XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Çərşənbə, 10 Fevral 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın dövlət nazirini salamlayan Prezident İlham Əliyev dedi:

–Sizi Azərbaycanda görməyə çox şadam. Əminəm ki, səfəriniz yaxşı nəticələrlə çox uğurlu olacaq. Bu, bir daha ölkələrimiz arasında güclü tərəfdaşlıq münasibətlərini və əlbəttə ki, əməkdaşlığımızı davam etdirmək üçün gələcək planlarımızı əks etdirir. Çox yaxşı siyasi təmaslarımız, çox fəal siyasi dialoqumuz var. Sizin Azərbaycana səfəriniz bunu bir daha nümayiş etdirir.

Əlbəttə ki, enerji sahəsində əməkdaşlıq bizim tərəfdaşlığımızın mühüm hissəsidir. Biz böyük layihə olan Cənub Qaz Dəhlizini tamamlamağa çox şadıq. Bilirsiniz ki, BP bizim strateji tərəfdaşımızdır. Bu şirkət Azərbaycanda həyata keçirilən əsas layihələrdə lap əvvəldən investor qismində iştirak edib. “Əsrin müqaviləsi”nin vaxtının uzadılmasından sonra bizim əməkdaşlığımız bir çox onilliklər ərzində davam edəcəkdir. Azərbaycanda qaz hasilatı ilə bağlı yeni hadisələri və keçən ilin dekabrında tamamlanmış infrastrukturu nəzərə alaraq bizim qarşımızda indi yeni imkanlar var. BP tərəfindən istismar olunan yataqlarda yeni mənbələrin kəşf ediləcəyinə ümid edirik. Bunun üçün bizim yaxşı perspektivlərimiz var. Bu, bizim ikitərəfli əlaqələrimizin, həmçinin digər ölkələrlə olan əməkdaşlığımızın mühüm hissəsidir. Biz region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatını yaratmışıq və buna Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarının hökumətləri tərəfindən güclü dəstək göstərilir. Yeri gəlmişkən, iki gündən sonra Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının yeddinci iclası keçiriləcək. Bu iclasda biz nailiyyətləri nəzərdən keçirəcəyik və gələcək əməkdaşlığa ümid bəsləyəcəyik. Əlbəttə ki, Birləşmiş Krallıqdan Azərbaycana qoyulan investisiyalar bizə ölkəni müasirləşdirməyə çox kömək edib. Bu investisiyalar əsasən enerji sektoruna yatırılmışdır - demək olar ki, 30 milyard dollardır. Bu, bizə iqtisadiyyatı şaxələndirmək üçün neft-qaz satışından əldə olunmuş gəlirlərdən müvafiq şəkildə istifadə etmək imkanını vermişdir. Ona görə də mən əminəm ki, qarşıdakı illərdə bizim diqqətimizi cəmləşdirəcəyimiz əsas sahə Azərbaycanın qeyri-enerji sektorunun inkişafı olacaq.

Görüşümüzdən əvvəl mən bəzi məlumatlara nəzər saldım və gördüm ki, demək olar 600 Britaniya şirkəti Azərbaycanda qeydiyyatdan keçib. Bu, həqiqətən də iqtisadi tərəfdaşlığımızın şaxələndirilməsinin yaxşı göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma üçün böyük potensialımız var. Biz artıq Britaniya şirkətləri ilə təmaslara başlamışıq. Onlardan biri işğaldan azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub və mən ümid edirəm ki, onların sayı daha çox olacaq, çünki orada çox işlər görülməlidir. Hər şey dağılıb. Bərpa olunan enerji sahəsində böyük potensial var. Mən Britaniya şirkətlərinin bu məsələlərdə işləməyə maraq göstərdiklərini bilirəm. Çox yaxşı günəş, külək, su potensialı var. Beləliklə, biz artıq işğaldan azad edilmiş ərazilərdə gələcəyimizi planlaşdırırıq. Mən artıq bu əraziləri “yaşıl zona” ərazisi elan etmişəm. Biz insanların tələbatını ödəmək üçün külək, günəş və sudan əldə olunan enerjidən istifadə edəcəyik. Biz artıq elektrik enerjisi ixracatçısına çevrilmişik. Bu səbəbdən də bunun üçün potensial həqiqətən də çox yüksəkdir. Sözsüz ki, ölkələrimiz arasında əməkdaşlıq üçün bir çox başqa sahələr böyük əhəmiyyət kəsb edir. Bir daha ölkəmizə xoş gəlmisiniz.

Böyük Britaniyanın dövlət naziri Vendi Morton dedi:

–İkitərəfli münasibətlərimizə gəldikdə, biz bir çox sahələrdə əməkdaşlıq edirik. Əminəm ki, gələcəkdə bu əməkdaşlıq daha da genişlənəcəkdir. Mən dünən səfirimiz tərəfindən təşkil olunmuş proqram sayəsində Azərbaycan mədəniyyəti ilə tanış oldum.

***

Görüşdə postmünaqişə vəziyyəti, işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” konsepsiyasının tətbiqi, vətəndaş cəmiyyətinin inkişafı, gender bərabərliyi, energetika, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkilləri çəkdirildi.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikası Prezidentinin “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 11 aprel tarixli 564 nömrəli, “Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu haqqında” 2007-ci il 6 avqust tarixli 612 nömrəli, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli 374-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 16 avqust tarixli 615 nömrəli, “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” 2008-ci il 20 iyun tarixli 773 nömrəli, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” 2010-cu il 24 may tarixli 272 nömrəli, “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2010-cu il 22 iyun tarixli 284 nömrəli və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” 2011-ci il 15 fevral tarixli 382 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, N 4, maddə 326; 2008, N 6, maddə 495, N 11, maddələr 969, 980; 2013, N 6, maddə 656; 2014, N 10, maddə 1176; 2016, N 2 (II kitab), maddə 243, N 3, maddə 457, N 8, maddə 1376; 2017, N 8, maddə 1521; 2018, N 2, maddə 208, N 9, maddə 1840; 2020, N 9, maddə 1140) ilə təsdiq edilmiş Əlavə 2 - “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”nın “Daşınar əmlakın rəsmi reyestrlərini aparan inzibati orqanların adları” sütununda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 13-cü və 14-cü hissələrdən “və Turizm” sözləri çıxarılsın;

1.2. 16-cı hissədə “və Turizm Nazirliyi” sözləri “Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (tabeliyindəki dövlət qoruqlarına münasibətdə), “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi (“İçərişəhər” Dövlət Tarix Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisinə münasibətdə)” sözləri ilə əvəz edilsin.

2. “Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 avqust tarixli 612 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, N 8, maddə 760) 2-ci hissəsindən və həmin Fərmanla təsdiq edilmiş “Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondundan istifadə Qaydaları”nın 1.5-ci, 1.6-cı, 3.2-ci bəndlərindən “və Turizm” sözləri çıxarılsın.

3. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli 374-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli 615 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, N 8, maddə 763) 2.3-cü bəndində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 773 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N 6, maddə 491; 2016, N 11, maddə 1801; 2020, N 1, maddə 8) ilə təsdiq edilmiş “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.3-cü, 3.1-ci, 6.2-ci, 6.5-ci bəndlərdə, 6.6.1-ci, 6.6.4-cü, 6.8.1-ci, 6.8.2-ci, 6.8.9-cu, 6.8.12-ci yarımbəndlərdə, 6.10-cu bənddə, 6.12-ci bəndin birinci və ikinci cümlələrində, 7.4-cü bəndin birinci cümləsində, 7.8.1-ci yarımbəndin ikinci və üçüncü cümlələrində, 7.8.4-cü yarımbənddə, 8.2-ci bənddə ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;

4.2. 6.4-cü bəndin birinci cümləsində “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri” sözləri “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri” sözləri ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 272 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, N 5, maddə 401; 2012, N 11, maddə 1086; 2013, N 5, maddə 499; 2015, N 9, maddə 998; 2018, N 11, maddə 2243; 2019, N 3, maddə 417, N 5, maddələr 820, 826) 1.2-ci, 1.5-ci və 1.6-cı bəndlərindən “və Turizm” sözləri çıxarılsın.

6. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 284 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, N 6, maddə 499; 2014, N 11, maddə 1423; 2015, N 9, maddə 1007; 2016, N 2 (II kitab), maddə 235; 2019, N 5, maddə 826) ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın 1.4-cü bəndinin beşinci abzasından “və Turizm” sözləri çıxarılsın.

7. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 2, maddə 86; 2016, N 2 (II kitab), maddə 245) 1.10-cu bəndindən “və Turizm” sözləri çıxarılsın və həmin bəndə “və yerli” sözlərindən əvvəl “, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 29 yanvar 2021-ci il.

Published in Fərman

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”ndə, 2015-ci il 13 avqust tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”ndə, 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ndə, 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”ndə, 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi”ndə və 2016-cı il 24 iyun tarixli 978 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, N 4, maddə 381; 2016, N 11, maddə 1803; 2017, N 5, maddələr 790, 802, N 7, maddə 1367; 2019, N 3, maddə 402; 2020, N 5, maddə 698) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, təhsil haqqında dövlət sənədlərini və təhsilə dair digər sənədləri vermək;”;

1.2. 7.31-ci bəndə “təhsil haqqında” sözlərindən əvvəl “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin;

1.3. 7.33-cü bənddə “dövlət sənədi” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sənəd” sözləri ilə əvəz edilsin;

1.4. 8.1-ci bənd üzrə:

1.4.1. 8.1.1-ci yarımbəndə “proqramlarının” sözündən sonra “(kurikulumların)” sözü və “etmək” sözündən sonra “, keyfiyyətli təhsil vermək” sözləri əlavə edilsin;

1.4.2. 8.1.2-ci yarımbəndə “aparmaq” sözündən sonra “, qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçirmək” sözləri əlavə edilsin;

1.4.3. 8.1.5-ci yarımbənddən “, Akademiyanın daxili qaydalarına əməl etməklə, başqalarına şəxsi nümunə olmaq” sözləri çıxarılsın;

1.4.4. 8.1.6-cı yarımbənddə “ruhunda tərbiyə etmək” sözləri “və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata” sözləri ilə əvəz edilsin;

1.4.5. 8.1.8-ci yarımbənddən “şəxsi nümunəsi ilə” sözləri çıxarılsın və həmin yarımbənddə “cəmiyyətə hörmət” sözləri “mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı” sözləri ilə əvəz edilsin;

1.4.6. 8.1.9-cu yarımbəndə “pedaqoji” sözündən əvvəl “etik davranış qaydalarına,” sözləri əlavə edilsin;

1.4.7. 8.1.12-ci yarımbəndə “çəkindirmək” sözündən sonra “, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək” sözləri əlavə edilsin;

1.4.8. aşağıdakı məzmunda 8.1.14-1 - 8.1.14-3-cü yarımbəndlər əlavə edilsin:

“8.1.14-1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

8.1.14-2. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;

8.1.14-3. Akademiyanın rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;”;

1.5. 8.2-ci bənd üzrə:

1.5.1. 8.2.2-ci yarımbəndə “etmək” sözündən sonra “, təkliflər irəli sürmək” sözləri əlavə edilsin;

1.5.2. 8.2.4-cü yarımbənddən “uyğun olduqda Elmi Şuraya və digər” sözləri çıxarılsın;

1.5.3. 8.2.5-ci yarımbəndə “əlavə təhsil almaq” sözlərindən sonra” və elmi dərəcəsini yüksəltmək” sözləri əlavə edilsin;

1.5.4. aşağıdakı məzmunda 8.2.8-1-ci yarımbənd əlavə edilsin:

“8.2.8-1. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq;”;

1.6. 8.4-cü bənd üzrə:

1.6.1. 8.4.2-ci yarımbənddən “tədris tapşırıqlarını vaxtında yerinə yetirmək,” sözləri çıxarılsın;

1.6.2. 8.4.4-cü yarımbəndə “əməl etmək” sözlərindən əvvəl “, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara” sözləri əlavə edilsin;

1.6.3. 8.4.5-ci yarımbənddə “və cəmiyyət” sözləri “, cəmiyyət, ailə və özü” sözləri ilə əvəz edilsin;

1.6.4. aşağıdakı məzmunda 8.4.7-1-ci və 8.4.7-2-ci yarımbəndlər əlavə edilsin:

“8.4.7-1. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

8.4.7-2. sağlam həyat tərzi keçirmək;”;

1.7. 8.5-ci bənd üzrə:

1.7.1. 8.5.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl “mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə” sözləri əlavə edilsin;

1.7.2. 8.5.2-ci yarımbəndə “kitabxanalardan” sözündən əvvəl “laboratoriyalardan,” sözü əlavə edilsin;

1.7.3. 8.5.3-cü və 8.5.6-cı yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“8.5.3. şərəf və ləyaqəti aşağılayan fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;”;

“8.5.6. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;”;

1.7.4. 8.5.5-ci yarımbənddə “həyatında” sözündən sonra “, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında” sözləri əlavə edilsin;

1.7.5. aşağıdakı məzmunda 8.5.7-1 - 8.5.7-4-cü yarımbəndlər əlavə edilsin:

“8.5.7-1. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;

8.5.7-2. həyat və sağlamlığı üçün təhlükəsiz, zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

8.5.7-3. biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

8.5.7-4. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 avqust tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, N 8, maddə 912; 2016, N 11, maddə 1803; 2017, N 7, maddə 1368; 2019, N 5, maddə 847; 2020, N 5, maddə 698) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 7.34-cü bənddə “dövlət sənədi” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sənəd” sözləri ilə əvəz edilsin;

2.2. 8.1-ci bənd üzrə:

2.2.1. 8.1.1-ci yarımbəndə “proqramlarının” sözündən sonra “(kurikulumların)” sözü və “etmək” sözündən sonra “, keyfiyyətli təhsil vermək” sözləri əlavə edilsin;

2.2.2. 8.1.2-ci yarımbəndə “aparmaq” sözündən sonra “, qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçirmək” sözləri əlavə edilsin;

2.2.3. 8.1.5-ci yarımbənddən “, Mərkəzin daxili qaydalarına əməl etməklə, başqalarına şəxsi nümunə olmaq” sözləri çıxarılsın;

2.2.4. 8.1.6-cı yarımbənddə “ruhunda tərbiyə etmək” sözləri “və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata” sözləri ilə əvəz edilsin;

2.2.5. 8.1.8-ci yarımbənddən “şəxsi nümunəsi ilə” sözləri çıxarılsın və həmin yarımbənddə “cəmiyyətə hörmət” sözləri “mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı” sözləri ilə əvəz edilsin;

2.2.6. 8.1.9-cu yarımbəndə “pedaqoji” sözündən əvvəl “etik davranış qaydalarına,” sözləri əlavə edilsin;

2.2.7. 8.1.11-ci yarımbəndə “çəkindirmək” sözündən sonra “, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək” sözləri əlavə edilsin;

2.2.8. aşağıdakı məzmunda 8.1.13-1 - 8.1.13-3-cü yarımbəndlər əlavə edilsin:

“8.1.13-1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

8.1.13-2. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;

8.1.13-3. Mərkəzin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, dəyişən heyətin təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;”;

2.3. 8.2-ci bənd üzrə:

2.3.1. 8.2.2-ci yarımbəndə “etmək” sözündən sonra “, təkliflər irəli sürmək” sözləri əlavə edilsin;

2.3.2. 8.2.4-cü yarımbənddən “uyğun olduqda Elmi Şuraya və digər” sözləri çıxarılsın;

2.3.3. 8.2.5-ci yarımbəndə “əlavə təhsil almaq” sözlərindən sonra “və elmi dərəcəsini yüksəltmək” sözləri əlavə edilsin;

2.3.4. aşağıdakı məzmunda 8.2.8-1-ci yarımbənd əlavə edilsin:

“8.2.8-1. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq;”;

2.4. 8.4-cü bənd üzrə:

2.4.1. 8.4.2-ci yarımbənddən “tədris tapşırıqlarını vaxtında yerinə yetirmək,” sözləri çıxarılsın;

2.4.2. 8.4.4-cü yarımbəndə “əməl etmək” sözlərindən əvvəl “, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara” sözləri əlavə edilsin;

2.4.3. 8.4.5-ci yarımbənddə “və cəmiyyət” sözləri “, cəmiyyət, ailə və özü” sözləri ilə əvəz edilsin;

2.4.4. aşağıdakı məzmunda 8.4.7-1-ci və 8.4.7-2-ci yarımbəndlər əlavə edilsin:

“8.4.7-1. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

8.4.7-2. sağlam həyat tərzi keçirmək;”;

2.5. 8.5-ci bənd üzrə:

2.5.1. 8.5.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl “mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə” sözləri əlavə edilsin;

2.5.2. 8.5.2-ci yarımbəndə “kitabxanalardan” sözündən əvvəl “laboratoriyalardan,” sözü əlavə edilsin;

2.5.3. 8.5.3-cü, 8.5.5-ci və 8.5.6-cı yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“8.5.3. şərəf və ləyaqəti aşağılayan fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;”;

“8.5.5. Mərkəzin elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək;

8.5.6. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;”;

2.5.4. aşağıdakı məzmunda 8.5.7-1 - 8.5.7-3-cü yarımbəndlər əlavə edilsin:

“8.5.7-1. həyat və sağlamlığı üçün təhlükəsiz, zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

8.5.7-2. biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

8.5.7-3. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;”.

3. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, N 12, maddə 1464; 2016, N 11, maddə 1803; 2017, N 5, maddələr 791, 802, N 7, maddə 1369; 2018, N 4, maddə 699; 2019, N 3, maddə 402, N 5, maddə 856; 2020, N 2, maddə 103,N 5, maddə 698, N 7, maddə 868) ilə təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.2.8-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.2.8. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, təhsil haqqında dövlət sənədlərini və təhsilə dair digər sənədləri vermək;”;

3.2. 5.21-ci bəndin birinci cümləsində “Universiteti bitirməsi barədə dövlət nümunəli sənəd” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi” sözləri ilə əvəz edilsin;

3.3. 5.23-cü bəndə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin;

3.4. 7.5-ci bənd üzrə:

3.4.1. 7.5.2-ci yarımbəndə “etmək” sözündən sonra “, təkliflər irəli sürmək” sözləri əlavə edilsin;

3.4.2. 7.5.3-cü yarımbəndə “seçmək” sözündən sonra “, tədris-metodik vəsaitlərlə təmin olunmaq” sözləri əlavə edilsin;

3.4.3. 7.5.5-ci yarımbənddə “və uyğun gəldikdə seçkili” sözləri “, seçkili” sözü ilə əvəz edilsin;

3.5. 7.6-cı bənd üzrə:

3.5.1. 7.6.2-ci yarımbəndə “proqramlarının” sözündən sonra “(kurikulumların)” sözü və “etmək” sözündən sonra “, keyfiyyətli təhsil vermək” sözləri əlavə edilsin;

3.5.2. 7.6.5-ci yarımbənddən “şəxsi nümunəsi ilə” sözləri çıxarılsın;

3.5.3. 7.6.6-cı yarımbəndə “pedaqoji” sözündən əvvəl “etik davranış qaydalarına,” sözləri əlavə edilsin;

3.5.4. 7.6.8-ci yarımbəndə “çəkindirmək” sözündən sonra “, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək” sözləri əlavə edilsin;

3.5.5. 7.6.9-cu yarımbəndə “aparmaq,” sözündən sonra “qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək,” sözləri əlavə edilsin;

3.5.6. 7.6.11-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“7.6.11. Universitetin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;”;

3.5.7. aşağıdakı məzmunda 7.6.12-ci yarımbənd əlavə edilsin:

“7.6.12. Universitetin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq.”;

3.6. 7.7-ci bənd üzrə:

3.6.1. 7.7.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl “mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə” sözləri əlavə edilsin;

3.6.2. 7.7.3-cü yarımbəndə “kitabxanalardan” sözündən əvvəl “laboratoriyalardan,” sözü əlavə edilsin;

3.6.3. 7.7.6-cı yarımbənddə “sağlamlıq” sözü “həyat və sağlamlığı” sözləri ilə əvəz edilsin;

3.6.4. 7.7.9-cu yarımbənddə “iştirak etmək” sözləri “, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq” sözləri ilə əvəz edilsin;

3.6.5. 7.7.10-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

“7.7.10. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;”;

3.6.6. aşağıdakı məzmunda 7.7.11 - 7.7.13-cü yarımbəndlər əlavə edilsin:

“7.7.11. müəyyən edilmiş qaydada Universitetdə təhsilini müvəqqəti dayandırmaq;

7.7.12. şərəf və ləyaqəti aşağılayan fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

7.7.13. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq.”;

3.7. 7.8.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 7.8.5 - 7.8.7-ci yarımbəndlər əlavə edilsin:

“7.8.5. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

7.8.6. sağlam həyat tərzi keçirmək;

7.8.7. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək.”.

4. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, N 4, maddə 665, N 8, maddə 1369; 2017, N 7, maddə 1332; 2019, N 3, maddələr 405, 411; 2020, N 4, maddə 397, N 7, maddə 895) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.1.16-cı yarımbəndində “tədris vəsaitlərinin” sözləri “tədris-metodik vəsaitlərin” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, N 4, maddə 674; 2019, N 5, maddə 848, N 11, maddə 1718) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi”nin 3.1.24-cü yarımbəndi ləğv edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 978 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, N 6, maddə 1074; 2017, N 7, maddə 1371; 2020, N 2, maddə 107) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

6.1. 3.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, təhsil haqqında dövlət sənədlərini və təhsilə dair digər sənədləri vermək;”;

6.2. 8.16-cı bənd üzrə:

6.2.1. 8.16.1-ci yarımbəndə “proqramlarının” sözündən sonra “(kurikulumların)” sözü və “etmək” sözündən sonra “, keyfiyyətli təhsil vermək” sözləri əlavə edilsin;

6.2.2. 8.16.2-ci yarımbəndə “aparmaq” sözündən sonra “, qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçirmək” sözləri əlavə edilsin;

6.2.3. 8.16.5-ci yarımbənddən “, Akademiyanın daxili intizam qaydalarına əməl etməklə, başqalarına şəxsi nümunə olmaq” sözləri çıxarılsın;

6.2.4. 8.16.6-cı yarımbənddə “ruhunda tərbiyə etmək” sözləri “və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata” sözləri ilə əvəz edilsin;

6.2.5. 8.16.8-ci yarımbənddən “şəxsi nümunəsi ilə” sözləri çıxarılsın və həmin yarımbənddə “cəmiyyətə hörmət” sözləri “mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı” sözləri ilə əvəz edilsin;

6.2.6. 8.16.9-cu yarımbəndə “pedaqoji” sözündən əvvəl “etik davranış qaydalarına,” sözləri əlavə edilsin;

6.2.7. 8.16.12-ci yarımbəndə “çəkindirmək” sözündən sonra “, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək” sözləri əlavə edilsin;

6.2.8. aşağıdakı məzmunda 8.16.14-1 - 8.16.14-3-cü yarımbəndlər əlavə edilsin:

“8.16.14-1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

8.16.14-2. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;

8.16.14-3. Akademiyanın rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, dəyişən heyətin təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;”;

6.3. 8.17.2-ci yarımbəndə “iştirak etmək” sözlərində sonra “, təkliflər irəli sürmək” sözləri əlavə edilsin;

6.4. 8.17.4-cü yarımbəndə “tutmaq” sözündən sonra “, seçkili vəzifələrə seçmək və seçilmək” sözləri əlavə edilsin;

6.5. 8.17.5-ci yarımbənddə “əlavə təhsil almaq” sözlərindən sonra “, elmi dərəcəsini yüksəltmək;”;

6.6. aşağıdakı məzmunda 8.17.8-1-ci yarımbənd əlavə edilsin:

“8.17.8-1. tədrisin formasını sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq;”;

6.7. 9.16-cı bənd üzrə:

6.7.1. 9.16.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl “mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə” sözləri əlavə edilsin;

6.7.2. 9.16.3-cü yarımbəndə “kitabxanalardan” sözündən əvvəl “laboratoriyalardan,” sözü əlavə edilsin;

6.7.3. 9.16.4-cü yarımbənddən “, habelə təhsil həyatı ilə bağlı digər tədbirlərin keçirilməsində” sözləri çıxarılsın;

6.7.4. 9.16.6-cı yarımbənddə “həyatında” sözündən sonra “, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında” sözləri əlavə edilsin;

6.7.5. aşağıdakı məzmunda 9.16.7-1 - 9.16.7-7-ci yarımbəndlər əlavə edilsin:

“9.16.7-1. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;

9.16.7-2. həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

9.16.7-3. şərəf və ləyaqəti aşağılayan fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

9.16.7-4. biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

9.16.7-5. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

9.16.7-6. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;

9.16.7-7. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;”;

6.8. 9.17-ci bənd üzrə:

6.8.1. 9.17.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“9.17.2. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;”;

6.8.2. 9.17.3-cü yarımbənddən “tədris tapşırıqlarını müəyyən edilmiş müddətlərdə yerinə yetirmək,” sözləri çıxarılsın;

6.8.3. 9.17.10-cu yarımbənddə “və cəmiyyət” sözləri “, cəmiyyət, ailə və özü” sözləri ilə əvəz edilsin;

6.8.4. aşağıdakı məzmunda 9.17.12-1 və 9.17.12-2-ci yarımbəndlər əlavə edilsin:

“9.17.12-1. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

9.17.12-2. sağlam həyat tərzi keçirmək;”;

6.9. 9.25-ci bənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri ilə əvəz edilsin;

6.10. 9.27-ci və 9.29-cu bəndlərə “təhsil haqqında” sözlərindən əvvəl “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin;

6.11. 9.31-ci bənddə “dövlət sənədi” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sənəd” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 5 fevral 2021-ci il.

Published in Fərman

Azərbaycanda şəhid ailələri və qazilər hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Prezident İlham Əliyevin şəhid ailələri və qazilərlə bağlı cari ilin yanvar ayının 25-də imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı deyilənlərin bariz nümunəsidir.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev şəhid ailələrinə, Vətən müharibəsi zamanı yaralanan qazilərə mütəmadi baş çəkir. Növbəti dəfə yaralı qazilərdən olan Quluzadə Murad Akif oğlu, Mustafayev Emin Seymur oğlu, Əsgərzadə Alxan Elzamin oğlunu evlərində ziyarət etmişdir. Görüşdə şəhər rəhbəri sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanması, zəfərlə sona çatan Vətən müharibəsində ölkəmizin igid oğullarının qəhrəmanlıqlarından geniş söhbət açmışdır. Görüşdə onları narahat edən problemlər öyrənilmiş və həlli istiqamətində tədbirlər nəzarətə götürülmüşdür.

Qazilər və ailə üzvləri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın “Siz, hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı Vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var. Mən hər zaman deyirəm ki, Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır. Doğrudan da Azərbaycan xalqı fəxr etməlidir ki, sizin kimi oğullar yetirib. Analarımız fəxr etməlidirlər ki, sizin kimi igid övladlar böyüdüblər” kəlamlarından qürur duyduqlarını bildirmişlər. Göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

 

Zabit XƏLİLOV,

“Respublika”.

Published in Region
Çərşənbə, 10 Fevral 2021 06:18

ŞƏMKİR: QAZİLƏRƏ QAYĞI

30 ilə yaxındır ki, xalqımız doğma Qarabağımıza qayıtmaq həsrəti ilə yaşayırdı. Bu müddət ərzində mənfur düşmən böyük istehkamlar quraraq işğal etdikləri ərazilərdən əsla çıxmaq haqqında fikirləşmirdilər. Erməni ordusunun “yenilməzliyini” təbliğ etməklə sanki güc nümayiş etdirirdilər. Lakin 44 gün davam edən Vətən müharibəsi bu kimi mifləri alt-üst etdi. Ali Baş Komandan İlham Əliyevin bir əmri ilə igid Azərbaycan oğulları hay çəkərək döyüş meydanına atıldılar. Rəşadətli Azərbaycan əsgərləri igidliklər göstərərək adlarını tarixə yazdılar. Azərbaycan xalqı möhtəşəm qələbə sevincini yaşamağa nail oldu. Vətən müharibəsi başlayan kimi respublikanın bütün guşələrində olduğu kimi, Şəmkir rayonunda da yüzlərlə gənc vətəni müdafiə etmək üçün könüllü olaraq cəbhəyə yollandı. Belə cəsur oğlanlardan birinin yaşadığı ünvana baş çəkdik.

Şəmkir rayonunun Yeni həyat kəndində qazi Həsənov İslam İlqar oğlu ilə maraqlı söhbətimiz oldu. Qazi İslam Həsənov 21 avqust 1996-cı ildə bu kənddə dünyaya göz açmışdır. 2013-cü ildə Yeni həyat kənd tam orta məktəbin 11-ci sinfini bitirmişdir. 2 bacının 1 qardaşıdır. Həddindən artıq səmimi, sadə, vətəninə bağlı bir gəncdir. 2014-2016-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Xidməti dövründə nümunəvi xidmətinə görə hərbi hissə komandanlığı tərəfindən təşəkkürnaməyə layiq görülmüşdür. 2016-2018-ci illərdə polis sıralarında xidmət etmişdir. Öz istəyi ilə işdən çıxmışdır. İslam Həsənov 29 sentyabr 2020-ci ildə könüllü olaraq Vətənin müdafiəsinə yollanmışdır. Qazimiz Gəncə şəhərində təlim keçdikdən sonra Füzuliyə getmişdir. O, minamyotçu olmuşdur. Füzulidən sonra Şuşa şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

İslam Həsənov bildirdi ki, Daşaltı-Şuşa arasında gərgin döyüşlər gedirdi. Düşmən Azərbaycan əsgərlərini mühasirəyə alaraq əsir götürmək istəyirdi. Məlumat alan kimi dərhal İslamgilin taboru həmin əraziyə yola düşdü. Bu vuruşmada əsgərlərimizin 8 nəfəri yaralanmışdır. Həmin ağır döyüşlərdə düşmənin 150-dən artıq əsgəri məhv edilmişdir. Bu döyüşlərdə qəhrəmanımız avtomat silahla vuruşmuşdur. Həmin günün səhəri saat 7 radələrində təkrar ağır döyüşlərə girmişlər. Mənfur düşmən yenə də çoxlu sayda itki verərək geri çəkilmişdir. Onlar özlərinə sığınacaq quraraq əsgərlərimizə arxadan atəş açmağa başlamışlar. Lakin son anda igid əsgərlərimiz düşmənə layiqli cavab vermişlər. Bu vuruşmada Şuşa-Xankəndi arasında gedən çox gərgin vuruşmada 8 noyabr 2020-ci ildə düşmənin minamyotdan atdığı atəş nəticəsində qazimiz ağır yaralanmışdır. O, ağır yaralı olduğu halda əsgər yoldaşını döyüş meydanından çıxararaq onu ölümün pəncəsindən xilas etmişdir. Bundan sonra İslam huşsuz vəziyyətdə olmuşdur. O, gözlərini Hadrutda tibbi məntəqədə həkimlərin səyi nəticəsində açmışdır. Hazırda onun bədənində 129 ədəd qəlpə var. Qazimiz yaralanandan sonra nitqini də itirib danışa bilmirdi. Həkimlərin gərgin əməyi nəticəsində qazimizin nitqi bərpa olmuşdur. Şükürlər olsun ki, səhhətində xeyli irəliləmə var.

Sevindirici bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, İslam Gəncə şəhərində Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında müalicə alarkən xəstəxananın işçisi olan Sevinc Həsənovaya evlilik təklif etmişdir. Xanım heç bir tərəddüd etmədən qəhrəman qazimizlə ailə qurmağa razılıq vermişdir. Artıq onlar kəbin şəhadətnaməsini imzalamışlar.

Dövlətimiz İslam Həsənovun göstərdiyi şücaətləri nəzərə alaraq onu “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif etmişdir. Qeyd etmək lazımdır ki, qazimiz Şəmkir Rayon İcra Hakimiyyəti rəhbərliyinin ona yardımçı olduğunu yüksək qiymətləndirdi.

İslam Həsənov bütün bunları dövlətimizin qazilərə göstərdiyi yüksək qayğı kimi qiymətləndirir.

Vəli VƏLİYEV,

“Respublika”.

Published in Region
Çərşənbə, 10 Fevral 2021 06:18

Qazinin ailəsinə dəstək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən Müharibəsi iştirakçısı, ötən ilin dekabr ayında Ermənistanın əsirliyindən azad edilən Kərimov Bayram Yaşar oğlunu (Gəncə şəhəri) evində ziyarət ediblər.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, ailənin sosial vəziyyəti öyrənilərkən qazinin atasının hazırda işlədiyi, qardaşının da artıq işə başlamaq ərəfəsində olduğu müəyyən olunub. Əmək qabiliyyətli digər ailə üzvlərinin məşğulluq məsələlərinin həlli məqsədilə ailə özünüməşğulluq proqramına cəlb olunub. Proqram çərçivəsində onlar üçün kiçik ailə müəssisəsi yaradılacaq. Əsirlikdə olarkən işgəncələrə məruz qalmış Bayramın əlilliyinin qiymətləndirilməsi də nəzərdə tutulur. Əlillik dərəcəsi təyin edildiyi halda birdəfəlik sığorta ödənişi, aylıq sosial ödənişlərlə təmin olunacaq.

Qeyd olunur ki, bundan əvvəl isə Nazirliyin dəstək tədbirləri çərçivəsində qazinin özü və ailə üzvləri sosial-psixoloji dəstəklə də əhatə olunub. Ailənin yaşayışı bundan sonra da diqqətdə saxlanacaq.

 

M.MUSTAFAYEV,

“Respublika”.

Published in Sosial həyat

Azərbaycan xalqı Ermənistan tərəfindən 20 faiz torpaqlarının işğalı nəticəsində son 30 ildə haqsızlıqlara uğramış, ədalətsizliyin qurbanı olmuşdu. Yerli sakinlər tarixi dədə-baba torpaqlarından qovulmuş, soyqırımlarla üzləşmişdi və öz vətənində məcburi köçkünə çevrilmişdi.

Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” deyimi ilə Qarabağ uğrunda “İrəli!” əmrinə milyonlar səs verdi və işğal altında olan torpaqlarımızın azad olunmasına qalxdı. Bu savaş hər bir azərbaycanlı üçün Vətən müharibəsi idi.

Azərbaycanın qəhrəman övladları hər gün qələbə sevinci ilə addım-addım torpağımızı azad etdilər, bayrağımızı Qarabağın ən hündür zirvələrində dalğalandırdılar. Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuzun şücaəti sayəsində cəmi 44 gün ərzində haqq savaşımız qələbə ilə başa çatdı, 30 illik işğala son qoyuldu, tarixi ədalət zəfər çaldı. Noyabrın 10-da şanlı qələbəmizin müjdəsini Ali Baş Komandan İlham Əliyevdən aldıq. Bütün Azərbaycan xalqı bu tarixi zəfərin qürurunu yaşadı.

Biz “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılan Vətən savaşının şücaətli igidlərini dekabrın 10-da Azadlıq meydanında keçirilən təntənəli Zəfər paradında böyük fəxr, qürur duyğusu ilə seyr etdik. Zəfər paradı Silahlı Qüvvələrimizin hərbi qüdrətini, Vətənimizin azadlığı uğrunda apardığımız müharibədə qazanılan qələbəni bütün dünyaya nümayiş etdirməklə Azərbaycan Ordusunun növbəti təntənəsi oldu.

Dövlətimiz müharibədə iştirak edən əsgərlərimizin şücaətini yüksək qiymətləndirərək onların hər birini Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları ilə təltif etdi.

Onu da qeyd etmək istərdim ki, rəhbərlik etdiyim kollektivdən Vətən müharibəsinə 4 nəfər könüllü olaraq, bir nəfər isə səfərbərlik çağırışı ilə qoşulan vətənpərvər igidlər döyüşlərdə - Füzulinin, Cəbrayılın, Kəlbəcərin azad olunmasında mərdliklə vuruşmuş və medallarla təltif olunmuşlar. Şirkətimiz onlara mütəmadi mənəvi, ailələrinə isə maddi dəstək vermiş, hazırda da diqqət mərkəzimizdədirlər. Müharibə dövründə şirkətin rəhbər heyəti də cəbhəyə könüllü getmək barədə müraciətlər etmiş və eyni zamanda bəzi yardımçı nəqliyyat vasitələrini Müdafiə Nazirliyinin istifadəsi üçün təklif etmişdi. Mən özüm Birinci Qarabağ müharibəsində ehtiyatda olan zabit kimi döyüşmüşəm. Fəxr edirəm ki, keçmiş döyüşçü kimi müharibə veteranıyam.

İndi işğaldan azad olunmuş rayonlar dirçəliş yolundadır. Şəhər və kəndlərin bərpası və yenidən qurulması bir sözlə Qarabağa Böyük Qayıdış başlayır.

Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” yaradılması haqqında Fərman imzalayıb. Sənəddə qeyd olunur ki, 30 ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimiz yenidən həyata qaytarılacaq: “Azərbaycan iqtisadiyyatının tərkib hissəsinə çevrilməsi məqsədilə işğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək, bu ərazilərdə həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələ olacaqdır”.

2020-ci ilin yekunlarına həsr olunmuş və videoformatda keçirilən müşavirədə Prezident İlham Əliyev Qarabağ bölgəsində cənnət yaradılacağını bəyan etdi. Proqrama uyğun olaraq işğaldan azad olunmuş bütün ərazilərimiz tamamilə yenidən qurulacaq, vətəndaşlarımız doğma yurdlarına qayıdacaqlar. Biz də öz növbəmizdə bir yükdaşıma şirkəti olaraq bu quruculuq-bərpa işlərində bütün qüvvəmizi səfərbər etməklə yaxından iştirak edəcəyik.

Azərbaycan dövləti inamla torpaqlarını azad etdiyi kimi, işğaldan azad edilmiş rayonlarımızın bütün şəhər və kəndlərini də dirçəldəcək, Qarabağa yeni nəfəs verəcək, bu ərazilərimizdə həyat yenidən qaynayacaqdır.

Sabir ƏLİYEV,

“Murphy Shipping and Commersial Servis Azərbaycan” şirkətinin

Baş direktoru.

Birinci Qarabağ müharibəsi veteran.

Published in Digər xəbərlər

Laçın bir tərəfi Qarabağ silsiləsinin yamyaşıl yamaclarına, meşə və ormanlarına, digər tərəfi Zəngəzur dağlarına söykənən bənzərsiz bir məkandır. Laçının bünövrəsi 1924-cü ildən qoyulmuşdur. Şəlvə dərəsi, Qırxqız yaylağı nadir gözəlliyi ilə insanları qoynuna səsləyir. Buranın şəfalı havasına, uca qayaların qoynundan süzülüb gələn Narzan bulaqlarının ruh təzələyən sularına görəsən dünyanın başqa bir guşəsində də təsadüf etmək olarmı? Ümumiyyətlə Laçın kəndləri, dağ və meşələri, çayları ulu Tanrının qüdrəti ilə yaradılmış cənnət, təbii muzeydir.

Laçının bir şəhər kimi yüksəliş dövrü isə mübaliğəsiz demək olar ki, ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin respublika rəhbərliyində olduğu dövrə təsadüf edir. Məhz 1970-80-ci illərdə Laçının sosial-iqtisadi inkişafı sürətlə davam etmiş, şəhərə və yüzdən artıq kəndə avtomobil yolu, su kəməri, işıq çəkilmiş, Şuşa-Laçın yolu əsaslı təmir edilmiş, çoxsaylı sosial obyektlər inşa olunmuşdur.

Laçının sərvətlərindən danışarkən 1961-ci ildə təşkil edilmiş qoruğu xatırlamamaq olmaz. Burada təbii Narzan sularından və bütün dünyada nadir olan qırmızı palıd meşələrindən başqa 400-dən çox dağ keçisi, 500-ə qədər cüyür, bir o qədər qaban, mindən artıq turac, 2500-ə qədər kəklik mühafizə olunardı.

Laçının əmək qəhrəmanları haqqında hər yerdə xoş söz-söhbətlər gedirdi. Kənd təsərrüfatının inkişafına səy göstərilir, heyvandarlıq və əkinçilikdə uğurlu nəticələrə imza atılırdı.

1971-ci il 16 noyabr. Azərbaycan KP MK və Nazirlər Soveti “Dağ rayonlarının iqtisadiyyatını daha da yüksəltmək tədbirləri haqqında” qərar qəbul edir. Elə həmin tarixdə respublika rəhbərliyinin “Laçın rayonu zəhmətkeşlərinə mədəni məişət xidmətini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərarı qüvvəyə minir. 1974-cü il avqustun 6-da isə Azərbaycan KP MK bürosu “Laçın şəhərinin 50 illiyi haqqında” qərar qəbul edir. Həmin tədbirlərin həyata keçirilməsi nəticəsində Laçın rayonundakı təsərrüfatların maddi-texniki bazasını xeyli möhkəmləndirmək mümkün oldu.

İşğaldan əvvəl Laçın dağlarına 2-3 istiqamətdən yol tapmaq olardı. Kəlbəcərdən, Qubadlıdan, bir də Xankəndi-Şuşa tərəfdən.

Yay aylarında Qırxqız yaylağında, atlas geyimli dağlarda elat bu yerlərə köç edər, qonaq-qara əlindən tərpənmək olmur, sədəfli sazlar köynəkdən çıxanda bir məclis qurulardı ki, gəl görəsən. Dağ zirvəsinə doğru uzanan dolanbac maşın yolunun hər döngəsinə çatanda gözlərin qarşısında yeni mənzərə canlanır, ilan kimi qıvrıla-qıvrıla axan gurultulu dağ çayları, sal qayalıqlar, sıx meşəliklər diqqəti cəlb edirdi...

Hər gün həm qəzəbli, qüdrətli, həm mülayim, nəğməkar Həkəri çayının sahillərinə təbiətin vurğunu olan neçə-neçə mehmanlar gəlirdi.

Laçının həmişə dağ vüqarlı, sidq ürəklə torpağa bağlı olan mərd insanları olub. İkinci Dünya müharibəsində 3660 Laçın sakini odlu səngərlərə, cəbhəyə yollanmış, onlardan 2426 nəfəri sağ qayıtmışdır. Laçının igid övladı, qvardiya baş serjantı Əvəz Verdiyev isə Polşa torpaqlarında gedən döyüşlərdə şücaət göstərmiş, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Orada əbədiyyətə qovuşmuşdur.

90-cı illərin əvvəllərində ermənilərin xəyanət tonqalı Laçında da yandırıldı. Daşnaklar Moskvadakı havadarlarının dəstəyi ilə Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün min bir təxribata əl atdılar. 7 rayonumuz, mədəniyyət beşiyi olan Azərbaycanın Şuşa şəhəri faşist xislətli ermənilər tərəfindən işğal olundu. Alınmaz qala olan mənfur düşmənlərin əlinə keçdi. Ölüm-dirim savaşında neçə-neçə qorxmaz, igid Laçın oğulları Vətənin ərazi bütövlüyünü qoruyarkən şəhidlik zirvəsinə yüksəldi.

Yurd itkisi çox çətindir, işğala məruz qalan laçınlılar Azərbaycanın 58 şəhər və rayonunda sığınacaq tapdılar. Ümidlərini heç vaxt itirmədilər, həmişə yurd eşqi ilə yaşadılar, əmin oldular ki, gec-tez haqq-ədalət öz həllini tapacaq, doğma Laçına qayıdacaqlar... Həmyerliləri adı tarixə düşmüş Sultan bəy kimi nə vaxtsa hər qarışında ayaq izləri qalmış doğma Laçına, dağlar diyarına qayıdacaqlar.

Artıq 30 ilə yaxın idi ki, torpaqlarımızın 20 faizi ermənilərin işğalı altında idi. 2020-ci il sentyabrın 27-də mənfur ermənilər tərəfindən mövqelərimiz artilleriya atəşinə məruz qaldı. Mülki şəxslər, hərbçilər arasında itkilər oldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində müzəffər Azərbaycan Ordusu əks-hücuma keçdi. 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimiz hər gün irəli getdi, düşmənə sarsıdıcı zərbələr endirildi. Ordumuz şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi, öz doğma torpaqlarını işğalçılardan azad etdi. Düşmən tapdağında olan ərazilərimizdə üçrəngli Azərbaycan bayrağı qaldırıldı. Şanlı müharibəmizə Şuşa şəhərində yekun vuruldu. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir.

İşğaldan azad olunmuş Laçın rayonu hər birimizi sevindirir. Laçın ölkəmizin böyük rayonlarından biridir, ərazisi 1800 kvadratmetrdir. İşğaldan öncə bu məkanda kənd təsərrüfatı və digər sahələrdə yüksək zirvələr fəth olunardı. Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən çox əhali yaşayırdı. İndi isə Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Çox tezliklə laçınlılar əzəli yurd yerlərinə, ata-baba yurdlarına qayıdacaqlar.

Əlbəttə, işğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinlik yaradır. Çünki infrastruktur dağıdılıb, binalar sökülüb. Hazırda Laçının ərazisində yaşamaq üçün şərait yoxdur. Ancaq Laçın bölgəsi bərpa ediləcək, vətəndaşlarımızın normal həyatı üçün bütün addımlar atılacaq.

Laçın rayonunda bizim böyük meşə sahələrimiz var. Ərazimizin 22 min hektarı meşə sahəsidir. Bu ölkəmizin böyük sərvətidir. Uzunluğu 100 kilometrdən çox olan Həkəri çayının mənbəyi Laçın rayonundadır.

Bəli, bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, işğaldan azad edilmiş Laçının bərpası dövrü. Əminliklə demək olar ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik, güclü iradə göstərəcəkdir. Burada yenidən həyat canlanacaq, rayonun ərazisi bərpa olunacaq, vətəndaşlar öz doğma yurd-yuvalarında yaşayıb-yaradacaqlar.

Qədir ASLAN,

“Respublika”.

Published in Digər xəbərlər

Bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı məsələsi bir sıra dünya ölkələrinin diqqət mərkəzindədir. Mütəxəssislər bu istiqamətdə getdikcə daha çox araşdırmalar aparır, yeni təkliflər və layihələr irəli sürürlər. Ölkəmizdə də “yaşıl enerji”dən istifadə get-gedə daha aktual əhəmiyyət kəsb etməyə başlayır. Bərpa olunan enerji mənbələrindən istifadəyə dair pilot layihələrin həyata keçirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmaqdadır. Bu işdə Asiya İnkişaf Bankı ölkəmizə lazımi dəstək verir. Belə ki, Bankın Direktorlar Şurası tərəfindən 2018-ci il avqustun 17-də təsdiq edilmiş “Üzən Günəş Enerji Sistemlərinin İnkişafı” regional layihəsi çərçivəsində digər iki ölkə (Qırğızıstan və Əfqanıstan) ilə birlikdə Azərbaycanda da üzən günəş elektrik stansiyalarının yaradılması məqsədilə 3 milyon ABŞ dolları həcmində vəsait ayrılıb. Maliyyə qurumu ekspertlərinin rəyinə görə, bu stansiyaların işə düşməsi ilə enerji mənbələrinin şaxələndirilməsi, enerji təhlükəsizliyinin artırılması və atmosferə atılan zərərli tullantıların həcminin xeyli azaldılması mümkün olacaq.

Yerli mütəxəssislərin hesablamalarına görə, Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialı 26940 MVt, o cümlədən külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmindədir.

Ölkənin enerji sisteminin ümumi gücü 7,144 min MVt təşkil edir, bunun 17 faizi bərpa olunan enerji mənbələrinin payına düşür. Elektrik enerjisi istehsalında alternativ enerji mənbələrinin payı iri su elektrik stansiyalarının gücü nəzərə alınmaqla 8,2 faiz təşkil edir.

Energetika Nazirliyinin rəsmisi C.Mikayılovun bildirdiyi kimi, ölkə üzrə ümumi elektrik enerjisinin istehsalına dair hazırlanmış proqramda 2030-cu ilədək “yaşıl enerji”nin payının 30 faizədək artırılması nəzərdə tutulur. Bu məqsədlə 1500 MVt həcmində yeni qoyuluş güclərinin tikilməsi planlaşdırılır. İlkin olaraq 240 MVt gücündə külək enerjisi, 230 MVt gücündə isə günəş enerjisi istehsalı (bütövlükdə 470 MVt) hədəf kimi müəyyənləşdirilib. Bu məqsədlə artıq müəyyən işlər görülüb, iki xarici şirkətlə əlaqələr qurulub. Ötən ilin dekabr ayında Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə yekun müqavilələr imzalanıb. Verilən məlumata görə, artıq yaz aylarında ilk külək elektrik stansiyasının inşasına başlanacaq.

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə isə danışıqlar davam etdirilir. Müzakirələr son mərhələdədir. İşlərin uğurla başa çatdırılacağı təqdirdə ölkədə hər iki sahə üzrə birlikdə illik 1,4 milyard kVt/s “yaşıl enerji” istehsalı gözlənilir.

Hazırda Asiya İnkişaf Bankının dəstəyi ilə “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi ilə bağlı işlər davam etdirilir. Layihəyə əsasən, Böyükşor gölünün səthində, 800 kvadratmetr sahədə üzən günəş stansiyasının tikilməsi planlaşdırılır. Stansiyanın istifadəyə verilməsi ilə yanaşı, ölkə üzrə üzən günəş fotovoltaik sistemlərinin ümumi potensialının hesablanması və gələcəkdə Böyükşor gölündə daha böyük gücə malik üzən günəş fotovoltaik stansiyasının texniki-iqtisadi əsaslarının işlənib hazırlanması nəzərdə tutulur.

Bu günlərdə Böyükşor gölündə ümumi gücü 100 kVt olan üzən günəş stansiyasının tikintisinə dair pilot layihə üzrə işlərə başlanması ilə bağlı onlayn formatda ilk görüş keçirilib. Tədbirdə Energetika Nazirliyinin, “Təmiz Şəhər” ASC-nin, Asiya İnkişaf Bankının və layihə üzrə məsləhətçi şirkətin nümayəndələri iştirak ediblər. Görüşdə layihə üzrə satınalınma müsabiqəsinin qalibi “Gamma Solutions” şirkətinin layihə ilə bağlı iş prinsipləri, səfərbər etdiyi işçi heyəti, layihənin icra qrafiki təqdim edilib və görüləcək işlər barədə müzakirələr aparılıb.

Məlumat üçün bildirək ki, “Gamma Solutions” şirkəti üzən günəş stansiyasının mühəndisliyi, satınalınması, tikintisi, iki il müddətinə istismarı və texniki xidmətin göstərilməsi üçün keçirilmiş satınalma müsabiqəsində müəyyən edilib. Müsabiqədə beynəlxalq şirkətlərlə yanaşı, yerli şirkətlər də iştirak ediblər. Satınalma işləri layihənin məsləhətçisi “EQO-NİXUS” şirkəti tərəfindən yerinə yetirilib və layihə üzrə qəbul edilmiş təkliflərin qiymətləndirilməsi nəticəsində qalib gələn “Gamma Solutions” şirkəti ilə müqavilə imzalanıb. Stansiyanın tikintisinin yerli şirkətlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, layihə Asiya İnkişaf Bankının Bilik və Dəstəyin Göstərilməsi üzrə Texniki Yardım proqramı çərçivəsində həyata keçirilən Azərbaycan, Qırğızıstan və Əfqanıstanı əhatə edən “Üzən Günəş Enerji Sistemlərinin İnkişafı” regional layihəsi çərçivəsində reallaşdırılır.

Ekspertlərin fikrincə, üzən günəş elektrik stansiyaları quruda olan günəş elektrik stansiyalarından daha əlverişli və effektlidir. Torpaqların müxtəlif təyinatlar üzrə istifadə üçün ayrılması, eləcə də mürəkkəb relyefli ərazilərdə infrastrukturun quraşdırılması müəyyən çətinliklər yaratsa da, su hövzələrində belə problemlər olmur, bu isə su və günəş resurslarından daha geniş istifadəni stimullaşdırır.

Onu da qeyd edək ki, Böyükşor stansiyasından alınan enerji gölün yaxınlığında yerləşən və tikilməsi planlaşdırılan 220/110/35 kVt-luq yarımstansiyalar vasitəsilə ümumi şəbəkəyə ötürülərək yaxın ərazilərdəki istehlakçılara çatdırılacaq.

Məlumat üçün bildirək ki, Avropanın ən böyük üzən günəş enerji stansiyası İngiltərənin paytaxtı Londonda inşa edilib. Temza çayının cənubunda yerləşən su anbarında qurulan üzən günəş stansiyasında ümumilikdə 23 mindən artıq günəş panelindən istifadə edilib.

Səfər MAHMUDZADƏ,

“Respublika”.

Published in Digər xəbərlər

Enerji təminatı hər bir ölkə üçün strateji sahədir. Son illər ərzində ölkəmizdə bu sahədə təqdirəlayiq işlər görülmüşdür. Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş birinci Dövlət Proqramı çərçivəsində enerji güclərinin yaradılması nəzərdə tutulmuşdur. Bu gün ölkəmizin təqribən 1000 meqavatlıq əlavə enerji gücü var ki, bu güclər həm ehtiyat təşkil edir, həm də ixrac potensialımızı genişləndirir.

Vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən genişmiqyaslı islahatlar enerji sektorunu da hərtərəfli əhatə edib. Azərbaycanın elektrik enerjisi təsərrüfatında köklü islahatların növbəti mərhələsi uğurla reallaşdırılır, enerji sisteminin etibarlılığının təmin edilməsi və bu sahədə mükəmməl infrastrukturun yaradılması üçün ardıcıl və kompleks tədbirlər geniş vüsət alıb. Son illərdə yeni elektrik stansiyalarının və yarımstansiyaların açılışı, mövcudlarının bərpası ilə yanaşı, bərpa olunan enerjidən istifadəyə də geniş yer ayrılması istiqamətində çox mühüm layihələr icra olunub. Bütün bunlar göstərir ki, hazırda ölkəmizdə enerji sektorunun inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə xüsusi önəm verilir. Görülən işlərin nəticəsidir ki, hazırda Azərbaycan öz daxili enerji tələbatını tam ödəməklə yanaşı, elektrik enerjisi ixrac da edir. Bu işlər ümumilikdə ölkəmizin iqtisadi potensialının möhkəmləndirilməsinə xidmət etməklə, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlu nəticələrinin göstəricisi kimi də xarakterizə olunur.

Bu gün paytaxtın hər yerində olduğu kimi, Nərimanov rayonunda da abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatına maksimum səy göstərilir. Aparılan xidmətin dünya standartları səviyyəsində qurulması abonentləri razı salır.

“Azərişıq” ASC-nin Nərimanov Elektrik Təchizatı və Satışı İdarəsi ikimərtəbəli, müasir tipli binada yerləşir. Burada energetiklər üçün hər cür şərait yaradılmış, xüsusilə gənc kadrların seçilib yerləşdirilməsi üçün təqdirəlayiq işlər görülmüşdür.

Biz Enerji Təchizatı və Satışı İdarəsinin rəisi, təcrübəli elektrik Zaur Şirəliyevlə söhbət edərkən müsahibimiz bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:

— Son illərdə ölkəmizdə bir çox elektrik stansiyaları tikilmişdir. Hazırda Azərbaycan özünü elektrik enerjisi ilə təmin edir və eyni zamanda, bizdə ixrac imkanları da yaradılmışdır.

Ölkəmizin energetikləri bu gün qürur hissi keçirir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycanın Müzəffər Ordusu 44 gün ərzində faşist xislətli ermənilərə sarsıdıcı zərbələr endirdi, düşmən məğlubiyyətə uğradı, 30 ilə yaxın bir vaxtda işğal altında olan ərazilərimiz işğaldan azad olundu.

İşğaldan azad olunan torpaqlarda qurulacaq enerji sistemləri tam nəzarətdədir. Qısa bir vaxtda ərazilərdə görülən işlər təqdirəlayiqdir. Suqovuşan qəsəbəsi və ətraf ərazilərin elektrik enerjisi təsərrüfatı üçün “Tərtər” yarımstansiyasından “Suqovuşan” yarımstansiyasına birdövrəli müasir tipli 35 kilovotluq elektrik enerjisi xətti çəkilir. Suqovuşan qəsəbəsinədək mövcud 10 kilovoltluq hava xətti təmir edilir. Talış kəndinə qədər möcvud 10 kilovoltluq hava xəttinin əsaslı təmiri və 2 yeni mərkəzin quraşdırılması işləri aparılır. Həmçinin Qubadlı və Zəngilan rayonlarının ilkin mərhələdə elektrik enerjisi ilə təmin olunması üçün mövcud şəbəkələrdən istifadə edilən 10 kilovoltluq elektrik verilişi xətlərinin bərpası və yenidən qurulması davam etdirilir.

Qeyd etmək lazımdır ki, Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsində 2020-ci ildə uğurlu nəticələrə imza atılmışdır.

Zaur Şirəliyev sözünə davam edərək bildirdi ki, energetiklərin birgə səyi nəticəsində ötən il əhali sektorunda qeydə alınmış 62141 və qeyri-əhali sektorunda 9124 abonentə dayanıqlı, keyfiyyətli xidmət göstərilmişdir.

Fərəhlə qeyd olunmalıdır ki, rayonda yığım faizi 104,2 faiz təşkil etmişdir ki, bu da 2019-cu illə müqayisədə 0,4 faiz çoxdur.

2020-ci ildə 1 ədəd 3/10 kv-luq yarımstansiya yenidən qurulmuş, 23 ədəd TM və KTM çəpərlənərək təhlükəsiz saxlanılması təmin edilmiş, 220 dayaq rənglənmiş, 3800 metr yüksək gərginlikli yeraltı kabel yenisi ilə əvəz olunmuşdur.

Həmçinin 1 ədəd TM tikilmiş, 3,2 kilometr yeni elektrik verilişi çəkilmişdir.

Dünyanın aparıcı şirkətlərinin istehsal etdikləri müasir avadanlıqların alınıb quraşdırılması, yüksək texnologiyaların tətbiqi müasir tədris prosesinin yaradılmasını labüd edir. Bu istiqamətdə kadr və kadr hazırlığı problemlərini uğurla həll etmək, tələb olunan təcrübəli kadr potensialı yetişdirmək üçün bir neçə il öncə Tədris Mərkəzi yaradılmışdır.

Rayondakı elektrik şəbəkəsində istifadə olunan və gələcəkdə istifadə olunacaq müasir texniki avadanlıqların öyrənilməsi, quraşdırılması və istismarı məqsədilə kollektivdə çalışan energetiklər Tədris Mərkəzinə göndərilir və onların peşə hazırlığına maksimum səy göstərilir.

2021-ci ilin bir ayı artıq arxada qalmışdır. Kollektivin üzvləri ilin başlanğıcından yüksək əhval-ruhiyyə ilə çalışır. Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri inamla həyata keçirir və texniki dəyişikliklər uğurla davam etdirilir.

Söhbəti yazdı:

Qədir ASLAN,

“Respublika”.

Published in İqtisadiyyat
1 -dən səhifə 3

Təqvim

« February 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

ZIYARƏTÇİLƏR

Ziyarətçilər894155

Currently are 73 guests and no members online