XƏBƏR LENTİ

Bazar, 17 Noyabr 2019 10:17

“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib

Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Azərsun Holdinq” Bakı Ekspo Mərkəzində təşkil edillən 10-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2019” sərgisində iştirak edib. Milli brendlərin yaradılması və üzərində “Made in Azerbaijan” yazılmış yerli məhsulların xarici bazarlara çıxarılmasını prioritet məsələ hesab edən şirkət ölkəmizdə ətraf mühitin qorunması istiqamətində də böyük layihələr reallaşdırır.

Belə ki, “Azərsun Holdinq” tərəfindən istismara verilmiş Azerbaycan Kağız ve Karton İstehsalı Kombinatının nəzdində fəaliyyət göstərən Kağızın Təkrar Emalı Fabrikində 1 ton kağızın təkrar emalı nəticəsində 17 ədəd şam ağacının kəsilməsi, 36 ton CO2 qazının atmosferə atılması, 4100 kilovat elektrik enerjisinin sərf olunması,267 kq çirkli qazın atmosferə buraxılması, 1750 litr yanacaq neftinin sərf olunması, 3-4 m2 anbarlama sahəsindən istifadə, 85 m2 meşə ərazisinin məhv edilməsi və 38,8 ton suyun sərf olunmasının qarşısı  alınır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyasına və “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq Bakı ilə bərabər ölkəmizin bölgələrində də insanların sosial rifah halının yüksəlməsi məqsədilə tullantı kağızın toplanılma nöqtələri yardılıb.

Sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanan stenddə qeyd edilən müəssisədə təkrar emal edilən plastik və kağız tullantılardan hazırlanan məhsullar da nümayiş etdirilib.

Mehparə Əliyeva,

“Respublika”.

Read 56 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər496906

Currently are 229 guests and no members online