XƏBƏR LENTİ

Bazar, 17 Noyabr 2019 10:14

Azərbaycanda multikulturalizm siyasəti prioritetdir

“Azərbaycan Rerspublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün millətlərə dinindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, azadlıq, hürriyyət imkanları verir”.
Ümummilli lider Heydər Əliyevin bu sözləri son dərəcə əhəmiyyətlidir və təkzibedilməz həqiqətdir. Biz, yəni Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yerdə məhz azərbaycanlı olaraq dünyaya maraq kəsb edirik. Elə bu məntiqlə də zəmanəmizin dühası Heydər Əliyev Azərbaycanın çoxmillətli dövlət olaraq milli siyasətinin əsas məzmununu belə müəyyən etmişdir: “Respublikamızın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqlarda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olar”. Bu bir həqiqətdir ki, azərbaycançılıq ideologiyası, bir tərəfdən Azərbaycan türklərinin ölkədəki digər etnik qruplara tolerant münasibətinin, birgəyaşayış nümunəsinin nümayişinin bariz göstəricisidirsə, digər tərəfdən ölkənin türk dünyasının ayrılmaz parçası olduğunu təsdiqləyir.
Ulu öndərin ölkə rəhbərliyinə qayıdışı dini dəyərlərdə, münasibətdə, dövlət-din əlaqə və təsirlərində yeni mərhələnin başlanğıcı oldu. Çox keçmədi ki, bu sahədə həyata keçiriləcək siyasətin mahiyyəti xalqa açıqlandı. Din sahəsində qayğı, abidələrin bərpası, milli-mənəvi dəyərlərin qorunması və təbliği dövlətin bu istiqamətdə siyasətinin prioritet olduğunu göstərdi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan Respublikası dövlət-din münasibətində həssas nəzarətlə bərabər, etiqad azadlığı üçün şərait yaradıldı. Dini dəyərlərə, ibadət yerlərinə, din adamlarına xüsusi qayğı göstərilməyə başlanıldı. Əsas məqsəd isə dövlətlə din münasibətlərinin qarşılıqlı anlaşma və əməkdaşlığı gücləndirmək idi. Bundan savayı, din münasibətlərinin tənzimlənməsi istiqamətində mühüm addım olaraq ulu öndər Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli 512 saylı fərman ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı.
Ulu öndərin 13 avqust 2001-ci il tarixli milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı verdiyi bəyanatda səslənən fikirlər kifayət qədər aktual, xəbərdaredici və ibrətamizdir. “Hər bir xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Əgər insan mənsub olduğu millətin milli-mənəvi dəyərlərini anlaya bilmirsə, yaxud onları qəsdən təhrif edirsə, əgər vəziyyət o dərəcəyə çatırsa ki, Azərbaycan rəhbəri təhqir olunur, onda təbiidir ki, bu bizi narahat etməlidir. Biz Azərbaycanda demokratiyanın bütün tələblərini tətbiq etmişik, edəcəyik də. Ancaq Azərbaycanın milli-mənəvi dəyərlərinə qarşı, Azərbaycanın milli mentalitetinə qarşı yönəldilmiş hərəkətləin qarşısı alınacaq”. Ümummilli lider Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün azərbaycançılığı dəqiq ideoloji hədəf seçərək öz uzaqgörən müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirdi və onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Hüquqi və siyasi müstəvidə multikulturalizmin yerini müəyyən etdi. Bununla da ilk növbədə multikulturalizm siyasi modelinin assimilyasiyası və təcridçilik xarakterli digər siyasi modellərindən üstün olduğunu bütün dünyaya nümayiş etdirdi.
Ümummilli lider Heydər Əliyev təsadüfi deyildir ki, multikultural dəyərlərə əvəzsiz sərvət kimi yanaşırdı. “Azərbaycanın çoxmillətli tolerant ölkə olması bizim böyük sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır. “Azərbaycan” sözü bizi həmişə birləşdirib”. Azərbaycan multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən mühüm istiqamətlərdən biri ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasında əks olunmasıdır. Belə ki, multikultural siyasətin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Respublikası Konstitusiyasında bir sıra məddalərdə aydın şəkildə təsbit edilmişdir. Bununla bağlı təsbitləri “Bərabərlik hüququ”, “Milli mənsubiyyət hüququ”, “Ana dilindən istifadə hüququ” başqa maddələrdə göstərmək mümkündür.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Multikulturalizmi Azərbaycan Respublikasının dövlət siyasəti kimi dəyərləndirən Prezident İlham Əliyev bu xəttin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir: “Multikulturalizm bizim adət-ənənəmizdir. Multikulturalizm bizim həyat tərzimizdir” deyən Prezident İlham Əliyev ən qədim kilsənin, o cümlədən 743-cü ildə tikilmiş ən qədim məscidlərdən birinin Azərbaycanda olduğunu göstərmişdir.
Prezident İlham Əliyevin multikulturalizmə, tolerantlığa verdiyi siyasi dəyərin dünya miqyasında real elmi, mədəni, sosial müstəvilərə tətbiqi işində, Azərbaycan multikultural ənənələrinin qorunub saxlanılması, təbliği ilə bağlı Heydər Əliyev Fondu olduqca əhəmiyyətli, möhtəşəm layihələr həyata keçirir. Fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”, “Qloballaşma şəraitində mədəniyyətlərin rolu”, “Çoxmədəniyyətli dünyada sülh şəraitində yaşama”, “Azərbaycan-tolerantlıq məkanı” layihələrini xüsusi qeyd etmək olar.
Beləliklə, sonda onu da qeyd edək ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu çoxmədəniyyətlilik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimiz İlham Əliyev Azərbaycan multikulturalizminin mahiyyəti barədə deyib: “Multikulturalizm Azərbaycanda dövlət siyasəti və həyat tərzidir... Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir”.

Qafur QULİYEV,
Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət
İdarəçilik Akademiyasının tələbəsi.

Read 48 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər494348

Currently are 105 guests and no members online