XƏBƏR LENTİ

Çərşənbə axşamı, 23 Fevral 2021 09:44

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 12 fevral tarixli 261-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, N 8, maddə 440; 2006, N 3, maddə 229, N 6, maddə 498; 2007, N 2, maddələr 86, 101, N 3, maddələr 217, 227, N 7, maddə 714, N 9, maddə 867, N 10, maddə 948, N 12, maddə 1242; 2008, N 1, maddə 9, N 3, maddələr 173, 179, N 6, maddə 499, N 8, maddələr 717, 723; 2009, N 2, maddə 66, N 6, maddələr 419, 421, 422; 2010, N 2, maddə 80, N 3, maddə 183, N 10, maddə 850; 2011, N 2, maddə 85; 2012, N 11, maddə 1078; 2013, N 3, maddə 236, N 8, maddə 901; 2014, N 9, maddə 1027; 2016, N 5, maddə 854, N 6, maddələr 1029, 1073; 2017, N 5, maddə 840, N 8, maddələr 1519, 1521; 2018, N 7 (I kitab), maddələr 1445, 1486, N 11, maddə 2287; 2019, N 1, maddə 76, N 4, maddə 655, N 6, maddə 1027, N 7, maddə 1211, N 8, maddə 1405; 2020, N 4, maddə 423, N 6, maddə 708; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 fevral tarixli 1279 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.4-cü yarımbəndinə aşağıdakı məzmunda 4-2-ci abzas əlavə edilsin:

“4-2. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 22 fevral 2021-ci il.

Read 36 times

Təqvim

« March 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        

ZIYARƏTÇİLƏR

Ziyarətçilər891550

Currently are 47 guests and no members online