması”dır. Bu layihə çərçivəsində son bir il ərzində 1500-ə yaxın uşağın həyat keyfiyyəti yaxşılaşdı. “Tresiba” qanda insulinin miqdarının kəskin düşməsini, yəni hipoqlikemiyanın baş verməsinin qarşısını almağa kömək edir. Uşaqların “Tresiba” insulini ilə təminatı Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdiyi qayğının bariz nümunəsidir. Bununla yanaşı, layihənin icrası Beynəlxalq Diabet Federasiyasının devizinin həyata keçirilməsi deməkdir. Layihə çərçivəsində insulinlə təminatla yanaşı, həm valideynlər, həm də uşaqlar diabet haqqında, özlərinə necə nəzarət etməli olduqları barədə biliklər əldə etdilər. Bu layihə Heydər Əliyev Fondunun diabetlə bağlı həyata keçirdiyi ilk layihə deyil. Azərbaycanda ilk dəfə uşaqlar insulin üçün şpris qələmlərlə Heydər Əliyev Fondu tərəfindən təmin olunublar. Bütün diabetli uşaqlar, onların valideynləri, Azərbaycan Diabet Cəmiyyətinin adından Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm”.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının müdiri, Azərbaycan Endokrinologiya, Diabetalogiya və Terapevtik Təlimat Assosiasiyasının sədri, tibb elmləri doktoru Valeh Mirzəzadə bütün xəstələrin onlarda şəkərli diabet olduğunu bilmədiklərini, lakin uşaqlarda olan şəkərli diabetin daha böyük problem olduğunu qeyd edib: “İnsulin kəşf olunmamışdan əvvəl 10 yaşadək uşaqlarda şəkərli diabet tapılırdısa, onlar bir ildən artıq yaşamırdı. Tətbiq olunan pəhriz isə iki il yaşamaq imkanı yaradırdı. İnsulin kəşf olunandan sonra isə uşaqların yaşama ehtimalı artdı. Dünyada 95 il yaşayan bəzi insanların 85 il insulinlə yaşadığı məlum olub. İnsulin insana fəsadsız və uzun yaşamağa kömək edir. Fəsadsız yaşamaq üçün qanda olan qlükozanın idarə edilməsi də vacibdir. Onu da insulinlə idarə etmək mümkündür. Uşaqlarda kəskin insulin çatışmazlığı yarana bilir. Onlarda qanda insulin ya heç olmur, ya da cüzi miqdarda aşkarlanır. Həmin uşaqların insulinlə təminatı vacibdir. Qısamüddətli və uzunmüddətli insulin mövcuddur. Qısamüddətli insulin yeməklər üçün istifadə olunur, uzunmüddətli isə bütün sutka boyu qanda insulinin yetəri səviyyədə olmasına kömək edir. Heydər Əliyev Fondu imkan yaradıb ki, ölkəmizdə şəkərli diabetdən əziyyət çəkən uşaqları ən yeni və ciddi yoxlamadan keçən uzunmüddətli insulinlə təmin olunsunlar. Həmin insulinlər sutka və gecə ərzində hipoqlikemik vəziyyətlərin başvermə ehtimalını azaldır. Qeyd edim ki, qanda qlükozanın miqdarının kəskin düşməsi ölümlə və ağır fəsadlarla nəticələnə bilər. Belə halların baş verməsinin qarşısını almaq üçün uşaqların yeni uzunmüddətli insulinlə təminatına görə Heydər Əliyev Fonduna minnətdarlığımızı bildiririk”.

 

 

AZƏRTAC

Published in Sosial həyat

Aygün Həşimzadə Attar Qubadlı rayonunda anadan olub. Uşaqlıq illərini Qubadlıda keçirən Aygün xanım 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib. Azərbaycan siyasi mühacirətinə dair Azərbaycan tarixşünaslığında ilk elmi axtarış üzrə dissertasiya müdafiə edən həmyerlimiz, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiə edib. 1990-cı ilin əvvəllərindən Türkiyədə yaşayan professor Aygün Attar Türkiyə vətəndaşıdır. Evlidir və üç övlad anasıdır. Ömrünün 30 ilini Türkiyədə yaşayan soydaşımız Türkiyə cəmiyyətində böyük nüfuz qazanıb. Görkəmli azərbaycanlı alim, professor Aygün Attar 2012-2016-cı illərdə Türkiyənin Girəsun Universitetinin rektoru olub. Universitetdə çoxlu sayda Beynəlxalq simpoziumlar və elmi fəaliyyətlər təşkil edib. 2012-ci ildə, Rumıniyada Qara dənizlə həmsərhəd olan 12 ölkənin 104 universitetindən ibarət olan, Qara dəniz universitetləri şəbəkəsinin “Görkəmli Töhfə” , 2014-cü ildə isə İngiltərədə Oxford Socrates mükafatlarına layiq görülüb. Girəsun Universitetində UNESCO ilə birlikdə “Sosial Bərabərlik və Qadınların Gücləndirilməsi” bölümünü qurub və sözügedən bölümə rəhbərlik edib. Aygün Attar sonra Türkiyə Cümhuriyyəti Baş Nazirliyində Türk Dünyası ilə bağlı fəaliyyət göstərib.

“Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Komissiyasına ilk bir azərbaycanlı olaraq üzv seçilməmdən qürur duyuram”. Bu sözləri müxbirimizə müsahibəsində professor Aygün Attar söyləyib. O, belə bir təyinatın Azərbaycana göstərilən hörmət və ehtiram kimi dəyərləndirildiyini bildirib. Şuranın əsas vəzifələri Türkiyənin təhlükəsizliyinə hədəf olan amillərə qarşı siyasi nəzəriyyələri inkişaf etdirmək və bölgədə Türkiyənin beynəlxalq münasibətlərini tənzim edən xarici siyasət proqramının əsasını təsis edən nəzəriyyələri həyata keçirmək və təkliflər verməkdən ibarətdir. Bu şuradakı təməl prinsipim əsasən Türkiyə və Azərbaycanın dövlət mənfəətlərinin qorunmasına xidmət etmək olacaq deyir soydaşımız.

Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi fəallıq göstərən Aygün Attar ömrümün 30 ilinin bütün elmi fəaliyyətini Qarabağ məsələsinə həsr etdiyini söyləyir. Onlarca kitab və yüzlərlə məqalənin müəllifidir. Onun müəllifi olduğu 2 kitab Azərbaycan Təhsil Nazirliyinin qərarı ilə Azərbaycan universitetlərində dərslik olaraq istifadə olunmaqdadır. Uzun illərin əməyi və bəhrəsi olan “Erməniçilik müasir dövrün böyük problemi kimi” adlı kitabı türk və ingilis dilində nəşr edilmişdir. Kitab Avropada ingilis dilində nəşr edildikdən sonra erməni diasporu tərəfindən etirazla qarşılanmışdır. O, Ermənistanın işğalçı siyasəti, erməni terrorunun ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində yorulmadan çalışıb. Aygün Attar qorxmaz Azərbaycan qadını, tarixçi və həm də qətiyyətli bir mübarizdir. Azərbaycanı təhqir edən HDP başqanı Səlahəddin Dəmirtaşın və TBMM-nin üzvü olan millət vəkili erməni əsilli Garo Paylanın məhkəməyə verilməsi onun cəsurluğundan xəbər verir. Aygün Attar xaricdə yaşayan azərbaycanlıların bir simvoludur. Onun gördüyü işlər bütün azərbaycanlılar üçün bir nümunədir.

A.Attar davamlı elmi yaradıcılıqla bərabər, diaspor işləri ilə də fəal şəkildə məşğul olur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Koordinasiya Şurasının idarə heyətinin üzvüdür. O, 2019-cu ildə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin bərpa etdiyi Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri vəzifəsini icra edir. Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi fəallıq göstərib.

Professor A.Attar Türkiyə, Azərbaycan və xarici mediada müntəzəm olaraq diaspor mövzusunda çıxışlar edib. Bu çıxışlarında o, Azərbaycan və türk diaspor təşkilatlarının fəaliyyətinin vahid konsepsiya əsasında əlaqələndirilməsi və onların təşkilatlanma prosesinin sürətləndirilməsi, beynəlxalq müstəvidə vahid mövqedən çıxış etmələrinin vacibliyindən bəhs edib. Onun diaspor sahəsində gördüyü iş, Türkiyə ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətindəki aktiv fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də diqqətindən kənarda qalmayıb. Dövlətimizin başçısının 2016-cı ilin iyun ayında imzaladığı sərəncamla A.Attar xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Aygün Attar Hərbi Tarix Komissiyası, Avstriya Türk Elm Ofisi və Dünya Türkləri Konqresinin üzvüdür.

Esmira Yazkan ASLANOVA,

“Respublika” qəzetinin

Türkiyə üzrə müxbiri.

Published in Digər xəbərlər
Çərşənbə axşamı, 09 Fevral 2021 09:33

DÜNYA BU GÜN

ƏRDOĞAN: ANKARAYA QARŞI BÜTÜN MÜMKÜN METODLARDAN ISTIFADƏ OLUNUR
“Türkiyə bu gün təkbaşına dünyanın meqa layihələrinin yarıdan çoxunu həyata keçirir”. “Report”un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Prezidentin sözlərinə görə, vəziyyət Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətə gəlişi ilə dəyişib. “AKP-nin 18 illik idarəçiliyi altında Türkiyə bütün sahələrdə əhəmiyyətli nəticələrə nail oldu. Bu, xalqın hakimiyyətin siyasətinə verdiyi fəal dəstəyin və töhfənin nəticəsidir”, - deyə Türkiyə lideri vurğulayıb.
Eyni zamanda, Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə hakimiyyəti nailiyyətlərlə kifayətlənməyəcək, ölkəni dünyanın 10 aparıcı iqtisadiyyatı siyahısına çıxaracaq yeni böyük sərmayələr və layihələr planlaşdırır.
“Müasir Türkiyə iqtisadiyyatı süni intellektin inkişafına pay verildiyi yüksək texnologiyalara əsaslanan ölkədir. Bugünkü Türkiyə bəşəriyyət üçün yeni bir gələcəyin formalaşmasına töhfə verir”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Dövlət rəhbəri qeyd edib ki, Türkiyənin düşmənləri ölkənin inkişafını əngəlləmək üçün istənilən vasitədən istifadə edirlər. “Ankaraya qarşı bütün mümkün metodlardan istifadə olunur, o cümlədən ölkə daxilindəki təxribatçılardan və terror təşkilatlarından. Ölkəmizin inkişafına və mövqeyinin möhkəmlənməsinə, qlobal gücə çevrilməsinə mane olanlar ilk növbədə Türkiyədə həyata keçirilən layihələri hədəfə alırlar”, - deyə Türkiyə prezidenti əlavə edib.


İSVEÇIN BAŞ NAZIRI RUSIYANIN BU ADDIMINI QƏTI ŞƏKILDƏ QINADI
İsveç baş naziri Stefan Loeven üç Avropa diplomatının Rusiyadan çıxarılmasını qınayıb və rəsmi Moskvanı bununla bağlı cavab verəcəyi ilə hədələyib. Bu barədə “Teleqraf.com” məlumat yayıb.
Baş nazir deyib: “Rusiyanın İsveç daxil olmaqla bir neçə Avropa Birliyi diplomatını ölkədən xaric etməsinə dair əsassız qərarını qəti şəkildə qınayıram. Diplomatlar öz vəzifələrini çox doğru yerinə yetiriblər”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi avropalı diplomatların Rusiyadan çıxarılmasını məcburi bir addım kimi qiymətləndirib.
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Qərb ölkələri rəsmi Moskvanı məcbur edib ki, qanunsuz aksiyalarda iştirakına görə, Almaniya, İsveç və Polşa diplomatlarını Rusiyadan çıxarsın.
Məlumat üçün qeyd edək ki, söhbət İsveç və Polşanın Sankt-Peterburqdakı baş konsulluqlarının və Almaniyanın Moskvadakı səfirliyinin diplomatik heyətindən gedir.


ÜST UHANDAKI ARAŞDIRMALARIN NƏTICƏLƏRINI AÇIQLAYACAQ
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərlik etdiyi beynəlxalq mütəxəssis qrupu Çinin koronavirusun ilk yayıldığı bildirilən Uhan şəhərindəki dəniz məhsulları satılan bazarda əhəmiyyətli məlumatlar toplayıblar. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu qrup üzvlərindən biri, “EcoHealth” qeyri-hökumət təşkilatı rəhbəri, zooloq Peter Daszak bildirib.
Alimin sözlərinə görə, infeksiyanın yayılmasında göstərilən bazarın rolu barədə əllərində “mühüm dəlillər” var. “Nəticə barədə məlumat fevralın 10-dək açıqlanacaq. Çin mütəxəssisləri ilə görüşdük, bir sıra tədqiqat mərkəzlərində olduq. Bəzi real dəlillər əldə edildi”, - deyə o vurğulayıb.
Mütəxəssis qeyd edib ki, hazırda qrup üzvləri əldə edilən məlumatları müqayisə edirlər. O deyib: “Bu dəlillər baş verənləri dərindən anlamağın başlanğıcıdır. Araşdırmada əsas sahələrin bütün spektri nəzərdən keçirilməlidir. Qrup bütün işləri Çin tərəfi ilə birlikdə aparıb. Hər gün onlarla görüşdük, yeni məlumatlarla tanış olduq. Sonra ən vacib yerlərə getmək istədiyimizi söylədik. Onlar gedəcəyimiz yerin siyahısını istədilər. İstədiyimiz bütün yerlərdə olduq və bizə araşdıma üçün hər bir şərait yaradıldı”.
Məlumat üçün qeyd edək ki, ÜST mütəxəssisləri yeni koronavirusun mənşəyini öyrənmək üçün yanvarın 14-də Çinin Uhan şəhərinə səfər ediblər.


PEKINDƏ RƏQƏMSAL YUANIN SINAĞI KEÇIRILƏCƏK
Çinin paytaxtı Pekin şəhərinin bələdiyyəsi rəqəmsal yuanın sınağına 1,5 milyon ABŞ dolları sərf etmək niyyətindədir. Bu barədə “Report” agentliyi “CNBC” telekanalına istinadən xəbər verib.
Bildirilir ki, bu məqsədlə paytaxtda sınaqlarda iştirak etmək üçün müraciət edənlərdən seçiləcək 50 min nəfərə qarşıdan Yeni İl bayramı günlərində (10-17 fevral tarixləri) xərcləmək üçün 200 yuan (31 ABŞ dolları) məbləğində rəqəmsal pul veriləcək.
Eyni zamanda, bildirilir ki, sözügedən vəsait əvvəlcədən müəyyən edilmiş offlayn dükanlarda, yaxud xüsusi alış-veriş portalında istifadə olunacaq.
Verilən xəbərə əsasən, sınaqda Çin vətəndaşları, həmçinin bunun üçün icazə almış Honkonq, Makao, Tayvan sakinləri iştirak edəcəklər. Son bir neçə ay ərzində buna bənzər sınaqlar Şenjen və Sujou şəhərlərində də keçirilib.
Çin Xalq Bankı rəqəmsal yuanın mocvud mobil tətbiqlər vasitəsilə də işləməsi üçün müvafiq addımlar atır. Belə ki, son illər “Alipay app” və “Wechat pay” kimi geniş istifadə olunan tətbiqlər artıq istehlakçı ödəmələrində üstün mövqeyə yiyələnib.
Bununla yanaşı, rəqəmsal pulların bütövlükdə nağdsız pulla eyni əsasla fəaliyyət göstərəcəyi bildirilir.


ALIMLƏR “COVID-19”UN MUTASIYASI ILƏ BAĞLI YENI MƏLUMATLAR ƏLDƏ EDIB
İmmun sistemi zəif olan insanların “COVID-19”dan sağalan insanların plazması ilə müalicəsi “SARS-CoV-2” koronavirusunun yeni mutasiyalarının baş verməsinə səbəb ola bilər. “Trend”in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi Böyük Britaniya alimlərinin tədqiqatlarına istinadən xəbər verib.
Bildirilir ki, həkimlər səkkiz ildir xərçənglə mübarizə nəticəsində immuniteti zəifləyən “COVID-19” xəstəsinin vəziyyətini izah ediblər. Əvvəlcə xəstə virusa qarşı “Remdesivir” dərmanı ilə müalicə edilib, sonra isə ona “COVID-19”dan sağalan insandan anticismləri olan plazmanı köçürüblər.
Müalicə ilə paralel olaraq, alimlər virusun genomundakı dəyişiklikləri araşdırıblar.
Tədqiqatçıların əldə etdiyi məlumata görə, “Remdesivir” ilə iki müalicə kursundan sonra koronavirus demək olar ki, mutasiya etməyib, lakin plazma vurulduqdan sonra virusda ciddi dəyişikliklər qeydə alınıb.
Eyni zamanda, virusun yeni növlərinin daha çox yoluxucu və neytrallaşdırıcı anticismlərə qarşı daha az həssas olduğu aşkar edilib.
Bununla yanaşı, müəyyən olunub ki, anticismlərlə müalicə xəstəyə zərər verməyib, lakin açıq-aşkar bir faydası da olmayıb. Xəstəxanaya yerləşdirildikdən 102 gün sonra xəstə dünyasını dəyişib.


BRITANIYADA ÇINƏ HƏRBI MƏLUMATLARIN SIZDIRILMASINA DAIR TƏHQIQAT APARILIR
Böyük Britaniyada 10-dan çox universitetdə çalışan 200-dək alim Çin hökumətinə kütləvi qırğın silahları istehsalı üçün istəmədən kömək etmək şübhəsi ilə təhqiqata cəlb edilib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Time” nəşri məlumat yayıb.
Bildirilir ki, sözügedən şəxslər düşmən ölkələrə əqli mülkiyyətinin ötürülməsinə qadağa qoyan 2008-ci ilin İxracata Nəzarət Qanununu pozmaqda şübhəli bilinirlər.
Mənbənin bildirdiyinə görə, sözügedən qanunda sadalanan hərbi məhsul və texnologiyalar yalnız müvafiq lisenziya əsasında ixrac oluna bilər. Bu qanunu pozduqları təsdiqlənərsə, alimlər 10 ilədək həbs cəzasına məhkum olunacaqlar.
Şübhəlilərin ötürdükləri bildirilən məlumatlar arasında hərbi təyyarə və raket, habelə kiber silahlara dair qabaqcıl texnologiyalar mövcuddur.

Published in Dünya bu gün
Çərşənbə axşamı, 09 Fevral 2021 09:32

BİLDİRİŞ

“ADA” Universiteti “bayraqların satınalınması” ilə əlaqədar 01 fevral 2021-ci ildə keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təkliflərini qiymətləndirib.

Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən, “Office Concept” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 08 fevral 2021-ci il tarixində 4472 manat (dörd min dörd yüz yetmiş iki manat) məbləğində satınalma müqaviləsi bağlanacaqdır.


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən “Agentliyin işçi heyətinin tibbi və fərdi qəzadan sığortalanması”nın satın alınması məqsədi ilə keçirilən təkliflər sorğusu “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq baş tutmamış hesab edilir və onun davamından imtina edilir.

Published in Reklam və elanlar
Çərşənbə axşamı, 09 Fevral 2021 09:29

KOTİROVKALAR

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təchizat və İstehsalat İdarəsi avtonəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınması və təmiri üzrə kotirovka sorğusu elan edir

Kotirovka sorğusunda iştirak üçün sənədlər 18 fevral 2021-ci il saat 12:00-dək qəbul olunur. Zərflərin açılışı 19 fevral 2021-ci il saat 12:00-dək Təchizat və İstehsalat İdarəsində keçiriləcək.

Ünvan: Bakı şəhəri, Tbilisi pr., 129. Əlaqələndirici şəxs: N.Allahverdiyev.

Əlaqə nömrəsi: (012) 430-31-41; (050) 312-13-43.

Email ünvanı: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) icra etdiyi spesifik sahə sayılan humanitar minatəmizləmə fəaliyyətləri zamanı baş verə biləcək bədbəxt hadisələr zamanı dərhal müdaxilə edilməsi və vaxtında yardımın göstərilməsinin zəruriliyi ilə əlaqədar Agentliyin işçi heyətinin tibbi və fərdi qəzadan sığortalanmasının təkliflər sorğusu üsulu üzrə satınalmasını keçirir.

Maraqlanan təşkilatlar (012) 561 95 87 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 2021-ci il 11 fevral saat 17:00-dək qəbul olunur.

Təkliflər 2021-ci il 12 fevral tarixdə saat 11:00-da Agentliyin Bakı şəhəri, İbrahimpaşa Dadaşov 260 ünvanında yerləşən Baş ofisində açılacaqdır.


“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC Belarusiyanın Minsk şəhərindən Şirvan şəhərinə 2 maşın yükün daşınması xidmətlərinin satın alınmasına dair kotirovka sorğusu əsasında satınalma keçirmək niyyətindədir. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 11 fevral 2021-ci il saat 12:00 tarixinədək qəbul olunur.

Ünvan: AZ1065 Bakı şəhəri, Yasamal r-nu, Tbilisi prospekti 35, ASK PLAZA, 3-cü mərtəbə

Əlavə məlumat almaq üçün +994(55) 500-51-12; +994 (12) 464-92-16 telefon nömrəsi ilə və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına müraciət edə bilərsiniz.


Azərbaycan Memarlıq və İnşaat Universiteti “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinə uyğun olaraq kotirovka sorğusu ilə “AzMİU-da digər kommunal xidmətləri (AzMİU-nun həyətindən universitetin yarımstansiyasına gedən 10kV-luq elektrik xəttinin hissəvi dəyişdirilməsi)” işləri üzrə satınalınmasını həyata keçirir.

Satınalmada iştirak etmək istəyənlər 11 fevral 2021-ci il tarixdə saat 15:00-dək Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tender komissiyasına müraciət edə bilərlər.

Təkliflər 12 fevral 2021-ci il tarixdə saat 11:00-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin I saylı tədris binasının 309-cu otağında Tender komissiyasında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri təkliflərin açılışında iştirak edə bilərlər.

Ünvanımız: Bakı şəhəri, Ayna Sultanova küçəsi, 11.

Əlaqə telefonu: 538-75-07

Əlaqələndirici şəxs: Vasif Ələkbərov


Tofiq Bəhramov adına Respublika Stadionu Stadionun elektron avadanlıqlarının təchizatının kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 465-46-87 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 11 fevral 2021-ci il 17:00-dək qəbul olunur.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 98A


Tofiq Bəhramov adına Respublika Stadionu Stadionun membran örtüyünün təmiri və servis xidmətinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 465-46-87 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 11 fevral 2021-ci il 17:00-dək qəbul olunur.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 98A


Tofiq Bəhramov adına Respublika Stadionu santexnika avadanlıqlarının satın alınması işlərinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 465-46-87 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 11 fevral 2021-ci il 17:00-dək qəbul olunur.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 98A


Tofiq Bəhramov adına Respublika Stadionu dəftərxana ləvazimatlarının kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 465-46-87 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 11 fevral 2021-ci il 17:00-dək qəbul olunur.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 98A


Tofiq Bəhramov adına Respublika Stadionu kondisionerlərin təmiri və servis xidmətinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 465-46-87 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 11 fevral 2021-ci il 17:00-dək qəbul olunur.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 98A


Tofiq Bəhramov adına Respublika Stadionu Stadionun istismarda olan 5 (beş) ədəd "Genpower" markalı 1250 KVA dizel generatorları üçün vacib nəzərdə tutulan işlərin görülməsini və ehtiyat hissələrinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 465-46-87 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 11 fevral 2021-ci il 17:00-dək qəbul olunur.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 98A

Published in Reklam və elanlar
Çərşənbə axşamı, 09 Fevral 2021 09:29

TENDER ELANLARI

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi
AÇIQ TENDERƏ DƏVƏT EDİR
Məlumat mərkəzində yerləşən avadanlığın dəstəklənmə müddətinin uzadılması, ehtiyat surətlərin saxlanılması və bərpası üçün aidiyyəti avadanlıq və proqram təminatının satınalınması
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı - 500 manat
Alan:Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi
H/H: AZ02CTRE00000000000002728501
M/H: AZ41NABZ01360100000000003944
Kod: 210005
VÖEN: 1401555071
SWİFT: CTREAZ22
BSK: 7
BTK: 142330
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
9. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
10. Təkliflərlərin qiyməti yalnız Azərbaycan manatı ilə göstərilməlidir;
11. Səmərəli rəqabətin təmin edilməsi və elektron satınalmanın baş tutması üçün qeydiyyatdan keçməli olan malgöndərənlərin (podratçıların) sayı ən azı 3 (üç) olmalıdır;
12. Təklif nəqliyyat və sığorta xərcləri, vergilər və rüsumlar daxil olmaqla təqdim edilməlidirlər;
13. Şərtlər toplusunda verilən tələblərlə uyğun olaraq azı 3 (üç) iddiaçı tərəfindən təkliflər daxil olduğu halda Tender baş tutmuş hesab edilir;
14. İddiaçılara Tenderlə bağlı hər bir məlumat Azərbaycan dilində təqdim ediləcəkdir. Müvafiq avtorizasiya sertifikatları istisna olmaqla bütün digər sənədlər tender komissiyasına Portal vasitəsi ilə Azərbaycan dilində təqdim edilməlidir;
15. İddiaçı tender komissiyasının qərarından, tender komissiyasının üzvlərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququna malikdir. Şikayətlərin verilməsi və onlara baxılması qaydası “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir;
16. Tender qalibi ilə “Dövlət satınalmaları haqqında” Qanuna uyğun olaraq satınalma müqaviləsi bağlanacaqdır;
17. Digər sənədlər.
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış və s.) surətləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər məlumatlar.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 17 mart 2021-ci il, saat 17:00 qədər, tender təklifi və bank təminatı sənədlərini isə 01 aprel 2021-ci il, saat 17:00 qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 02 aprel 2021-ci il tarixdə, saat 11:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.
Tenderlə bağlı hər bir əlavə məlumatın alınması üçün Dövlət Xəzinədarlığı Agentliyinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri Nazim Qasımzadə ilə (012) 404 4726 nömrəli telefon və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvan vasitəsilə əlaqə saxlanıla bilər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.
E-şərtlər toplusunu 09 fevral 2021-ci il, saat 12:00-dan sonra əldə etmək mümkün olacaqdır.


AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA VƏTƏNDAŞLARA XİDMƏT VƏ SOSİAL İNNOVASİYALAR ÜZRƏ DÖVLƏT AGENTLİYİ
AÇIQ TENDERƏ DƏVƏT EDİR
Tender predmeti: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatında və “ASAN xidmət” mərkəzlərində mövcud olan liftlərə, eskalatorlara və fotosel qapılara illik texniki dəstək xidmətinin satın alınması.
Tenderdə iştirak etmək istəyən iddiaçılara təklif olunur ki, https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imza (və ya “ASAN imza”) vasitəsi ilə daxil olaraq tender haqqında ətraflı məlumat əldə etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
İştirak haqqı: 350 AZN
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş et” düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- İddiaçının tenderdə iştirak etmək və satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması haqqında sənəd;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə təsdiqedici sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- İddiaçının analoji işlərdə təcrübəsi, potensial texniki və kadr imkanları haqqında rəsmi məlumatı;
- Malgöndərənin (podratçıların) mikro, kiçik,orta və iri sahibkarlıq subyektlərinə aid olmasına bağlı məlumat.
Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər.Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 04.03.2021 11:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 15.03.2021 17:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 16.03.2021 11:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.


Şabran Suvarma Sistemləri İdarəsi
AÇIQ TENDERƏ DƏVƏT EDİR
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin tələb olunan yerinə yetirilmə müddəti: 30.12.2021-ci il tarixinə kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərsiniz.
Əlaqələndirici şəxs: Bəybalayev Elnur
Ünvan: Şabran şəhəri, Meliorator küçəsi
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Tel.: (02335)3-33-26
Tender 4 (dörd) lot üzrə keçiriləcək:
Lot-1. “İstehsalat nəqliyyatları və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satınalınması”
Lot-2. “Cari təmir işləri üçün tikinti materiallarının satınalınması”
Lot-3. “Əsaslı təmir işləri üçün tikinti materiallarının satınalınması”
Lot-4. “Torpaq məcralı kanalın beton üzlüyə alınmasının satınalınması”
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak etmək üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba lot-1 üzrə 50 (əlli), lot-2 üzrə 100 (bir yüz), lot-3 üzrə 100 (bir yüz) və lot-4 üzrə 100 (bir yüz) manat məbləğində vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Bank rekvizitləri:
Şabran Suvarma Sistemləri İdarəsi
H/h: AZ75CTRE00000000000002354901
VÖEN: 5000051611
Bank: DXA
VÖEN: 1401555071
Kod: 210005
M/h: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTRE AZ 22
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi
2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır)
3. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır)
4. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
4.1. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
4.2. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi
4.3. Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır).
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımi texniki imkanlarının olmasına dair rəsmi arayış;
Sosial Müdafiə Fondu tərəfindən fonda borcu olub-olmaması barədə arayış;
4.4. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 02.03.2021-ci il saat 15:00 tarixə kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 11.03.2021-ci il saat 15:00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifləri zərfləri 12.03.2021-ci il tarixində saat 15:00-da elektron portal vasitəsilə açılacaqdır.


Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində cari təmir işlərinin satın alınması üzrə
AÇIQ TENDERƏ DƏVƏT EDİR
Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Tender təkliflərini, eləcə də bütün sənədləri və müraciətləri Dövlət satınalmarı üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar) səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştırak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prodedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron imzanın sahibi olmalıdır. Kağız üsulu ilə təqdim edilmiş təklif və sorğular nəzərə alınmayacaq.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını Portal üzərindən “ASAN ÖDƏNİŞ” vasitəsi ilə göstərilən hesaba köcürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu və müsahibə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.
- Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində cari təmir işlərinin satınalınması
İştirak haqqı: 550 AZN
Hesab: AZ38CTRE00000000000004518570
VÖEN: 1700760271
Bank: DXA
Filialın kodu: 210005
VÖEN: 1401555071
SWİFT: CTREAZ22
M/h: AZ41NABZ01360100000000003944
Büdcə səviyyə kodu: 7
Büdcə təsnifat kodu: 142340.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8. Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması.
9. Podratçının müəyyən etdiyi digər sənədlər.
10. Tenderin əsas şərtlər toplusuna əlavə olunmuş standart formalara uyğun müvafiq məlumatlar.
Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 01.03.2021 11:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 10.03.2021 11:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 11.03.2021 11:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Published in Reklam və elanlar
1 -dən səhifə 2

Təqvim

« February 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

ZIYARƏTÇİLƏR

Ziyarətçilər894121

Currently are 37 guests and no members online