XƏBƏR LENTİ

Cümə, 15 Noyabr 2019 09:03

“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin III hissəsini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1331-VKQ nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar qərara alır:

1. “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991, N 3, maddə 39; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, N 7, maddə 515) 1-ci və 2-ci hissələri ləğv edilsin.

2. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, N 7, maddə 515; 2005, N 10, maddə 874; 2010, N 4, maddə 276; 2013, N 11, maddə 1303) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 9.1-ci maddədə “Azərbaycan Respublikasının Konstitusiyasında” sözlərindən sonra “və “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda” sözləri əlavə edilsin;

2.2. 9.2-ci maddə ləğv edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 8 oktyabr 2019-cu il.

Read 50 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər494348

Currently are 104 guests and no members online