XƏBƏR LENTİ

Bazar, 17 Noyabr 2019 10:20

İstanbulda “Azərbaycan Respublikasının xarici siyasəti” mövzusunda konfrans

Mərmərə Universitetində keçirilən tədbirdə Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Mərmərə Universitetinin rektoru, professor Erol Özvar və media nümayəndələri iştirak ediblər.

Azərbaycanın xarici siyasətini müəyyən edən əsas amillərdən söhbət açan səfir ilk olaraq Azərbaycanın çoxmillətli, tolerant və multikultural ölkə olmasını diqqətə çatdırıb. X.İbrahim deyib: “Bu, Azərbaycanı bir çox digər ölkələrdən fərqləndirən xüsusiyyətlərdəndir. Azərbaycan hər zaman dünyəvi dövlət olub, əsrlər boyu müxtəlif xalqların nümayəndələri burada rahat şəkildə yaşayıb. Eyni zamanda, təbii sərvətlərin zənginliyi səbəbindən ölkəmiz hər zaman böyük dövlətlərin maraq dairəsində olub. Bu da Azərbaycanın xarici siyasətinə öz müsbət təsirini göstərib”.

Digər əsas daxili faktorlardan birinin insan potensialı olduğunu deyən səfir qeyd edib ki, Azərbaycanda tarix boyu təhsilə yüksək önəm verilib. Azərbaycan müsəlman Şərqində yaradılmış ilk demokratik respublikadır. Həmin mürəkkəb dövrdə bu çətin işin öhdəsindən dövlətinin başında duran insanların yüksək təhsilli olmaları sayəsində gəlmək mümkün olub.

X.İbrahim ümumilikdə götürüldükdə xarici siyasətə təsir göstərən ən mühüm amillərdən birinin coğrafi mövqe olduğunu vurğulayaq deyib: “Coğrafi baxımdan Azərbaycan tarix boyu digər dövlətlərin diqqətini çəkib. Tarix boyu Azərbaycanın ətrafında böyük imperatorluqlar, savaşlar olub. Coğrafiya və tarixi bir araya gətirdikdə isə burada erməni faktoru ortaya çıxır. Bildiyiniz kimi, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini uzun illərdir işğal altında saxlayır. Bu səbəbdən Azərbaycan öz təbii qaynaqlarının bir hissəsindən istifadə edə bilməyib. Hazırda bizim üçün ən əsası ölkəmizin ərazi bütünlüyünün bərpasıdır”.

Bu gün Azərbaycanın siyasi-iqtisadi, hərbi baxımdan çox güclü ölkə olduğunu deyən səfir qeyd edib ki, qonşu dövlətlərlə xoşməramlı münasibətlər xarici siyasətin əsasını təşkil edir. Xəzər İbrahim Türkiyə ilə münasibətləri buna misal çəkib: “Azərbaycanla Türkiyə arasında tarixə dayanan qardaşlıq əlaqələri var. Bu gün Azərbaycanla Türkiyə arasında heç bir mövzuda fikir ayrılığı yoxdur və hər iki ölkə başçısı eyni siyasəti dəstəkləyir. Bu da dünya üçün nümunəvi münasibətdir. Səfir, həmçinin Azərbaycanla Rusiya və Gürcüstan arasındakı sıx dostluq, əməkdaşlıq əlaqələrini də diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Mərmərə Universitetinin rektoru, professor Erol Özvar Türkiyə-Azərbaycan əlaqələrindən danışıb. Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.

 

Esmira YAZKAN ASLANOVA,

“Respublika” qəzetinin Türkiyə müxbiri.

Read 41 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər496909

Currently are 240 guests and no members online