Əlaqə
Telefon: (+99412) 493 59 08
Faks: (+99412) 493 50 87
Ünvan: Mətbuat prospekti 529 məh.
Azərbaycan Nəşriyyatı - 7-ci mərtəbə.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21–də İspaniya Krallığının müdafiə naziri Pedro Morenes Alvaro de Eulatenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21–də Gürcüstanın daxili işlər naziri İrakli Ğaribaşvilini qəbul etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21–də Türkiyə Respublikasının milli təhsil naziri Nabi Avçının başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Bakı, 21 may (AzərTAc). Mayın 21–də Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə–Hüquq Şurasının sədri Fikrət Məmmədov Parlamentarilərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının (GOPAC) Direktorlar Şurasının sədri, senator Edqardo Anqaranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Bakı, 21 may (AzərTAc). Mayın 21–də Milli Məclisin sədri Oqtay Əsədov Parlamentarilərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının (GOPAC) Direktorlar Şurasının sədri, senator Edqardo Anqaranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Moskva, 21 may (AzərTAc). Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov Moskvada apardıqları danışıqların yekunlarına dair mətbuat konfransı keçirmişlər. Görüşdə Azərbaycan ilə Rusiyanın xarici işlər nazirlikləri arasında 2013–2014–cü illər üçün məsləhətləşmələr planı imzalanmışdır.
Bakı, 21 may (AzərTAc). Azərbaycanın daxili işlər naziri, general–polkovnik Ramil Usubovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri İrakli Ğaribaşvili ölkəmizə rəsmi səfərə gəlmişdir.
Riqa, 21 may (AzərTAc). Latviyanın sabiq prezidenti Vayra Vike–Freyberqa Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli dərəcədə irəliləyiş əldə edə bilməmiş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun işinin keyfiyyətini tənqidi qiymətləndirir.
Bakı, 21 may (AzərTAc). Ölkəmizdə səfərdə olan Gürcüstanın daxili işlər naziri İrakli Ğaribaşvilinin başçılıq etdiyi nümayəndə heyəti mayın 21–də Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general–polkovnik Kəmaləddin Heydərov ilə görüşmüşdür.
Moskva, 21 may (AzərTAc). Mayın 20–də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tarix fakültəsində Heydər Əliyev Fondunun və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə nəşr edilmiş “Öndə addımlayan. Heydər Əliyevin 90 illiyinə. 1923–2013″ kitabının təqdimatı keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19–da ölkəmizdə işgüzar səfərdə olan Yunanıstanın Baş naziri Antonis Samaras ilə görüşmüşdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20–də Bakının Nərimanov rayonu ərazisində yeni salınan Dədə Qorqud parkında həyata keçirilən işlərlə tanış olmuşdur.