Əlaqə
Telefon: (+99412) 493 59 08
Faks: (+99412) 493 50 87
Ünvan: Mətbuat prospekti 529 məh.
Azərbaycan Nəşriyyatı - 7-ci mərtəbə.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmişdir.
Səfir Şerzod Fayziyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Bakı, 17 may (AzərTAc). Avropa Komissiyasının illik “Tərəqqi” hesabatında Azərbaycanın siyasi, iqtisadi və digər sahələrində əldə etdiyi irəliləyişlər əks olunmuşdur.
Avropa Komissiyasının Azərbaycan ilə bağlı hesabatında vurğulanmışdır ki, ölkədə yoxsulluğun azaldılması
Bakı, 17 may (AzərTAc). ABŞ-ın nüfuzlu “Haffington Post” qəzetinin 16 may tarixli nömrəsində bu ölkədə fəaliyyət göstərən Alman Marşal Fondunun tədqiqatçısı Yoşua Volkerin və qurumun xarici siyasət və vətəndaş cəmiyyəti məsələləri üzrə bölməsinin rəhbəri Enders Vimbuşun müəllifi olduqları “Avrasiyanın ilgəyi olan Azərbaycanın əhəmiyyəti təkcə enerji amili ilə ölçülmür” sərlövhəli məqalə dərc edilmişdir.
Bakı, 17 may (AzərTAc). ABŞ-ın nüfuzlu “Qeyri-kommersiya hüququ üzrə beynəlxalq jurnalı”nda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətini əks etdirən məqalə dərc olunmuşdur.
Bakı, 17 may (AzərTAc). Özbəkistan Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyev mayın 17-də Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, ulu öndərin abidəsini ziyarət etmişdir.
Bakı, 17 may (AzərTAc). Mayın 17-də Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində (DTXK) “Elektron xidmətlərin təşkili və elektron sənəd dövriyyəsində elektron imzadan istifadənin əsasları” mövzusunda tədbir keçirilmişdir.
Bakı, 17 may (AzərTAc). Bir neçə gündən sonra paytaxtımız Bakının ev sahibliyi etdiyi ən böyük və mötəbər musiqi yarışması olan 57-ci “Eurovision” mahnı müsabiqəsi başlayacaqdır. Artıq iştirakçı ölkələrin təmsilçilərinin “Baku Crystal Hall”ın səhnəsində məşqləri keçirilir.
Bakı, 17 may (AzərTAc). “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Dənizkənarı Milli Parkın müəyyən ərazilərində GSM tipli müasir taksofonlar qurulmuşdur.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirmişlər ki, taksofonlar həm kartla, həm də qəpiklə işlədiyindən
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş Ramiz Yediyarov öz işinə rayon əhalisi ilə tanışlıqla başlamışdır. Belə ki, R. Yediyarov rayonun 7 bölgəsi üzrə 108 kənd və bir şəhərin əhalisi ilə ayrı-ayrılıqda görüşlər keçirmiş, görüşlərdə əhalini maraqlandıran məsələlərlə yaxından tanış olmuş
Tovuz, 15 may (AzərTAc). “Step İn!” gənclər təşəbbüs qrupu “Eurovision-2012” mahnı müsabiqəsi çərçivəsində müxtəlif kampaniyalar və aksiyalar keçirir. “Step İn” gənclər təşəbbüs qrupu tərəfindən keçirilən növbəti layihələrdən biri “Eurovision marafonu” adlanır.
Bakı, 15 may (AzərTAc). Mayın 15-də yerli vaxtla saat 09.54-də Zaqataladan 10 kilometr cənub-qərbdə 12 ballıq cədvəl üzrə 5,0 bala yaxın zəlzələ olmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirmişlər ki, zəlzələ mərkəzinə
Cari ilin birinci rübü Astara rayonunun sosial-iqtisadi və mədəni həyatında əlamətdar hadisələr və yeni nailiyyətlərlə yadda qalmışdır.
Mart ayının 13-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin rayona növbəti səfəri, ictimaiyyətin nümayəndələri ilə səmimi və mehriban görüşü
ABŞ prezidenti Barak Obama Rusiyada keçiriləcək Asiya-Sakit Okean sammitinə getməyəcək. Bu barədə Ağ Evin rəsmi nümayəndəsi xəbər verib. Xatırladaq ki, sammiti yenidən Rusiya prezidenti seçilmiş Vladimir Putin sentyabr ayında qəbul edəcək.
Bu yaxınlarda keçirilən seçkilər nəticəsində parlamentdə özünə yer alan Yunanıstanın siyasi partiyalarının koalisiya hökuməti formalaşdırmaqda bütün imkanları tükənib.
İran tərəfi bu günlərdə MAQATE ilə Vyanada keçirilən ikigünlük danışıqlardan razı qalıb. Ölkənin bu təşkilatdakı daimi nümayəndəsi Əli Əsgər Soltanienin bildirdiyi kimi, İranın nüvə proqramı probleminin müzakirəsində tərəqqi əldə edilib.
Rəsmi Dəməşq Suriyada 14 ay davam edən üsyan nəticəsində ağır vəziyyətə düşmüş milyonlarla ehtiyac duyan insanlar üçün bütün humanitar köməyin çatdırılmasını idarə etmək istəyir. Lakin BMT humanitar yüklərə nəzarətin onların xüsusi elçilərinin diqqətində olmasını təkid edir.
Əhalinin fiziki-mənəvi sağlamlığının etibarlı şəkildə təmini məqsədilə idmanın və bədən tərbiyəsinin kütləviləşməsi istiqamətində davamlı tədbirlər həyata keçirən Azərbaycan bir sıra beynəlxalq yarışlara da ev sahibliyi edir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə mayın
Vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ənənəvi şahmat turnirinə yekun vurulub. Turniri Azərbaycan Respublikası Vergilər Nazirliyi Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirib.
Bakı, 20 aprel (AzərTAc). Bakının 2020-ci Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün böyük şansı vardır.
Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə demişdir.