XƏBƏR LENTİ

Bazar, 14 Fevral 2021 05:26

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Res

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, N 6, maddə 491; 2011, N 11, maddə 995; 2013, N 9, maddə 1048; 2014, N 9, maddə 1060, N 10, maddə 1177; 2015, N 2, maddə 117; 2016, N 5, maddə 867, N 11, maddə 1798; 2017, N 5, maddələr 777, 818; 2018, N 12 (I kitab), maddə 2586; 2019, N 6, maddə 1029; 2020, N 8, maddə 1024) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 10.22-1-ci bəndə “barədə məlumatların” sözlərindən sonra “, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəyə götürdüyü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsində müəyyən edilmiş qaydada olduğu yer üzrə qeydiyyata alınması haqqında məlumatların” sözləri əlavə edilsin.

2. 13.2.6-cı yarımbəndə “qeydiyyatı” sözündən sonra “, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəyə götürdüyü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsində müəyyən edilmiş qaydada olduğu yer üzrə qeydiyyatı” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti.

Bakı şəhəri, 12 fevral 2021-ci il.

Read 142 times

Təqvim

« March 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        

ZIYARƏTÇİLƏR

Ziyarətçilər892352

Currently are 118 guests and no members online