XƏBƏR LENTİ

Cümə, 26 Dekabr 2014 20:01

SƏMİMİ TƏBRİKLƏR

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, 

Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimi yetirirəm.

TANAP və TAP layihələrinin rəsmi açılışı münasibətilə Bakıda axırıncı görüşümüz zamanı göstərdiyiniz qonaqpərvərliyi çox böyük məmnuniyyət hissi ilə xatırlayır və təşəkkürümü bildirirəm. Beynəlxalq və Avropa gündəmi barədə toxunduğumuz bütün mühüm mövzular bizim tutduğumuz mövqelərin yaxınlığını və ölkələrimiz arasında, xüsusilə enerji və enerji təhlükəsizliyi sahəsində gələcək əməkdaşlığın vacibliyini göstərdi.

Bizim aramızda inkişaf edən etimad və dostluq münasibətləri, eləcə də Bolqarıstan və Azərbaycan arasında mükəmməl əlaqələr məndə gələcəkdə qarşılıqlı maraq dairələrinin bütün sferalarında münasibətlərin daha da dərinləşməsini davam etdirəcəyimiz inamını yaradır.

Zati-aliləri, ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, möhkəm cansağlığı və rifah arzu edirəm.

Hörmətlə,

Rosen Plevneliev,

Bolqarıstan Respublikasının Prezidenti.

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə sülh və əmin-amanlıq, uzun ömür, ailənizə və ölkənizə uğurlar və tərəqqi arzu edirəm.

Cənab Prezident, bugünkü geosiyasi vəziyyətin bütün mürəkkəbliyinə baxmayaraq, çoxillik dostluğunuza və mənim ölkəmi qətiyyətlə dəstəklədiyinizə görə Sizə minnətdaram. Təkcə Ukrayna deyil, bu gün çətin və mürəkkəb tale yaşayan bir çox başqa ölkələr də həmişə Sizin şəxsinizdə strateji tərəfdaş və müttəfiq tapıblar. Bu nadir siyasi müdrikliyə, uzaqgörənliyə görə Sizə təşəkkürümü bildirir və arzu edirəm ki, dünyanın digər liderləri də bu strateji mövqeləri bölüşsünlər.

Bildiyiniz kimi, Ukraynada vəziyyət olduqca dramatikdir və təəssüf ki, Ukraynada yaşanan münaqişənin lokal yox, geosiyasi münaqişə olduğunu dünya liderlərinin heç də hamısı başa düşmür. Mən Dağlıq Qarabağda vəziyyəti dərin narahatlıq hissi ilə izləyirəm, çünki biz Sizinlə yaxşı bilirik ki, Azərbaycanda və Ukraynada baş verən hadisələrin ümumi səbəb və nəticələri var.

Ukrayna böhranının nizamlanması üçün Sizin səylərinizi nə qədər yüksək qiymətləndirdiyimizi bir daha vurğulamaq istəyirəm.

Hörmətli cənab Prezident, təəssüf ki, səhhətim bu ilin sonunda Sizin gözəl ölkənizə gəlməyimə imkan vermədi, lakin ümid edirəm ki, gələn ilin əvvəlində biz, nəhayət, görüşəcəyik.

Sizi doğum gününüz münasibətilə bir daha təbrik edirəm və səmimi şəxsi dostluğa görə təşəkkür edirəm. Bizim bütün ailəmiz adından da təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Bu çətin dövrdə ölkələrimizə müdriklik və güc arzu edirəm. İnanıram ki, birgə səylərimiz sayəsində ölkələrimizin və xalqlarımızın daha yaxşı taleyinə nail olacağıq.

Dərin hörmətlə,

Viktor Yuşşenko,

2005-2010-cu illərdə Ukraynanın Prezidenti.

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz  İlham Heydər oğlu,

Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizin Azərbaycanın mənafeyinə, inkişafına və yüksəlişinə sadiqliyiniz xalqınızın hörmət və dəstəyini qazanıb. Siz əsası atanız tərəfindən qoyulan müasir Azərbaycan quruculuğu yolunu davam etdirərək, onun  işlərinin layiqli varisisiniz.

Sizə Azərbaycanın və xalqınızın  rifahı naminə tarixi missiyanızda  səmimi qəlbdən yeni-yeni uğurlar, möhkəm cansağlığı və uzun ömür arzu edirəm. 

Dərin hörmətlə,

Vladimir Voronin,

2001-2009-cu illərdə Moldova Respublikasının Prezidenti.

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Siz Cənubi Qafqazın ən gözəl ölkələrindən birinin liderisiniz. Bu ölkə ilə çoxmillətli Şimali Osetiyanı çoxdankı sıx dostluq əlaqələri birləşdirir. Bizim çoxşaxəli və səmərəli  əməkdaşlığımız ildən-ilə yalnız möhkəmlənir. Bu da Qafqaz xalqlarının sülh, həmrəylik və mehriban qonşuluq şəraitində yaşamağa ümumi səylərini təsdiq edir.

Sizə səmimi qəlbdən cansağlığı, ailə xoşbəxtliyi və bütün təşəbbüslərinizin həyata keçməsini arzulayıram.

Hörmətlə,

Taymuraz Mamsurov,

Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının rəhbəri.

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Bu gün Siz Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında müsbət dəyişikliklərin təmin olunması, xalqınızın rifahının yüksəldilməsi üçün maksimum səylər göstərərək, regionda sülhün və sabitliyin möhkəmlənməsinə kömək edirsiniz. 

Əminəm ki, Sizin yüksək peşəkarlığınız, çoxillik iş təcrübəniz, vəzifə məsuliyyəti hissiniz nəzərdə tutduğunuz məqsədlərə çatmağınıza imkan verəcək. 

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. 

Hörmətlə,

Yunusbek Yevkurov,

Rusiya Federasiyası İnquşetiya

Respublikasının başçısı.

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Sizi ad gününüz münasibətilə təbrik edir və Zati-alinizə Azərbaycan Respublikasının Prezidenti vəzifəsində quruculuq fəaliyyətinizin davam etməsini səmimi qəlbdən arzulayıram. Qoy, Sizin gündəlik fəaliyyətiniz bundan sonra da ictimai dəstəklə müşayiət olunsun. Rusiyanın Volqoqrad vilayəti ilə Azərbaycan Respublikasının rayonları arasında yaranan işgüzar və mədəni əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduğumu bildirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm.

Dərin hörmətlə,

Andrey Boçarov,

Rusiya Federasiyasının Qəhrəmanı,

Volqoqrad vilayətinin qubernatoru.

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Biz Sizi Azərbaycan xalqının inkişafına və tərəqqisinə yönəlmiş, ölçülüb-biçilmiş siyasət yürüdən, müdrik siyasi xadim və öz ölkəsinin vətənpərvər oğlu kimi tanıyırıq.

Əminəm ki, Sizin sayənizdə Azərbaycan Respublikası bundan sonra da dövlətçilik və demokratiya təsisatlarının təkmilləşdirilməsi, davamlı iqtisadi və sosial inkişaf yolu ilə irəliləyəcəkdir. Heç şübhəsiz ki, Sizin qazandığınız ümumxalq dəstəyi və etimadı, respublika vətəndaşlarının həyatını daha da firavanlaşdırmaq səyləriniz ali dövləti fəaliyyətinizdə bundan sonra da yeni uğurlarınıza imkan yaradacaq.

İcazə verin, bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzularımı bildirim.

Hörmətlə,

Abubakar Edelgeriyev,

Rusiya Federasiyası Çeçenistan Respublikası Hökumətinin sədri.

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edim. Sizin müdrik rəhbərliyinizlə Azərbaycan iqtisadi, siyasi, sosial, elmi-texniki və mədəni inkişaf sahələrində sanballı uğurlar qazanıb, ölkənin dünya miqyasındakı mövqeyi daha da möhkəmlənib. Əminəm ki, ölkələrimizin xalqlarının maraqlarına cavab verən aktual  siyasi və iqtisadi məsələlərin həllində qarşılıqlı faydalı əməkdaşlığımız və tərəfdaşlığımız daha da genişlənəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və Azərbaycan xalqının  rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm.

Dərin hörmətlə,

Dmitri Savelyev,

Rusiya Federasiyası Dövlət Duması maliyyə bazarı komitəsi sədrinin müavini.

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Sizi doğum gününüz və qarşıdan gələn Yeni il münasibətilə Rusiya Uşaq Fondu adından təbrik edirəm. Sizə yeni ildə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və müvəffəqiyyət arzu edirəm.

Hörmətlə,

Albert Lixanov,

Rusiya Uşaq Fondunun sədri, yazıçı,

Rusiya Təhsil Akademiyasının akademiki.

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu gün Azərbaycan xalqının rifahının yüksəldilməsi, onun böyük potensialının üzə çıxarılması kursu Sizin rəhbərliyinizlə uğurla həyata keçirilir. Əminəm ki, ölkənizi qarşıda yeni-yeni nailiyyətlər və qələbələr gözləyir. Sizin siyasi müdrikliyiniz, zəngin təcrübəniz, doğma Vətəninizə, xalqınıza məhəbbətiniz bütün bunların rəhnidir.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, sülh və firavanlıq, bütün işlərinizdə və təşəbbüslərinizdə müvəffəqiyyət arzu edirəm. 

Hörmətlə,

Mixail Qutseriyev,

“Rusneft” Neft Şirkəti Açıq Səhmdar

Cəmiyyətinin prezidenti.

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə bizim ən səmimi və hərarətli təbriklərimizi qəbul edin.

Sizin rəhbərliyinizlə Azərbaycan bu gün dünyada getdikcə daha layiqli və nüfuzlu yer tutur. Ölkənin uğurlu iqtisadi inkişafında,  yüksək mənəvi-əxlaqi ab-havanın qorunub saxlanılmasında, mədəniyyət, elm və təhsilin hərtərəfli inkişafında quruculuq enerjisi ilə aşıb-daşan, nəzərdə tutulan planların həyata keçməsinə ardıcıllıqla və qətiyyətlə nail olan bir lider kimi Sizin şəxsi xidmətləriniz böyükdür. Siz fədakarcasına Azərbaycan xalqının xoşbəxtliyinin və rifahının qayğısına qalırsınız.

Sizə möhkəm cansağlığı, nikbinlik və xoş ovqat, bütün planlarınızın müvəffəqiyyətlə həyata keçməsini arzulayırıq!

Sizə və əlbəttə, səbəbkarın yaxşı əhval-ruhiyyədə olması üçün əlindən gələni edən yaxınlarınıza xoşbəxtlik və firavanlıq arzu edirik.

Qoy, Sizin səyləriniz Azərbaycan Respublikasının rifahı və xalqlarımızın dostluğu naminə bundan sonra da öz gözəl bəhrələrini versin. 

Hörmətlə,

Sergey Mixaylov,

Rusiyanın İTAR-TASS agentliyinin

baş direktoru.

Mixail  Qusman,

Baş direktorun birinci müavini.

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən möhkəm cansağlığı və rifah arzulayıram. Qoy etibarlı dostlarınız həmişə yanınızda olsun, doğmalarınızın və yaxınlarınızın sevgisi və dəstəyi Azərbaycan naminə yeni zəfərlər qazanmaq üçün Sizə güc versin.

Sizə səmimi qəlbdən qarşıya qoyduğunuz məqsədlərə nail olmağı, ali dövləti vəzifənizdə böyük uğurlar, müstəqil Azərbaycan xalqına isə xoşbəxtlik və firavanlıq arzu edirəm.

Hörmətlə,

Mixail Davıdov,

“N.N.Bloxin adına Rusiya Onkoloji

Elmi Mərkəz” Federal Dövlət Büdcə

Elmi Müəssisəsinin direktoru,

Rusiya Elmlər Akademiyasının və

Rusiya Tibb Elmləri Akademiyasının akademiki, professor, tibb elmləri doktoru.

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu,

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, rifah, qarşıya qoyduğunuz məqsədlərə çatacağınıza inam, uzun ömür, tükənməz enerji və nikbinlik, həmçinin müasir müstəqil Azərbaycana firavanlıq arzu edirəm. Qoy, ömrünüzün hər günü Sizi xoş müjdələrlə sevindirsin, bütün arzularınız çin olsun.

Hörmətlə,

Məmməd Əliyev,

Rusiya Onkoloji Elmi Mərkəzinin Uşaq Onkologiya və

Hematologiya İnstitutunun direktoru,

Rusiya Elmlər Akademiyasının və

Rusiya Tibb Elmləri Akademiyasının akademiki,

professor, tibb elmləri doktoru.

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli cənab Prezident,

İcazə verin, Azərbaycan üçün bayram ovqatlı bu əlamətdar gündə Sizi, ilk növbədə, dövlətinizin dünya səviyyəsində qazandığı nailiyyətlər və ölkənizdə baş verən  müsbət dəyişikliklər münasibətilə təbrik edim.

Sizin ad gününüz təkcə ailəniz üçün deyil, hər bir vətənpərvər azərbaycanlı, hər bir həqiqi dostunuz üçün əlamətdardır. Çünki bu gün biz xəyalən Sizinləyik. Sizə və ailənizə xeyir-bərəkət, möhkəm cansağlığı və rifah, ölkənizə sülh, işğal altındakı ərazilərlə bağlı ədalətin ən qısa müddətdə zəfər çalmasını arzu edirəm.  Biz Sizin və Azərbaycanın dostlarıyıq. Biz bu dostluqla fəxr edirik.

Hörmətlə,

Aureliya Qriqoriu,

Moldova Respublikasının ombudsmanı.

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu,

Ad gününüz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin. Siz Azərbaycan Respublikasının Prezidenti  kimi ali vəzifədə olduğunuz illərdə xalqınızın həqiqi ehtiramını və məhəbbətini qazanmısınız.

İcazə verin, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, ölkənin rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayım.

Zati-aliləri, Sizə və xanımınız Mehriban Arif qızına firavanlıq və xoşbəxtlik arzu edirəm.

Hörmətlə,

Tatyana Anodina,

Dövlətlərarası Aviasiya Komitəsinin sədri.

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Mürəkkəb dövlət vəzifələrinin həllinə əzmkarlıqla yanaşmağınız, heyrətamiz işgüzarlığınız və strateji təfəkkürünüz, nəcib şəxsi keyfiyyətləriniz sayəsində Siz çoxmillətli Azərbaycan vətəndaşlarının dərin ehtiramını, dünya birliyində yüksək nüfuz qazanmısınız. Siz böyük Heydər Əliyevin işini layiqincə davam etdirərək Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni inkişafında, ölkədə siyasi sabitliyin qorunmasında və əhalinin rifah halının yüksəldilməsində sanballı uğurlara nail olmusunuz.

Dağıstanlılar Rusiya və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin inkişafına Sizin töhfənizi xüsusilə yüksək qiymətləndirirlər. Əminəm ki, bu münasibətlər bundan sonra da möhkəmlənəcək və dərinləşəcək.

Hörmətli İlham Heydər oğlu, ən gözəl arzularımızı qəbul edin. Sizə möhkəm cansağlığı, uzun illər ərzində tükənməz güc və enerji,  Azərbaycan Respublikasının çiçəklənməsi naminə daha böyük uğurlar arzu edirəm.

Hörmətlə,

Xızrı Şıxsəidov,

Rusiya Federasiyasının

Dağıstan Respublikası Xalq Məclisinin sədri.

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu,

Doğum günü münasibətilə mənim səmimi təbriklərimi və ən dərin ehtiramımı qəbul edin.

Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, tükənməz nikbinlik və enerji arzulayıram. Rusiyanın Həştərxan vilayətini və  Azərbaycan Respublikasını birləşdirən dostluq və tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir və hərtərəfli qarşılıqlı faydalı əlaqələrin daha da genişlənəcəyinə ümid edirəm.

Sizə planlarınızı və ideyalarınızı ən qısa müddətdə həyata keçirməyi, böyük xoşbəxtlik və Azərbaycan xalqına xidmət kimi nəcib bir işdə müvəffəqiyyət arzu edirəm.

Hörmətlə,

Aleksandr Jilkin,

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru.

Read 17906 times

Təqvim

« March 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        

ZIYARƏTÇİLƏR

Ziyarətçilər894117

Currently are 42 guests and no members online