XƏBƏR LENTİ

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xətai rayonundakı 257 nömrəli tam orta məktəbin əsaslı təmir edilən və yenidən qurulan mövcud binasında, həmçinin yeni tikilən korpusunda yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yeni korpusda görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, məktəbin 1176 şagird yerlik mövcud korpusu 1974-cü ildən fəaliyyət göstərir. Məktəbdə 38 sinif, 3 informatika, 3 laboratoriya, idman və akt zalları, yeməkxana var. Bu təhsil ocağının mövcud korpusu Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı Sərəncamla təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq əsaslı təmir edilib. Burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib.

Məktəbin yeni tikilən korpusu üçmərtəbəlidir. Foyedə ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri diqqəti əks etdirən fotostend quraşdırılıb.

Yeni korpus Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planında təhsil sahəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrasına uyğun olaraq inşa edilib. Burada 24 sinif otağı, 1 informatika kabineti, fizika, kimya və biologiya laboratoriyaları var. 672 şagird yerlik əlavə korpus təhsil ocağında birnövbəli dərs rejiminə keçməyə imkan yaradır. Yeni korpusun istifadəyə verilməsi ilə 257 nömrəli tam orta məktəb 1848 şagird yerlik olacaq. Müasir səviyyədə inşa edilən binada videomüşahidə və yanğın xəbərdarlığı sistemləri yaradılıb. Yeni korpus internet, mebel-inventar və digər zəruri avadanlıqla da təchiz edilib. Təhsil müəssisəsinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.

 

 

 

 

AZƏRTAC

Hörmətli cənab Prezident,

Ukraynanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq əlaqələri, qarşılıqlı surətdə faydalı əməkdaşlığımız dövlətlərarası münasibətlərimizin inkişafı üçün möhkəm bünövrədir. İnanıram ki, bu münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Ukrayna xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı, 21 avqust 2017-ci il.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə Şirvan Rəşid oğlu Əbilov “Tərəqqi” medalı ilə təltif edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 avqust 2017-ci il.

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, N 3, maddə 442) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə “22” rəqəmləri “28” rəqəmləri ilə, “267” rəqəmləri “271” rəqəmləri ilə əvəz edilsin;

1.2. həmin Sərəncamın əlavəsi olan “İçməli su ilə təminatın yaxşılaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısı” yeni redaksiyada verilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 avqust 2017-ci il.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının strukturu” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 200 ştat vahididir;

2.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər idarəsinin işçilərinin say həddini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir;

2.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti zərurət olduqda Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının strukturuna daxil olan şöbələrdə sektorlar (İşlər idarəsində şöbələr və sektorlar) yaradır.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasının layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etsin;

3.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti.

Bakı şəhəri, 23 avqust 2017-ci il.

 

 

 

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 23 avqust tarixli Fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının

STRUKTURU

1.1. Baş nazirin xidməti

1.2. Baş nazirin birinci müavininin xidməti

1.3. Baş nazirin müavinlərinin xidmətləri

1.4. Nazirlər Kabineti Aparatının rəhbərinin xidməti

1.5. Nazirlər Kabineti Aparatı rəhbərinin müavininin xidməti

2.1. Hüquq şöbəsi

2.2. Maliyyə və iqtisadiyyat məsələləri şöbəsi

2.3. Humanitar və sosial məsələləri şöbəsi

2.4. Beynəlxalq əlaqələr şöbəsi

2.5. Sənaye və energetika məsələləri şöbəsi

2.6. Neft və kimya məsələləri şöbəsi

2.7. Kənd təsərrüfatı məsələləri şöbəsi

2.8. Ekologiya məsələləri şöbəsi

2.9. Təhlükəsizlik və müdafiə məsələləri şöbəsi

2.10. Kommunikasiya, tikinti və kommunal təsərrüfatı məsələləri şöbəsi

2.11. Regionların inkişafı məsələləri şöbəsi

2.12. Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi

2.13. Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi

2.14. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi

2.15. Mətbuat xidməti

3. İşlər idarəsi

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, N 9, maddə 858; 2013, N 2, maddə 109, N 3, maddə 254, N 4, maddə 377; 2014, N 2, maddə 117, N 7, maddə 486, N 9, maddə 1044; 2015, N 6, maddə 708, N 8, maddə 917, N 10, maddə 1122; 2016, N 2 (II kitab), maddə 251, N 5, maddə 852, N 8, maddə 1384, N 9, maddə 1464; 2017, N 2, maddə 174, N 4, maddə 565, N5, maddə 809) aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü hissədə “572” rəqəmləri “640” rəqəmləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə” üzrə:

2.1. 1.1-ci bəndin ikinci cümləsində:

2.1.1. “ASAN xidmət” sözlərindən sonra “və “ASAN Kommunal” sözləri əlavə edilsin;

2.1.2. “dövlət orqanlarının” sözləri birinci halda “mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin (bundan sonra - dövlət qurumları)” sözləri ilə, ikinci halda “dövlət qurumlarının” sözləri ilə əvəz edilsin;

2.2. 2.1.1-ci, 2.1.4-cü, 2.1.5-ci, 2.1.7-ci, 3.1.1-ci, 3.1.4-cü, 3.1.6-cı, 3.1.10-cu, 3.1.10.1-ci, 3.1.10.3-cü (hər iki halda), 3.1.10.4-cü, 3.1.10.5-ci (hər iki halda), 3.1.11-ci, 3.1.12-ci, 3.1.13-cü, 4.1.2-ci, 4.1.3-cü (hər iki halda), 4.1.6-cı, 4.1.7-ci (hər iki halda), 4.1.8-ci və 5.5.12-ci yarımbəndlərdə ismin müvafiq hallarında “dövlət orqanları” sözləri ismin müvafiq hallarında “dövlət qurumları” sözləri ilə əvəz edilsin;

2.3. 2.1.6-cı yarımbənddə “dövlət orqanları” sözləri “ASAN xidmət indeksi”ni təşkil edən parametrləri rəhbər tutmaqla, dövlət xidmətlərinin qiymətləndirilməsini həyata keçirir, habelə dövlət qurumları” sözləri ilə əvəz edilsin;

2.4. 3.1.5-ci yarımbənddə “orqanlara” sözü “dövlət qurumlarına” sözləri ilə əvəz edilsin;

2.5. 3.1.10.1-ci yarımbənddə “orqanlarla” sözü “qurumlarla” sözü ilə əvəz edilsin;

2.6. 3.1.12-2-ci yarımbənddə “təmin etmək” sözlərindən sonra “, bu fəaliyyəti dövlət-özəl tərəfdaşlığı prinsipinə uyğun olaraq özəl investisiyaların cəlb edilməsi yolu ilə həyata keçirdikdə, əldə olunan vəsaitin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə və maddi-texniki təminatın yaxşılaşdırılmasına yönəldilməsi üçün Dövlət Agentliyinin xüsusi hesabına köçürülən hissəsini müəyyənləşdirmək” sözləri əlavə edilsin;

2.7 .3.1.21-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.1.22-ci yarımbənd əlavə edilsin:

“3.1.22. “ABAD” publik hüquqi şəxsə münasibətdə təsisçinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirmək.”;

2.8. 4.1.5-ci yarımbənddə “orqanlarından” sözü “qurumlarından dövlət xidmətlərinin, o cümlədən” sözləri ilə əvəz edilsin və “baxış” sözündən sonra “və rəy sorğuları” sözləri əlavə edilsin;

2.9. 5.9.3-cü yarımbənddə “dövlət orqanının” sözləri “qurumun” sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti.

Bakı şəhəri, 23 avqust 2017-ci il.

“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, N 1, maddə 38) aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1-dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulsunlar.”.

2. Bu Sərəncamın 1-ci hissəsi 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 avqust 2017-ci il.

“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, N 1, maddə 38) aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1-dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulsunlar.”.

2. Bu Sərəncamın 1-ci hissəsi 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 avqust 2017-ci il.

Avqustun 23-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Tərtər rayonunda məcburi köçkünlər üçün salınan yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini Tərtər, Ağdam, Laçın və Kəlbəcər Rayon İcra hakimiyyətlərinin başçıları və yaşayış məhəlləsinin tikintisində çalışan şirkətlərin rəhbərləri ilə birlikdə tikinti sahəsinə baxış keçirib, işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş Əlavələrin 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq 1176 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan yaşayış məhəlləsinin tikintisində son tamamlama işləri görülür. Layihəyə əsasən yaşayış məhəlləsində hər biri dördmərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-i dördotaqlı olacaq. Məhəllədə inşaat işlərinin bu ilin sentyabr ayında başa çatdırılması nəzərdə tutulur.
Baş nazirin müavini Əli Həsənov inşaat işlərinin gedişi ilə yaxından tanış olduqdan sonra tikinti şirkətlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.
Əli Həsənov inşaat işlərinin vaxtında başa çatdırılması məqsədilə konkret tapşırıqlar verib, işlərin tikinti qaydalarına uyğun olaraq yüksək səviyyədə icra olunmasının vacibliyini bildirib. Qeyd edib ki, tikinti işlərinin sürətlə aparılması ilə yanaşı, keyfiyyətə də ciddi fikir verilməli və yaşayış kompleksi bütün infrastruktur obyektləri ilə birlikdə yüksək səviyyədə təhvil verilməlidir.
Tikinti şirkətlərinin nümayəndələri inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını diqqətə çatdırıblar.
Əli Həsənov jurnalistlərə müsahibəsində bildirib ki, Tərtər rayonunda 50 hektar ərazidə inşa edilən yaşayış məhəlləsi son 10 ildə Prezident İlham Əliyevin tapşırığı ilə məcburi köçkünlər üçün tikilən qəsəbələrin ən böyüyüdür. Yaşayış məhəlləsində orta məktəb binası yeni layihə əsasında inşa edilir. Uşaq bağçası, musiqi məktəbi, klub icma mərkəzi, inzibati bina, tibb məntəqəsi yüksək səviyyədə tikilib. Yaşayış məhəlləsinin təhvil verilməsi, burada yaradılan infrastruktur Tərtər rayonu üçün çox gözəl bir obyekt olacaq. Yaşayış məhəlləsinə ərazidə məskunlaşan məcburi köçkünlər köçürüləcək.
Baş nazirin müavini qeyd edib ki, Tərtər rayonunun Şıxarx qəsəbəsi ərazisində olan və böyük hissəsi ermənilər tərəfindən dağıdılmış “Marağa-150” abidəsinin ətrafı dövlətimizin başçısının tapşırığına əsasən abadlaşdırılır. Bu abidə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa-150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb.
Baş nazirin müavini erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan abidənin mühüm siyasi əhəmiyyətə malik olduğunu və ölkəmizə səfər edən insanlara göstəriləcəyini deyib.
Əli Həsənov qeyd edib ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı əsasında Bakı və Sumqayıt şəhərlərində qəzalı vəziyyətdə olan binalarda yaşayan məcburi köçkünlərin köçürülmə prosesinə başlanılıb. Masazır qəsəbəsində qəzalı vəziyyətdə olan energetika pansionatı bu yaxınlarda Mehriban xanım Əliyevanın iştirakı ilə tam köçürüldü. Artıq yeni köçürülmə üçün dörd bina da hazırdır. İki qəzalı bina da bu yaxınlarda köçürüləcək. Bu proses davam edir. Qaradağ rayonu ərazisində 1100 mənzildən ibarət bir qəsəbənin tikintisi başlanılıb. Bir il ərzində bu qəsəbə də hazır olacaq. Sakinləri oraya köçürüləcək qəzalı binalar da siyahılaşdırılıb.
Baş nazirin müavini deyib: “Bu gün Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür. Artıq Cəbrayıl rayonunun bərpası başlanılıb. Cocuq Mərcanlı kəndində Prezident İlham Əliyevin tapşırığı əsasında 50 ev tikilib. Cocuq Mərcanlı sakinləri həmin evlərə köçürülüb. Kənddə Şuşa məscidinin bənzəri inşa olunub. Bu gün kənddə əzan səsi eşidilir. Dövlətimizin başçısının tapşırığı əsasında əlavə 100 mənzilin tikintisi də sürətlə davam etdirilir. Cocuq Mərcanlı “Böyük qayıdış”ın başlanğıcıdır. Bu proses davam edəcək”.
***
Sonra Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Tərtər rayonunun Şıxarx qəsəbəsinə gedərək “Marağa-150” abidəsi ətrafında aparılan tikinti-abadlıq işləri ilə tanış olub. Artıq abidənin ətrafı təmir edilib, əraziyə hasar çəkilib, işıqlandırma sistemi ilə təmin olunub. Abidənin ətrafında quraşdırılmış stendlərdə ermənilərin buraya köçürülmələrini sübut edən müxtəlif dillərdə yazılmış arxiv sənədləri və fotoşəkillər öz əksini tapacaq.
Baş nazirin müavini Şıxarx qəsəbəsində məskunlaşan məcburi köçkün ailələri ilə də görüşüb, onların həyat şəraiti ilə tanış olub, müraciətlərini dinləyib. Qeyd edilib ki, Nazirlər Kabinetinin 2016-cı il 3 may tarixli sərəncamı ilə Ağdam və Tərtər rayonlarında təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrində 2016-cı ilin aprel ayında erməni silahlı qüvvələrinin atəşi nəticəsində ziyan çəkmiş məcburi köçkünlərin məskunlaşdığı 228 yaşayış evinin bərpası və onların şəxsi əmlaklarına dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq vəsait ayrılıb. Ayrılmış vəsait müqabilində Tərtər rayonu üzrə 105 ailə, Ağdam rayonu üzrə isə 15 ailə olmaqla 120 ailəyə maddi yardım ödənilib. 182 evdə təmir-bərpa işləri 2016-cı ilin avqust ayında başa çatdırılıb ki, həmin evlərdən 20-si Tərtər rayonunda, 162-si isə Ağdam rayonu ərazisində yerləşir.
Ermənistan silahlı birləşmələrinin atəşi nəticəsində Tərtər rayonunun Şıxarx, Çaylı, Həsənqaya, Buruc və Əskipara kəndləri ərazisində məcburi köçkün ailələrinin müvəqqəti məskunlaşdığı 78 dağılmış evin yenidən tikilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 7 noyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin ehtiyat fondundan vəsait ayrılıb. Ərazidə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən bərpa işləri aparılıb. Ayrılmış vəsait müqabilində 78 evin tikintisi bu ilin may ayında başa çatdırılaraq məcburi köçkün ailələrinin istifadəsinə verilib.
Sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

 

AZƏRTAC

Avqustun 23-də gənclər və idman naziri Azad Rəhimov Qəbələ şəhərində Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki, İsmayıllı şəhər və rayonlarının sakinlərini qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda 20-dən artıq vətəndaşın müraciətinə baxılıb.

Gənclər sahəsi üzrə müraciətlər əsasən qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, istirahət düşərgələrinin təşkili, gənclər mərkəzlərinin müvafiq avadanlıqla təmin edilməsi və fəaliyyətinə aid olub.  

İdman sahəsi üzrə müraciətləri isə fəxri adların verilməsi, idman mərkəzlərinin zəruri avadanlıqla təmin olunması, Olimpiya İdman komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı məsəlləri təşkil edib.

Qəbulda bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

 

 

AZƏRTAC

1 -dən səhifə 1278