XƏBƏR LENTİ

Cümə axşamı, 04 Mart 2021 05:42

Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb

Daha bir beynəlxalq İSO - Keyfiyyətin İdarə Olunması standartı lider mobil operatorun abunəçilərinə göstərdiyi yüksək xidmət səviyyəsinin növbəti göstəricisidir

 

Müştəri Xidmətləri sahəsində ölkəmizdə örnək olan “Azercell Telekom” MMC İSO 10004:2018: Keyfiyyətin idarə olunması/Müştəri məmnuniyyətinin monitorinqi və ölçülməsi üzrə təlimatlar beynəlxalq standartına uyğunluq üzrə sertifikasiya auditini başa vuraraq məhz həmin standart üzrə ilk sertifikatını əldə etdi. “Büro Veritas Azeri” MMC tərəfindən aparılmış audit zamanı müştəri məmnuniyyətinin ölçülməsi və monitorinqi prosesi haqda ətraflı məlumat verildi. Buraya prosesin ümumi əhatə dairəsi, müştəri məmnuniyyətinin ölçülməsinin müxtəlif üsulları, əldə edilən nəticələr əsasında müvafiq tədbirlərin görülməsi və proseslərin, eləcə də xidmətlərin təkmilləşdirilməsində məlumatın istifadə edilməsi və s. kimi tərkib hissələr daxil idi.

Müasir texnologiyaların və biznes həllərin köməyilə müştərilərinin işini asanlaşdırmağı hədəfləyən Azercell hazırda öz abunəçilərinə bütün mümkün platformalar üzərindən xidmətləri təqdim edir. Şirkət sosial şəbəkələr üzrə müştərilərə göstərilən xidmət səviyyəsi, müraciətlərin cavablandırılması üzrə dəfələrlə beynəlxalq sertifikatlara layiq görülüb. Hətta COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunan sərt karantin rejimində Azercell Müştəri Xidmətləri fasiləsiz olaraq onlayn şəkildə fəaliyyət göstərib, yaşı 65-dən yuxarı olan abunəçilərə isə Səyyar Müştəri Xidmətləri tərəfindən pulsuz xidmət aparılıb. Azercell-in istifadəyə verdiyi “Kabinetim” tətbiqi müştəri məmnuniyyətinin artırılması, şikayətlərin dərhal həlli istiqamətində atılmış böyük addımlardan biri olub.

İSO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (İSO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib.

Qeyd edək ki, müştərilərə göstərdiyi xidmət keyfiyyətinin ölçülməsi ilə bağlı Şirkət daha öncə İSO 10002:2018: Keyfiyyətin İdarə Olunması/Müştəri Məmnuniyyəti/Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq üzrə  sertifikat və İSO 18295:2017: Əlaqə Mərkəzlərinin idarə edilməsi sahəsində uyğunluq sertifikatına layiq görülüb.

Read 88 times