XƏBƏR LENTİ

Şənbə, 13 Fevral 2021 09:35

Onlar bizə əmanət!

“YAŞAT” Fondu Vətən müharibəsində yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qazimiz Qurban Əliyevin, şəhidimiz Telman Kəlbiyevin oğlu Səid Kəlbiyevin, şəhidimiz Ağacan Cəbrayılovun qızı Ləmanın və oğlu Sədinin, şəhidimiz Ağamirzə Gülmalıyevin atası Ağabəy Gülmalıyevin əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədilə yashat.gov.az portalı istifadəyə verilib.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

 

 

AZƏRTAC

Read 167 times

Təqvim

« March 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        

ZIYARƏTÇİLƏR

Ziyarətçilər891578

Currently are 41 guests and no members online