“Caspian Ecology” sərgisində AZƏRTAC ayrıca stendlə təmsil olunur
Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Ecology” - X Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ayrıca stendlə təmsil olunur.
Stenddə Dövlət İnformasiya Agentliyinin sərgi iştirakçılarına təqdim etdiyi nəşrlər sırasında son vaxtlar agentlik tərəfindən buraxılmış “İnformasiya yaradıcılığı, standartlar və yeni yanaşmalar”, “Müasir dünyanın informasiya şəbəkəsində AZƏRTAC-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri”, “Keçid cəmiyyətində demokratiya”, “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu”, “20 Yanvar: tariximizin qanlı və şanlı səhifəsi”, “Dövlət siyasətinin informasiya təminatı”, “Türkdilli agentliklərin Bakı görüşü” və digər kitablar sərginin ziyarətçilərində böyük maraq doğurub.
AZƏRTAC