26.04.12 | Laura van der Bruel: Bakıya yola düşəcəyim günü səbirsizliklə gözləyirəm
Bakı, 25 aprel (AzərTAc). Belçikanın “Eurovision-2011” mahnı müsabiqəsindəki 16 yaşlı təmsilçisi Laura van der Bruel (İris) Bakıya yola düşəcəyi günü səbirsizliklə gözləyir.
Belçikanın təmsilçisi bu müsabiqədə iştirak hüququ qazanmaqla ən böyük arzusunun həyata keçdiyini demişdir. Bakıda “Eurovision-2012” şousunu səbirsizliklə gözlədiyini deyən Laura bildirmişdir ki, bu müsabiqədə iştirak mənim üçün inanılmaz bir şeydir. Təxminən 2 ildir peşəkar səviyyədəyəm və tez bir müddətdə belə bir şansı qazanmaq əvəzolunmaz hissdir.
Laura “Baku Crystal Hall”da çıxışının və nümayiş etdirəcəyi şounun bütün auditoriya tərəfindən bəyənilməsinə çalışacağını demiş, Rusiya təmsilçisi “Buranovskie babuşki” qrupuna rəğbət bəslədiyini söyləmişdir.
Müsabiqənin ən gənc iştirakçılarından olan Laura növbəti həftə yeni albomunun təqdimatının keçiriləcəyini diqqətə çatdırmışdır.




