XƏBƏR LENTİ

Cümə, 15 Noyabr 2019 08:57

Ölkənin ictimai-siyasi sabitliyini pozmağa heç kəsin haqqı yoxdur

Hər il 13 noyabrda Beynəlxalq Gözdən Əlillər Gününə həsr olunmuş tədbir keçirilir. Belə bir tədbirin keçirilməsinin başlıca məqsədi ətrafımızda bizdən fərqli insanların olduğunu bir daha xatırlatmaqdır.

Bu tarix fransız pedaqoqu, ilk tiflopedaqoqlardan biri, görməyənlər üçün relyefli əlifbanın müəllifi, gözdən əlillər üçün ilk təhsil müəssisələrinin yaradıcısı, məşhur fransalı xeyriyyəçi Valentin Qayuinin doğum günü ilə əlaqədardır. O, 13 noyabr 1745-ci ildə Fransanın Amyen şəhəri yaxınlığındakı Sen-Jüst kəndində, kasıb toxucu ailəsində anadan olub. Hər il Dünya Səhiyyə Təşkilatı Valentin Qayuinin doğum tarixini Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd edir.

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi 2002-ci ildən fəaliyyət göstərir. Hazırda dünyada təxminən, qismən və ya tam əlilliyi olanların sayı 500 milyona yaxındır. Azərbaycanda isə bu rəqəmin 50 minə yaxın olduğu bildirilir. 15 ildən çoxdur ki, bu Birliyin prezidenti Səmyar Abdullayevdir.

Bizimlə söhbət zamanı Cəmiyyətin prezidenti qeyd etdi ki, işlədiyim illər ərzində gözdən əlil olan vətəndaşların məşğulluq, işsizlik, sosial adaptasiya, mənzil problemlərinin həlli istiqamətində bir sıra mühüm fəaliyyətlərin həyata keçməsinə imza atmışıq.

2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən çox fərqli olmuşdur. Möhtərəm Prezidentimizin bu il ərzində əhalinin rifah halının yüksəldilməsi istiqamətində bir-birinin ardınca inqilabi xarakterli sərəncamları əhalinin az təminatlı ailələrinin sosial müdafiələrinin gücləndirilməsi istiqamətində əsaslı dönüş yaratmışdır. Bütün bunlar möhtərəm Prezidentimizin ölkə vətəndaşlarına, onların həyat səviyyəsinin getdikcə yaxşılaşdırılmasına verdiyi yüksək dəyərin göstəricisidir.

Bütün bunlar deməyə əsas verir ki, bu siyasət ardıcıl və davamlı olacaq, insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edəcək. Ən əsası odur ki, bunun üçün siyasi iradə və ölkənin kifayət qədər maliyyə imkanları var.

Bu gün Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da təbii ki, müstəqillik illərində ümummilli lider  Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 16 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olmuşdur. 

Azərbaycanın son illərdə qazandığı uğurlar artıq dünyanın nüfuzlu beynəlxalq təşkilatları, o cümlədən  ayrı-ayrı aparıcı dövlətlər tərəfindən də təsdiqlənir. Və bu gün hər bir azərbaycanlı fəxr edə bilər ki, onun Azərbaycan kimi güclü və qüdrətli dövləti var. Açıq etiraf etməliyik ki, bu gün Azərbaycanın uğurları artdıqca, bədxahlarımız daha da azğınlaşırlar. Belə mənfur siyasətçilər yaxşı-yaxşı düşünüb anlamalıdırlar ki, ölkə Prezidentinin qətiyyəti, siyasi iradəsinin nəticəsidir ki, Azərbaycan bəzi müsəlman dövlətlərinin taleyini yaşamır. Bizi xilas edən xalq və hakimiyyətin birliyidir. Adı müxalifət, özü isə hamıya müxalif olan bir qrupun siyasi mənzərəyə neqativ müdaxiləsi cəmiyyət üçün yersiz narahatlıq yaratmaqdan başqa bir şey deyil. Daxilində düşmənçilik, nifrət və böhran kimi mənfi emosiyalarla yüklənmiş bir qrup müxalifətçi birmənalı olaraq öz riyakarlığı ilə Azərbaycan xalqını aldada, ictimai  rəyi çaşdıra bilməz. Siyasi xaosun yaşandığı müstəqilliyin ilk illərində hamı nələrin yaşandığını, ictimai-siyasi, sosial həyatın mürəkkəbliyini, sadə məişət problemlərinin həllinin belə əlçatmaz olduğunu yaxşı xatırlayır. Yəqin ki, o dövrün acılarını yaşayan xalq, bir daha o psixoloji duruma qayıdıb, yaşamaq istəməz. Özlərinin çirkin və yarıtmaz hərəkətlərini həyata keçirmək istəyən bədxahlar əhalinin aztəminatlı ailələrinin, məcburi köçkün və qaçqın düşmüş insanların, müxtəlif kateqoriyalı əlil adamların adından danışmaqla əhali arasında çaşqınlıq yaratmaq  istəyirlər. Mən bir cəmiyyətin prezidenti kimi onları çoxsaylı əlillər adından pisləyirəm. Onların diqqətinə çatdırıram ki, belə çirkin oyunlara bizi qatmasınlar. Biz bir cəmiyyət olaraq ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında möhkəm, qopub-ayrılmaz olan sıx tellərlə birləşmişik. Ölkə Prezidentinin uğurlu, xarici və daxili siyasətini dəstəkləyirik. Ölkənin ictimai-siyasi sabitliyini pozmağa heç kəsin haqqı yoxdur.

 

Məhəmməd VƏLİYEV,

“Respublika”.  

Read 47 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər496883

Currently are 171 guests and no members online