XƏBƏR LENTİ

Cümə, 08 Noyabr 2019 10:29

İcra hakimiyyətinin yeni başçısının sakinlərlə ilk görüşü

Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev sakinlərlə görüşmüşdür. Şəhərin Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə çıxış edən başçı bildirmişdir ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən ona böyük etimad göstərilərək Yevlax Rayon İcra Hakimiyyətinə başçı təyin edilmişdir. Dövlət rəhbərinin qəbulunda olduğu zaman tapşırılan ona müvafiq vəzifələrlə yanaşı, ilk növbədə rayon sakinlərinin müraciət və problemlərinə həssaslıqla yanaşmağı tapşırmışdır. Anar Tağıyev qeyd etmişdir ki, son illərdə Prezidentin həyata keçirdiyi siyasət nəticəsində respublikanın bütün guşələrində olduğu kimi, Yevlax rayonunda da böyük işlər görülüb. Lakin bir sıra problemlərin aradan qaldırılması həlli günümüzün ən vacib məsələsidir.

“Açıq mikrofon” formatında, maraqlı dialoq şəklində 4 saatdan çox müddətdə görüşdə 80-ə yaxın sakin çıxış etdi. Belə ki, vətəndaşların bütün sahələri əhatə edən təklif və müraciətləri nəzarətə götürülərək, icrası ilə bağlı müvafiq qurum və vəzifəli şəxslərə tapşırıqlar veriləcək, hamını narahat edən problemlər yaxın vaxtda həllini tapacaqdır.

“Respublika”.

Read 37 times