Əlaqə
Telefon: (+99412) 493 59 08
Faks: (+99412) 493 50 87
Ünvan: Mətbuat prospekti 529 məh.
Azərbaycan Nəşriyyatı - 7-ci mərtəbə.
Hörmətli cənab Prezident!
İslamabad şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bakı, 21 aprel (AzərTAc) Milli Məclis Seçki Məcəlləsində dəyişiklik etmişdir.
Dəyişikliyə əsasən qeydə alınmış namizədlərin adlarının, eləcə də Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış referendum üzrə təşviqat qrupları barədə məlumatların açıqlanması üçün nəzərdə tutulan müddət 48 saatdan 24 saata endirilmişdir.
Bakı, 21 aprel (AzərTAc). Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov aprelin 16-dan 21-dək Avstraliyada səfərdə olmuşdur.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər
Bakı, 21 aprel (AzərTAc). Aprelin 21-də İqtisadi İnkişaf Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə “Elektron ticarət və sahibkarlıq fəaliyyətinin inkişafında onun rolu” mövzusunda treninq keçirilmişdir.
Ölkəmiz hərtərəfli və sürətli inkişaf dövrünü yaşayır. Əldə olunan nailiyyətlərin təməlində isə düzgün sosial-iqtisadi siyasət dayanır. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına
Səmərqənd, 21 aprel (AzərTAc). Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində Özbəkistanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Bakı, 21 aprel (AzərTAc). Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yauhar ilə görüşmüşdür.
Aprelin 20-də İtaliyanın paytaxtı Romada “Baku” jurnalının təqdimat mərasimi olmuşdur.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, jurnalın təsisçisi və baş redaktoru Leyla Əliyeva tədbirdə iştirak etmişlər.
Bakı, 21 aprel (AzərTAc). Aprelin 21-də Səbael Rayon İcra Hakimiyyətinin akt zalında Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilmişdir.
Bakı, 21 aprel (AzərTAc). Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun Vaşinqtonda yerləşən mərkəzi ofislərində bir sıra işgüzar görüşlər keçirmişdir.
Bakı, 21 aprel (AzərTAc). Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi Azərbaycanın demokratik inkişafının göstəricisidir. Ayrılan maliyyə vəsaiti partiyaların fəaliyyətini daha da yaxşılaşdıracaqdır. Yeni Azərbaycan Partiyası (YAP) da ayrılan maliyyə vəsaitindən istifadə edəcəkdir.
Azərbaycan gənc dövlət olmasına baxmayaraq, az bir müddət ərzində böyük iqtisadi uğurlara nail olmuşdur. Aparılan düzgün siyasət nəticəsində iqtisadiyyatımız ildən-ilə inkişaf etməkdədir. İnkişafı şərtləndirən əsas vasitələrdən biri isə azad sahibkarlıqdır.