XƏBƏR LENTİ

Çərşənbə axşamı, 22 Oktyabr 2013 12:11

ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Şərəf və Vicdan” ordeni ilə təltif edilmişdir

Bakı, 21 oktyabr (AzərTAc). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, professor Xoşbəxt Yusifzadə Birləşmiş Millətlər Təşkilatı İctimai Təltiflər Şurasının Beynəlxalq Mükafat Komitəsi tərəfindən böyük elmi xidmətlərinə görə “Şərəf və Vicdan” ordeni ilə təltif edilmişdir.

Akademik X.Yusifzadə Azərbaycan Respublikasının və keçmiş Sovetlər İttifaqının bir çox nüfuzlu dövlət təltifləri və mükafatları ilə yanaşı, 2008-ci ildə neft sənayesinin inkişafında və Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin möhkəmlənməsində göstərdiyi xidmətlərə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, 2009-cu ildə isə qazandığı uğurlara görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “İlin alimi” fəxri adına, bu akademiyanın 2011-ci il 25 noyabr tarixli qərarı ilə Türk dünyası elminə, təhsilinə və iqtisadiyyatına böyük xidmətlərinə görə “Türk Dünyasının Fəxri Alimi” beynəlxalq mükafatına da layiq görülmüşdür.

Read 20309 times