01.05.12 | Viktor Orban: Azərbaycan Macarıstanın iqtisadi siyasətinin əsas prioritetlərindən biridir
Bakı, 30 aprel (AzərTAc). Azərbaycan Macarıstanın iqtisadi siyasətinin əsas prioritetlərindən biridir.
Bu sözləri ölkənin Baş naziri Viktor Orban demişdir.
Baş nazir Macarıstanın beynəlxalq əlaqələrini, o cümlədən Şərq ölkələri ilə əməkdaşlığını inkişaf etdirmək niyyətində olduqlarını bəyan etmişdir.
“Biz Qərb alyansının bir hissəsi, Avropa İttifaqı və NATO-nun üzvüyük. Amma Şərqə açılmaq da vacibdir. Azərbaycan, Çin, Səudiyyə Ərəbistanı, Hindistan və Rusiya Macarıstanın iqtisadi siyasətinin əsas prioritetlərindən biridir” – deyə V.Orban bildirmişdir.




