XƏBƏR LENTİ

Çərşənbə, 03 Mart 2021 10:53

RF Dövlət Dumasının deputatı Dmitri Savelyev AZƏRTAC-ı təbrik edib

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-ın yaradılmasının 101-ci ildönümü münasibətilə agentliyin ünvanına təbrik teleqramı göndərib.

Teleqramda qeyd edilir ki, AZƏRTAC bir əsrdən çoxdur informasiya cəbhəsinin ön xəttindədir. O, planetin informasiya agentlikləri üçün Azərbaycanın sosial-siyasi, iqtisadi, elmi və mədəni uğurları barədə obyektiv və qərəzsiz xəbərlərin mənbəyidir.

Dövlət Dumasının deputatı yazır: “Hər il səkkiz dildə 15 min dəqiq və mötəbər xəbər - bu gün müstəqil Azərbaycanda pozitiv dəyişikliklərə beynəlxalq ictimaiyyətin böyük marağı və dünya ölkələrini əhatə edən auditoriyanın genişlik göstəricisi belədir.

Qırx ilə yaxın təcrübəsi olan jurnalist Aslan Aslanovun rəhbərliyi ilə AZƏRTAC planetimizin informasiya məkanında layiqli yer tutub və həmkarlarının şəksiz nüfuzunu qazanıb. Dünya Xəbər Agentlikləri Konqresinə və Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) 2016-2019-cu illərdə AZƏRTAC-ın sədrlik etməsi buna sübutdur”.

Rusiyalı deputat agentliyə yeni cəsarətli ideyalar, uğurlu layihələr, informasiyanın təqdimatında operativlik və Azərbaycanın rifahı naminə bundan sonra da səmərəli fəaliyyət arzulayıb.

 

AZƏRTAC

Read 62 times